Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-69/2024 10.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı 1046,78 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 33 saylı alğı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 21.5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9.916,33 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 750 manat məbləğindəşum, 425 manat məbləğində şirvan mala, 300 manat məbləğində çiyid səpini, 60 manat məbləğində kdərman səpini, 290 manat məbləğində qaysağın dağıdılması, 3560 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1318,93 manat məbləğində gübrə, 962 manat məbləğində dərman, 1823,56 manat məbləğində çiyid, 426,84 manat məbləğində pambığın yığımına görə ödənilən avans vəsait nəzərə alınmaqla, ümumilikdə 9916,33 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4.799,33 manat məbləğində xampambıq təhvil vermiş, 4070 manat məbləğində ödəniş nəzərə alınaraq iddiaçıya 1046,78 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 33 saylı, xx.xx.2020-ci il tarixli xam-pambığın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən (qaimə-fakturaların, ödəniş tapşırıqlarının və aqrotexniki xidmətlərin göstərilməsinə dair aktların surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh oğluna işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarına əlavə olan xx.xx.2021-ci il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi aktı”nın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh oğluna işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 1.046,78 manat məbləğində borcu qalmışdır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, cavabdehə borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/45 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, kommersiya işinin 14-cü vərəqində olan noyabr 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5” yazıları qarşısındakı imza və 84-86-cı vərəqlərində "xxxx" MMC-nin Kürdəmir filialı ilə X1 adından başlanmış olan xx.xx.2020-ci il tarixli Nº 33 nömrəli müqavilənin 3-cü vərəqin "Fermer: X3” yazıların qarşısındakı imza - eyni şəxs - X2 tərəfindən icra olunmuşdur. 1.2. Əksləri ekspertizaya təqdim edilmiş, kommersiya işinin 10-cu vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман" yazıları qarşısındakı imza, 10-cu vərəqində olan may 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пеман" yazıları qarşısındakı imza; 11-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман" yazıları qarşısındakı imza; 11-ci vərəqində olan aprel 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Тејоман" yazıları qarşısındakı imza; 12-ci vərəqində olan iyun 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 12ci vərəqində olan 16 aprel 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман" yazıları qarşısındakı imza; 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza; qarşısındakı imza; 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман" yazıları qarşısındakı imza; 14-cü vərəqində olan aprel 2020ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Tејман" yazıları qarşısındakı imza; 15-ci vərəqində olan sentyabr 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza; 15-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Pејман" yazıları qarşısındakı imza; 16-cı vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 16-cı vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 17-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 17-ci vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza; 18-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 18-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza; 19-cu vərəqində olan may 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5 Həрман" yazıları qarşısındakı imza, 19-cu vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Nərman" yazıları qarşısındakı imza; 20-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 20-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin ın göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza; 21-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 21-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza; 22-ci vərəqində olan iyul 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 22-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Hərman" yazıları qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Əksləri ekspertizaya təqdim edilmiş, kommersiya işinin 10-cu vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман" yazıları qarşısındakı imza, 10-cu vərəqində olan may 2020ci il tarixli Aqrotexniki xidmətlərin göstərilmasinə dair aktdın kserosurətinin "3. Fermer Искандеров Пеман" yazıları qarşısındakı imza, 11-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilmasinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман” yazıları qarşısındakı imza, 11-ci vərəqində olan aprel 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilmasinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејoман” yazıları qarşısındakı imza, 12-ci vərəqində olan iyun 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilmasinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 12ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidməti göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidməti göstərilməsinə dair aktdın kserosurətinin "3. X5” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidməti göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Пејман” yazıları qarşısındakı imza, 14-cü vərəqində olan aprel 2020-ci il tarixli Aqrotexniki göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Тејман" yazıları qarşısındakı imza, 15-ci vərəqində olan sentyabr 2020-ci il tarixli Aqrotexniki xidmatan göstərilməsinə dair aktdın kserosurətinin "3. X5” yazıları qarşısındakı imza, 15-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 16-cı vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dar aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 16-cı vərəqində olan xx.xx.2020ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 17-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 17-ci vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətının "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 18-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 18-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Искəндəров Рејман" yazıları qarşısındakı imza, 19-cu vərəqində olan may 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5 Həрман" yazıları qarşısındakı imza, 19-cu vərəqində olan 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Nərman" yazıları qarşısındakı imza, 20-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5” yazıları qarşısındakı imza, 20-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 21ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5” yazıları qarşısındakı imza, 21-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 22-ci vərəqində olan iyul 2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. X5" yazıları qarşısındakı imza, 22-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin göstərilməsinə dair aktdın kserosurətinin "3. Fermer Hərman" yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən yox, X2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. 3. Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsinə əsasən, ekspertizaya təqdim edilmiş kommersiya işinin 8-9-cu vərəqlərində olan xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yeririlməsi aktın kserosurətinin 2-ci vərəqində "2. P-Aqro MMC-nin Kürdəmir filialının baş mühasibi" və "İsgəndərov" yazıların arasında əks olunmuş imza, "5. Fermer" və "İsgəndərov P.N" yazıların arasında əks olunmuş imza tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan həmin imzaların X2 tərəfindən, Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 125 manat məbləğində təşkil edir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının 9/3851 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ödəniş tapşırıqlarından göründüyü kimi xx.xx.2020-ci il tarixli, 33 saylı müqavilə üzrə 2020-ci ildə İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 3.986,8 manat məbləğində pul vəsaiti köçürülmüş, qaimə fakturalara əsasən isə 1.247,83 manat məbləğində dəyəri olan ammonium nitrat və ciyid verilmişdir. Lakin tədqiqi hissədə göstərilən səbəblərdən (yəni pambıq qəbulu qəbzlərinin oxunaqlı olmaması və s) İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 33 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-nə qaytarılmamış borcunun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona qarşı qaldırılmış 1047 manat məbləğində pul tələbi barədə iddianı qismən, 600 manat pulun ödənilməsi hissəsini qəbul edir. 2025-ci ilin yanvar ayından aylar üzrə 600 manat pul vəsaitini ödəyəcəkdir. 600 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 33 saylı müqavilə Peyman İsgəndərov tərəfindən imzalanmasa da, həmin müqavilə əsasında iddiaçı tərəfindən həmin sahəyə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi, qeyd edilən müqavilə Peyman İsgəndərov tərəfindən imzalanmasa da, onlar arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə imzalanmasa da, iddiaçı tərəfindən cavabdehə avans ayrılması, xidmətlər göstərilməsi, işlər görülməsi, cavabdehin buna dair etirazının olmaması, müqavilənin və aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlardan birinin cavabdehin atası tərəfindən imzalanmasının ekspert rəyi ilə müəyyən edilməsi, hətta sonradan cavabdehin ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən etiraf etməsi tərəflər arasında müqavilə bağlanmasını göstərir. Ona görə ki, qeyd edilən müqavilə cavabdeh Peyman İsgəndərov tərəfindən imzalanmış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə öhdəliyini icra etmiş, bununla da iddiaçı tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yuxarıda sadalanan xüsusatların olması ilə tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən həmin sahəyə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh göstərilən müqavilə əsasında avans almasına (və s.) dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bundan əlavə, tərəflər arasında sadə yazılı şəkildə müqavilə imzalanmamış olsa da belə, iddiaçı göstərilən vəsaiti cavabdehdən tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı “borcun ödənilməsi”ni tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, cavabdeh borcun 1046,78 manat məbləğində olmamasını bildirsə də, iddiaçı borc məbləğinin 1046,78 manat olmasına (yəni, iddianın 600 manatdan artıq olan hissəsinə) dair mötəbər sübut təqdim etməmişdir. Odur ki, göstərilən halın cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən halların qismən etiraf edilməsindən savayı borc məbləğinin 1046,78 manat məbləğində olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, öz tələblərinin əsası kimi istinad etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları (yəni, iddianın 600 manatdan artıq olan hissəsini) sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən 600 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Ona görə ki, iddia tələbi qeyd edilən hissədə cavabdehin özü tərəfindən qismən etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 30 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 325 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatlarının dəyəri olaraq 325 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 300 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 600 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 630 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 325 manat məbləğində pul vəsaitinin 25 manatı İddiaçı MMC-dən, 300 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-69/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-69/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver