Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-788/2020 04.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh99.564,65 manat qalıq borcun, gecikdirilmiş müddət üçün hesablanmış 9.956,46 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin,cəmi 109.551,11 manat məbləğində pulun tutularaq İddiaçıMMC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCilə CavabdehVərşad oğlu arasında bağlanmış HGC-S 080 AB/0617 saylı, xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı özistehsalı olanmüvafiq həcmdəsementməhsulunu cavabdehətəhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə İddiaçıdan aldığı malın dəyərini qismən ödəmiş, lakin iddiaçıya ümumilikdə99.564,65 manat ödənilməyən borcu qalmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya göndərilsə də, cavabdeh borcunun tamşəkildə ödənilməsinitəmin etməmişdir. Odur ki, iddiaçıməhkəməyə müraciətetmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, əsas borcu və cərimə borcunu qəbul edir. İddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır və həmin sazişə əsasın mülkiyyətində olan qeyri-yaşayış sahəsini iddaçının mülkiyyətinə verməyə razıdır. Qeyd olunanlara əsasən qanunamüvafiq qaydada qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehi dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqsatqı müqaviləsindən görünür ki, “xxxx” MMC (İddiaçı) (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement növünü “Alıcı”ya satmağı “Alıcı” isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan “xxxx” MMC (İddiaçı) ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Unisem”-CEM İİ BM (P-L) markalı sementin 1 kisəsinin qiyməti ƏDV daxilolmaqla 5,70 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx xxx 2020-ci il tarixli, 08 saylı maliyyə arayışında qeyd olunur ki, İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmış HGC-S 080AB/0617 saylı, xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə aralarında bağlanmış müqavilə üzrə alıcı 2017-ci ildə, ümumi dəyəri ƏDV daxil 105.735 manat təşkil edən sement materialı almışdır. Alıcı tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə, bu arayışın imzalandığı tarixədək cəmi 6,170,35 manat məbləğində ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə tarixi xx.xx.2017-ci il olmuşdur. Alıcının bu müqavilə üzrə aldığı mala münasibətdə İddiaçı MMC-yə olan qalıq borcu ƏDV daxil 99.564,65 manat təşkil edir. Müqavilə üzrə alınan malın ödənişinin gecikdirilməsinə görə, mala dair müvafiq qaimə-fakturanın son verilmə tarixindən (xx.xx.2017) müqavilənin bitmə tarixinədək (xx.xx.2017) 150 gün gecikmə günü yaranır. Müqavilə şərtlərinə əsasən, hər gecikmə gününə görə müqavilə qiymətinin hazırki halda ödənilməyən qalıq məbləği yəni, ƏDV daxil 99.564,65 x 0.1% miqdarında dəbbə (cərimə) tətbiq etdikdə, alıcının hər gecikdirilmiş gün üzrə satıcıya 99,55 manat olmaqla, ümumilikdə ƏDV daxil 14.934,70 manat məbləğində cərimə borcu yaranır İş materiallarında olan elektron qaimədən və elektron vergi hesab-fakturasından görünür ki, İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmış HGC- S 080AB/0617 saylı, xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 105.735 manat dəyərində sement məhsuluna görə ödənişin edilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh elektron qaimələr göndərilmiş, həmin sənədlər qəbul edilərək imzalanmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxx 2019cu il tarixli, KP/QSZ/38-18-02 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmış HGC-S 080AB/0617 saylı, xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 99.564,65 manat pulun 3 iş günündən gec olmayaraq ödənilməsi Cavabdeh tələb olunmuş, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət edilərək, müqavilə üzrə ödənilməli olan pul vəsaitinin, müqavilənin 3.1-ci bəndinə əsasən ödənişin gecikdirilməsinə görə hesablanmış cərimənin, o cümlədən məhkəmə xərclərinin Cavabdeh tutulması ilə bağlı məhkəməyə müraciət edəcəkləri ilə bağlı Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizədə qeyd olunur ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair mülki iş üzrə həm əsas borc olan 99.564,65 manat borcu, həm də 9.956,46 manat cəriməni, ümumilikdə 109.521,11 manat borcu qəbul edir. İddianın təmin olunmasına etiraz etmir. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən, alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC (İddiaçı) (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement növünü “Alıcı”ya satmağı “Alıcı” isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Cavabdeh tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə cəmi 6,170,35 manat məbləğində ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə tarixi xx.xx.2017-ci il olmuşdur. Alıcının bu müqavilə üzrə aldığı mala münasibətdə İddiaçı MMC-yə olan qalıq borcu ƏDV daxil 99.564,65 manat təşkil edir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı xx xxx 2019-cu il tarixli, KP/QSZ/38-18-02 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqı-satqı müqaviləsindənirəli gəlir. Beləliklə, cavabdehin xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya 99.564,46 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, həmçinin Cavabdeh məhkəməyə ərizə təqdim edərək, həm əsas borc olan 99.564,65 manat borcu, həm də 9.956,46 manat cəriməni, ümumilikdə 109.521,11 manat borcu qəbul etdiyindən, iddianın təmin olunmasına etiraz etmədiyindən, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, 9.956,46 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli, HGC-S 080AB-0617 saylı alqsatqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə ərizə təqdim edərək, 9.956,46 manat cərimə borcunu qəbul etdiyindən, iddiaçının pul tələbi cərimə borcu hissəsində də təmin edilməli, cavabdehdən 9.956,46 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 99.564,65 manat, 9.956,46 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 109.551,11 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-788/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-788/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver