Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-77/2020 19.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X8, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən19.060,34 manat borcun, 20.255,30 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Saatlı” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ********* saylı müqaviləyə əsəsən cavabdeh 180 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsuləldə etməklə 360 ton xam-pambıq məhsulu istehsaledib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 65.383,78 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 46.323,44 manat məbləğində 112.984 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Tərəflərindən 2014-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur və cavabdeh məhkəmə iclasında borcunu hissəhissə ödəyəcəyini söyləyərək, iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir. Lakin daha sonra cavabdeh borcunun bağlanılması üçün cəmiyyətə heç bir sübut təqdim etməmişdir. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 19.060,34 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Saatlı” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 410 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 20.255,30 manat təşkiledir. Müqavilə üzrə təhvil verilməli idi: 360 ton; Verilib: 112.984 kq Verilməmişdir: (360t –112,984t) x 410manat = 101.276,56 manat х 20% = 20.255,3 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdeh 19.060,34 manat əsas borcdan əlavə 20.255,30 manat cərimə ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X9 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən 360 ton məhsul verməli olduğu halda, 113 ton pambıq vermişlər, yerdə qalan məhsul verilməmişdir. İddiaçı təşkilat tərəfindən 65.383,78 manat avans ödənilmişdir. Lakin hamısı pul şəklində deyil, mal və xidmət formasında olmuşdur. Müqaviləyə əsasən 19.060,34 manat borcun olmasını təsdiq edir, lakin hesab edir ki, Cavabdeh 90 üzvü olduğundan borc da üzvlər arasında bölüşdürülməlidir. Sonda əsas borcun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC, “MKT Saatlı” filialı vəCavabdeh arasında xx xxxx 2011-ci il tarixli, ********* saylı 2011-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2011-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən Cavabdeh əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 180 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İş materiallarında olan qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə işlərin görülməsi üçün 65.383,78 manat məbləğində avans ayrılmışdır (şum və traktor işləri görülmüş, arat aparılmış və s.). Həmin məbləğdən İddiaçı MMC-yə 46.323,44 manat məbləğində pambıq verilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2019-cu il tarixli, REF/0297/19 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, “MKT Saatlı” filialı vəCavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, ********* saylı 2011-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə əsasən Cavabdehnə verilmiş 65.383,78 manat avans məbləğindən ödənilməmiş 19.060,34 manat borcun və 20.255,3 manat cərimənin 10 gün müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC, “MKT Saatlı” filialı vəCavabdeh arasında 2011-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx xxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən 180 hektar sahədə pambıq əkməyi, hər hektardan 20 sentner məhsul əldə etməklə 360 ton xam pambıq verməyi öhdələrinə götürmüşdürlər. Lakin nəticədə 112.984 ton pambıq təhvil verilmişdir. Borcun qalmasına əsas səbəblərdən biri xx xxx 2010-cu il tarixdə Kür çayının öz məcrasından çıxaraq əkin sahələrini su basması olmuşdur. Su basma nəticəsində torpağın münbitliyi çox aşağı düşmüşdür. Onlar həmin aşağı düşmüş torpaq sahələrində pambıq əkmişdirlər. Qanunvericiliyə uyğun olaraq isə onların pambıq əkdiyi sahələr əkilməməli idi. xx xxxx 2011-ci il tarixdə pambıq əkmək üçün yenidən müqavilə bağlandı. Kooperativə 90 ailə üzv olmuşdur və həmin ailələri məxsus torpaq sahələri ümumilikdə 180 hektar olmuşdur. Kooperativ üzvləri torpaq sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdurlar və əmək haqqı almışdırlar. İddiaçı tərəfindən becərmə işlərinin aparılması üçün texnika verilməmişdir və bunun üçündə onların başqa texnikaları işə cəlb etmişdirlərki, bu da vəsaitin çox xərclənməsinə səbəb olmuşdur. Onlar bağlanmış müqaviləyə əsasən iyun ayında sahəyə pambıq əkmişdirlər, lakin xx xxxxxxx 2011-ci il tarixdə güclü şaxtanın olması səbəbindən pambığın üzərində olan qozalar açılmayaraq çürümüşdürlər. Nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Məhsuldarlığın aşağı olmasına səbəblərdən birincisi su basan torpaqlarda pambığın əkilməsi, ikincisi pambıq şumunun mart, aprel aylarında aparılması, üçüncüsü pambığın iyun ayında əkilməsi və dördüncüsü 04 oktyabrdan havaların şaxtalı keçməsi olmuşdur. Qeyd edirlər ki, mülki iddialarda iddia müddəti 3 ildir ki, müqavilə bağlanmasından 8 ildən artıq bir müddət keçmişdir və bunun üçün hesab edirlərki iddiaya məhkəmə tərəfindən baxılmamalıdır. Həmçinin qeyd edirlər ki, Çöl X5 seçkili orqandır. İdarə heyətinin 5 üzvü olmaqla 90 ailənin pay torpağı kooperativdə birləşmişdir. Kooperativin borcunun müəssisənin direktorundan tutulması qanuni deyildir, bu baxımdan iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən, iddia müddətinin buraxılmış hesab edilməsi, iddia tələbinin təmin olunmaması və tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC, “MKT Saatlı” filialı vəCavabdeh arasında xx xxxx 2011-ci il tarixli, ********* saylı 2011-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2011-ci il mövsümü üzrə xampambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən Cavabdeh əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 180 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdehnə işlərin görülməsi üçün 65.383,78 manat məbləğində avans ayrılmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya 46.323,44 manat məbləğində 112.984 kq xam-pambıq təhvil vermişdir. Beləliklə də, iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxx 2011-ci il tarixli, ********* saylı 2011-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilətəşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 65.383,78 manat məbləğində avans müqabilində İddiaçı MMCyə 46.323,44 manat məbləğində pambıq verilmişdir. Beləliklə cavabdehin iddiaçıya verilmiş avans üzrə 19.060,34 manat borcu qalmışdır. Belə olan haldaməhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 19.060,34 manat borcunİddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, 20.255,30 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazdakı dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə etirazda tərəflər arasında müqavilə bağlanıldığı, müqavilə üzrə iddiaçı tərəfindən 65.383,78 manat avans verildiyi, bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 46.323,44 manat dəyərində 112.984 kq pambıq verildiyi, 19.060,34 manat borcun qaldığı etiraf edilir. Daha sonra etirazda borcun qalmasının səbəbləri qeyd olunur (su basma nəticəsində münbitliyin aşağı düşməsi, şaxta vurma və s.) ki, həmin əsaslar müqavilə üzrə öhdəliklərin icrasından azad etmədiyi üçün, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Etirazda həmçinin tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia müddətinin buraxılmış hesab edilməsi və iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu müstəqil tələb olmaqla ayrıca iddia predmetidir. Lakin iddiaçı həmin tələbi qarşılıqlı iddia kimi və ya müstəqil şəkildə iddia qaldırmaqla, başqa sözlə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş formada iddia ərizəsi (qarşılqlı iddia ərizəsi) kimi məhkəmə təqdim etmədiyindən, həmin məsələyə məhkəmə tərəfindən qiymət verilməsi mümkün deyildir. İddia müddətinin buraxılmış hesab edilməsinə və iddia tələbinin təmin olunmamasına münasibətdə isə, məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən (bunu yalnız etirazında xahiş etmişdir), iddia, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 19.060,34 manat əsas borc, 100 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 19.175,34 manat pul Cavabdehndən tutularaq İddiaçı MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-77/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-77/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver