Məhkəmə qərarları › İş №e-2-2(121)-844/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-844/2020

10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-844/2020 10.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, X4 Nobel Ambalaj ve X1 cavabdeh “Palfood” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: X4 Nobel Ambalaj ve X3 cavabdeh “Palfood” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 65.201,92 avro əsas borcun, 6.520,192 avro zərərin və qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi X5 Ambalaj ve X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşa materiallarında X4 Nobel Ambalaj ve X3 tərəfindən Vəkil verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə mövcud olsa da, həmin etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti Vəkil verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən,iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5ci maddəsinə əsasən ərizədə, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəyə əlavə edilən sənədlərin siyahısının iddia ərizəsində göstərilməsinə dair qanunvericiliyin imperativ norması, həmin sənədlərin formal olaraq adlarının iddia ərizəsində qeyd olunması kimi deyil, həmçinin real olaraq, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməli olması kimi başa düşülməlidir. Lakin iddia ərizəsində 8 adda sənədin (elektron qaydada cəmi 5 adda sənəd (fayl) əlavə edildiyi görünür) iddia ərizəsinə əlavə edildiyi qeyd olunsa da, həmin sənədlərin bir qismi iddia ərizəsinə faktiki olaraq əlavə edilməmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən,iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, məhkəmə məlumat üçün aşağıda qeyd olunanları iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir: Elektron qaydada tərtib edilmiş və məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçı kimi X5 Ambalaj ve X3 və həmin şirkətin VÖEN-i kimi ********** kimi qeyd edilmişdir. Lakin belə bir VÖEN ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarıərizədə göstərilməlidir. İddia ərizəsinin elektron qaydada doldurulan hissəsində iddiaçının faktiki ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, mənzil 45 göstərilmişdir ki, bu ünvan iddiaçının deyil, onun nümayəndəsi və vəkili olan Vəkil qeydiyyatda olduğu ünvandır. İddiaçının qeydiyyat ünvanı isə ümumiyyətlə göstərilməmişdir. Bundan başqa, iddiaçı kimi X5 Ambalaj ve X3 adlı şirkətin mövcudluğu haqqında (məsələn: təsis sənədlər) iddia ərizəsinə hər-hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-cü, 264-cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Nobel Ambalaj ve X1 cavabdeh “Palfood” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 65.201,92 avro əsas borcun, 6.520,192 avro zərərin və qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar