Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-982/2025 15.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/315 saylı Alqı-Satqı müqaviləsi üzrə 27 627,01 manat borcun, 2 647,58 manat ilik beş faizin, 500 manat vəkil pulunun və 182 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2022/315 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir.(3.1.) Alıcı hazırki müqavilə üzrə məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.) satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər.(3.3.) Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli birgə üzləşmə aktına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 28 027 (iyirmi səkkiz min iyirmi yeddi, 01) manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Həmin borcdan cavabdeh yalnız ayrı-ayrı vaxtlarda hissəhissə 400 manat ödəniş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdehunun SM/2022/315 saylı, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 27 627,01 (iyirmi yeddi min altı yüz iyirmi yeddi, 01) manat borcu təşkil edir. İddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcum cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin SM/2022/315 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2025-cü ilədək ödəməni gecikdirdiyi 1 il 11 ay üçün 27 627,01 manat borcun illik 5 faizi 2 647,58 (iki min altı yüz qırx yeddi, 58) manat təşkil edir. Bundan əlavə iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə EM1503VK-2926/25 saylı, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və həmin müqaviləyə əsasən 500 (beş yüz) manat büroya vəsait ödəmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/315 saylı Alqı- Satqı müqaviləsi üzrə 27 627,01 (iyirmi yeddi min altı yüz iyirmi yeddi, 01) manat borcun və 2 647,58 (iki min altı yüz qırx yeddi, 58) manat ilik beş faizin, 500 manat vəkil pulunun tutularaq İddiaçı QSC-nə ödənilməlidir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/315 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən, Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASCnin istehsalı olan sementi Alıcıya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür; -3.1-ci bəndinə əsasən, məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir; -3.2-ci bəndinə əsasən, Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir;
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, cavabdehin qalıq borcu 27627,01 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin yekun borcu 27627,01 manat təşkil edir.
12. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən və 31545 nömrəi ödəniş tapşırığından görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsinə görə Faiq Nağıyev və Partnyorları Vəkil Bürosuna 500 manat ödəniş edilmişdir.
14. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 260 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasıu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması məbləğidir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı QSC həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında malları Cavabdeh satır və Cavabdeh öz növbəsində alınan malların dəyərini İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür.
21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
22. Bundan başqa, iş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimələr, üzləşmə aktı və Maliyyə Arayışından cavabdehin iddiaçıya olan borcunun və digər sənədlərdən müəyyən olunur ki, İddiaçı QSC tərəfindən alqı-satqı müqaviləsi üzrə Cavabdeh təhvil verilmiş mallara görə cavabdehə olan əsas borcu 27627,01 manat təşkil edir.
23. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh aldığı malların dəyərini tam olaraq ödədiyini təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası əsas borca münasibətdə qanuni və əsaslıdır.
24. Məhkəmə, həmçinin iddianın “əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 2647,58 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.
25. Belə ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2025-ci il tarixdə isə tərəflər “üzləşmə aktı” imzalayaraq cavabdehin iddiaçıya olan borc məbləğinin 27627,01 manat olmasını təspit etmişlər və həmin tarixdən sonra 6 gün sonra hazırki iş üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi tələb etməkdə haqlı olmamışdır.
Məhkəmə xərcləri:
26. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 174,38 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 7,62 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
27. Məhkəmə, iddiaçıya hüquqi yardımla bağlı ödənilmiş 500 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
28. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27627,01 manat əsas borc, 500 manat hüquqi yardımla bağlı vəkilə ödənilən xərc və 174,38 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 28301,39 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 27627,01 manat borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat məbləğində xərc və ödənilmiş dövlət rüsumuna görə 174,38 manat olmaqla, cəmi 28301,39 (iyirmi səkkiz min üç yüz bir manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 7,62 (yeddi manat, altmış iki qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Hakim Rəmzi Nəbiyev