Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-663/2021 16.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı” MMC-nin xeyrinə 7.083 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7.113 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 27.11.2018-ci il tarixli 211.19.33.003 saylı müqaviləyə əsasən, cavabdeh 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 40 ton məhsuləldə etməklə, ümumilikdə 400 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. İddiaçı MMC cavabdehi 7.083 manat dəyərində ümumilikdə gübrə, toxum, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etmiş, müvafiq xidmətlər görülmüş və Cavabdeh ümumilikdə 7.083 manat məbləğində borclanmışdır. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq Cəmiyyətə şəkər çuğunduru təhvil verilməmiş, yaranmış borcla bağlı cavabdehin özü və ya zamini tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görədə cavabdehin 7.083 manat məbləğində borcu bu günə qədər geri ödənilməmiş olaraq qalır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesabfakturalarda və təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı ilə Cavabdeh və Zamin arasında imzalanmış 27.11.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə əsasında Cavabdeh öhdəliklərinin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Bununla bağlı Cavabdeh və Zamin REF-183/2020 saylı, 04.11.2020-ci il tarixli “yaranmış borc vəsaitinin geri ödənilməsi” tələbi ilə bağlı pretenziya məktubu ünvanlanaraq, borclu olduğu 7.083 manat məbləğində pul vəsaitinin geri ödənilməsi tələb edilmişdir. İddiaçının pretenziyasına cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 10 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanılmış 27.11.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürürlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 7 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 4.330 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12.03.2019-cu il tarixdə 755 manat, 10.04.2019-cu il tarixdə 828 manat, 01.05.2019-cu il tarixdə 1.000 manat, 04.06.2019-cu il tarixdə 170 manat olmaqla, cəmi 2.753 manat pul ödənilmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 12.02.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 7.083 manat təşkil edir. Cavabdeh 4.330 manat məbləğində mal və xidmət satılmış, 2.753 manat avans verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin ünvanlanmış 25.01.2021-ci il tarixli, REF-40/2021 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərdən çəkilmiş xərc olaraq, 7.083 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 10 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. Həmçinin İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında 27.11.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 4.330 manat dəyərində işlər görülmüş (rotasyon malanın çəkilməsi, kultivasiya, gübrə, toxum və onun səpilməsi və s.), həmçinin ona işlərin görülməsi üçün 2.753 manat avans verilmişdir. Lakin Cavabdeh tərəfindən İddiaçı MMCyə çuğundur təhvil verilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin pretenziya məktubları göndərilərək 7.083 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. Pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 4.330 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 2.753 manat avans verilmişdir (cəmi 7.083 manat xərc çəkilmişdir). Hazırda iddiaçı 7.083 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, iddia ərizəsi 7.083 manat ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində iddia qismən, yəni pul vəsaitinin yalnız Cavabdeh tutulması hissəsində təmin edilməli, iddia cavabdeh Zamin münasibətdə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh tərəfindən çuğundur 31.12.2019-cu il tarixədək iddiaçıya təhvil verilməli idi. İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanılmış 27.11.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilən öhdəlik İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 27.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən irəli gələn öhdəlikdir. Göründüyü kimi, əsas öhdəliyin icrası vaxtı 31.12.2019-cu il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 14.04.2021-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə Zamin qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Zamin münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.083 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.113 (yeddi min bir yüz on üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-663/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-663/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver