Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-892/2020 15.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “Okean-S X1” MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh “Okean-S X1” MMC-yə qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “Okean-S X1” MMC arasında bağlanmış 2019/6955-21 saylı xx.xx.2019-cu il tarixli, 2020/6955-32 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin 5.3-cü bəndindən görünür ki, tərəflərin bu müqavilə üzrə yaranan mübahisələr ikitərəfli danışıqların aparılması yolu ilə həll edilir, razılıq əldə edilmədikdə isə mübahisə iddiaçının olduğu yer üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilir. Bundan əlavə, işdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Okean-S X1” MMC-nin “xxxxxxxxx” ASC-dəki bank hesabında olan 292493,26 manat həcmində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh “Okean-S X2” MMC-nin Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(106)-105/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh “Okean-S X2” MMC-nin şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv ediəklə, “Okean-S X1” MMC-nin “xxxxxxxxx” ASC-dəki bank hesabında olan 292493,26 manat həcmində pul vəsaitinin üzərinə qoyulmuş həbs götürülmüş, İddiaçı MMC-nin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadın məzmunundan aydın olur ki, məhkəmə kollegiyası şikayəti təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, tərəflər arasında mübahisənin ərazi aidiyyəti müəyyənləşdirmədən iddia təmin tədbiri barədə ərizəni təmin edərək qərardad qəbul etməklə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi ilk öncə daxil olan iddia ərizəsinin mülki prosessual məcəllənin tələblərinə riayət edilməklə verilib-verilməməsini, verilmiş iddiaya baxılması üçün səlahiyyətinin olub-olmamasını müəyyən etməli daha sonra isə iddianın təmini tədbiri barədə ərizəyə hüquqi qiymət verilməli idi. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini gözləməmiş, tərəflərin öz aralarında bağladığı saziş ilə müəyyən edilmiş mübahisənin ərazi aidiyyətini dəyişməklə prosessual qanunvericiliyin tələblərini iddianı icraata qəbul etməklə pozmuşdur. Belə ki, MPM-nin 40.2-ci maddəsinə nəzərdə tutulan “tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.” tələblərini pozmaqla səlahiyyəti olmayan hakim kimi iddianın təmini tədbiri kimi, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək “Okean-S X1” MMC-nin “xxxxxxxxx” ASC-dəki bank hesabında olan 292493,26 manat həcmində pul vəsaitinin üzərinə həbs qoyulması qənaətinə gəlmiş və iddianın təmin tədbiri barədə ərizənin qismən təmin edilməsini iddianı təmin etmə tədbiri cavabdehə qarşı irəli sürülmüş alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddianın gələcəkdə icrasını təmin etmək xarakteri daşımalı olması ilə əsaslandırmışdır. Qərardadda məhkəmə kollegiyası həmçinin göstərmişdir ki, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Həmin təmin tədbiri barədə ərizəyə məhkəmə qanunvericiliyə uyğun olaraq baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, həmin ərizəyə baxmağa səlahiyyətli olmasını aydınlaşdırmalıdır. Əks halda səlahiyyəti olmadığı təqdirdə ərizəyə baxılması, ədalətli məhkəmə araşdırılmasının təmin edilməməklə, tərəflərin əsassız məhkəmə çəkişməsinə və bunun nəticəsində də zərərə məruz qalmasına gətirib çıxara bilər. Hər bir halda mülki məhkəmə icraatı zamanı hər bir ərizəyə, o cümlədən iddianın təmin tədbiri barədə ərizə səlahiyyətli məhkəmə tərəfindən baxıldıqda qanuni və əsaslı hesab edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin tədbiri barədə ərizəyə baxılsa da, həmin ərizənin təmin edilməsinə dair qərardaddan şikayətə baxarkən artıq özünün səlahiyyətli olmadığını bildiyi halda, sikayətin təmin edilməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi onu da nəzərə almalı idi ki, səlahiyyəti olmayan hakimin qəbul etdiyi qərarın hüquqi qüvvəsi ola bilməz. Cavabdeh “Okean-S X1” MMC-nin hüquqi ünvanı Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Şirvan şəhəri ərazisində olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən, məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Göründüyü kimi, müqavilə üzrə bu müqavilə üzrə yaranan mübahisələr ikitərəfli danışıqların aparılması yolu ilə həll edilməsini, razılıq əldə edilmədikdə isə mübahisə iddiaçının olduğu yer üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsində həll edilməsini müəyyən etmişlər. İş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 1632-VQD nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Kommersiya məhkəmələri yaradılmışdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40.2, 44, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nincavabdeh “Okean-S X1” MMC-yə qarşı – pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardadın 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-892/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-892/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver