Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-791/2025 01.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddiaçının “işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət”inə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 2778 manat 66 qəpik, hesablanmış cəriməyə görə 1124 manat 93 qəpik və ödənilmiş dövlət rüsumuna görə 59,03 manat olmaqla,cəmi 3 962 manat 62 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-791/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı MMC vəsatət ilə məhkəməyə müraciət edərək, bir-biri ilə əlaqəli işlərə obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədilə Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-791/2025 nömrəli kommersiya mübahisəsi üzrə işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2-2(121)-791/2025 saylı kommersiya mübahisəsi üzrə mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı qaldırılmış, tərəflər arasında mövcud olmuş xx.xx.2023-cü il tarixli, 23285375 saylı müqavilə üzrə yaranmış borcun silinməsinə dair kommersiya mübahisəsinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. (iş № e-2-2(113)-1008/2025 hakim: Günay Həşimova). Beləliklə, işin ədalətli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə, biribiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsinə zərurət yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməli və Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-791/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1008/2025 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdehlər İddiaçı MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmişdir və həmin iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul, Cavabdeh İddiaçı MMC-yə qarşı tələbi isə borcun silinməsi və dəymiş zərərin ödənilməsi təşkil edir. Beləliklə, İddiaçı MMC-nin tutulmasını tələb etdiyin borcun əsas hissəsini Cavabdeh silinməsini tələb etdiyi borc məbləği təşkil edir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə iş daha sonra (xx.xx.2025-ci il) icraata qəbul olunduğundan Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-791/2025 nömrəli iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1008/2025 nömrəli işə birləşdirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair e-2-2(121)-791/2025 nömrəli iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı MMC-yə və "xxxx" ASC-yə qarşı iddia tələbinə dair e-2-2(113)-1008/2025 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-791/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-791/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver