Məhkəmə qərarları › İş №e-2-2(121)-797/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-797/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-797/2024 25.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı - 4980,40 manat əsas borc, 896 manat əldən çıxmış fayda, 249 manat dəbbə pulu, mediasiya və dövlət rüsumu olaraq 90 manat və vəkilə ödənilmiş məbləğ 320 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC BOKT "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixində “əməkdaşlıq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləği İddiaçı MMC-dən tutulması nəzərdə tutulmuşdur. Belə ki, BOKT "xxxx" QSC ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 574-MEA-0863-22 saylı kredit müqaviləsi üzrə 4980,40 manat məğləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində mövcüd borc məbləği BOKT "xxxx" QSC-yə ödəmişdir. Cavabdeh 4980,40 manat olan borcu İddiaçı MMC-yə ödəməyə qanunsuz və əsassız olaraq qəsdən yayınır. Həmçinin, cavabdeh aldığı malların dəyərini 180 gün gecikdirmişdir. Bu səsəbdən də hesablanan gecikmə faizi və dolayısı ilə İddiaçı MMC-yə əldən çıxmış fayda olaraq dəyən zərər aşağıdakı qaydada hesablanmışdır. 4980 manat x 0.1%=4.98 manat. 4.98 manat x 180 gün = 896 manat. Bundan başqa, cavabdeh müqavilə öhdəliyini pozduğuna görə borc məbləğinin 5% həcmində, yəni 249 manat dəbbə pulu ödəməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-797/2024 nömrəli qərardadı ilə iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni 4980,40 manat əsas borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qalan hissələrinə etiraz etdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əməkdaşlıq haqqında” müqavilənin surətindən görünür ki, satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin müştərinin kredit ödəmə qabiliyyətini qiymətləndirərək təsdiq etdikdən sonra ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq kredit qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən, satıcı avadanlıqların satışı zamanı kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə ay sonuna 60 gündən yuxarı gecikməsi olan müştərilərin borcunu tam olaraq ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan satıcı İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış xx/xx-2022 nömrəli, xx.xx.2022-ci il tarixli “Faizsiz kredit kampaniyası”nın keçirilməsinə dair razılaşmanın surətindən görünür ki, tərəflər kommersiya fəaliyyətinin inkişafında maraqlarını və qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını, məhsullarının satışını və verilən kreditlərin həcmini artırmaq məqsədilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinədək müştəriyə münasibətdə 0% dərəcəsi müəyyən edilməklə, “Faizsiz kredit” kampaniyasını həyata keçirir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış xx/xx-2022 nömrəli, xx.xx.2022-ci il tarixli “Faizsiz kredit kampaniyası”nın keçirilməsinə dair razılaşmanın surətindən görünür ki, tərəflər kommersiya fəaliyyətinin inkişafında maraqlarını və qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını, həmçinin tibbi və estetik avadanlıqların satışını və verilən kreditlərin həcmini artırmaq məqsədilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il (daxil olmaqla) tarixinədək müştəriyə münasibətdə 0% dərəcəsi müəyyən edilməklə, “Faizsiz kredit kampaniyası” həyata keçirir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış xx/xx-2022 nömrəli, xx.xx.2022-ci il tarixli “Faizsiz kredit kampaniyası”nın keçirilməsinə dair razılaşmanın surətindən görünür ki, tərəflər kommersiya fəaliyyətinin inkişafında maraqlarını və qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını, məhsullarının satışını və verilən kreditlərin həcmini artırmaq məqsədilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinədək müştəriyə münasibətdə 0% dərəcəsi müəyyən edilməklə, “Faizsiz kredit” kampaniyasını həyata keçirir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli “istehlak kreditinin alınması” üçün ərizəsinə əsasən, istehlak məqsədləri üçün 7.560 manat məbləğində kredit ayrılmasını BOKT "xxxx" QSC-dən xahiş etmişdir. İş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574- MEA-0863-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə “Borcverən” “Borcalan”a İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulu/məhsulları almaq məqsədi ilə 7.560 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. İş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574- MEA-0863-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, borcalan Cavabdeh 12 ay müddətinə 0 faiz dərəcəsi ilə 7.560 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574- MEA-0863-22 saylı xx.xx.2022-ci il tarixli əmlak girovu müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 574-MEA-0863-22 saylı Kredit müqaviləsi və həmin müqaviləyə ediləcək əlavələr ilə əlaqədar olaraq Cavabdeh “Borcverən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Girov qoyan” kreditin, ona hesablanmış faizlərin, həmçinin kredit müqaviləsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində “Borcverən”ə vurulmuş zərərin əvəzinin ödənilməsinin təminatı olaraq, bazar dəyəri 7.560 manat olan daşınar əşyanı “Girov saxlayan”a girov qoyur. Girovun predmeti 1 ədəd 19 funksiyalı kombayn MS **********1554 kosmetoloji cihaz və 1 ədəd X3 MS **********1555 kosmetoloji cihazdır. İş materiallarında olan Cavabdeh BOKT "xxxx" QSC-yə ünvanladığı razılıq ərizəsinə əsasən, satıcı İddiaçı MMC satdığı “Gözəllik və sağlamlıq üçün texnika/19 funksiyalı kombayn MS **********1554 kosmetoloji cihaz 1 ədəd, Gözəllik və sağlamlıq üçün texnika/X3 MS **********1555 kosmetoloji cihazı 1 ədəd adlı malların alınmasından imtina etdiyi halda, hesablanmış kredit faizini, xx.xx.2022-ci il tarixli 574-MEA-0863-22 saylı Kredit Müqaviləsinin 4.3-cü bəndinə əsasən, ümumi kredit məbləğinin 6%-i həcmində cərimə məbləğini ödəyəcəyinə razı olduğunu və həmin Kredit Müqaviləsinin BOKT "xxxx" QSC tərəfindən birtərəfli qaydada ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BOKT "xxxx" QSC-yə təqdim edilmiş arayışın surətindən görünür ki, Cavabdeh kreditlə dəyəri 4.900 manat olan 1 ədəd 19 funksiyalı kombayn MS **********1554 kosmetoloji cihazı və dəyəri 3.500 manat olan 1 ədəd X3 MS **********1555 kosmetoloji cihazı almaq üçün İddiaçı MMC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574-MEA-0863-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.980,43 manat məbləğində əsas kredit borcu İddiaçı MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə ödənilən məbləğlərdən tutulmuşdur. İş materiallarında olan BOKT "xxxx" QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli son xəbərdarlıq məktubuna əsasən, tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq əsas borcun 1.830,43 manat hissəsi, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə 327,30 manat cərimə borcu olmaqla, xx.xx.2023-cü il tarixinə cəmi 2.157,73 manat borc ödənilməmişdir. Borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və cərimə borcunun məcburi ödənilməsi, borcun girov premetinə yönəldilməsi "xxxx" QSC tərəfindən məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-dən aldığı avadanlıqdan qalan 4.980 manat borcu qısa zaman ərzində İddiaçı MMC-yə ödənilməsi Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əməkdaşlıq haqqında” müqavilənə əsasən iddiaçı tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləğinin iddiaçıdan tutulması nəzərdə tutulmuşdur. BOKT "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 574-MEA-0863-22 saylı kredit müqaviləsi üzrə cavabdein 4980,40 manat məğləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində mövcüd borc məbləği BOKT "xxxx" QSC-yə ödənilmişdir. Lakin, cavabdeh həmin məbləği iddiaçıya qaytarmadığından, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə ödədiyi pul vəsaitinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Qeyd edilən Məcəlləninin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə 4980,43 manat məbləğində kredit ödəniş ödəyərək, kreditor BOKT "xxxx" QSC-ni təmin etdiyindən, bununla da cavabdehə qarşı tələb hüququ iddiaçıya keçdiyindən, iddiaçı yalnız 4980,40 manat (iddia ərizəsi üzrə tələb olunan) məbləğində pul vəsaitini tələb etməyə haqlıdır. Odur ki, iddia tələbi yalnız “əsas borcun tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə iddianın “896 manat məbləğində əldən çıxmış faydanın tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında “dəbbə pulu haqqında” yazılı razılaşma (belə ki, bu BOKT "xxxx" QSC ilə cavabdeh arasında olan müqavilədə nəzərdə tutulmuşdur) olmadığından, iddiaçının cavabdehdən dəbbə pulunu tələb etməsi əsassızdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə rədd ediməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə eyni zamanda iddia tələbinin “vəkilə ödənilmiş 320 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 250 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın dövlət rüsumunun tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia bu hissədə qismən təmin edilməklə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 84,45 manat dövlət rüsumunun 20 manatı (belə ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir) cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməli, 50 manatı isə cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4980,40 manat əsas borc, 250 manat vəkilə ödənilmiş pul vəsaiti, 50 manat mediasiya xərci və 20 manat dövlət rüsumu, cəmi 5300,40 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar