Məhkəmə qərarları › İş №e-2-2(121)-931/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-931/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-931/2021 13.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.845 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında qarşılıqlı razılaşma əsasında 31 yanvar 2019-ci il tarixli, 2411/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmağı, “Alıcı” X6 həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X6 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 2.845 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq, onların dəyərini ödəməmişdir. Cavabdehə dəfələrlə yazılı müraciət etsələr də, cavabdeh İddiaçı MMC-yə olan borcunu qaytarmaq niyyətində deyildir. Buna görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2019-cu il tarixli, 2411/19 saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X6 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Alıcı məhsulu özünə məxsus market/ictimai iaşə, ticarət obyektlərində və ya marketlər şəbəkəsi, restoranlar, mehmanxanalar zəncirindən kənarda və topdan satış yerlərində sata bilməz. Bu şərtin pozulması tərəflər arasında mövcud alqı-satqı münasibətlərinin dayandırılması ilə nətəcələnə bilər. Müqavilənin 3.1.5-ci bəndinə əsasən, alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 3.4.3-cü bəndinə əsasən, alıcı məhsulun qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC və X6 tərəfindən imzalanmış 28 fevral 2019-cu il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, 31 yanvar 2019-cu il tarixli, 2411/19 saylı alqı-satqı müqaviləsinə əsasən 2.845 manat dəyərində mallar X4 təhvil verilmiş, X6 da həmin malları təhvil almışdır. İş materiallarında olan elektron qaimələrdən (cəmi 11 ədəd) görünür ki, X4 3.032,93 manat məbləğində təhvil verilmiş müxtəlif çeşidli məhsulların ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 02.10.2019-cu il tarixli, 565 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı cavabdeh X4 məktub ünvanlayaraq onun aralarında bağlanmış 31 yanvar 2019-cu il tarixli, 2411/19 saylı alqı-satqı müqaviləsinə əsasən 2.845 manat borcunun olduğunu bildirmiş, həmin borcun 5 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında 31 yanvar 2019-cu il tarixli, 2411/19 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, cavabdeh tərəfindən isə həmin malların dəyəri ödənilməmişdir. İddiaçı 02.10.2019-cu il tarixli, 565 saylı xəbərdarlıq məktubu ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi, yəni təhvil alınmış 2.845 manat dəyərində malların dəyərinin ödənilmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 2.845 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 2.845 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar