Məhkəmə qərarları › İş №e-2-2(121)-686/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-686/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-686/2021 01.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “xxxx” MMC) Cavabdeh qarşı – 3049,55 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3.079,55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 12.05.2020-ci il tarixli “X4 X1 Xidmət Və Satınalma Müqavilə” nə əsasən 4 (dörd) hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 (otuz beş) ton məhsul əldə etməklə 140 (yüz qırx) ton məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdehin bank hesabına köçürüləcəkdir.Əgər təhvil verilmiş məhsulun dəyəri Cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında İddiaçıya tam ödənilməlidir.Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildiririk ki, cavabdeh ümumilikdə 3694 (üç min altı yüz doxsan dörd manat) manat məbləğində borclanmışdır. Cavabdeh tərəfindən xxxx MMC-yə 644.45 (altı yüz qırx dörd manat qırx beş qəpik) dəyərində çuğundur təhvil verilmiş, nəticədə cavabdehin “xxxx” MMC-nə 3049.55 (üç min qırx doqquz manat əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesabfakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli “X4 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Cəlilabad rayonu, Ocağlı kəndi ərazisində yerləşən 4 hektar torpaq sahəsində “xxxx” MMCnin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada “xxxx” MMC-yə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli “X4 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İşdən görünür ki, 03.07.2020-ci il tarixli, AS100001907 saylı “Ödəniş tapşırığına” əsasən 400 manat məbləğ “xxxx” MMC tərəfindən kətmən pulu üçün Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 751580 nömrəli, 26.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 100,01 manat, 751643 nömrəli, 26.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 120 manat, 675173 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 20 manat, 675228 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 60 manat, 675281 nömrəli, 23.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 20 manat, 431080 nömrəli, 19.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 692 manat, 893871 nömrəli, 11.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 210 manat, 390589 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 124 manat, 390587 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 300 manat, 390585 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 750 manat, 390608 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 10 manat, 390606 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 12 manat, 390604 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 336 manat, 390602 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 6 manat, 390600 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 10 manat, 390598 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 12 manat, 390594 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 162 manat, 390591 nömrəli, 15.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 350 manat dəyərində “xxxx” MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış REF№118/21 saylı, 01.03.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya X4 təhvil vermədiyi və iddiaçıya 3.049,55 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. İşə əlavə edilmiş 01.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 01.03.2021-ci il tarixə iddiaçıya olan borcu 3.049,55 manat təşkil edir. İş materiallarına əlavə olunan cavabdehin məhkəməyə ünvanladığı 01.06.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin e-2-2(121)-686/2021 saylı iş üzrə ona qarşı olan iddia tələbini qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli “X4 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 4 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 140 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 3694 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən xxxx MMC-yə 644,45 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya qalan X4 təhvil verilməmiş və cavabdehin 3.049,55 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, iddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi üzrə borc həm də cavabdehin özü tərəfindən yazılı qaydada etiraf edilərək, iddia tələbi qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.049,55 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 3.079,55 (üç min yetmiş doqquz manat, əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar