Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-707/2021 18.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı”, “xxxx” və ya “xxxx” MMC) cavabdehlər Cavabdeh və Zamin qarşı – 3220 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3250 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 12.10.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən 2 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 40 ton məhsul əldə etməklə 80 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bundan başqa cavabdeh Zamin ilə iddiaçı arasında bağlanmış 12.10.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh Zamin digər Cavabdeh müqavilə üzrə yaranacaq borcunu ödəyə bilməyəcəyi halda onun əvəzinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ümumilikdə 3220 manat məbləğində borclanmışdır. Məhsul təhvil tam verilməmiş, nəticədə cavabdehin iddiaçıya 3220 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı tərəfindən yaranmış borcla bağlı cavabdehlərə pretenziya məktubu göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasında iddianı qəbul edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.10.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Cəlilabad rayonu, Şiləvəngə kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsində “xxxx”in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum , gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qitmətlə və qaydada 2018-ci ilin dekabr ayının sonunadək “xxxx”ə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.10.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əvavələr edilmişdir. İş əlavə edilmiş İddiaçı MMC ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış 12.10.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Birgə Zaminlər” müqavilənin 1.2 bəndində göstərilən müqavilə üzrə “İstehsalçı/Əkinçi”, “xxxx” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımalı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürməli, zaminliklə təmin edilən öhdəlik bir tərəfdən “xxxx” MMC, digər tərəfdən isə “İstehsalçı/əkinçi” qismində Cavabdeh arasında şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma haqqında bağlanmış olan 12.10.2108-ci il tarixli müqavilədən irəli gələn öhdəlikdir.Həmin müqaviləyə əsasən “İstehsalçı/Əkinçi” “xxxx”dən aqroservis xidmətləri, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələrinin dəyəri ilə borclandığı 2468 manat məbləğində vəsaiti müqavilədə nəzərdə tutulan müddətdə, şərtlərlə və qaydada qaytarılmasını öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə “Birgə Zaminlər” birlikdə və ayrı-ayrılıqda “xxxx”in tələbinə qarşı “İstehsalçı/Əkinçi”nin irəli sürə biləcəyi etirazları irəli sürmək hüququna malik deyil. İşdən görünür ki, 18.03.2019-cu il tarixli, AS100001385 saylı “Ödəniş tapşırığına” əsasən 227,50 manat, 02.04.2019-cu il tarixli AS100001713 saylı “Ödəniş tapşırığına” əsasən 297 manat, 01.05.2019-cu il tarixli AS100003575 saylı “Ödəniş tapşırığına” əsasən 450 manat, 15.05.2019-cu il tarixli AS100004328 saylı “Ödəniş tapşırığına” əsasən 76,50 manat, 30.07.2019-cu il tarixli AS100007319 saylı “Ödəniş tapşırığına” əsasən 76,50 manat məbləğ “xxxx” MMC tərəfindən şəkər çuğunduru almaq üçün Cavabdeh hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 037027 nömrəli, 28.08.2019-cu il tarixli Elektron qaiməyə əsasən 13,50 manat, 038158 nömrəli, 28.08.2019-cu il tarixli Elektron qaiməyə əsasən 22,50 manat, 616818 nömrəli, 04.07.2019-cu il tarixli Elektron qaiməyə əsasən 13,50 manat, 315394 nömrəli, 10.06.2019-cu il tarixli Elektron qaiməyə əsasən 337,50 manat, 573190 nömrəli, 10.06.2019-cu il tarixli Elektron qaiməyə əsasən 13,50 manat, 161490 nömrəli, 31.05.2019-cu il tarixli Elektron qaiməyə əsasən 1125 manat, 161489 nömrəli, 31.05.2019-cu il tarixli Elektron qaiməyə əsasən 567 manat dəyərində “xxxx” MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF№115/21 saylı, 01.03.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 3220 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehlərdən tələb edilmişdir. İşə əlavə edilmiş 01.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 01.03.2021-ci il tarixə iddiaçıya olan borcu 3220 manat təşkil edir. İş materiallarına əlavə olunan cavabdehlərin məhkəməyə ünvanladığı 18.05.2021-ci il tarixli ərizədən görünür ki, iddianı qəbul edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.10.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 2 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 40 ton məhsul əldə etməklə 80 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 3220 manat dəyərində xərc çəkilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya şəkər çuğunduru məhsulu təhvil verilməmiş və cavabdehin 3220 manat məbləğində borcu yaranmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12.10.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh Zamin göstərilən müqavilə üzrə digər Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Cavabdeh ilə birlikdə birgə məsuliyyət daşıması və həmin öhdəliyi tamamilə icra etməsinə dair üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə eyni zamanda digər cavabdeh Zamin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, cavabdeh Zamin müqavilə üzrə zamin olduğundan, qeyd edilən borcun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Zamin müqavilə üzrə zamin olduğundan, bununla da cavabdeh Zamin iddiaçı qarşısında olan Cavabdeh öhdəliyini üzərinə götürmüşdür. Buna görə də, Cavabdeh zaminliklə təmin edilmiş öhdəliyini icra etmədiyindən, cavabdeh Zamin, digər Cavabdeh ilə birlikdə iş üzrə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehlərin özləri tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 3320 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3250 manat məbləğində pul vəsaiti Cavabdeh və Zamin müştərək qaydada alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-707/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-707/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver