Məhkəmə qərarları › İş №e-2-2(121)-767/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-767/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-767/2024 13.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – iddiaçı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, MK140 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Belarus 892, 1 ədəd taxılsəpən gübrəsəpənlə HBM-N-24 saz və işlək vəziyyətdə geri qaytarılması və 2990.73 manat manat əsas borcun, 375.47 manat cərimə borcunun və 53.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK140 saylı lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə 20844.60 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 51615.20 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 11135.12 manat ilkin ödəniş və 208.45 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2990.73 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 375.47 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəflərindən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində xs/1102/24 nömrəli prentenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 2990.73 manat gecikdirilmiş əsas borcu, 375.47 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransa da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 11135.12 manat ödəniş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC (İddiaçı ASC) ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə MK140 saylı lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan MK 140 saylı,xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, “Belarus Traktor” 892 markalı texnikanın ümumi məbləği 42900 manat, ilkin ödəniş məbləği 9075 manat, güzəşt məbləği 16500 manat, HMB-N-24 markalı taxılsəpən gübrəsəpənlə adlı texnikanın ümumi məbləği 8175,20 manat, ilkin ödəniş məbləği 2060,12 manat, güzəşt məbləği 3135,48 manat, ümumilikdə hər iki texnika üçün 51615,20 manat ödənilməli olan ümumi məbləğ, 11135,12 manat ilkin ödəniş məbləği, 19635,48 manat güzəşt məbləği olmuşdur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştli satılması barədə 528-GS/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə müqavilə bağlanmış, müqaviləyə əsasən “Belarus 892” markalı traktor və HMB-N- 24 markalı taxılsəpən gübrəsəpənlə adlı texnikalar "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə satılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 2387/ü saylı əmrinin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 528-GS/19 saylı müqaviləyə əsasən güzəşt tətbiq edildikdən sonra 29.994,52 manat məbləğində qalıq dəyərinin ödənildiyi nəzərə alınaraq “Belarus 892” markalı traktor və HMB-N-24 markalı taxılsəpən gübrəsəpənlə adlı texnikalar Cavabdeh maliyyə lizinqinə verilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus texnikanın alıcıya təhvili barədə xx.xx.2019-cu il tarixli, 5/311 saylı aktdan görünür ki, “Belarus 892” markalı traktor və HMB-N-24 markalı taxılsəpən gübrəsəpənlə adlı texnikalar lizinq alana təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, MK 140 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2i müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Belarus 892, 1 ədəd Taxılsəpən gübrəsəpənlə HBM-N-24 adlı texnikalar 60 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 51615,20 manat təşkil etmişdir. Həmin məbləğin 20844,60 manat hissəsi kredit məbləği təşkil etmişdir. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 11135,12 manat məbləğində ilkin ödəniş, 208,45 manat məbləğində müqavilənin rəsmiləşdirilməsi komissiyası cəmiyyətə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən ədəd Belarus 892, 1 ədəd Taxılsəpən gübrəsəpənlə HBM-N-24 adlı texnikalar cavabdehə təhvil verildikdən sonra onun lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödədədiyi kredit məbləği 15422 manat, gecikdirilmiş borcu 2990,73 manat, 375,47 manat cərimə borcu mövcuddur. Beləliklə Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli, MK 140 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya ilə tətbiq edilən X2 müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 3.366,20 manat öhdəliyi vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən 2990,73 manat əsas, 351,54 manat cərimə, ümumilikdə 3342,27 manat borc yaranmışdır. Lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi və müqavilənin xitam verilərək lizinq obyekti olan texnikaların işlək və saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC (İddiaçı ASC) tərəfindən xx.xx.2019-cu il tarixli 528-GS/19 nömrəli alqı-satqı müqaviləsi ilə "xxxx" ASC-dən (hazırda "xxxx" ASC) alınan “Belarus 892” markalı traktorun və “HMB-N-24” markalı taxılsəpən gubrəsəpənlə adlı texnikalar daha sonra "xxxx" MMC (İddiaçı ABC) tərəfindən 19 08.2019-cu ıl tarixli 140 nömrəli müqavilə ilə Cavabdeh lizinqə verilmişdir. Qeyd olunan texnikaların alınması məqsədilə Agentlik tərəfəndən "xxxx" MMC-yə (İddiaçı ASC) xx.xx.2019-cu il tarixində 20844,60 manat məbləğində güzəştli kredit vəsaiti ayrılmışdır. Hazırda həmin vəsait üzrə İddiaçı ASC-nin Agentlik qarşısında 1297 manat qalıq borc öhdəliyi mövcuddur. Texnikanın hazırda kimin mülkiyyətində olduğu barədə məlumat Agentlikdə mövcud deyil. Bununla belə, Agentliyin xx.xx.2024-cu il tarixli 3-22-2/2-983/2024 nömrəli məktubu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə ünvanlanmış və texnikanın istifadəsi və mülkiyyəti barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. İşə əlavə olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC (əvvəlki “Aqrolizinq" ASC) ilə “MK Lizing" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 528-GS/19 nömrəli müqavilədə qeyd olunan “Belarus-892” markalı traktor və “HMB-N-24” markalı gübrəsəpənlə taxılsəpən Cəmiyyətin xx.xx.2019-cu il tarixli 2387/ü nömrəli əmri ilə “MK Lizing" MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Agentliyin daşınar əmlakın rəsm reyestrinin avtomatlaşdırılmış informasiya sistemində “Belarus 892” markalı traktor və “HMB-N-24” markalı taxılsəpən (gübrəsəpənlə) hal-hazırda "xxxx" MMC-nin ("xxxx" ASC) mülkiyyətində olaraq dövlət qeydiyyatındadır və xx.xx.2019-cu il tarixli 140 salyı lizinq müqaviləsinə əsasən Cavabdeh verilmişdir. İddia tələbinin “müqaviləyə xitam verilməsi” hissəsi üzrə tərəflərin çağırlaraq izahatlarının alınması zərurəti yarandığından, iddianın göstərilən hissəsində iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddianın müqaviləyə xitam verilməsinə dair hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilən Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqaviləyə xitam verilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, həmçinin bu müqavilənin şərti olduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)indən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin və cərimənin ödənilməsi tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəs(lər)ində əsaslıdır. Buna görə də, iddia həmin hissəs(lər)ində təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin qeyd edilən lizinq müqaviləsi üzrə 375,47 manat məbləğində deyil, 26 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “lizinq predmet(lər)inin saz və işlək vəziyyətdə ona qaytarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, lizinq obyekti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" MMC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış MK 140 saylı, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə xitam verilsin. 1 ədəd Belarus-892 markalı (istehsalı 2019-cu il olan, şassi nömrəsi ******* olan, mühərrik nömrəsi D-245.5 045715 olan) traktor və 1 ədəd HBM-N-24 markalı (istehsalı 2018-ci il olan, şassi nömrəsi ******* olan) taxılsəpən gübrəsəpənlə saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. 2990,73 manat əsas borc, 26 manat cərimə, cəmi 3016,73 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar