Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-911/2023 03.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 1486,35 manat, İşsizlikdən sığorta fonduna olan 369,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8771,81 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 29,98 manat olmaqla ümumilikdə 10658,25 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2023-cü il tarixə 10658,25 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında göstərdi ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qərarı ilə o, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilmiş və "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X2 təyin edilmişdir. Hazırda da, reyestrdə "xxxx" MMC-nin qanuni təmsilçisi kimi X2 göstərilmişdir. "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 29,98 manat borcunu tamamilə ödəmişdir və borcu yoxdur. Ona görə də, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici olan "xxxx" MMCnin və "xxxx" MMC-nin borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarına əlavə edilən qəbzlərdən (ödəniş portalından çıxarışlardan) görünür ki, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 29,98 manat borc tam şəkildə ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsini daşıyan Maraqlı şəxs Sərxan oğlu tutduğu vəzifəsindən azad edilmiş, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X2 təyin edilmişdir. İşdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan (portaldan çıxarış(lar)dan) görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. Göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi hüquqi şəxs(lər) olan "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs Sərxan oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin borcları Maraqlı şəxs Sərxan oğlu tərəfindən tam şəkildə ödənilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, ərizədə "xxxx" MMC-nin direktoru olaraq, Maraqlı şəxs Sərxan oğlunun adı qeyd olunsa da, həmin şəxs qeyd edilən MMC-nin direktoru vəzifəsini icra etmir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Yenə həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırda "xxxx" MMC ilə hər-hansı bağlılığı olmayan şəxs - Maraqlı şəxs Sərxan oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" MMC tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilməz. Digər tərəfdən əsassız olaraq, maraqlı şəxsin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Həmçinin, maraqlı şəxs "xxxx" MMC-nin borclarını tam şəkildə ödədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355- 7-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 1486,35 manat, İşsizlikdən sığorta fonduna olan 369,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8771,81 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 29,98 manat olmaqla ümumilikdə 10658,25 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-911/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-911/2023
03.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver