Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-927/2020 21.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – cavabdehin üzərinə müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış 30510 manat (rəsmi satış) debitor borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “xam süd məhsullarının satışı-alışı haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə xam süd məhsullarının satışını həyata keçirməli, qarşı tərəf isə bunun müqabilində əldə etdikləri məhsulun dəyərini ödəmək öhdəliyi götürmüşdür. Bu günədək qeyd olunan müqavilə üzrə cavabdeh öhdəliyini qismən yerinə yetirmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müqavilənin şərtlərinə əsasən cavabdehə 48300 litr xam süd məhsulları göndərmiş və cavabdehin iddiaçıya xam süd satışından 30510 manat (rəsmi satış) debitor borcu əmələ gəlmişdir. Cavabdehin müqavilə şərtlərini pozması və müqavilə öhdəliklərindən imtina etməsi hüquqlarını pozur, onları ağır vəziyyətə salır və ciddi maddi ziyan vurur. Ona görə də, cavabdehin müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış 30510 manat (rəsmi satış) debitor borcun ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında məhkəmə iclasında barışıq sazişi bağladıqlarını bildirdi. Barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, mübahisəni öz aralarında həll edərək onun nəticələrinə dair barışıq sazişi bağlamışlar. Buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Ona görə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən tərəflərdən Cavabdeh MMC İddiaçı MMC-yə 12 təqvim ayı ərzində, yəni 2020-ci ilin oktyabr ayından etibarən 2021-ci ilin sentyabr ayı daxil olmaqla, aşağıdakı göstərilən qaydada, ümumilikdə 30.510 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin olunmasını öhdəsinə götürür. 11 təqvim ayı ərzində, yəni 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayı daxil olmaqla – hər təqvim ayının 10-u tarixindən 2500 manat, 2021-ci ilin sentyabr ayı üzrə - sentyabr ayının 10-u tarixinədək 3.010 manat. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxxx 2020-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: a) Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. b) Cavabdeh MMC İddiaçı MMC-yə 12 təqvim ayı ərzində, yəni 2020-ci ilin oktyabr ayından etibarən 2021-ci ilin sentyabr ayı daxil olmaqla, aşağıdakı göstərilən qaydada, ümumilikdə 30.510 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin olunmasını öhdəsinə götürür. c) 11 təqvim ayı ərzində, yəni 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayı daxil olmaqla – hər təqvim ayının 10-u tarixindən 2500 manat, d) 2021-ci ilin sentyabr ayı üzrə - sentyabr ayının 10-u tarixinədək 3.010 manat. e) Müqavilə ilə müəyyən edilmiş ödəniş qaydasından Borclu tərəfindən kənarlaşmaya yol verildiyi təqdirdə, yəni - 30 iş günündən artıq müddətdə qrafik üzrə müəyyənləşdirilmiş ödənişin aparılmamasına görə Kreditor məhkəmədən icra vərəqəsinin verilməsini və məhkəmə işinin icraata yönəldilməsi hüququnu öz ixtiyarında saxlayır. f) Kreditor barışıq sazişi üzrə ödəniləcək pul məbləğinin Borclu tərəfindən tam və vaxtında ödəyəcəyi təqdirdə həmin borc ilə bağlı hər hansı iddia və tələbinin olmadığını bildirir. g) Tərəflər bildirirlər ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üzrə müvafiq prosessual hərəkətlərin nəticələri onlara məlumdur. h) Bu Müqavilədən irəli gələn və həlli bu Müqavilənin mətnində müəyyən edilməmiş hallarda Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürüləcəkdir. i) Barışıq Sazişi eyni hüquqi qüvvəli 4 əsl nüsxədə Bakı şəhərində, xx xxxxxxx 2020-ci il tarixində imzalanmışdır və tərəflərin hər birinə təqdim edilmişdir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-927/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-927/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver