Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-982/2020 27.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5, Cavabdeh “Hacı Camalxan” X6 nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Hacı Camalxan” X3rşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Hacı Camalxan” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.047,75 manat əsas borcun, 24.017,2 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Salyan” filialı və cavabdeh arasında bağlanmış 17 2805877 saylı 2017-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 200 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 400 ton xampambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 101.965,4 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 76.320,05 manat dəyərində 159.827,77 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd etmək lazımdır ki, cavabdeh, təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 11.597,6 manat dəyərində vəsaitləri cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitlərin dəyərinə görə iddiaçıya 14.047,75 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Salyan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 24.017,2 manat təşkiledir. Müqavilə üzrə təhvil verilməli idi: 400 ton; verilib: 159.827,77 kq,verilməmişdir: (400000 kq – 159827,77 kq) x 500 manat = 120.086,1 manat х 20% = 24.017,2 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Beləliklə, cavabdeh 14.047,75 manat əsas borcdan əlavə 24.017,2 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 38.064,95 manat təşkil edir. Cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Hacı Camalxan” X6 nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlu izahat verərək bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmışdır və yaranmış əsas borc məbləğini qəbul edirlər. Ödənişlərdə problem yaranmışdır, lakin əsas borcu ödəməyə hazırdırlar. Qeyd olunanlara əsasən qanunamüvafiq qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, 17 280 5877 saylı müqavilədən görünür ki, İddiaçı MMC, “MKT Salyan” filialı və“Hacı Camalxan” X9 arasında 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2017-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən “Hacı Camalxan” X9 əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 200 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İş materiallarında olan qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən “Hacı Camalxan” X7 işlərin görülməsi üçün 101.965,4 manat məbləğində avans ayrılmışdır (şum və traktor işləri görülmüş, arat aparılmış və s.). Həmin məbləğdən İddiaçı MMC-yə 76.320,05 manat məbləğində pambıq verilmiş, 11.597,6 manat pul isə nağd qaydada geri qaytarılmışdır. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər və s.) görünür ki, İddiaçı MMC tərəfindən “Hacı Camalxan” X7 işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materialında olan İddiaçı MMC tərəfindən “Hacı Camalxan” X7 ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, “MKT Salyan” filialı və“Hacı Camalxan” X9 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə əsasən “Hacı Camalxan” X7 verilmiş 101.965,40 manat avans məbləğindən ödənilməmiş 14.047,75 manat borcun 10 gün müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə əsas və cərimə borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC, “MKT Salyan” filialı və“Hacı Camalxan” X9 arasında xx xxxxxx 2017-ci il tarixli, 17 280 5877 saylı 2017-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2017-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən “Hacı Camalxan” X9 əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 200 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq “Hacı Camalxan” X7 işlərin görülməsi üçün 101.965,40 manat məbləğində avans ayrılmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya 76.320,05 manat məbləğində pambıq verilmiş, 11.597,6 manat pul isə nağd qaydada geri qaytarılmışdır. Beləliklə də, iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 17 280 5877 saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilətəşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 101.965,40 manat məbləğində avans müqabilində İddiaçı MMC-yə 76.320,05 manat məbləğində pambıq verilmiş, 11.597,6 manat pul isə nağd qaydada geri qaytarılmışdır. Beləliklə cavabdehin iddiaçıya verilmiş avans üzrə 14.047,75 manat borcu qalmışdır. Həmçinin cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahat verərək, əsas borcu qəbul etdiklərini, lakin dəbbə pulunun tutulmasına etiraz etdiklərini bildirmişdir. Belə olan haldaməhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 14.047,75 manat borcunİddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, 24.017,2 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 300 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 18,80 manatı iddiaçıya aid edilməli, 11,2 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14.047,75 manat əsas borc, 300 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 11,2 manat olmaqla, cəmi 14.358,95 (on dörd min üç yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat pul cavabdeh “Hacı Camalxan” X4 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-982/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-982/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver