Məhkəmə qərarları › İş №e-2-2(121)-68/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-68/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-68/2020 20.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, iddiaçı “Futbol+qəzeti redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 9.000 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə 2.295 manat, mənəvi ziyana görə 50.000 manat, 30 manat dövlət rüsumu, cəmi 61.325 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Futbol+qəzeti redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X1 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 9.000 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə 2.295 manat, mənəvi ziyana görə 50.000 manat, 30 manat dövlət rüsumu, cəmi 61.325 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin iddiaçı məhkəməyə elektron qaydada göndərdiyi iddia ərizəsində 10 adda sənəd əlavə edildiyi qeyd olunsa da, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Qeyd olunan norma formal olaraq həmin sənədlərin adlarının qeyd edilməsi deyil, həm də həmin sənədlərin real olaraq iddia ərizəsinə əlavə edilməli olması kimi başa düşülməlidir. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd edildiyi kimi, iddia ərizəsinə hər-hansı sənəd əlavə edilməmişdir. Yəni, iş materiallarında işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Futbol+qəzeti redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 9.000 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə 2.295 manat, mənəvi ziyana görə 50.000 manat, 30 manat dövlət rüsumu, cəmi 61.325 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar