Məhkəmə qərarları › İş №e-2-2(121)-681/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-681/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-681/2020 23.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən 47.733,32 manat əsas borcun, 5.583,22 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehin əsas borcunun artaraq 63.276,65 manat təşkil etdiyi bildirilmiş, Cavabdehndən 63.276,65 manat əsas borcun, 5.583,22 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair daha bir ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehin əsas borcunun artaraq 87.055,65 manat təşkil etdiyi bildirilmiş, Cavabdehndən 87.055,65 manat əsas borcun, 5.583,22 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair növbəti ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh tərəfindən qismən ödəniş edildiyi qeyd edilmiş, Cavabdehndən 75.193,65 manat əsas borcun, 6.265,36 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirdi ki, onların müəssisəsi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı ilə məşğuldur. Əsas istehsal edilən məhsullardan biri də düyüdür. Düyü məhsulunun səpini may ayında, yığımı payızda və qış ayında satışının təşkili olur. Satışdan əldə olunan vəsait hesabına icarə haqlarını, borclarını, eləcə də İddiaçı ASC-yə olan borcun ödənişi ilə məşğul olurlar. Ancaq hal-hazırda bütün dünyanı bürümüş pandemiya ölkənin iqtisadiyyatına zərbə vurmuş ona görə də keçən il yığdıqları məhsulun satışını təşkil etmək mümkün olmamışdır. Onlar əsasən Bakı, Gəncə, Şirvan, Şəki və digər şəhərlərə öz məhsullarını göndərib mağazalarda satışını təşkil edib, əldə olunan gəlirdən borclarını ödəyirlər. Hazırda məhsulun satışı xeyli azalıb. Onlar İddiaçı ASC ilə həmişə işləyiblər. Müqavilələr bağlamışlar. Borclarını vaxtında ödəmişlər. Heç bir gecikmələri olmamışdır. Lakin indi mövcud vəziyyətlə əlaqədar borclarını ödəyə bilməmişlər. Lakin borclarını ödəyəcəklər. İddiaçı ASC onlarla razılığa gəlsəydi borclarını hissə-hissə ödəyərdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1091-GL/15 saylı, xx.xx.2015-ci il tarixli, 1962-GL/15 saylı, xx.xx.2015-ci il tarixli, 1886-L/15 saylı, xx.xx.2016-cı il tarixli, 2948- GL/16 saylı, xx.xx.2017-ci il tarixli (xx.xx.2018-ci il tarixli), 1822-GL/17 saylı və xx.xx.2018ci il tarixli (xx.xx.2018-ci il tarixli), 1163-GL/18 saylı lizinq müqavilələrindən görünür ki, dəyəri 46.680 manat olan 1 ədəd New Holland B115B markalı ekskavator-yükləyiciyə, ümumi dəyəri 134,098 manat olan 1 ədəd AGRİONAL markalı taxılyükləyənə, 1 ədəd T7060 markalı traktora, 1 ədəd AG-MP 14-4 markalı 4 korpuslu təkərli asma kotana, 1 ədəd AGHDR-210 markalı frez bağarası hidravlik dik bıçaqlı asmaya, 1 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombayna, dəyəri 109.600 manat olan 1 ədəd MECMAR markalı çəltik təmizləyən və qurudana, ümumi dəyəri 30.334 manat olan 2 ədəd CAN- PA.R-4T markalı 2 oxlu (traktor üçün) qoşquya və 3 ədəd Belarus-892 markalı traktora, ümumi dəyəri 613,876 manat olan 2 ədəd P6 markalı 6 gövdəli (təkərli) kotana, 2 ədəd Belarus-1025 markalı traktora, 2 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombayna, 2 ədəd New Holland T6090 markalı tarla üçün traktora, 2 ədəd 24-hidravlik- Can-D-M.A.T-24 markalı (ağır) diskli malaya, 1 ədəd DC-360 markalı malaya (dişli), 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusuna, 1 ədəd HBM-N24 markalı gübrəsəpənlə-taxılsəpənə, ümumi dəyəri 208.368 manat olan 4 ədəd Belarus-1523 markalı traktora, 2 ədəd 24-hidravlik-Can-D-M.A.T-24 markalı (ağır) diskli malaya, 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusuna, 1 ədəd Landini Powerfarm DT110HC markalı yüksək klreansli traktora, 3 ədəd SPA 146 markalı 6 gövdəli (təkərli) kotana dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqavilələri bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2854/ü saylı, xx.xx.2015-ci il tarixli, 4601/ü saylı, xx.xx.2015-ci il tarixli, 4729/ü saylı, xx.xx.2017-ci il tarixli, 885/ü saylı, xx.xx.2018-ci il tarixli, 5592/ü saylı və xx.xx.2018-ci il tarixli, 5591/ü saylı əmrlərdən görünür ki, Cavabdeh ilə bağlanılmış xx.xx.2015-ci il tarixli, 1091-GL/15 saylı lizinq müqaviləsi üzrə 1 ədəd New Holland B115B markalı ekskavator-yükləyicinin, xx.xx.2015-ci il tarixli, 1962-GL/15 saylı lizinq müqaviləsi üzrə 1 ədəd AGRİONAL markalı taxılyükləyənin, 1 ədəd T7060 markalı traktorun, 1 ədəd AG-MP 14-4 markalı 4 korpuslu təkərli asma kotanın, 1 ədəd AGHDR-210 markalı frez bağarası hidravlik dik bıçaqlı asmanın, 1 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombaynın, xx.xx.2015-ci il tarixli, 1886-L/15 saylı lizinq müqaviləsi üzrə 1 ədəd MECMAR markalı çəltik təmizləyən və qurudanın, xx.xx.2016-cı il tarixli, 2948-GL/16 saylı lizinq müqaviləsi üzrə 2 ədəd CAN- PA.R-4T markalı 2 oxlu (traktor üçün) qoşqunun və 3 ədəd Belarus-892 markalı traktorun, xx.xx.2017-ci il tarixli (xx.xx.2018-ci il tarixli), 1822-GL/17 saylı lizinq müqaviləsi üzrə 2 ədəd P6 markalı 6 gövdəli (təkərli) kotanın, 2 ədəd Belarus-1025 markalı traktorun, 2 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombaynın, 2 ədəd New Holland T6090 markalı tarla üçün traktorun, 2 ədəd 24-hidravlik-Can-D-M.A.T-24 markalı (ağır) diskli malanın, 1 ədəd DC-360 markalı malanın (dişli), 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusunun, 1 ədəd HBM-N24 markalı gübrəsəpənlətaxılsəpənin və xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli), 1163-GL/18 saylı lizinq müqaviləsi üzrə 4 ədəd Belarus-1523 markalı traktorun, 2 ədəd 24-hidravlik-Can-D-M.A.T- 24 markalı (ağır) diskli malanın, 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusunun, 1 ədəd Landini Powerfarm DT110HC markalı yüksək klreansli traktorun, 3 ədəd SPA 146 markalı 6 gövdəli (təkərli) kotanın Cavabdehnə lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan aktlardan görünür ki, 1 ədəd New Holland B115B markalı ekskavator-yükləyici, 1 ədəd AGRİONAL markalı taxılyükləyən, 1 ədəd T7060 markalı traktor, 1 ədəd AG-MP 14-4 markalı 4 korpuslu təkərli asma kotan, 1 ədəd AGHDR-210 markalı frez bağarası hidravlik dik bıçaqlı asma, 1 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombayn, 1 ədəd MECMAR markalı çəltik təmizləyən və qurudan, 2 ədəd CAN-PA.R-4T markalı 2 oxlu (traktor üçün) qoşqu və 3 ədəd Belarus-892 markalı traktor, 2 ədəd P6 markalı 6 gövdəli (təkərli) kotan, 2 ədəd Belarus-1025 markalı traktor, 2 ədəd Laverda LVM 310 MCS markalı düyü biçən kombayn, 2 ədəd New Holland T6090 markalı tarla üçün traktor, 2 ədəd 24-hidravlik-Can-D-M.A.T-24 markalı (ağır) diskli mala, 1 ədəd DC-360 markalı mala (dişli), 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusu, 1 ədəd HBM-N24 markalı Gübrəsəpənlə-taxılsəpən, 4 ədəd Belarus-1523 markalı traktor, 2 ədəd 24-hidravlik-Can-D-M.A.T-24 markalı (ağır) diskli mala, 2 ədəd Karataş markalı 6 ton 4 təkərli (arxa və yana boşaldan) traktor qoşqusu, 1 ədəd Landini Powerfarm DT110HC markalı yüksək klreansli traktor, 3 ədəd SPA 146 markalı 6 gövdəli (təkərli) kotan saz, nizamlanmış və komplekt halda Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Astara rayonu Kakalos kəndində yerləşən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış lizinq müqavilələrinə əsasən, lizinqə götürdüyü müqavilə üzrə məbləği 1.112.622 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına qrafik üzrə 260.286,35 manat ödəniş etmiş, Cavabdeh gecikdirilmiş borcu 75.193,65 manat və hesablanmış cərimə 6.265,36 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli ASC/P-607 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 47.733,32 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə lizinq müqavilələrinə əsasən xx.xx.2020-ci il tarixdə 7.000 manat, xx.xx.2020-ci il tarixdə isə 5.000 manat pul ödənilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məlumatda qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 7.000 manat və xx.xx.2020-ci il tarixdə isə 5.000 manat ödəniş aparılmışdır. Həmin ödənişlər bağlanmış lizinq müqavilələri üzrə yaranmış borcların ödənilməsinə yönəldilmişdir. Bunun nəticəsində cavabdehin gecikdirilmiş əsas borcunda 12.000 manat azalma baş vermişdir. Bu ödənişlərdən sonra cavabdehin gecikdirilmiş əsas borcunun məbləği 75.193,65 manat, cərimə borcunun məbləği isə 6.265,36 manat təşkil edir. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ödənilməmiş qalmış 63.276,65 manat əsas borcun bir hissəsinin qısa müddət ərzində ödənilməsinə, qalan borcun isə müvafiq hissələrə bölünərək hər kvartalda ödəniləcəyi məbləğlə birlikdə ödənilməsinə razılıq verilməsi, hesablanmış 5.583,22 manat cərimənin silinməsi, bununla bağlı barışıq sazişi bağlanılması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, tərəflər arasında maşın və mexanizmlərin alqı- satqısı ilə bağlı bir neçə müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə ödənişlər tərəflərindən vaxtlı-vaxtında aparılmışdır. Lakin koronavirus pandemiyası ilə bağlı bütün dünya iqtisadiyyatına və respublikanın iqtisadiyyatına təsir göstərdiyi kimi onların müəssisənin fəaliyyətinə də öz məni təsirini göstərmişdir. Belə ki, Cavabdeh MMC kənd təsərrüfatı malları məhsullarının istehsalı, emalı və realizə edilməsi ilə məşğuldur. Cəmiyyətin gəliri istehsal edilmiş məhsulun realizə edilməsindən əldə edilir. Əsas istehsal sahəsi çəltiyin əkilib becərilməsi, emalı və realizəsidir. Respublika ərazisində pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədar 2019-cu il ərzində istehsal etdikləri məhsulun satışının təşkilində problemlər yaşanmışdır. Çünki məhsulun əsas bazarı Bakı və digər iri şəhərlərdədir ki, bu şəhərlərə də məhsulun vaxtında daşınıb realizə edilməsi mümkün olmamışdır. Beynəlxalq hüquqda "fövqəl güc" müqavilə şərti kimi qəbul olunur. Həmin şərtlərdən biri mövcud olduğu halda öhdəliklərin yerinə yetirilməməsinə görə müqavilə tərəfi cavabdehlikdən azad olunur. Ölkə ərazisində epidemiyanın yayılması və bunun ucbatından istehsalatda maliyyə çətinliyinin yaranması və müqavilə öhdəliyinin vaxtında icra edilə bilməməsi bütün bunlar "fors-major" halına aid olunmalıdır. Pandemiya ilə əlaqədar Respublikada yaranmış vəziyyət fors-major vəziyyətdir ki, cəmiyyətimiz istəyindən asılı olmayaraq müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Aramızda bağlanmış müqavilələrin 7.1. bəndində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilədən irəli gələn öhdəliklərini qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirə bilmədikdə məsuliyyətdən azaddırlar. Pandemiya ilə əlaqədar respublikada yaranmış vəziyyətlə bağlı Prezidentin müvafiq Fərmanları ilə sahibkarlığa dəstək göstərilməsi məqsədi ilə onlara maliyyə yardımı göstərilmişdir. Belə bir şəraitdə iddiaçı tərəfindən ödənilməmiş məbləğlə bağlı cərimənin hesablanaraq tələb olunması absurddur. İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, tərəflərindən iddiaçının heablaşma hesabına iki dəfə pul köçürməsi həyata keçirilmişdir. Belə ki, əsas borc məbləği 63. 276,65 manat olduğu zaman tərəflərindən xx.xx.2020-ci il tarixdə iddiaçının hesabına 7.000 manat vəsait ödənilmişdir. Bu ödənişdən sonra iddiaçının onlara təqdim etdiyi ödəniş cədvəlində əsas borc məbləğinin 56.276,65 manat olduğu göstərilmişdir. xx.xx.2020-ci il tarixdə isə tərəflərindən iddiaçının hesablaşma hesabına yenidən 5.000 manat ödəniş edilmişdir. 2020-ci ilin ikinci rübü üzrə ödəniş cəmisi 30.779 manat təşkil edir. İddiaçının təkrar verdiyi ərizədə isə əsas borcun məbləği düzgün olmayaraq 87.055,65 manat göstərilmişdir. Cəmiyyətin maliyyə vəziyyətində yaranmış çətinliklə əlaqədar əmələ gəlmiş borcun bir hissəsinin hazırkı vaxtda, qalanının isə hissələrə bölünərək rüblük ödənişlərlə birlikdə ödənilməsi təklifi ilə iddiaçıya xx.xx.2010-ci il tarixli, AÇB/20-51 saylı məktubla müraciət olunmasına baxmayaraq hazırkı vaxta kimi məktubumuza heç bir cavab verilməmişdir. Beləliklə cəmiyyətdən asılı olmayan, pandemiya ilə əlaqədar respublikada yaranmış şəraitlə bağlı iddiaçı qarşısında yaranmış öhdəliklərimizin vaxtında icrası mümkün olmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 6 ədəd lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqavilələrə əsasən lizinqə götürdüyü kənd təsərrüfatı texnikaları üçün İddiaçıASC-nin hesabına 260.286,35 manat ödəniş etmiş, müqavilə üzrə 75.193,65 manat borcu yaranmış və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 6.265,36 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ASC/P-607 nömrəli xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu tam şəkildə ödəməmişdir. İddiaçı tərəfindən tələb olunan əsas və cərimə borcunun həcmi bir neçə dəfə dəyişdirilsə də, son olaraq, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 7.000 manat və xx.xx.2020-ci il tarixdə isə 5.000 manat ödənişlər nəzərə alınmış və nəticədə cavabdehdən 75.193,65 manat əsas borc və 6.265,36 manat cərimə borcu tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili 75.193,65 manat əsas borcu qəbul etdiklərini, lakin cərimə borcunu qəbul etmədiklərini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 75.193,65 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 6.265,36 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 2,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 27,70 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazda qeyd olunan dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin cavabdeh tərəfindən cəmi 12.000 (5.000 + 7.000) manat aparılmış ödəniş iddiaçı tərəfindən nəzərə alınmış və bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələri üzrə yaranmış 75.193,65 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 27,70 manat olmaqla, cəmi 75.321,35 manat Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 75.193,65 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 27,70 manat olmaqla, cəmi 75.321,35 (yetmiş beş min üç yüz iyirmi bir manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar