Məhkəmə qərarları › İş №e-2-2(121)-642/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-642/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-642/2025 15.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəlil-X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 032 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X9 Müqaviləsinə xitam verilsin, lizinq predmeti olan 3 (ədəd) Asma disklimala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdaryıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik toxumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4*2 sıralı pnevmatik çarpaz toxumsəpən, gübrəsəpənlə adlı texnika saz və işlək vəziyyətdə geri qaytarılsın və Cavabdeh MMC47966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcun, 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat cərimə borcunun və 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçi “Global Leasinq ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 032 saylı Lizinq müqaviləsinə əsasən ödəniş tapşırığına uyğun olaraq 60 (altmış) ay müddətinə ödəmə şərti ilə 157933.74 (bir yüz əlli yeddi min doqquz yüz otuz üç manat 74 qəpik) manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 383460.00 (üç yüz səksən üç min dörd yüz altmış manat 0 qəpik) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavabdeh tərəfindən 91845.83 (doxsan bir min səkkiz yüz qırx beş manat 83 qəpik) ilkin ödəniş və 1753.17 (bir min yeddi yüz əlli üç manat 17 qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Eynizamanda Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq ödəməli olduğu Lizinq ödənişlərinə dair öhdəliyini vaxtında lazımi qaydada icra etməmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 47966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində 1325 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə,Cavabdeh MMC iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədə4r 7966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcu, 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 109967.03 (bir yüz doqquz min doqquz yüzaltmış yeddi 03 qəpik) manat ödəniş etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, "xxxx" MMC ilə (Global Leasing MMC) xx.xx.2019-cu ildə MK032 saylı “lizinq müqaviləsi” rəsmiləşdirilmişdir. Müqavilə rəsmiləşdirilərkən, həmin müqavilənin 1.1-ci bəndində qeyd olundu ki, texnika (lizinq obyekti adlandırılan) “Lizinq alana” satılır. Lizinq alan isə hazırkı müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 saylı əlavə) göstərilən müddətdə və məbləğdə ödəməlidir. Eyni yanaşma müqavilənin 4.1.3-cü bəndində də oxşar formada qeyd edilməklə, şifahi və yazılı razılaşmaya uyğun olaraq müqavilənin tərkib hissəsi olan “Lizinq müqaviləsinə” 1 nömrəli əlavədə müddət məhdudiyyəti həmin vaxt müəyyən olunmadı. 1 nömrəli əlavədə kreditin ümumi məbləği (157933,74 manat), ilkin ödənişin məbləği (91300 manat) və müştəri olaraq kredit məbləğinin bir faiz həcmində (1579,34 manat) komissiya olaraq "xxxx" MMC-yə ödənildiyi qeyd edilmiş, lakin müddət məhdudiyyəti qeyd edilməmişdir. Hansı ki, müqavilənin 1.1-ci bəndində texnikanın dəyərinin 1 saylı Əlavədə göstərilən müddətdə ödəniləcəyi müqavilə qaydasında razılaşdırılmış, lakin 1 saylı əlavədə müddət məhdudiyyəti qoyulmamışdır. Müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədən məlum olur ki. tərəflərindən müqavilənin ümumi 157933,74 manat kredit məbləğindən 91300 manat və 1579,34 manat, cəmi 92879,34 manat öncədən icra olunmuşdur. Eyni zamanda iddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixə cavabdeh olaraq əsas borc məbləğindən 109967,03 manat ödəniş icra edilmişdir. Məhkəmə mübahisəli məsələyə qiymət verərkən nəzərə almalıdır ki, tərəflər arasında rəsmiləşdirilmiş 1 saylı Əlavəyə əsasən ödənişlərin icra edilmə müddəti ilə əlaqədar məhdudiyyət olmadığından və ümumi məbləğin 70 faiz olan hissəsi icra edildiyi üçün, hazırkı iddia tələbi ədalətlilik baxımından düzgün deyildir. Eyni zamanda tərəf olaraq iddiaçıya dəfələrlə təklif etmişlər ki, kənd təsərrüfatı texnikalarının bir qismini ödənilməmiş məbləğ müqabilində müqavilə əsasında iddiaçıya təqdim etsinlər. İddiaçı tərəf daha çox varlanmaq niyyəti ilə həm pul vəsaitini, həm də texnikaları əldə etməklə əsassız varlanmış olacaq. Hansı ki, müqavilə bağlanan zaman "xxxx" təşkilatı ödəniş müddəti ilə əlaqədar razılaşdırılmış qaydada 1 saylı əlavədə müddət məhdudiyyəti qoymamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə dəyərlərinin 70 faizdən çox hissəsi (verilmiş) texnikaların geri tələb edilməsi hissəsində iddia tələbi ədalətlilik prinsipinə zidd olduğu üçün, bu hissədə iddianın rədd edilməsini və qalıq borc məbləği həcmində texnikanın iddiaçıya qaytarılması barədə qərar verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-ni təmsil edən X2 ilə "xxxx" MMCnin təmsil edən X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 032 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikaları lizinq alana satmalı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK 032 nömrəli Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit məbləği 157933,74 manat, ilkin ödəniş məbləği 91300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli MK 032 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən X8 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 82886,47 manat borc öhdəliyi vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-nə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli MK 032 nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2019-cu il tarixli MK 032 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqaviləyə xitam verilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 34919,76 manat cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 2000 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə təmin edilmiş iddianın qiymətinə uyğun məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 032 nömrəli X9 Müqaviləsinə xitam verilsin. Lizinq predmeti olan 3 (ədəd) Asma diskli mala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdaryıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik toxumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4*2 sıralı pnevmatik çarpaz toxumsəpən iddiaçı "xxxx" ASC-nə geri qaytarılsın. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 47966,71 manat məbləğində əsas borc, 2000 manat məbləğində cərimə borcu və ödənilmiş 239,9 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50206,61 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 99,1 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar