Məhkəmə qərarları › İş №e-2-2(121)-914/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-914/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-914/2024 27.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1180 manat, hesablanmış cərimə borcuna görə 236 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla, cəmi 1476 manat pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmağa qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284- 4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sənədlər (avans vəsait verilməsinə dair iş aktları, təhvil-təslim aktları, hesabdan çıxarış məlumatları və s.) təqdim edilməmişdir. Buna görə də, təqdim olunmuş sənədlər əsasında iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmağa qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 284-4-1, 284-4.3, 284-4.2 və 284-4.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olunmasından imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar