Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-763/2024 19.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 (Vöen: **********) 22 may 2023-cü il tarixli, 344-İ/23 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 988.87 ( doqquz yüz səksən səkkiz manat səksən yeddi qəpik ) borc, 50 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 50 manat olmaqla, cəmi 1088.87 (bir min səksən səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın qiyməti 1037,87 manat təşkil etdiyinə görə, ödənilməsi tələb olunan rüsumun məbləği 30,38 manatdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş elektron iddia ərizəsindən görünür ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə istinad edərək dövlət rüsumunu ödəməkdən azad olmasını qeyd etmişdir və bu əsasla iddia ərizəsinin verilməsinə görə tələb olunan dövlət rüsumunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Məhkəmə qeyd edir ki, 2023-cü il 26 dekabr tarixli, 1078-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6cı maddədə “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilmiş, bununla da kommersiya mübahisələrinə dair işlərdə məcburi mediasiya tələbi aradan qaldırılmışdır. Həmin Qanun xx.xx.2024-cü il tarixdə dərc olunmuşdur və həmin tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi tərəflər arasında ilkin mediasiya sessiyası sözü gedən Qanun qüvvəyə mindiyi tarixdən sonra keçirilmişdir. Belə olan halda isə, mediasiya sessiyasında iştiraka görə rüsum ödənilməsindən azad olmanı nəzərdə tutan qüvvədən düşmüş normaya istinad edilməsi qanuni hesab edilə bilməz. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmişdir. Buna görə də iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-763/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-763/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver