Məhkəmə qərarları › İş №e-2-2(121)-690/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-690/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-690/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi üzrə işə baxaraq müəyyən etdi: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 575 manat, hesablanmış cərimə borcuna görə 115 manat, ödənilmiş mediasiya xərcinə görə 40 manat olmaqla, cəmi 730 manat pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, xx.xx.2024-cü il tarixli, e-2-2(121)-690/2024 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair iş üzrə sadələşdirilmiş qaydada icraatını mümkün hesab etmişdir. İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi xx.xx.2024cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu ödədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar