Məhkəmə qərarları › İş №e-2-2(121)-807/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-807/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-807/2025 24.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddiaçının “işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət”inə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 12002 manat 97 qəpik, hesablanmış cəriməyə görə 4887 manat 73 qəpik və ödənilmiş dövlət rüsumuna görə 140,67 manat olmaqla, cəmi 17031 manat 37 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-807/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı MMC vəsatət ilə məhkəməyə müraciət edərək, bir-birilə əlaqəli işlərə obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədilə Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-807/2025 saylı kommersiya mübahisəsi üzrə mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2-2(121)-807/2025 saylı kommersiya mübahisəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı qaldırılmış, tərəflər arasında mövcud olmuş xx.xx.2022-ci il tarixli, 23285170 saylı müqavilə üzrə yaranmış borcun silinməsinə dair kommersiya mübahisəsinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. (iş № e-2-2(113)-1001/2025 hakim: Kənan Hüseynov). Beləliklə, işin ədalətli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə, biri-birilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsinə zərurət yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək, İddiaçı MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırdığnı bildirmiş, MKT İstehsalat Kommersiya” MMC-nin iddiası ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməli və Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-807/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1001/2025 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə müəyyən edir ki, Cavabdeh İddiaçı MMC-yə qarşı borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbi xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul, Cavabdeh İddiaçı MMCyə qarşı tələbi isə borcun silinməsi və dəymiş zərərin ödənilməsi təşkil edir. Beləliklə, İddiaçı MMC-nin tutulmasını tələb etdiyin borcun əsas hissəsini Cavabdeh silinməsini tələb etdiyi borc məbləği təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə iş daha sonra (xx.xx.2025-ci il) icraata qəbul olunduğundan e-2-2(121)-807/2025 saylı iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1001/2025 saylı işə birləşdirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268- 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2-2(121)-807/2025 saylı iş, Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun silinməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-1001/2025 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar