Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-886/2020 05.08.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən təsis sənədlərindən, o cümlədən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş olduğu çıxarışdan və Kommersiya qrumlarının dövlət reyestri məlumatları haqqında X4 portaldan çıxarışından görünür ki, İddiaçı MMCnin qanuni təmsilçisiX2r. İddia ərizəsinə əlavə edilən İddiaçı MMC-nin baş direktoru X1 02 saylı, xx.xx.2020ci il tarixli əmrindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədən görünür ki, etibarnamədə X3 iddia ərizəsini İddiaçı MMC-nin adından imzalamaq hüququ xüsusi göstərilməmişdir. Beləliklə, İddiaçı MMC-nin təsis sənədlərindən aydın olur ki, İddiaçı MMC-nin qanuni təmsilçisiX6 deyil, X2r. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə, X3 iddia ərizəsini İddiaçı MMC-nin adından imzalamaq hüququ xüsusi göstərilməmişdir. Bundan əlavə, iddia ərizəsi məhkəməyə elekton kabinet vasitəsi ilə, həm də adi kağız şəklində göndərilmişdir. Kağız şəklində göndərilmiş iddia ərizəsinin İddiaçı MMC-nin icraçı direktoru kimi X6 tərəfindən imzalanması göstərilmiş olsa da, elekton kabinet vasitəsilə göndərilmiş iddia ərizəsinin elektron qaydada imzalamış şəxsin kim olması göstərilməmişdir. Yəni, iddia ərizəsi məhkəməyə elekton kabinet vasitəsilə göndərilmiş olsa da, iddia ərizəsinin elektron qaydada kim tərəfindən imzalanması müəyyən edilmir. Belə ki, iddia ərizəsinin elektron qaydada imzalamış şəxsin adı və soyadı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göstərilən Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsinin iddiaçının (qanuni təmsilçinin) və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunması, ümumiyyətlə kim tərəfindən imzalanması müəyyən edilmədiyindən, habelə, iddia ərizəsini imzalamış şəxsin iddiaçı hüquqi şəxsin işçisi (o cümlədən, qanuni təmsilçi və ya etibarnamə əsasında nümayəndə) və ya vəkili olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, o cümlədən, etibarnamədə nümayəndənin iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi göstərilmədiyindən, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü maddəsinə əsasan, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, iddia ərizəsindən 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC tərəfindən deyil, X6 tərəfindən ödənilməsi görünür. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olsa da, qanunla müəyyən edilmiş qaydada ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmahdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaç İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-886/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-886/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver