Məhkəmə qərarları › İş №e-2-2(121)-902/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-902/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-902/2025 17.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu İddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X3 arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində B.Şükürovun Cavabdeh1nə cəmi 4140.94 (dörd min yüz qırx manat doxsan dörd qəpik) manat borcun olmasını, lakin indiyə kimi X3 tərəfindən həmin müqavilənin 3cü bəndinin tələbləri pozularaq Cavabdeh1nə borclu olduğu 4141.14 (dörd min yüz qırx bir manat on dörd qəpik) manat ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsini nəzərə alıb, X1 4140.94 (dörd min yüz qırx manat doxsan dörd qəpik) manat və ödənilmiş 61.5 (altmış bir manat əlli qəpik) manat dövlət rüsumunun cavavdehdən alınıb "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar