Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-787/2020 15.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndələri X1 və Nümayəndə, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasına; Cavabdeh İddiaçı MMC-yə qarşı - pul tələbi barədə qaşılıqlı iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 491 531,82 manat məbləğində əsas borc, 187 000 manat dəyərində malın xarab olması ilə əlaqədar dəmiş ziyanın, cəmi 678 531,82 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddianın rədd edilməsi və İddiaçı MMC-dən 170000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndələri X2 və Nümayəndə məhkəmə iclasında barışıq sazişi bağladıqlarını bildirdilər. Şifahi olaraq barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında məhkəmə iclasında izahat verərək, bildirdi ki, mübahisəni öz aralarında həll edərək onun nəticələrinə dair barışıq sazişi bağlamışlar. Buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndələrini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməməlidir. Ona görə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən tərəflərdən İddiaçı MMC Cavabdeh qarşı qaldırdığı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiasından imtina edir, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər hər ay 40 191,50 manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 manat pul məbləğini qəbul edir; Cavabdeh İddiaçı MMC-yə qarşı qaldırdığı “pul tələbi”nə dair qarşılıqlı iddiasından imtina edir, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər hər ay 40 191,50 manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 manat pul məbləğini İddiaçı MMCyə ödəyəcəkdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı MMC öhdəsinə götürür ki: 1.1. İddiaçı MMC Cavabdeh qarşı qaldırdığı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiasından imtina edir. 1.2. Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini qəbul edir.
2. Cavabdeh öhdəsinə götürür ki: 2.1. Cavabdeh İddiaçı MMC-yə qarşı qaldırdığı “pul tələbi”nə dair qarşılıqlı iddiasından imtina edir. 2.2. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2021-ci il tarixə qədər hər ay 40 191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321 531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini İddiaçı MMC-yə ödəyəcəkdir.
3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 262.4cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
4. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir. Hazırki barışıq sazişi 3 əsl nüsxədən ibarət olmaqla, 1 nüsxə İddiaçı MMC-yə, 1 nüsxə Cavabdeh, 1 nüsxə isə Şirvan Kommersiya Məhkəməsinə verilir. İddiaçı MMC-nin Cavabdeh qarşı – müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasına; Cavabdeh İddiaçı MMC-yə qarşı - pul tələbi barədə qaşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Namidar Misirzadə