Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-927/2025 13.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FST-23-311 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 4870,88 manat borc məbləğinin, 76 manat dövlət rüsumunun, hesablanan 265 manat faiz məbləğinin və vəkil xidmətləri üçün ödənilmiş 300 manat pul məbləğinin, ümumilikdə 5511,88 manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (VÖEN:**********) arasında xx.xx.2023-cü il tarixli, alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müəssisə tərəfindən istehsal olunan və xaricdən idxal olunmuş malların satılması və dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2 maddəsinə əsasən İddiaçı tərəfindən verilmiş malların dəyəri 10 (on) iş günü müddətində Cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsini alıcı üzərinə götürmüşdür. FST-23-350 nömrəli və xx.xx.2023 cü il tarixli müqavilə əsasında xx.xx.2023 cü il tarixli, EBDT 694119 saylı elektron qaiməyə əsasən 1691,47 manat əsas və 304,47 manat ƏDV, xx.xx.2024-cü il tarixli, EBDZ 296931 saylı elektron qaiməyə əsasən 317,79 manat əsas və 57,20 manat ƏDV, xx.xx.2024-cü il tarixli, EBDD 480739 saylı elektron qaiməyə əsasən 2118,60 manat əsas və 381,35 manat ƏDV məbləğində satılmış malların dəyəri ödənilməmişdir. Cavabdehin sifarişi əsasında yuxarıda qeyd edilən müqavilə əsasında ödənilməyən borc məbləği 4870,88 manat məbləğindədir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc ödənilməmişdir. Tərəflər arasında tərtib olunmuş 10 iyun 2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya 4127,86 manat əsas və 743,02 manat ƏDV borcu ödənilməmiş qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FST- 23-350 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” “Alıcı“ya “e-qaimə” vasitəsi ilə(bundan sonra “Mal”) satır, “Alıcı”isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı’ya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. -2.2-ci yarımbəndinə əsasən, Mal-materiallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” “10”(on) təqvim gün ərzində Mal-materialın dəyərini tam həcimdə ödəniş etməlidir. -2.4-cü yarımbəndinə əsasən, “Tərəflər” razılaşırlar ki, malın satıldığı günə bir Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnəsi 1.7 manatdır, “Alıcı” aldığı mal-materialların dəyəri olan pulu ödədiyi tarixdə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablayıb ödəyəcəkdir. -4.3-cü yarımbəndinə əsasən, Satıcı tərəfindən e-qaimə verildikdən sonra beş gün müddətində mallardan imtina etmədiyi halda həmin malların dəyərini şərtsiz olaraq tam ödəməyi öhdəsinə götürür.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4870,88 (dörd min səkkiz yüz manat, səksən səkkiz qəpik) məbləğində inşaat materialları təqdim edilmişdir.
10. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş “Qarşılıqlı borcların üzləşdirmə akt”ından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin iddiaçı Fostanpak” MMC-yə əsas məbləğdən 4127,86 manat borc, ƏDV məbləğindən isə 743,02 manat olmaqla, cəmi 4870,88(dörd min səkkiz yüz manat, səksən səkkiz qəpik) manat məbləğində borcu vardır.
11. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 152,54 manat ödəniş edilmişdir.
12. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi yardımla bağlı vəkilə 300 manat məbləğində pul vəsaiti ödənilmişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 152,54 manat məbləğində pul vəsaiti ödənilmişdir .
15. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında “e-qaimə” vasitəsilə malları satmağı, Cavabdeh MMC isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
22. Bundan başqa, iş materiallarında olan elektron qaimələrdən, “qarşılıqılı borcların üzləşdirilməsi aktı”ndan və ödəniş tapşırığından İddiaçı MMC tərəfindən 4870,88 manat dəyərində (ƏDV daxil) malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə təhvil verilməsi, həmçinin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 152,54 manat ödəniş edilməsi müəyyən olunur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş 152,54 manat ödəniş çıxıldıqdan sonra, cavabdehin iddiaçıya olan borcu 4718,34 manat təşkil edir.
23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi, iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehdən 4718,34 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
24. Məhkəmə, AR MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 67,18 manat pul vəsaiti cavabdehə aid edilməli, ondan tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 8,82 (səkkiz manat, səksən iki qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.
25. Məhkəmə, həmçinin vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 100 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehndən 4718,34 (dörd min yeddi on səkkiz manat, otuz dörd qəpik) manat məbləğində borc, 100 (bir yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş xərc və ödənilmiş dövlət rüsumuna görə 67,18 (altmış yeddi manat, on səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 8,82 (səkkiz manat, səksən iki qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev