Məhkəmə qərarları › İş №e-2-2(121)-711/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-711/2020

08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-711/2020 08.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçınümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxx 2019-cu il tarixli, ATNGR- 010319/A saylıalqı-satqımüqaviləsi üzə ödənilməmiş qalan 47.289 manat borcun, həmin borcu vaxtında ödəmədiyinə görə bankdan götürdüyü kreditlərə görə xx.xx.2020-ci il tarixinədək ödədiyi əsas və faiz borcunun əvəzi olaraq 16.013,77 manat pulun (realzərərin), mənəvizərərin haqqı olaraq isə 50.000 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumununiddiaçının xeyrinə tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən xx xxxx 2019-cu il tarixli, ATNGR- 010319/A saylı alqı-satqı müqaviləsi üzə ödənilməmiş qalan 37.789 manat borcun, həmin borcu vaxtında ödəmədiyinə görə bankdan götürdüyü kreditlərə görə xx.xx.2020-ci il tarixinədək ödədiyi faiz borcunun əvəzi olaraq cəmi 11.215,24 manat real zərərin və 7.093,35 manat pulun (əldən çıxmış faydanın), mənəvi zərərin haqqı olaraq isə 50.000 (əlli min) manatın və ödənilmiş 30 (otuz) manat məbləğindən pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx xxxx 2019-cu il tarixli, ATNGR- 010319/A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya heyvandarlıq üçün yem xammallarını və s xidmətlərini satmağı, “Alıcı” isə həmin malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 2-ci bəndində malın qiymətinin və miqdarının göndərilən qaimələrlə müəyyənləşdirldiyi öz əksini tapmışdır. Beləliklə də həmin qaimələrə əsasən qeyd olunan müqavilə üzrə cavabdehə bu gönə dək ümumi dəyəri 98.768 manat məbləğində olan xammal (arpa, buğda və soya) tam şəkildə təhvil verilməyinə baxmayaraq o, həmin kənd təsərrüfatı mallarının dəyəri tam olaraq ödəməmişdir. Bununla bağlı cavabdeh cəmiyyətin aidiyyəti səlahiyyətli şəxsləri ilə apardığı danışıqlar nəticəsində xx.xx.2019-cu il tarixdə “qarşılıqlı üzləşmə aktı” imzalamaqla cavabdeh cəmiyyətin ona olan borcunun 47.289 manat məbləğində olduğu təsdiq edilmişdir. Lakin, qeyd olunan borc məbləğinin bu günədək ona ödənilməməsi nəticəsində o ciddimaddisıxıntılar yaşayır, dövlət və qeyri-dövlət orqanları qarşısında müvafiq öhdəliklərini icra edə bilmir. Belə ki, müqavilə üzrə yuxarıda qeyd edilən kənd təsərrüfatımallarını təchizetmək üçün obankdan kredit götürmüş,cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əlavə olaraq maddiziyana düşmüş, bank qarşısında da kredit öhdəliklərini icra edə bilməmişdir. Belə ki,“xxxx” ASC-dən xx.xx.2019cu il tarixli kredit müqaviləsi ilə 50.000 manat, xx.xx.2019-cu il tarixlimüqavilə üzrə isə 10.000 manat kredit götürmüşdür. xx.xx.2020-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7.236,84 manat əsas borcundan, 7801,62 manat isə faiz borcundan, xx.xx.2019-cu il tarixlimüqavilə üzrə isə 694,48 manat əsas, 280,83 manat faiz borcundan ödəmişdir. Bununla da,cavabdehin müqavilə öhdəliklərini icra etmədiyinə görə 16.013,77 manat əlavə maddiziyana düşmüşdür.Cavabdeh tərəfindən ona vurulmuş real zərərlə yanaşı yuxarıda qeyd olunan borc məbləğini vaxtında qaytarmaması nəticəsində o adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum olunmuşdur. Belə ki, 47.289 manat məbbləğində pul vəsaiti cavabdeh tərəfindən vaxtında qaytarılmış olsaydı mən həmin vəsaiti əlavə olaraq kənd təsərrüfatı məhsullullarının alınmasına yatırar həmin məbləğdən qazanc əldə edə bilərdi. Məsələn, buğdanın 1 tonunu 300 manata almış olsaydı onu 330 manata sata bilər və beləliklə də hər tondan 30 manat gəlir əldə edə bilərdi. Arpanın 1 tonunu 320 manata alsaydı onu 350 manata satar və hər tondan 30 manat gəlir əldə edə bilərdi. 1 hektar torpaqda buğda və yaxud da arpa əksəydi, bunun maya dəyəri 200-250 manat təşkil edər, gəlir kimi isə hər hektara 450-500 manat pul əldə edə bilərdi. Cavabdeh hətta 47.289 manatdan etdiyi 9.500 manat ödənişi də uzun müddətə hissə-hissə edib. Beləliklə də, cavabdehin onu məhrum etdiyi 47.289 manat pul vəsaitindən təqribən 18% gəlir əldə etmək mümkün idi. Eyni zamanda cavabdehin ona ödəməli borc məbləğinin vaxtında qaytarmaması ilə bağlı bankdan götürdüyü 60.000 manat kredit borcu üzrə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə bu günədək o 14.048,06 manat əsas, 10.203,65 manat faiz borcu, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə isə bugünədək 3.866,36 manat əsas, 1.011,59 manat faiz burcundan ödəniş etmiş, faktiki olaraq ziyana düşmüş, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Məhz buna görə də hesab edir ki, yuxarıda qeyd olunan məbləğlər də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçınümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İddiaçı ilə “xxxx” MMC arasında heyvandarlıq üçün yem xammallarının satılması və s. xidmətlərin göstərilməsinə dair xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər olub. Lakin maddi vəziyyətlərində problem olduğundan hazırda ödəniş etməkdə problemlər yaşayırlar. Əsas borcu qəbul edirlər, lakin 11.215,24 manat real zərəri,7.093,35 manat əldə çıxmış faydanı, 50.000manat mənəvi zərəri qəbul etmirlər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqısatqı müqaviləsindən görünür ki, İddiaçı (Satıcı) ilə “xxxx” MMC (Alıcı) arasında heyvandarlıq üçün yem xammallarının satılması və s. xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya heyvandarlıq üçün yem xammallarını və s. xidmətləri (yem üyütmə və s.) satmağı, “Alıcı” isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixə İddiaçı olan borcunun miqdarı 47.289 manat təşkil edir. Üzləşmə aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 47.289 manat borc məbləğinin ödənilməsinin təmin edilməsi “xxxx” MMC-dən tələb olunmuş, əks təqdirdə eyni tələblə aidiyyəti məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC məlumatlandırılmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçıun “xxxx” ASC-nin Zərdab rayon filialında olan bank hesabına xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, ümumilikdə 9.500 manat pul köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli, 03/01-07/79 saylı maliyyə arayışında qeyd olunur ki, Cavabdeh MMC ilə sahibkar İddiaçı arasında mövcud olan xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı xx xxxx 2020-ci il tarixinə borcu 37.789 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 19031-S**********42 saylı kredit limiti müqaviləsindən və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli 1 saylı razılaşmadan görünür ki, “xxxx” ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında 500.000 manat məbləğində, 120 ay müddətinə , xx.xx.2029-cu il tarixədək kredit limiti ayrılmış, xx.xx.2019-cu il tarixdə həmin müqavilənin tərkib hissəsi olan razılaşmaya əsasən, “xxxx” ASC-nin Mingəçevir filialı tərəfindən İddiaçı illik 21 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 6 ay güzəşt olmaqla 120 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 031CASA193600003 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” ASC-nin Mingəçevir filialı tərəfindən İddiaçı illik 27 faiz dərəcəsi ilə 1 il müddətinə istehlak tələblərinin ödənilməsi məqsədilə 10.120 manat kredit vermişdir. İş materiallarında olan “xxxx” ASC-nin Mingəçevir filialının xx xxxx 2020-ci il tarixli, 347 saylı arayışında qeyd olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixində 50.000 manat və xx.xx.2019-cu il tarixində 10.120 məbləğində kredit götürmüşdür. İddiaçı 50.000 manat kredit üzrə 24.251,71 manat (14.048,06 manat əsas borc və 10.203,65 manat faiz borcu) məbləğində ödəniş etmişdir və qalıq borcu 41.578,08 manatdır. 10.120 manat kredit üzrə isə 4.877,95 manat (3.866,36 manat əsas borc və 1.011,59 manat faiz borcu) məbləğində ödəniş etmişdir və qalıq borcu 6.704,81 manatdır. İş materiallarından görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə “xxxx” MMC arasında heyvandarlıq üçün yem xammallarının satılması və s. xidmətlərin göstərilməsinə dair xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya heyvandarlıq üçün yem xammallarını və s. xidmətləri (yem üyütmə və s.) satmağı, “Alıcı” isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə “xxxx” MMC arasında qarşılıqlı üzləşmə aktı tərtib olunaraq “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixə İddiaçı olan borcunun miqdarının 47.289 manat təşkil etdiyi müəyyən olunmuşdur. Daha sonra Cavabdeh MMC tərəfindən İddiaçıun “xxxx” ASC-nin Zərdab rayon filialında olan bank hesabına xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, ümumilikdə 9.500 manat pul köçürülmüşdür və hazırda müqavilə üzrə borcun həcmi 37.789 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizədə də cavabdehin 47.289 manat borcundan 9.500 manat ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi borcun 37.789 manat təşkil etməsini təsdiq etmişdirlər. Tərəflər arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 37.789 manat borcunun qalması işin mübahisəsiz halıdır. İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli, ATNGR- 010319/A saylı alqı-satqı müqaviləsinə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri heyvandarlıq üçün yem xammallarının satılması və s. xidmətlərin göstərilməsinə dair xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsindən irəli gəlir. İddiaçı qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən xx xxxx 2019-cu il tarixli akta əsasən, cavabdehin xx.xx.2019-cu il tarixə 47.289 manat borcunun olduğunu, lakin sonradan ödənişlər edilərək, hazırda 37.789 manat borcunun qaldığını bildirir. Cavabdeh isə həmin borcu qəbul edir. Beləliklə, cavabdehin heyvandarlıq üçün yem xammallarının satılması və s. xidmətlərin göstərilməsinə dair xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya borclu olması iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddiaçı tərəfindən borcun vaxtında ödənilmədiyinə görə bankdan götürdüyü kreditlərə görə xx.xx.2020-ci il tarixinədək ödədiyi faiz borcunun əvəzi olaraq cəmi 11.215,24 manat real zərərin və 7.093,35 manat pulun (əldən çıxmış faydanın) ödənilməsini də xahiş edir. İddiaçı tərəfindən məhkəməyə “xxxx” ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19031-S**********42 saylı kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı razılaşma, həmçinin “xxxx” ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 031CASA193600003 saylı kredit müqaviləsi təqdim olunmuşdur. İddiaçı həmin müvaqilələrə əsaslanaraq, kredit borclarının tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilmədiyi üçün götürüldüyünü qeyd edir. Lakin məhkəmə hesab edir ki, qeyd olunan müqavilələr 11.215,24 manat real zərərin və 7.093,35 manat pulun (əldən çıxmış faydanın) tutulması üçün əsas ola bilməz. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli, 19031-S**********42 saylı kredit limiti müqaviləsinə əsasən, İddiaçı 500.000 manat məbləğində kredit limiti ayrılmış, xx.xx.2019-cu il tarixdə həmin müqavilənin tərkib hissəsi olan razılaşmaya əsasən, “xxxx” ASC-nin Mingəçevir filialı tərəfindən İddiaçı dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 manat kredit verilmişdir. Tərəflər arasında qarşılıqlı üzləşmə aktı isə xx xxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Daha sonra xx xxxxxx 2019-cu il tarixli, 031CASA193600003 saylı kredit müqaviləsinə əsasən, İddiaçı istehlak tələblərinin ödənilməsi məqsədilə 10.120 manat kredit vermişdir. Digər tərəfdən, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 4.3-cü bəndində malın dəyərinin nağdsız qaydada elektron qaimə təqdim edildiyi gündən 21 təqvim günü müddətindən gec olmamaq şərtilə satıcının hesabına ödənilməsi şərti nəzərdə tutulsa da, iddiaçı tərəfindən elektron qaimə təqdim edilməsi, təqdim edildiyi təqdirdə onun tarixini təsdiq edəcək hər-hansı sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubunda da yalnız 47.289 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, iddia ərizəsində göstərilən digər tələblərə dair hər-hansı qeyd göstərilməmişdir. Göründüyü kimi, həmin kredit müqavilələri hazırki tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, ATNGR-010319/A saylı alqı-satqı müqaviləsi ilə bağlılığını, həmin müqavilə üzrə əldə edəcəyi, lakin əldə edə bilmədiyi pul vəsaitinə görə götürüldüyünü, bu səbəbdən ona ziyan dəydiyini təsdiq edən sübutlar deyildir. İddiaçı həmçinin 7.093,35 manat əldən çıxmış faydanın tutulmasını tələb etsə də, bununla bağlı da məhkəməyə hərhansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 11.215,24 manat real zərərin və 7.093,35 manat pulun (əldən çıxmış faydanın) tutulması hissəsində iddia təmin edilməməlidir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənəvi sаrsıntılаr keçirməsi cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş vermiş olsun, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqə оlmаqla, zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret hakda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı tərəfindən iş materiallarına mənəvi ziyanın dəyməsi ilə bağlı hər hansı sübut əlavə edilmədiyindən, iddiaçıya dəymiş ziyanın cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə ziyan arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri iş materialları ilə müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki iddia tələbi bu hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 10 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 37.789 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 37.799 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar