Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-980/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddia təmin olunması, Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/198 saylı alqı-satqı müqaviləsi üzrə 41528,74 manat borcun, 865,15 manat ilik beş faizin, 500 manat vəkil pulunun və 218 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2022/198 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi “Alıcı”ya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti “Satıcı” tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1.). Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.). Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3.). Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli X3 əsasən cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 36 590 manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Hazırda iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh SM/2022/198 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 41 528,74 manat borcu təşkil edir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
5. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən cavabdehə sement satılmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə ödənişlər 20 gün ərzində ödənilməli olduğu halda cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan İddiaçı MMC MMC (satıcı) Cavabdeh (alıcı) arasında bağlanılmış xx.xx.2022-ci il, SM/2022/198 saylı malların alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, hazırkı Müqaviləyə əsasən Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi (bundan sonra “Məhsul”) Alıcıya satmağı. Alıcı isə öz növbəsində hazırkı Müqavilədə göstərilən şərtlər əsasında Məhsulu qəbul edib, dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən, Malın təhvil və qəbulu Tərəflərin nümayənədələrinin iştirakı ilə aparılır. Təhvil- təslim zamanı aşkarlanmış bütün qüsurlar Akt əsasında qeydə alınır; 3.1-ci məhsulun satış qiyməti “Satıcı” tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edilir; -3.2-ci bəndinə əsasən “Alıcı” hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini “Satıcı”nın bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir; -3.3-cü bəndinə əsasən “Alıcı” hazırki müqavilə üzrə Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər; 3.4-cü bəndinə əsasən, hazırki müqavilənin 3.4-cü bəndində qeyd olunan nisyə satış ilə bağlı 20 günlük ödəniş müddəti ötürüldükdə, Satıcı Alıcıdan hər gecikdmlmiş gün üçün ödənilməmiş ümumi məbləğin 1 %-i məbləğində cərimə tələb edə bilər; 5.2-ci bəndinə əsasən, Hazırki Müqavilə, Azərbaycan Respublikasının qanunverciliyi ilə tənzimlənir və Tərəflərin qarşılıqlı razılığı ilə məhkəmədən kənar qaydada həll edilir. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində məhkəmə qaydasında həll edilir.
11. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 27 yanvar 2023-cü il tarixli “birgə üzləşmə” aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə dövrün əvvəlinə 41443,99 manat və dövrün sonuna 36590,40 manat qalıq borcu qalmışdır.
12. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli “Maliyyə arayışından” görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı məhsullara görə xx.xx.2025-ci il tarixə 41528,90 manat məbləğində borcu yaranmışdır.
13. İş materiallarına əlavə edilmiş “əmtəə-nəqliyyat qaimlərindən” və xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4216 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 3968 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4624 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4216 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 3968 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4216 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4624 manat, xx.xx.2023-cü il tarixdə 4224 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4488 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4224 manat, xx.xx.2023cü il tarixli elektron qaimədən görünür ki, 4224 manat, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4224 manat, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, 4608 manat, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, 4224 manat, xx.xx.2024cü il tarixli elektron qaimədən görünür ki, 4480 manat, xx.xx.2024-cü il tarixdə 4760 manat, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, 4864 manat, xx.xx.2024-cü il tarixdə 4480 manat, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, 4560 manat, xx.xx.2024cü il tarixli elektron qaimədən görünür ki, 10296 manat olmaqla, ümumilikdə 94488 məbləğində məhsullar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh verilmişdir.
14. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh pretenziya məktubu göndərilmişdir.
15. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 218 manat dövlət rüsumu ödənilmişdir.
16. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığdan görünür ki, hüquqi yardımın göstərilməsi üçün Faiq Nağıyev və Partnyorları Vəkil Bürosuna 500 manat ödəniş olunmuşdur.
b) Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
21. Məhkəmə, işin araşdırılan hallarına əsasən hesab edir ki, hazırki kommersiya mübahisəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2022-ci il, SM/2022/198 nömrəli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (Satıcı) istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə cavabdehə (Alıcıya) alıcıya satmağı, cavabdeh (Alıcı) isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür.
22. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş mötəbər dəlillərlə cavabdehin borcunun olduğunu sübut etmiş, lakin cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə, həmçinin hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməsinə baxmayaraq, borcun ödənildiyini yaxud öhdəliklərindən azad olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə 27 yanvar 2023-cü il tarixli “birgə üzləşmə” aktını təsdiq etməklə İddiaçı MMC-yə dövrün əvvəlinə 41443,99 manat, dövrün sonuna isə 36590,40 manat qalıq borcunun olduğunu etiraf etmişdir.
24. İş materiallarından və işin araşdırılan halarından, həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilədə məhsulun satış qiymətinin “Satıcı” tərəfindən təqdim olunmuş elektron qaimə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Tərəflər 27 yanvar 2023-cü il tarixli “birgə üzləşmə” aktında cavabdehin İddiaçı MMC-yə dövrün sonuna – xx.xx.2023-cü il tarixə qalıq borcun 36590,40 manat olduğunu təsdiq etsələr də, tərəflər bundan sonra müqavilə münasibətlərini davam etdirmişlər, nəticədə isə cavabdehin iddiaçıya 41528,74 manat məbləğində borcu yaranmışdır.
25. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 41528,74 manat borc tutularaq iddiaçıya verilməlidir.
26. Məhkəmə, iddianın “ödənişin gecikdirilməsinə görə hesablanmış 865,15 manat ilik beş faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilənin şərlərinə əsasən cavabdeh mal (mallar) ona tam təhvil verildikdən sonra 20 gün ərzində ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyini təqsirli olaraq lazımınca yerinə yetirmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia qeyd olunan hissədə də təmin edilməlidir.
27. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 180 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 500 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin xərici cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 41528,74 manat məbləğində borc, gecikdirilmiş dövr üçün hesablanmış 865,15 manat illik 5% ilə hesablanan gecikdirmə faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat xərc və ödənilmiş dövlət rüsumuna görə 218 manat olmaqla, cəmi 43111,89 (qırx üç min bir yüz on bir manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Hakim Rəmzi Nəbiyev