Məhkəmə qərarları › İş №e-2-2(121)-654/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-654/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-654/2025 15.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 6662.28 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İcraçı”) və Cavabdeh MMC (bundan sonra “Sifarişçi”) arasında № 070224, xx.xx.2024-cü il tarixli Mallar üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İcraçı bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında əlavədə verilmiş X1 əsasən qeyd olunan malları Şifarişçiyə çatdırmağı, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “İcraçı”dan qəbul edilməsini və dəyərinin tam ödənilməsini öhdəsinə götürür. Müqavilə üzrə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 tarixlərində 5 əlavə imzalanmış, mallar təhvil verilmiş və bununla bağlı elektron qaimə faktura göndərilmişdir. Lakin buna baxmayaraq Sifarişçi tərəfindən öhdəliklər icra edilməmiş, qaimələr üzrə ƏDV daxil 6662,28 manat məbləğində pul vəsaiti ödənilməmişdir. 2 saylı qiymət razılaşma protokolu əsasında ( E-Qaimə MT2402 ********) təhvil verilmiş mallar ilə bağlı 327 + 58.86 ƏDV manat ödənilməmişdir. 3 saylı qiymət razılaşma protokolu əsasında ( E-Qaimə MT2402 ********) təhvil verilmiş mallar ilə bağlı 1895 + 341.1 ƏDV manat ödənilməmişdir. 4 saylı qiymət razılaşma protokolu əsasında ( E-Qaimə MT2404 ********) təhvil verilmiş mallar ilə bağlı 2585 + 465.3 ƏDV manat ödənilməmişdir. 5 saylı qiymət razılaşma protokolu əsasında ( E-Qaimə MT2404 00278884 ) təhvil verilmiş mallar ilə bağlı 839 + 151.02 ƏDV manat ödənilməmişdir İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 nömrəli satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən icraçı bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında əlavədə verilmiş qiymətdə razılaşma protokoluna əsasən qeyd olunan malları sifarişçiyə çatdırılamsını, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin tam ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 nömrəli satınalma müqaviləsinə xx.xx.2024-cü il tarixli 2 saylı əlavədən görünür ki, malların ümumi qiyməti ƏDV daxil 1445,50 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhviltəslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 2 saylı əlavəyə əsasən İddiaçı MMC tərəfindən dəyəri ƏDV daxil 1445,10 manat təşkil edən mallar Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 saylı satınalma müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş malların dəyəri 1445,5 manat olmuşdur. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 nömrəli satınalma müqaviləsinə xx.xx.2024-cü il tarixli 3 saylı əlavədən görünür ki, malların ümumi qiyməti ƏDV daxil 2236,10 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhviltəslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 3 saylı əlavəyə əsasən İddiaçı MMC tərəfindən dəyəri ƏDV daxil 2236,10 manat təşkil edən mallar Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 saylı satınalma müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş malların dəyəri 2236,1 manat məbləğində olmuşdur. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 nömrəli satınalma müqaviləsinə xx.xx.2024-cü il tarixli 4 saylı əlavədən görünür ki, malların ümumi qiyməti ƏDV daxil 3050,30 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhviltəslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 4 saylı əlavəyə əsasən İddiaçı MMC tərəfindən dəyəri ƏDV daxil 3050,30 manat təşkil edən mallar Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 saylı satınalma müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş malların dəyəri 3050,3 manat məbləğində olmuşdur. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 nömrəli satınalma müqaviləsinə xx.xx.2024-cü il tarixli 5 saylı əlavədən görünür ki, malların ümumi qiyməti ƏDV daxil 990,02 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhviltəslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 5 saylı əlavəyə əsasən İddiaçı MMC tərəfindən dəyəri ƏDV daxil 990,02 manat təşkil edən mallar Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 070224 saylı satınalma müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş malların dəyəri 990,02 manat məbləğində olmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 898 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 7721,92 manat təşkil etməsi, cavabdeh tərəfindən alınmış mallara görə iddiaçının hesabına 898 manat (161,64 manat ƏDV) məbləğində pul vəsaitinin mədaxil edildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 6662,28 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, hesabdan çıxarışa və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 6662,28 manat məbləğində borc və ödənilmiş 87 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6749,28 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar