Məhkəmə qərarları › İş №e-2-2(121)-906/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-906/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-906/2020 17.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2019/6785-12 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 5.3-cü bəndindən görünür ki, tərəflərin bu müqavilə üzrə yaranan mübahisələr ikitərəfli danışıqların aparılması yolu ilə həll edilir, razılıq əldə edilmədikdə isə mübahisə iddiaçının olduğu yer üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Neftçala rayonu ərazisində qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən, məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Göründüyü kimi, müqavilə üzrə bu müqavilə üzrə yaranan mübahisələr ikitərəfli danışıqların aparılması yolu ilə həll edilməsini, razılıq əldə edilmədikdə isə mübahisə iddiaçının olduğu yer üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsində həll edilməsini müəyyən etmişlər. İş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 1632-VQD nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Kommersiya məhkəmələri yaradılmışdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40.2, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-ninCavabdeh qarşı – pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardadın 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar