Məhkəmə qərarları › İş №e-2-2(121)-800/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-800/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-800/2020 08.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçıxxxxnümayəndəsi X3 iştirakı ilə, İddiaçıxxxxcavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (“xxxx”xxxxhüquqi varisi) cavabdeh “xxxx” MMC-yəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18.068,67 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə elektron qaydada iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 17.368,67 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı müqaviləyə əsasən cavabdeh130 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 68.164 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 130 ha sahədə 3.900 manat dəyərində şum, 270 ha sahədə 3.780 manat dəyərində mala, 130 ha sahədə 1.560 manat dəyərində səpin, 390 ha sahədə 3.588 manat dəyərində kultivasiya, 130 ha sahədə 1.820 manat dəyərində gübrə ilə kultivasiya, 2.000 kq olmaqla 10.520 manat dəyərində toxumluq çiyid, 27.300 manat dəyərində suvarma, alaq və seyrəltmə işləri üçün verilən avans, 5 ton azot gübrəsi üçün güzəştlə 800 manat, 13 ton ammafos gübrəsi üçün güzəştlə 3.900 manat, 4 ton superfosfat gübrəsi üçün güzəştlə 528 manat, 5 litr “D-extra” zəhəri üçün 69 manat, 10 litr “Kinq oix” zəhəri100 manat, 130 ha sahədə 754 manat dəyərində zəhər çiləmə, 100 manat dəyərində 25 ton su daşınması və 9.445 dəyərində əl ilə pambıq yığımı üçün avans olmaqla ümumilikdə 68.164 manat məbləğində vəsait xətclənmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 29.178 manat məbləğində 57.547 kiloqram xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 38.985.10 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxaric orderləri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Cavadeh 2019cu pambıq mövsümündə iddiaçıya 14.259,89 manat dəyərində 21.948,41 kq xam pabıq təhvil vermiş, 13.126,30 manat məbləğində nəğd ödəniş etmiş, 9.627,15 manat məbləğində 14.811 kiloqram xam-pambıq təhvil vermiş, beləliklə cavabdehin 2017-ci il təsərrüfat mövsümündən iddiaçıya 1.971,76 manat borcu qalmışdır. Bundan əlavə “xxxx” MMC və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Neftçala şəhəri yaxınlığında yerləşən 50 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 16.096,91 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xx.xx.2018-ci il tarixədək xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 560 manat məbləğində çöp doğrama, 2.850 manat şum işləri, 1.400 manat mala, 600 manat çiyid səpini, 3.000 manat məbləğində kultivasiya, 700 manat məbləğində gübrə ilə kultivasiya, 1.501 manat məbləğində lifsiz toxum, 2.368,91 manat məbləğində əl yığımına görə ödənilən vəsait, gübrə və pestisitlərə 3.117,0 manat, ümumilikdə, 16.096,91 manat dəyərində avans verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 16.096,91 manat məbləğində borcu qalmışdır. Cavabdehin 2017-ci ilin təsərrüfat ilindən qalan 1.971,76 manat borcu nəzərə alınmaqla, ümumilikdə 17.368,67 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Qeyd olunlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıxxxxnümayəndəsi X5 iddia ərizəsinin və iddianın həcminin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx”xxxxnümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndələrini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli alq-satqı müqaviləsindən görünür ki, “X4” MMC ilə“xxxx” MMC (istehsalçı) arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 130 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, alq-satqı müqaviləsindən görünür ki, “X4” MMC ilə“xxxx” MMC (istehsalçı) arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər, qaiməfakturalar, kassa mədaxil orderləri, ödəniş tapşırıqları) görünür ki, İddiaçı MMC (“X4” MMC) tərəfindən “xxxx” MMC-yə işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “X4”xxxxhüquqi varisidir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli aktdan görünür ki, “X4” MMC ilə “xxxx” MMC və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, “X4” MMC xx xxxx 2017-ci il tarixdə 01 saylı müqaviləyə əsasən pambıq əkilmiş 130 hektar sahədə aktda qeyd olunan işlər görülmüşdür. Pambıq yığımı mövsümündə 130 hektar sahədən 57.547 kiloqram pambıq yığılmış, yığılan pambığın dəyəri 29.178,90 manat olmuşdur. Yığılan pambığın dəyərindən 29.178,90 manatını məhsul istehsalına çəkilən xərc ilə əvəzləşdirdikdən sonra pambıq istehsalçısı “xxxx”xxxx“X4 MMC-yə 38.985,10 manat borcu qalmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, “X4” MMC ilə “xxxx” MMC və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, “X4” MMC xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən pambıq əkilmiş 50 hektar sahədə aktda qeyd olunan işlər görülmüşdür. Pambıq yığımı mövsümündə 50 hektar sahədən 14.811 kiloqram pambıq yığılmış, yığılan pambığın dəyəri 9.627,15 manat olmuşdur. Yığılan pambığın dəyərindən 9.627,15 manatını məhsul istehsalına çəkilən xərc ilə əvəzləşdirdikdən sonra pambıq istehsalçısı xxxx”xxxx“X4 MMC-yə 6.469,75 manat borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən X1 (“xxxx” MMC-yə) ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 01/180 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və“xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən “xxxx” MMC verilmiş 16.096,91 manat avans məbləğindən ödənilməmiş 6.469,75 manat borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC-yə xəbərdarlıq edilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC və“xxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 01 saylı alqı-satqısı müqaviləsinə əsasən “xxxx” MMC verilmiş 68.164 manat avans məbləğindən ödənilməmiş 38.895,10 manat borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “X4” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 10 saylı məktubda qeyd olunur ki, “xxxx” MMC MMC ilə “xxxx” MMC arasında 130 hektar pambıq əkini əkmək üçün müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-yə 57.547 kiloqram pambıq təhvil verilmişdir. Bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-yə 39.985,10 manat borclu qalmışdırlar. Həmin borcu silmək məqsədi ilə “xxxx” MMC ilə 50 hektar qismən təminatla müqavilə bağlanmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədə qeyd olunur ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Neftçala şəhərində yerləşən 130 hektar torpaq sahəsində pambıq əkib becərmiş, məhsuldarlığın aşağı olması ilə cəmiyyətə ödənilməmiş 18.068,67 manat borcu qalmışdır. Hazırda ödənişi tam şəkildə həyata keçirə bilmir. xx.xx.2020-ci il tarixdə həmin borc məbləği hesabından 300 manat ödəniş həyata keçirmişdir. Qalan 17.768,67 manat borc məbləğini qarşıda gələn aylarda hissə-hissə 2020-ci ilin pambıq təhvili dövründə isə tam olaraq ödəməyinə şərait yaradılması xahiş olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, “xxxx”xxxxrəhbəri X2 tərəfindən İddiaçı MMC pambıq borcuna görə xx.xx.2020-ci il tarixdə 300 manat və xx.xx.2020-ci il tarixdə 400 manat pul ödənilmişdir (məhz bu ödənişlər nəzərə alınmaqla iddiaçı tərəfindən iddia tələbin həcmi azaldılmışdır). İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X4” MMC ilə“xxxx” MMC (istehsalçı) arasında bağlanmış xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 130 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMCyə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. Bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-yə işlərin görülməsi üçün 68.164 manat, xx xxxxxx 2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq isə 16.096,91 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilələr üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya iki müqavilə üzrə cəmi 17.368,67 manatborcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqavilələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanınverilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən 17.368,67 manatborcu qaldığı iş materialları ilə tam sübuta yetirilir. Qeyd olunan borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan haldaməhkəmə hesab edir ki, cavabdehdən 17.368,67 manatborcunİddiaçıxxxxxeyrinə tutulmasına dairiddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 17.368,67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 17.398,67 (on yeddi min üç yüz doxsan səkkiz manat, altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar