Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-662/2025 20.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 087 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X5 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 (ədəd) ədəd Traktor Belarus 1025 adlı texnika saz və işlək vəziyyətdə geri qaytarılması və 3034,80 manat gecikdirilmiş əsas borcun, 1125,91 manat cərimə borcunun 61,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 087 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X5 Müqaviləsinə xitam verilməsi və 3034,80 manat gecikdirilmiş əsas borcun, 1125,91 manat cərimə borcunun 61,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 087 saylı Lizinq müqaviləsinə əsasən ödəniş tapşırığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə 20286 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 50715 manat təşkil etmişdir. Həmin məbləğin 19320 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 11109 ilkin ödəniş və 202,86 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3034,80 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 1125,91 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəflərindən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixində xo/1293 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 3034,80 manat gecikdirilmiş əsas borcu, 1125,91 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 17251,20 manat ödəniş etmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3 və 445.2.1 maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər ödəliyin icrası günü müəyyənləşdirilibsə, ödəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu ödəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədlikdə kreditor qarşısında məsuliyyət daşıyır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında işitrak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınaraq hazırda lizinq obyektinin ondan geri alınması zərurəti aradan qalxmışıdır. Hazıra qalıq əsas borc 2020,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında işitrak etmiş Cavabdeh iddia tələbini əsas borca münasibətdə qismən qəbul etdiyini, qalıq borcunun 2020,50 manat təşkil etdiyini bildirdi və maddi imkanı olmadığından cərimənin azaldılmasına köməklik göstərilməsini məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 087 nömrəli “Lizinq Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən, “Lizinq verən” hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı Əlavə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikası “Traktor Belarus 1025” (bunda sonra “Texnika obyekti” adlandırılacaq) “Lizinq alan”a satmalı, “Lizinq alan” isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (2 saylı Əlavə) göstərilən müddətdə və məbləğdə ödəməlidir. -1.2-ci bəndinə əsasən, Texnika mülkiyyət hüququ “Lizinq alan” tərəfindən ödənişlər tam ödənilənədək “Lizinq verənə”məxsusdur. -1.3-cü bəndinə əsasən, Tərəflər arasında “lizinq obyektinin” təhvil-təslimi “Lizinq alan” və “Lizinq verən” tərəfindən imzalanmış və möhürlənmiş təhvil-təslim Aktı ilə rəsmiləşdirilir (həyata keçirilir). -3.9-cu bəndinə əsasən, Bu müqavilənin 3.7-ci bəndinin tələbləri pozulduğu halda, Lizinq alan Texnikanın öz vəsaiti hesabına ilkin vəziyyətə gətirir və Lizinq berənə Texnikanın dəyərinin 1%-i həcmində, lakin vurulmuş zərərin məbləğindən az olmamaq şərti ilə cərimə ödəyir.
8. İş materiallarında olan “xx.xx.2020-ci il tarixli “Təhvil-Təslim aktı”nın surətindən görünür ki, “Lizinq verən“ Traktor Belarus 1025 (Şassi/zavod№0010334, Mühərrik.N044422) markalı texnikanı “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil vermişdir.
9. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 087 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK087 nömrəli Lizinq müqaviləsi üzrə Cavabdeh lizinq borcundan 11109 manat məbləğində ilkin ödəniş, 202,86 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ödənişi etmişdir. “Lizinq Alan”nın (Cavabdeh) xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3034,8 manat əsas borc və 1125,91 manat cərimə borcu olmaqla, ümumilikdə 4160,71 manat məbləğində borcu vardır.
11. İş materiallarında olan Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə olan ümumi borcu 2020,50 manat təşkil edir.
12. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin 5 (beş) gün müddətində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
13. ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı:
Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
17. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
19. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş 1 (bir) ədəd Traktor Belarus-1025 (Şassi/zavod№0010334, Mühərrik.N044422) texnikanı lizinq obyekti qismində müəyyən haqq müqabilində cavabdehin müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinq ödənişi ödəməyi öhdəsinə götürmüşdür.
20. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 1 (bir) ədəd Traktor Belarus-1025 (Şassi/zavod № 0010334, Mühərrik N044422) texnikanı lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
21. İş materialları araşdırılakən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 (bir) ədəd Traktor Belarus-1025(Şassi/zavod№0010334, Mühərrik.N044422) texnikası lizinq alan Cavabdeh təhvil verilmiş, lakin “Lizinq Alan” Cavabdeh xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməyərək ödəniş qrafiki üzrə lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi hazırda onun əsas borcu 2020,50 manat təşkil edir.
22. Məhkəmə yuxarıda qeyd əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə qismən - 2020,50 manat həcmində əsaslıdır. Belə olan halda isə iddiaçının həmin borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını da nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən əsas borca görə 2020,50 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə iş materiallarında olan Maliyyə Arayışına əsasən qeyd edir ki, xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsi üzrə cavabdehin lizin müqaviləsi üzrə 2020,50 əsas borcu və 1125,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3146,41 manat borcu qalmışdır.
24. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan, xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsinə əsasən hesablanmış 1125,91 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X4 müqaviləsinin 16.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.1% məbləğində, cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır, Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığından, azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
25. Məhkəmə, həmçinin hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
26. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı cavabdehə xəbərdalıq məkubu göndərməklə iradə ifadəsini bəyan etdiyindən və həmin vaxtdan cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyindən, iddiaçının iradə ifadəsi ilə artıq ləğv edilmiş müqavilənin, iddiaçının iddiası üzrə də məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2020,50 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 2120,50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 41,21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (20,79 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 2020,50 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 2120,50 (iki min bir yüz iyirmi manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 41,21 (qırx bir manat, iyirmi bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 20,79 (iyirmi manat, yetmiş doqquz qəpik) manat dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev