Məhkəmə qərarları › İş №e-2-2(121)-866/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-866/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-866/2021 30.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı – 6373,87 manat məbləğində əsas borc, 5559,56 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 11963,43 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 11.05.2016-cı il tarixli 128-LD/16 nömrəli, 17.11.2016-cı il tarixli 285-LD/16 nömrəli və 17.05.2017-ci il tarixli 127-LD/17 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 17 mart 2021-ci il tarixə 11.05.2016-cı il tarixli 128-LD/16 nömrəli, 17.11.2016-cı il tarixli 285-LD/16 nömrəli müqavilə və 17.05.2017-ci il tarixli 127-LD/17 nömrəli müqavilələr üzrə qalıq borcu, gecikdirilmiş əsas borcu 6373,87 manat və hesablanmış 5559,56 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 11.05.2016-cı il tarixli 128-LD/16 nömrəli müqavilə üzrə 974,59 manat gecikdirilmiş əsas borcun və hesablanmış 989,57 manat cərimə məbləğinin, 17.11.2016-cı il tarixli 285-LD/16 nömrəli müqavilə üzrə 1993,24 manat gecikdirilmiş əsas borcun və hesablanmış 1855,14 manat cərimə məbləğinin, 17.05.2017-ci il tarixli 127-LD/17 nömrəli müqavilə üzrə 3406,04 gecikdirilmiş əsas borcun və hesablanmış 2714,85 manat cərimə məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 11963,43 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında 128-LD/16 saylı 11.05.2016-cı il tarixli, 285-LD/16 saylı 17.11.2016-cı il tarixli və 127-LD/16 saylı 17.05.2017-ci il tarixli “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən “xxxx” ASC tərəfindən damazlıq heyvanların, (yəni, 128-LD/16 saylı 11.05.2016-cı il tarixli müqavilə üzrə DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar, 285-LD/16 saylı 17.11.2016-cı il tarixli müqavilə üzrə DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar və 127-LD/16 saylı 17.05.2017-ci il tarixli müqavilə üzrə isə DE********** inventar nömrəli Holştin-friz cinsli, DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 2158/ü saylı, 11.05.2016-cı il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 128-LD/16 saylı 11.05.2016-cı il tarixli lizinq müqaviləsi üzrə cins damazlıq heyvan(lar)ın (DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan 4997/ü saylı, 17.11.2016-cı il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 285-LD/16 saylı 17.11.2016-cı il tarixli lizinq müqaviləsi üzrə cins damazlıq heyvan(lar)ın (DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan 2171/ü saylı, 17.05.2017-cı il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 127-LD/16 saylı 17.05.2017-ci il tarixli lizinq müqaviləsi üzrə cins damazlıq heyvan(lar)ın (DE********** inventar nömrəli Holştin-friz cinsli, DE********** inventar nömrəli Holştin-friz cinsli və DE********** inventar nömrəli Holştin-friz cinsli damazlıq heyvanlar) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 12.05.2016-cı il, 18.11.2016-cı il və 18.05.2017-ci il tarixli təhvil qəbul barədə aktların surətlərindən görünür ki, qeyd edilən lizinq müqavilələri üzrə cins damazlıq heyvanlar “xxxx” ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, “xxxx” ASC ilə bağlanmış müqaviləyə əsasən 128-LD/16 saylı 11.05.2016cı il tarixli, 285-LD/16 saylı 17.11.2016-cı il tarixli və 127-LD/16 saylı 17.05.2017-ci il tarixli müqavilələr üzrə 6373,87 manat gecikdirilmig esas borcun və hesablanmış 5559,56 manat cərimə məbləğini qısa zaman ərzində “İddiaçı" ASC-yə ödənilməsini xahiş etmişdir. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə olunan 17.03.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 285-LD/16 saylı 17.11.2016-cı il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 1993,24 manat, hesablanmış cərimə borcu 1855,14 manat, 127-LD/16 saylı 17.05.2017-ci il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 3406,04 manat və hesablanmış cərimə 2714,85 manat və 128-LD/16 saylı 11.05.2016-cı il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 974,59 manat və hesablanmış cərimə 989,57 manat təşkil etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 128-LD/16 saylı müqavilə üzrə 90 manat məbləğində; 285-LD/16 saylı müqavilə üzrə 180 manat məbləğində; 127-LD/17 saylı müqavilə üzrə 270 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 128-LD/16 saylı 11.05.2016-cı il tarixli müqavilə üzrə 974,59 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə, cəmi 1064,59 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 285-LD/16 saylı 17.11.2016-cı il tarixli müqavilə üzrə 1993,24 manat məbləğində əsas borc, 180 manat məbləğində cərimə, cəmi 2173,24 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 127-LD/17 saylı 17.05.2017-ci il tarixli müqavilə üzrə 3406,04 manat məbləğində əsas borc, 270 manat məbləğində cərimə, cəmi 3676,04 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar