Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-65/2020 27.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 320 manat məbləğində əsas borcun, 1.252,80 manatməbləğində dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1.602,80 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 99-L/07 saylı müqaviləyə əsasən, ümumi dəyəri 1.600 (bir min altı yüz) manat olan kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdehin müqavilə üzrə 320 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1.252,80 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə olan borcun məbləği 320 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 1.252,80 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, İddiaçı ASC ilə 2007-ci ildə müqavilə bağlamışdır. Həmin tarixdən uzun illər keçdikdən sonra, yəni iddiaçı tərəf iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin də keçən müddət ərzində iddiaçı tərəfindən ona borcun olması barədə heç bir məlumat verilməmişdir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli, 99-L/07 nömrəli lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmış, dəyəri 1.600 manat olan,1 ədəd T-165 markalı rotorlu otbiçən 2 il müddətinə Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx xxx 2007-ci il tarixli, 301ü saylı əmrdən görünür ki, İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən Saatlı rayonu, Bəylik kəmnd sakini Cavabdeh sifarişi, xx xxx 2007-ci il tarixli, 99-L saylı lizinq müqaviləsinə, İddiaçı ASC-nin və Kənd Təsərrüfatı Nazirliyinin birgə komissiyasının xx xxx 2007-ci il tarixli, 105-P saylı protokoluna əsasən, Əli-Bayramlı RATB-dən 1 ədəd dəyəri 1.600 manat olan T-165 markalı rotorlu otbiçənin ona lizinqə verilməsi, texnikanın verilməsinin müvafiq qaydada təhvil-təslim aktı ilə sənədləşdirilməsi qərara alınmış, texnikanın dəyərindən 320 manat ödənildiyi nəzərə alınmaqla, Əsədov götürdüyü texnikanın dəyərinin ödəniş qrafikinə əsasən ödənilməsini təmin edilməsi Ramil Ərəstun oğluna tapşırılmışdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2018-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh ödəniş qrafiki üzrə 320 manat borc yaranmışdır. Bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikanın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Saatlı rayonu, Bəylik kənd sakini Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 99-L/07 saylı müqavilə üzrə Cavabdeh 320 manat məbləğində gecikdirilmiş borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, 1.252,80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.572,80 manat borcu vardır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 99-L/07 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, xx.xx.2007-ci il tarixli, 99-L/07 nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun məbləği 320 manat, cərimə məbləği 1.252,80 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə qeyd olunur ki, o, İddiaçı ASC ilə 2007-ci ildə müqavilə bağlamışdır. Həmin tarixdən uzun illər keçdikdən sonra, yəni iddiaçı tərəf iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin də keçən müddət ərzində iddiaçı tərəfindən ona borcun olması barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar verilməsi üçün əsasdır. Odur ki, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 99-L/07 nömrəli lizinq müqaviləsinə əsasən dəyəri 1.600 manat olan 1 ədəd T-165 markalı rotorlu otbiçən Cavabdeh lizinqə verilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh ödəniş qrafiki üzrə 320 manat borcu qalmış, həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən, ona 1.252,80 manat məbləğində cərimə borcu hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasındalizinq müqaviləsi xx.xx.2007-ci il tarixdə və 2 (iki) il müddətinə bağlanmışdır. Ödəniş və ödənişlərə görə cərimənin hesablanması qrafiklərindən görünür ki, müqavilə üzrə ödənişlər 2008-ci ilin 3cü rübünün sonunda bitməli idi. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2019cu il tarixdə, yəni müqavilə müddətinin bitməsindən 11 (on bir) ilə yaxın müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi nəzərə alınmaqla qismən əsaslı olsa da, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı 320 manat məbləğində əsas borcun, 1.252,80 manatməbləğində dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1.602,80 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-65/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-65/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver