Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-713/2023 16.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı “X6” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X6” MMC-nin Cavabdeh qarşı – müqavilə üzrə yaranmış borc tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X6” MMC Cavabdeh qarşı – xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi” üzrə borclu olduğu aylar üzrə, yəni xx.xx.2022-ci il tarixədək ödənilməmiş (5 aylıq icarə haqqı) 2000 manat məbləğindəki icarə haqqının ödənilməsi; xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi” üzrə icarəyə verilmiş, lakin bu günədək geri qaytarılmamış 27 adda, 316 ədəd və toplam dəyəri 27033,20 manat məbləğində avadanlığın geri qaytarılması, mediatora ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun ödənilməsi, keçən müddət ərzində “X7” MMC-yə məxsus 27033,20 manat məbləğində avadanlıqdan qanunsuz olaraq istifadə etdiyi, iradələrinin xilafına əmlaklarını mənimsədiyi və geri qaytarmadığı üçün və müqavilənin şərtlərini pozaraq iddiaçının razılığı və icazəsi olmadan başqalarının istifadəsinə verdiyi üçün 10000 manat məbləğində təzminatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi”nin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən əsasən, “X6” MMC Cavabdeh hər ay şirkətə mütamadi olaraq süd satması şərti ilə, toplam dəyəri 71386,64 manat olan avadanlıqları icarəyə vermişdir. Bunun müqabilində Cavabdeh “X6” MMC-yə “süd məhsulları satdığı” aylarda 400 manat, “süd məhsulları satmadığı” aylarda isə 500 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin keçən 8 aylıq müddət ərzində Cavabdeh tərəfindən cəmi 1 dəfə 400 manat icarə haqqı ödənilmişdir. Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün (icarə haqqı vaxtlı vaxtında ödənmədiyi və zavoda keyfiyyətli süd məhsulu satılmadığı üçün) “İcarəyə verən” “X6” MMC xx.xx.2022-ci il tarixdə cavabdehə öncədən xəbər verməklə müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra Cavabdeh xx.xx.2022ci il tarixdə yuxarıda göstərilən “İcarə müqaviləsi” üzrə ona icarəyə verilmiş mal və avadanlıqların 44353,2 manat dəyərində olan 12 ədəd avadanlığı şirkət əməkdaşlarına təhvil vermişdir. Lakin bu günə kimi Cavabdeh, onda qalmış olan 27 adda, 316 ədəd və toplam dəyəri 27033,2 manat məbləğində “icarə verilmiş” avadanlığı və borclu olduğu aylar üzrə, yəni xx.xx.2022-ci il tarixədək ödənilməmiş 5 aylıq icarə haqqı olan, 2000 manat məbləğindəki “icarə haqqını” hər dəfə müxtəlif bəhanələr gətirməklə “X6” MMCyə təhvil verməmiş və ödəməmişdir. Bununla əlaqədar dəfələrlə Cavabdeh ilə ***-***-**- ** nömrəli mobil nömrə vasitəsi ilə əlaqə saxlanılsada, onunla üzbəüz görüşülsədə, yazılı pretenziya göndərilərək “icarəyə verilmiş və geri qaytarılmamış avadanlıqlar” və borclu olduğu “icarə haqqı” tərəfinizdən tələb edilsədə cəhdlərimiz heç bir nəticə verməmiş və Cavabdeh borclu olduğu “icarə haqqını” və geri qaytarmadağı avadanlıqları “X6” MMC-yə geri verməmişdir. Bildirmək istəyirlər ki, Cavabdeh bu davranışları onunla “X6” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “İcarə müqaviləsi”nin 2.2.6; 2.2.7; 2.2.8 və 2.2.9-cu bəndlərinə ziddir və müqavilənin şərtlərinə əsasən bu şərtlər pozulduğunda Cavabdeh icarədara təzminat ödəmək məcburiyyətindədir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən özgə əmlakını dələduzluq yolu ilə əldə etməyə görə, icarədarın icazəsi olmadan başqasına vermə, zorla mənimsəməyə çalışmağa və həmin əmlakdan qanunsuz istifadəyə görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. Yaranmış borcun tələbi ilə bağlı “iddiaçı” tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə həm elektron qaydada (vergi ödənişləri bazasında cavabdehin elektron poçtuna göndərilməklə), həm də poçt vasitəsi ilə (xəbərnaməli) pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh iddiaçının pretenziya məktubuna cavab verməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası MM-nin 442, 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Bundan sonra iddiaçı qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə yaranmış borc üzrə mübahisənin mediasiya qaydasında həlledilməsi üçün cavabdehə məktub ünvanlamışdır. Lakin cavabdeh iddiaçının bu tələbini də cavablandırmamışdır. Bundan sonra iddiaçı iş üzrə mediator təyin edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası işə baxmaq üçün Cəlilabad şəhəri, Heydər Əliyev prospekti- 242 ünvanda yerləşən ünvanda yerləşən mediator X3 (***-***-**- **.gurbanovaqil@gmail.com) iş üzrə mediator təyin etmişdir. Mediator hər iki tərəfə də poçt vasitəsi ilə 5 gün öncədən mediasiya sesiyasının tarixi, yeri və saatı barədə bildiriş göndərmiş və telefon vasitəsi ilə tərəflərin öncədən razılığı alınmaqla mediasiya sesiyasının xx.xx.2022-ci il tarixdə, saat 12.00-13.00-da keçiriləcəyini bildirmişdir. Cavabdeh mediasiya sesiyasında iştirkak etməmişdir. İddiaçı tərəfindən 200 manat mediasiya rüsumu mediatora ödənmişdir. Mediator isə iddiaçıya qarşı tərəfin “ilkin mediasiya sesiyasında iştirak etməməsi” barədə arayış vermişdir. Tələblərinə əsasən mediasiya rüsumu iddiaçı tərəfindən ödəndiyi üçün iddiaçı “X6” MMC məhkəmə rüsumundan azaddır.” Bundan başqa iddiaçının tələbi mediasiya rüsumundan artıq olduğu üçün qanunvericiliyə görə əlavə 26 manat miqdarında ödənişə dair qəbzin surəti işə əlavə edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, iddiaya etiraz etmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı “X6” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə veriləcək avadanlıqların icarə haqqının razılaşdırılmasına dair protokolda, Əlavə 1-də adları göstərilən avadanlıqların tamamına görə, “İcarəyə verən”ə “Süd məhsulları” satdığı aylarda aylıq 400 manat, “süd məhsulları” satmadığı aylarda isə 500 manat aylıq icarə haqqı ödəyəcəkdir. İşdə olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əlavə 1-in surətindən görünür ki, dəyəri 427,2 manat, barkod kodu 59962 olan, 6 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 71,2 manat, barkod kodu 59963 olan, 1 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 142,4 manat, barkod kodu 59964 olan, 2 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkod kodu 64304 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2492 manat, barkod kodu 64337 olan, 35 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkod kodu 64347 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 3560 manat, barkod kodu 120829 olan, 50 ədəd süd qabı 30 lt (süd toplamaq üçün),dəyəri 712 manat, barkod kodu 120832 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkod kodu 120856 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkod kodu 131096 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkod kodu 131177 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 356 manat, barkod kodu 165051 olan, 5 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 1780 manat, barkod kodu 165081 olan, 25 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkod kodu 165118 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 3560 manat, barkod kodu 165138 olan, 50 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 755,88 manat, barkod kodu 165275 olan, 1 ədəd süd analiz cihazı (milkanə), dəyəri 1811,72 manat, barkod kodu 120867 olan, 1 ədəd süd analiz cihazı (milkanə), dəyəri 5535,07 manat, barkod kodu 64302 olan, 1 ədəd süd soyutma çəni 2 tonluq, dəyəri 5535,07 manat, barkod kodu 64303 olan, 1 ədəd süd soyutma çəni 2 tonluq, dəyəri 5535,07 manat, barkod kodu 120834 olan, 1 ədəd süd soyutma çəni 2 tonluq, dəyəri 9225,12 manat, barkod kodu 120835 olan, 1 ədəd süd soyutma çəni 4 tonluq, dəyəri 4052,78 manat, barkod kodu 120972 olan, 1 ədəd generator elektrik üçün, dəyəri 1145,46 manat, barkod kodu 120973 olan, 1 ədəd süd pompası (motor), dəyəri 456,91 manat, barkod kodu 164703 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkod kodu 164704 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkod kodu 164705 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkod kodu 164708 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkod kodu 164709 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkod kodu 164710 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 499,65 manat, barkod kodu 164746 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 499,65 manat, barkod kodu 164747 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkod kodu 165005 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkod kodu 165117 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkod kodu 165139 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 200,9 manat, barkod kodu 165189 olan, 1 ədəd ariston su qızdırıcısı elektrikli, dəyəri 755,88 manat, barkod kodu 165196 olan, 1 ədəd, PH metr süd analizi üçün, dəyəri 544,92 manat, barkod kodu 59973 olan, 1 ədəd PH metr süd analizi üçün, dəyəri 8969,89 manat, barkod kodu 165073 olan, 1 ədəd süd soyutma çəni 4 tonluq, dəyəri 1500 manat, barkod kodu 58783 olan, 1 ədəd süd təknəsi 400 lt olan avadanlıqlar iddiaçı “X6” MMC ilə Cavabdeh icarəsinə verilmişdir. İşə əlavə olan Cavabdeh tərəfindən imzalanmış iltizamnamənin surətindən görünür ki, Cavabdeh “X6” MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürdüyüm (39 adda, 71386,64 manat avadanlıq) və bu günə kimi ödəmədiyi 2000 manat məbləğindəki, icarə pulunu xx.xx.2022-ci il tarixdə “X6” MMC-yə ödəyəcəyinə, avadanlıqları tam şəkildə təhvil verəcəyinə dair yazılı iltizam vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim atının surətindən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “İcarə müqaviləsi”nə əsasən Cavabdeh icarəyə verilmiş avadanlıqların bir qismi: 1) 3 ədəd 2 tonluq süd soyutma çəni; 2) 2 ədəd 4 tonluq süd soyutma çəni; 3) 1 ədəd elektrik generatoru; 4) 1 ədəd süd pompası (motor); 5) 1 ədəd Milkana markalı süd analiz cihazı; 6) 1 ədəd Ariston markalı su qızdırıcısı; 7) 2 ədəd PH metr (süd analizi üçün) və 8) 1 ədəd 400 litrlik süd təknəsi Cavabdeh tərəfindən “X6” MMC-yə təhvil verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli “İcarə müqaviləsi” əsasında icarəyə götürdüyü digər avadanlıqları və “X6” MMC-yə borclu olduğu 2000 manat icarə haqqını ən geci xx.xx.2022-ci il tarixədək “X6” MMC-yə verəcəyini bildirmişdir. Qeyd edilən təhvil-təslim aktı Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, “İcarəyə götürən” ilə “İcarəyə verən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilə üzrə oktyabr, noyabr, dekabr-2021 və yanvar 2022-ci il üçün süd torpalama avadanlıqlarının icarə xərci üzrə EBBQ seriyalı, 985683 saylı, xx.xx.2022-ci il tarixli e- Qaimə ilə 1600,03 manat, fevral 2022-ci il üçün süd torpalama avadanlıqlarının icarə xərci üzrə EBBS seriyalı, 200560 saylı, xx.xx.2022-ci il tarixli e-Qaimə ilə 400,01 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi və avadanlıqların geri qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş, xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı cavabdehə hər ay şirkətə mütamadi olaraq süd satması şərti ilə, toplam dəyəri 71386,64 manat olan avadanlıqları icarəyə vermişdir. Bunun müqabilində cavabdeh iddiaçıya “süd məhsulları satdığı” aylarda 400 manat, “süd məhsulları satmadığı” aylarda isə 500 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, 8 ay müddət ərzində cavabdeh tərəfindən cəmi 1 dəfə 400 manat icarə haqqı ödənilmişdir. Bununla da, cavabdeh iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərini pozmuşdur. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi üzrə ona icarəyə verilmiş 12 ədəd avadanlığı iddiaçıya təhvil vermiş, 27 adda, 316 ədəd avadanlığı isə iddiaçıya qaytarmamışdır. Bundan başqa, cavabdeh borclu olduğu aylar üzrə, yəni xx.xx.2022-ci il tarixədək ödənilməmiş 5 aylıq icarə haqqı olan 2000 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqavilə(lər)si üzrə cavabdeh müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyekt(lər)ini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddianın “xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş 27 adda, 316 ədəd, toplam dəyəri 27033,2 manat məbləğində avadanlıqların geri qaytarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi göstərilən avadanlıqların (əşyaların) ona məxsus olması, həmin əşyaların cavabdehdə olması məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təhvil-təslim aktı ilə, iltizamla və s. sənədlərlə sübut olunduğundan, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddianın avadanlıqların ona qaytarılmasına dair hissəsi təmin edilərək, göstərilən əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddianın “10000 manat məbləğində təzminat ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır və iddia qeyd edilən hissədə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2000 manat icarə haqqı, 150 manat mediasiya xərci, cəmi 2150 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “X6” MMC-yə ödənilsin. 27 adda, 316 ədəd olan avadanlıqlar (dəyəri 427,2 manat, barkodu 59962 olan, 6 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 71,2 manat, barkodu 59963 olan, 1 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 142,4 manat, barkodu 59964 olan, 2 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkodu 64304 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2492 manat, barkodu 64337 olan, 35 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkodu 64347 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 3560 manat, barkodu 120829 olan, 50 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkodu 120832 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkodu 120856 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkodu 131096 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 2136 manat, barkodu 131177 olan, 30 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 356 manat, barkodu 165051 olan, 5 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 1780 manat, barkodu 165081 olan, 25 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 712 manat, barkodu 165118 olan, 10 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 3560 manat, barkodu 165138 olan, 50 ədəd süd qabı 30 lt (süd toplamaq üçün), dəyəri 755,88 manat, barkodu 165275 olan, 1 ədəd süd analiz cihazı (milkana), dəyəri 456,91 manat, barkodu 164703 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkodu 164704 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkodu 164705 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkodu 164708 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkodu 164709 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 456,91 manat, barkodu 164710 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 499,65 manat, barkodu 164746 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 499,65 manat, barkodu 164747 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkodu 165005 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkodu 165117 olan, 1 ədəd refractometr süd analizi üçün, dəyəri 144,44 manat, barkodu 165139 olan, 1 ədəd refractometr süd analizi üçün) Cavabdeh alınaraq “X6” MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-713/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-713/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver