Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-771/2021 23.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Sirvan şəhərində Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ("xxxx" MMC-nin hüquqi varisi) (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.881 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli 0057 nömrəli alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Soltanabad kəndində yerləşən 21,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5.881 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 2.100 manat məbləğində icarə haqqı, 400 manat məbləğində arat, 3.381 manat məbləğində aqrolizinq, ümumilikdə 5.881 manat işlər görülmüş, xidmətlər görülmüş, avans vəsait ödənilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, iddiaçıya 5.881 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması qaimə və kassa məxaric orderi ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya yazılı qaydada etiraz edərək onunla “X7” MMC arasında heç bir müqavilə bağlanılmadığını, o cümlədən ona 5.881 manat məbləğində avans verilmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 2018-ci il tarixli, 0057 saylı alq-satqı müqaviləsindən görünür ki, “X7” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü Saatlı rayonu, Soltanabad kəndində yerləşən 21 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X7” MMCyə təhvil verməyi, MMC isə məhsulu qəbul edib onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “X7” MMC-nin hüquqi varisidir. İş materiallarında olan 27.02.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, “X7” MMC tərəfindən Cavabdeh 2.500 manat məbləğində icarə haqqı və arat pulu ödəmək üçün avans verilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.10.2019-cu il tarixli, 01/835 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan 5.881 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika ilə İddiaçı MMC ilə bağlanmış müqavilələr üzrə pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə yekun üzləşmə aktından görünür ki, Cavabdeh 3.381 manat dəyərində xidmətlər göstərilmişdir. Yekun üzləşmə aktı fermerin (Cavabdeh) imzası ilə təsdiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 4/866 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 64-cü vərəqində “X7” MMC ilə Cavabdeh adlarında olan 11 yanvar 2018-ci il tarixli, 0057 nömrəli alqı-satqı müqaviləsinin sonunda “Satıcının adından: Cavabdeh. İmza:” qrafasındakı imza və 65-ci vərəqində Cavabdeh adına olan 27 fevral 2018-ci il tarixli 000896 nömrəli kassa məxaric orderində olan “27 fevral 2018”-ci il yazıları qarşısında “İmza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 31.07.2021-ci il tarixli ərizə (vəsatət) ilə “əlavə və təkrar ekspertizanın təyin edilməsi” xahiş edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 19.08.2021-ci tarixli qərardadı ilə ərizə (vəsatət) qismən təmin edilərək təkrar ekspertizanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 02 noyabr 2021-ci il tarixli, 4/1319 saylı ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, işinin 63-64-cü vərəqələrində “X7” MMC və Cavabdeh adlarında olan 11 yanvar 2018-ci il tarixli 0057 nömrəli alqı-satqı müqaviləsinin sonunda “Satıcının adından:” hissəsində “İMZA:” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki iş üzrə 5.881 manat məbləğində iddia tələbinin 2.500 manat və 3.381 manat hissələrinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, “X7” MMC ilə Cavabdeh arasında alqısatqı müqaviləsinin imzalanması və həmin müqavilə əsasında Cavabdeh icarə haqqı və arat pulu ödəmək üçün 2.500 manat məbləğində avansın verilməsi işin mübahisəsiz halını təşkil edir. Həmçinin, məhkəmənin 19.08.2021-ci il tarixinə təyin olunmuş iclasında cavabdeh 2.500 manat məbləğində icarə haqqını iddiaçıdan aldığını və bununla əlaqədar olaraq 27.02.2018-ci il tarixli kassa məxaric orderini imzaladığını bildirmişdir. İşin mübahisəli halını isə iddiaçı tərəfindən cavabdehə 3.381 manat məbləğində aqrolizinq xidmətlərinin göstərilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 3.381 manat məbləğində aqrolizinq xidmətlərinin göstərildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən imzalanmamış "xxxx" ASC-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika ilə İddiaçı MMC ilə bağlanmış müqavilələr üzrə pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə yekun üzləşmə aktı cavabdehə aqrolizinq xidmətlərinin göstərildiyini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan əlavə, məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 4/866 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə, 4/1319 saylı, 02 noyabr 2021-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, ekspert rəyi işin həqiqi hallarını təkzib edir və iş materiallarına əlavə olunmuş sübutlara uyğun deyildir. Belə ki, ekspertiza Cavabdeh məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin kserosurəti ilə digər sənədlərin əlaqəli tədqiqatı aparılmış və rəy verilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatı imzanın kserosurəti üzrə deyil, şəxsiyyət vəsiqəsinin əsilində olan imza ilə aparılmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən 5.881 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi 2.500 manat hissəsində təmin edilməli, 3.381 manat hissəsində isə rədd edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0057 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2.500 manat məbləğində borcunun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsini təsdiq edən hərhansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 17 manatı iddiaçıya aid edilməli, 13 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.500 (iki min beş yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat olmaqla, ümumilikdə 2.513 (iki min beş yüz on üç) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri 126 manat və 173 manat olmaqla, ümumilikdə 299 (iki yüz doxsan doqquz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-771/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-771/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver