Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-1/2023 20.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi, cavabdehin nümayəndəsi Nümayəndə1 vəkili, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil 01 mart 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 124,254.80 manat (yüz iyirmi dörd min iki yüz əlli dörd manat, səksən qəpik) pul vəsaitinin, 78,277.50 (yetmiş səkkiz min iki yüz yetmiş yeddi manat əlli qəpik) manatın və ödənilmiş 492,53 (dörd yüz doxsan iki manat əlli üç qəpik) manat dövlət rüsumunun, cəmi 203,024.83 (iki yüz üç min iyirmi dörd manat səksən üç qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 20 aprel 2016-cı il tarixli, AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsinə (bundan sonra-Müqavilə) əsasən "xxxx" MMC-nin İddiaçı MMC-nin təyin etdiyi aylıq satış kvotalarına əsaslanaraq, İddiaçı MMC-nin məhsullarını sifariş edərək ödənişini həyata keçirməli olduğunu, sonradan tərəflər arasında 05 sentyabr 2019-cu il tarixində Müqaviləyə 1 Saylı Əlavənin imzalandığını, həmin Əlavənin 1-ci bəndinə görə X6 aşağıda verilmiş ödəniş cədvəlinə uyğun Azerfon-a ödəməli olduğunu, 2019-cu ilin 2019-cu ilin 2019-cu ilin 2020-ci ilin 2020-ci ilin 2020-ci ilin oktyabr ayı noyabr ayı dekabr ayı yanvar ayı fevral ayı mart ayı ərzində ərzində ərzində ərzində ərzində ərzində 22,622.00 22,622.00 22,622.00 22,622.00 22,622.00 22,622.00 AZN AZN AZN AZN AZN AZN lakin, cavabdehin agent müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə üzrə üzərinə düşən öhdəliklərə əməl etmədiyini, nəticədə İddiaçı MMC qarşısında yaranmış 124,254.80 manat (yüz iyirmi dörd min iki yüz əlli dörd manat səksən qəpik) borc məbləğinin indiyədək "xxxx" MMC tərəfindən ödənilmədiyini, tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktlarına əsasən də cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə yuxarıda göstərilən borc məbləğinin olmasının təsdiq edildiyini, bununla bağlı tərəflərindən cavabdehə 13 mart 2020-ci il tarixli, AZF/GR-7103/2020 saylı bildiriş göndərildiyini, lakin bu günə kimi cavabdehin iddiaçıya ödənilməli olan 124,254.80 manat (yüz iyirmi dörd min iki yüz əlli dörd manat səksən qəpik) manat pul vəsaitini ödəmədiyini, bundan başqa, 05 sentyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavənin 2-ci bəndinə görə cavabdehin əlavədə qeyd edilmiş ödəniş cədvəlinə əsasən ödəniş etməzsə iddiaçının cavabdehdən hər gecikdirilmiş günə görə vaxtında ödənilməmiş məbləğin 0,1 faizi məbləğində cərimənin ödənilməsini tələb edə biləcəyini, buna görə də, 124,254.80 manat (yüz iyirmi dörd min iki yüz əlli dörd manat səksən qəpik) borc məbləğinin müqaviləyə xitam verildiyi tarixdən, yəni 18 mart 2020-ci il tarixdən, bu günə kimi 78,277.50 manat (yetmiş səkkiz min iki yüz yetmiş yeddi manat əlli qəpik) (124,254.80 x 0,1%-124,25 x 630 gecikdirilmiş gün = 78.277,50) cərimə məbləğinin də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli olduğunu hesab etdiklərini, İddiaçı MMC-nin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, ilkin mediasiya prosesində iştirak etmək üçün müvafiq mediatora müraciət etdiyini və 04 fevral 2022ci il tarixdə ilkin mediasiya prosesinin keçirildiyini, lakin tərəflərin mübahisəni X1 sonra prosesi davam etdirmək barədə razılığa gəlmədiyini, bu barədə mediator Yusif Həsənov tərəfindən müvafiq arayış verildiyini, həmin arayışdan 400 manat mediator xərcinin də iddiaçı tərəfindən ödənildiyinin göründüyünü, İddiaçı MMCnin xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və əlavə edilmiş sənədləri e-taxes.gov.az-da olan elektron qovluq vasitəsilə cavabdehə göndərdiyini göstərmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil 03 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada “iddia ərizəsinin dəyişdirilməsi barədə” ərizəsini ünvanlayaraq həmin ərizədə, müəyyən məbləğlərin dəyişdirilməsinin səbəbini izah edərək cavabdeh "xxxx" MMC-dən 127,345.26 manat (yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) pul vəsaitinin, 75,187.04 (yetmiş beş min yüz səksən yeddi manat dörd qəpik) manat cərimə və ödənilmiş 492,53 (dörd yüz doxsan iki manat əlli üç qəpik) manat dövlət rüsumunun, cəmi 203,024.83 (iki yüz üç min iyirmi dörd manat səksən üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və bundan sonra işə bu tələb həcmində baxılması məhkəmə tərəfindən qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil 29 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərdikləri kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında 20 aprel 2016-cı il tarixli agent müqaviləsinin imzalandığını, həmin müqaviləyə əsasən "xxxx" MMC İddiaçı MMC-nin təyin etdiyi aylıq satış kvotalarına əsaslanaraq İddiaçı MMC-nin məhsullarını sifariş edərək ödənişi həyata keçirdiyini, bu münasibətlərin uzun müddət davam etdiyini, lakin 2019-cu il tarixindən etibarən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğlərdə problemlərin yarandığını və bundan sonra həmin məsələnin hər iki tərəfin iştirakı ilə müzakirə olunduğunu, 05 sentyabr 2019-cu il tarixində qalıq borcun hissə-hissə ödənilməsi ilə bağlı agent müqaviləsinə 1 saylı əlavənin imzalandığını və həmin vaxta qalıq borcun 135,737 manat (bir yüz otuz beş min yeddi yüz otuz yeddi manat) təşkil etdiyini, bu borcun 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər aylıq 22,622 manat (iyirmi iki min altı yüz iyirmi iki manat) məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi şərti ilə tərəflər arasında razılığın əldə olunduğunu, həmçinin, agent müqaviləsinə 1 saylı əlavənin 2-ci bəndinə əsasən cavabdehin həmin ödəniş cədvəlinə əsasən ödəniş etməzsə, geçikdirilmiş hər günə görə 0,1% məbləğində cərimə ödəməli olduğunu, Agent müqaviləsinə 1 saylı əlavə imzalanan zaman həmin vaxta qalıq borcun 135,737 manat (bir yüz otuz beş min yeddi yüz otuz yeddi manat) təşkil etsə də, sonradan maliyyə şöbəsi tərəfindən dəqiqləşdirilmələrin aparıldığını və tərəflərindən cavabdehə ödənilməli olan xidmət haqları da çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan yekun borc məbləğinin 124,254.80 manat (bir yüz iyirmi dörd min iki yüz əlli dörd manat səksən qəpik) olduğunun müəyyən edildiyini, bununla bağlı tərəflərindən pretenziya məktubu göndərilərək cavabdehin xəbərdar edildiyini, lakin həmin məbləğin cavabdeh tərəfindən ödənilmədiyini, buna görə də, həmin məbləğin və cərimənin cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edildiyini, 2019-cu ilin oktyabr ayında olan qarşılıqlı üzləşmə aktına əsasən 19,831.05 manat (on doqquz min səkkiz yüz otuz bir manat 05 qəpik) məbləğində komisiyon haqqının cavabdehə ödənilməsi məsələsi ilə bağlı maliyyə şöbəsinin mütəxəssisi Kənan Əbilovdan soruşduğunu, həmin şəxsin də ona “2017-ci ildən sonra artıq verginin qarşılıqlı razılaşmalara icazə vermədiyi üçün hər kəsin öz borcunu ödədiyini və həmin ödənilən borcdan verginin ödənildiyini” bildirdiyini, ona görə də, üzləşmə aktlarında hər bir tərəfin borcunun ayrıca göstərildiyini, iddialarının cavabdehin onlara olan borcu barədə qaldırıldığını, qarşı tərəfin də iddia qaldırmaq hüququnun olduğunu, lakin iddia qaldırmadığını, ona görə də, iddianın yalnız iddiaçının tələb etdiyi məbləğdən ibarət olduğunu, həmin komisiyon məbləğini çıxıb iddia qaldırmaqlarının vergi baxımından problem olacağı üçün bunu etmədiklərini, 19,831.05 manat (on doqquz min səkkiz yüz otuz bir manat, beş qəpik) məbləğində komisiyon haqqının cavabdehə ödənilmədiyini qəbul etdiklərini, cavabdehin 2019-cu ilin oktyabr ayında olan qarşılıqlı üzləşmə aktında göstərilən 137,237.70 manat (bir yüz otuz yeddi min iki yüz otuz yeddi manat, yetmiş qəpik) məbləğində borc məbləği ilə razı deyildisə, həmin vaxt o aktı imzalamalı olmadığını qeyd etdiyini, lakin cavabdehin həmin aktı imzaladığını və Faiq müəllimin özünün aktlarda təkcə həmin aydakı kartlar üçün olan pul məbləğlərinin deyil, həmçinin cavabdeh tərəfə biznesin genişləndirilməsi üçün verilən suddaların da borc məbləği ilə toplandığının yaxşı bildiyini qeyd etmiş, 18 may 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında cavabdeh tərəfin Agent müqaviləsinə 1 saylı əlavənin əslinin birinci vərəqində "xxxx" MMC-nin möhürü və imzasının olmamasına görə həmin sənədi qanuni sənəd kimi qəbul etmədiyini bildirdiyini, lakin bununla bağlı heç bir sübut təqdim etmədiyini, əgər həmin sənədin qanuni, düzgün olan nüsxəsinin onlarda olduğu halda məhkəməyə təqdim etmələrini, məhkəmədə ehtimallarla yox, faktlarla, sübutlarla danışmalı olduqlarını, məhkəməyə təqdim etdikləri agent müqaviləsinə 1 saylı əlavənin əslinin ikinci vərəqində "xxxx" MMC-nin möhürü və Nümayəndə1 imzasının olduğundan, həmin sənədi mübahisələndirmədiklərini, əgər həmin sənədin birinci vərəqini cavabdeh tərəf mübahisələndirirsə, cavabdeh tərəfdə olan nüsxəni təqdim edə biləcəklərini, çünki agent müqaviləsinə 1 saylı əlavənin iki əsl nüsxədə tərtib olunaraq onun birinin iddiaçı tərəfə, birinin isə cavabdeh tərəfə verildiyini, təqdim etdiyi 2016-cı ildən 2019-cu ilə qədər İddiaçı MMC ilə "xxxx" MMC arasında olan kartların verilməsini və ödənişlərin edilməsini əhatə edən cədvəlin təsdiq olunmuş surətindən, verilən kartlarla edilən ödənişlər arasındakı fərqin 22,480.95 manat (iyirmi iki min dörd yüz səksən manat, doxsan beş qəpik) təşkil etdiyini, cavabdehin borcunun üç hissədən ibarət olduğunu, birinci hissənin qeyd etdiyi kimi verilən kartlarla edilən ödənişlər arasındakı fərqin 22,480.95 (iyirmi iki min dörd yüz səksən manat, doxsan beş qəpik) manat olduğu, ikinci hissədə kartların verilməsini və ödənişlərin edilməsini əhatə edən cədvəlin təsdiq olunmuş surətinə əsasən kartlara görə hesablanan cəmi məbləğin 651,461.77 (altı yüz əlli bir min dörd yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat və cavabdehə ödənilən xidmət haqlarının məbləğinin isə 571,618.30 (beş yüz yetmiş bir min altı yüz on səkkiz manat, otuz qəpik) manat təşkil etdiyini, iki məbləğ arasındakı fərqin iddiaçının cavabdehə olan borcu olduğunu, həmin cədvəldə göstərildiyi kimi 160,797 (yüz altmış min yeddi yüz doxsan yeddi) manat məbləğində pulun iddiaçı tərəfindən kart ilə əvəzləşdirildiyini, odur ki, 160,797 (yüz altmış min yeddi yüz doxsan yeddi) manat məbləğində puldan qeyd etdiyi, iddiaçının cavabdehə olan təqribi səksən min manatlıq borc məbləği çıxılanda yerdə 80,953.53 (səksən min doqquz yüz əlli üç manat, əlli üç qəpik) manat məbləğində pulun qaldığını, bunun da cavabdehin borcunun ikinci hissəsi olmaqla cədvəlin yekun hissəsində göstərildiyini, borcun üçüncü hissəsinin də həmin cədvəlin yekun hissəsində göstərilən əvvəlcədən, yəni 2016-cı ildə olan borc məbləğinin olduğunu və 20,820.32 (iyirmi min səkkiz yüz iyirmi manat, otuz iki qəpik) manat təşkil etdiyini, onlara olan ödənişlərin “Azərbaycan Beynəlxalq Bankı”nda olan hesablarına ödənildiyini, cavabdehin adına “Naxçıvanbank”dan başqa hansısa bankın hesabına ödəniş etmədiklərini bildirdiyini, 03 iyun 2022-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında tərəflərindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə ünvanlandığını, həmin ərizədə iddia tələbinin cərimə hissəsində məbləği azaldıb, əsəs tələb hissəsində məbləği artırdıqlarını və yekunda tələb etdikləri məbləğin iddia ərizəsindəki yekun məbləğlə eyni qaldığını, bunu da iddia ərizəsində "xxxx" MMC-nin cəmi borcunun 127,345.26 manat (bir yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) təşkil etdiyi və həmin borcun üç hissədən ibarət olduğunun göstərildiyi ilə izah etdiklərini, borcun birinci hissəsinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 2016-cı il tarixli üzləşmə aktına əsasən 01 dekabr 2016-cı ilə qədər mövcud olan 20,820.32 manat (iyirmi min səkkiz yüz iyirmi manat, otuz iki qəpik) məbləğində borcdan, ikinci hissəsinin kartla əvəzləşdirilmələrdən yaranan 80,953.53 manat (səksən min doqquz yüz əlli üç manat, əlli üç qəpik) məbləğində borcdan, üçüncü hissəsinin də kartların satışına görə yaranmış 22,480.95 manat (iyirmi iki min dörd yüz səksən manat, doxsan beş qəpik) məbləğində borcdan ibarət olduğunu, "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarla bağlı "xxxx" MMC-nin bu dövrdə İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə 478,130.11 manat (dörd yüz yetmiş səkkiz min yüz otuz manat, on bir qəpik) məbləğində komissiya ödəndiyini iddia etdiyini bildirdiyini, lakin iddiaçı tərəfin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində də İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə komissiya haqqından əlavə 106,493.51 manat (bir yüz altı min dörd yüz doxsan üç manat, əlli bir qəpik) məbləğində pulun "xxxx" MMC-nin ƏDV sub-hesabına ödənildiyini göstərdiklərini, çünki tərəflər arasında olan agent müqaviləsinə əsasən malların satışı məbləğinin ƏDV daxil edilməklə hesablandığını, həmin müddəanın agent müqaviləsinin 27-ci səhifəsindəki cədvəldə və 30-cu səhifəsində öz əksini tapdığını, həmçinin özünün elektron kabinetdə də "xxxx" MMC tərəfindən ƏDV sub-uçot hesabından çıxarışın məhkəməyə təqdim edildiyinin gördüyünü, həmin çıxarışda qeyd etdiklərinin təsdiq olunduğunu, bundan əlavə, özünün hesablanan və ödənilən pul məbləğləri cədvəlini də ərizəyə əlavə etdiyini və həmin cədvəldə ƏDV ödənilən məbləğlərə baxılanda oradakı tarixlərin əvvəlki tarixlərlə eyni olduğunun göründüyünü, nəticədə cədvəldən də göründüyü kimi 477,768.25 manat (dörd yüz yetmiş yeddi min yeddi yüz altmış səkkiz manat iyirmi beş qəpik) məbləğində pulun "xxxx" MMC-nin öz hesabına, 106,493.51 manat (bir yüz altı min dörd yüz doxsan üç manat, əlli bir qəpik) məbləğində pulun "xxxx" MMC-nin sub-hesabına ödənildiyini və 160,797 manatın (bir yüz altmış min yeddi yüz doxsan yeddi) kartlarla əvəzləşdirildiyini, bunu da əvvəlki iclaslarda Faiq müəllimin etiraf etdiyini və yekun əməliyyatlarda hesablanan məbləğin 745,058.76 manat (yeddi yüz qırx beş min əlli səkkiz manat, yetmiş altı qəpik) təşkil etdiyini, həmin məbləğdən 661,014.77 manat (altı yüz altmış bir min on dörd manat yetmiş yeddi qəpik) çıxılanda yerdə 84,043.99 manat (səksən dörd min qırx üç manat, doxsan doqquz qəpik) qaldığını, bunun da borcun ikinci hissəsini təsdiq etdiyini, borcun üçüncü hissəsinin 01 iyul 2019-cu il tarixinə qədər olan kartların məbləğinin 11,064,063.85 manat (on bir milyon altmış dörd min altmış üç manat, səksən beş qəpik) təşkil etdiyini, "xxxx" MMC tərəfindən kartlara görə 11,041,582.90 manat (on bir milyon qırx bir min beş yüz səksən iki manat, doxsan qəpik) ödəndiyini və 22,480.95 manat (iyirmi iki min dörd yüz səksən manat, doxsan beş qəpik) məbləğində qalıq borcun qaldığını, yekunda cəmi borcun 127,345.26 manat (bir yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) təşkil etdiyini bildirmiş, əlavə olaraq isə ƏDV üçün ödənilməli olan məbləğin iddiaçı tərəfindən ödənməli olduğunu, yəni özlərinin onu cavabdehin sub-uçot hesabına ödəməli olduğunu, o da istəsə, həmin məbləği əvəzləşdirə biləcəyini, istəsə də, dövlət büdcəsinə ödəyəcəyini, bu 106,493.51 manat (bir yüz altı min dörd yüz doxsan üç manat, əlli bir qəpik) məbləğində pulun 477,768.25 manat (dörd yüz yetmiş yeddi min yeddi yüz altmış səkkiz manat iyirmi beş qəpik) məbləğində pulun içində olan pul olmadığını, bunun ondan əlavə olaraq ayrıca ödənildiyini, cavabdeh tərəfin təqdim etdiyi ƏDV subuçot hesabından çıxarışların iddiaçı tərəfin ƏDV üçün nəzərdə tutulan məbləği cavabdeh tərəfə ödədiyini təsdiq etdiyini, xx.xx.2017-ci il tarixli qarşılıqlı üzləşmə aktındakı cavabdeh tərəfindən ödənilən 419,010 manatla (dörd yüz on doqquz min on), 29 aprel 2022-ci il tarixdə məhkəməyə təqdim etdikləri cədvəldə xx.xx.2017-ci il tarixinə ödənilən 398,410 manat (üç yüz doxsan səkkiz min dörd yüz on) məbləğin niyə eyni olmadığını telefon zəngi vasitəsi ilə iddiaçı tərəfin maliyyə şöbəsindən soruşduğunu və ona “2017-ci ilin oktyabr ayındakı üzləşma aktında ödənilən məbləğin 355,300 manat (üç yüz əlli beş min üç yüz) yazıldığını, amma əslində cədvəldə qeyd olunduğu kimi 375,900 manat (üç yüz yetmiş beş min doqquz yüz) ödənildiyini, yəni 20,600 manat (iyirmi min altı yüz) çox ödənildiyini, ona görə də, həmin vaxtı cavabdeh tərəfindən pul məbləği çox ödəndiyi və üzləşmə aktına az yazıldığı üçün dekabr ayında da onun əvəzinə aktda ödənilən məbləğə 419,010 manat (dörd yüz on doqquz min on) yazıldığını, amma cədvəldə ödənilən məbləğə 398,410 manat (üç yüz doxsan səkkiz min dörd yüz on) yazıldığını, yəni 20,600 manat (iyirmi min altı yüz), yəni oktyabr ayındakı hesabla əvəzləşsin deyə az yazıldığını bildirdiyini, həmçinin Faiq müəllimin “2016cı ilin dekabr ayının beşində noyabr ayının bonusunu ona verib, dekabr ayında həmin bonusun, yəni 19,832 manatın (on doqquz min səkkiz yüz otuz iki) onun üstünə yazıldığını” bildirdiyini, amma əslində elə olmadığını, cavabdehə olan təqribi yetmiş min manatlıq borca görə, ödəməli olduqları bonusun əvəzinə cavabdehə yüz altmış min manatlıq kart verdiklərini və indi borcun əsas hissəsinin həmin o yüz altmış min manatın ödənilməmiş qalan hissə olduğunu və cavabdehdən tələb etdiyini, 26 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsinə 1 saylı əlavəni əsaslı hesab etdiklərini, Agent müqaviləsinə 1 saylı əlavənin Faiq müəlimin iştirakı ilə tərtib edilib, maliyyə şöbəsi tərəfindən bir-bir hesablandığını və sonda hər iki tərəfin həmin sənədi imzaladığını, AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsinə 1 saylı əlavəni tərəflər razılaşdıqda və imzalandıqda özünün orda olmadığını, 07 iyun 2023-cü il tarixdə məhkəməyə ünvanladığı yazılı çıxışında məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-35 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunduğunu və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edildiyini, 20 sentyabr 2022-ci il tarixdə hazırkı iş üzrə 16 sentyabr 2022-ci il tarixli, 186 saylı ekspert rəyinin məhkəməyə daxil olduğunu, 16 sentyabr 2022-ci il tarixli, 186 saylı ekspert rəyi iddiaçının “iddia ərizəsinin dəyişdirilməsi barədə” 03 iyun 2022-ci il tarixli ərizəsi nəzərə alınmadan, yəni ilkin iddia tələbi əsasında araşdırıldığından, ekspert tərəfindən ekspert rəyinin tədqiqi hissəsindəki məbləğin nəzərə alındığı zaman müəyyən olunan cəmi məbləğin xx.xx.2019-cu ildən sonra ödənilən müxtəlif ƏDV məbləğlərinin (80203.42 və 8200.42 manat), ekspert tərəfindən tərtib edilən cədvəlin “ticarət və xidmət sktorunda fəaliyyət göstərən dövlət mülkliyyətində olmayan rezident hüquqi şəxslərin cari hesabları” qrafasındakı məbləğlərin hansı qaydada hesablanması məhkəməyə tam aydın olmadığından, ekspert rəyinin nəticə hissəsindəki 2-3-cü, 4-cü, 7-ci, 8-ci, 9cu, 10-cu, 11-ci, 12-ci , 13-cü, 14-cü, 15-ci, 19-cu, 20-ci suallara tam və aydın cavab verilmədiyindən və məhkəmədə tərəflərdə əlavə suallar yarandığından iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizasının təyin olunması qənaətinə gəlindiyini və iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizasının 26 oktyabr 2022-ci il tarixli rəyinin məhkəməyə daxil olduğunu, hər iki ekspertiza rəylərində bir çox suallara tam cavab verilmədiyini, bəzi yerlərdə isə rəyin iş materiallarında olan sənədlərə uyğun verilmədiyini, buna görə də təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə tərəflərindən vəsatət verildiyini və vəsatət təmin edilərək yenidən rəy verilməsi üçün işin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyindən İddiaçı MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş xx.xx.2016-ci il tarixli AZF- AG-LLE/xx-xx-2016/2 nömrəli agent müqaviləsi üzrə İddiaçı MMC tərəfindən təqdim edilmiş malların, kartların dəyərinin 11.240.181.2 manat, "xxxx" MMC tərəfindən aparılmış ödənişin 11.035.582,9 manat, hesablanmış komissiya haqqının 651.461,77 manat (ƏDV məbləği 98.535,04), "xxxx" MMC-yə İddiaçı MMC tərəfindən 95.320,54 manat məbləğində ƏDV-nin, 470.034,18 manat məbləğində komissiya haqqının ödənildiyi nəzərə alınmaqla , "xxxx" MMC-nin İddiaçı MMC-yə malların, kartların alışından borcunun 204.598,3 manat İddiaçı MMC-nin "xxxx" MMC-yə komissiya haqqı üzrə ödəməli olduğu vəsaitin ƏDV üzrə 3214,49 manat, komissiya haqqından əsas borc üzrə 82.892,58 manat təşkil etdiyinin müəyyən edildiyini, qeyd olunanlara əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə ola borcunun 118.491,23 (204.598,3-3214,49-82892,58) manat təşkil etdiyinin müəyyən edildiyini, ekspertin gəldiyi nəticənin iddiaçının əsas məbləği üzrə iddia etdiyi məbləğə yaxın olduğunu, bundan başqa ekspert rəyindən hazırkı ekspertiza tədqiqatı zamanı hesablamaların, təqdim edilmiş qarşılıqlı üzləşmə aktlarının, bank hesabından çıxarış məlumatlarının, ədv sub-uçot hesabından çıxarış məlumatlarının nəzərə almadan rəy verildiyini, bundan əlavə iddianın əsaslı olmasının 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyindən əlavə, digər sübutlarla da təsdiq edildiyini, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış agent müqaviləsinə 09 sentyabr 2019-cu il tarixdə imzalanmış 1 saylı əlavədən imzalanan vaxta cavabdehin iddiaçıya borcunun olmasını etiraf etdiyini və borcu 6 ay ərzində hissə-hissə ödəyəcəyinin öz üzərinə götürdüyünü, cavabdehin məhkəmə prosesində həmin 1 saylı əlavənin 1-ci səhifəsini imzalmamağı və buna görə də həmin sənədin mötəbər sübut kimi nəzərə alınmaması ilə bağlı göstərdiklərini əsassız hesab etdiklərini, belə ki, cavabdehin məhz bu əsasla həmin sənədin mötəbərsizliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini, buna görə də əksi sübuta yetirilmədiyi üçün həmin sənədin mötəbər sübut kimi qəbul edilməli olduğunu, bütün bunları nəzərə alaraq, cavabdeh "xxxx" MMC-dən 127,345.26 (yüz iyirmi yeddi min üç yüz qırx beş manat 26 qəpik) pul vəsaitinin, 75,187.04 (yetmiş beş min yüz səksən yeddi manat 04 qəpik) cərimənin və ödənilmiş 492,53 (dörd yüz döxsan iki manat 53 qəpik) manat dövlət rüsumunun, cəmi 203,024.83 (iki yüz üç min iyirmi dörd manat 83 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 29 aprel 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında iddianı qəbul etmədiyini və İddiaçı MMC-nin baş icraçı direktoru cənab Gunnar Pahnkeyə yazdığı ərizəni oxuyaraq, İddiaçı MMC tərəfindən 2017-2019-cu illərdə İddiaçı MMC-nin xeyrinə hesablanan borclardan ilkin mərhələdə on min manat ödənilməklə yaranan borcun silinməsi və qalan borcun isə əməkdaşlıqları əsasında İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına hesablanan komisiyonlarda ayda min-beş min manat ödəmək şərti ilə həyata keçirməyini öz imzası ilə təsdiq etdiyini və bu dövr ərzində İddiaçı MMC-nin maliyyə şöbəsi ilə birlikdə yaranan borcun yenidən araşdırılmasına öz dəstəyini xahiş etdiyini, İddiaçı MMC ilə birlikdə razılaşdırılmış borcun ödənişinin təyin olunmuş aylar ərzində hissə-hissə ödənilməsinə zəmanət verdiyini qeyd edərək, dəfələrlə iddiaçıya bəzən bunun kimi, bəzən telefon vasitəsi ilə müraciətlər etdiyini və bunların hamısını sübut kimi saxladığını, 2019-cu ilin oktyabr ayında olan qarşılıqlı üzləşmə aktına əsasən 19,831.05 manat (on doqquz min səkkiz yüz otuz bir manat, beş qəpik) məbləğində komisiyon haqqının ona ödənilmədiyini, 2016-cı ildən etibarən “Naxçıvanbank”ın möhrü ilə təsdiq olunmuş bütün bank sifarişlərini saxladığını, 2019-cu ilin doqquzuncu və onuncu ayının ona ödənilməyini, belə ki, 2019-cu ilin oktyabr ayındakı qarşılıqlı üzləşmə aktına əsasən onun 375.030 manat (üç yüz yetmiş beş min otuz) məbləğində pulu iddiaçıya ödədiyini, 376.530 manatlıq (üç yüz yetmiş altı min beş yüz otuz) kart götürdüyünü, və həmin məbləğlər arasındakı fərqin 1.500 manat (bir min beş yüz) etdiyini, onun da həmin aya qalıq qalan 101,790.79 manat (bir yüz bir min yeddi yüz doxsan manat, yetmiş doqquz qəpik) pul məbləği ilə toplananda təqribi 103.000 manat (bir yüz üç min) etdiyini, lakin həmin üzləşmə aktında borc məbləğinin 137,237.70 manat (bir yüz otuz yeddi min iki yüz otuz yedi manat, yetmiş qəpik) təşkil etdiyini, 18 may 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında Agent müqaviləsinə 1 saylı əlavəninin birinci vərəqini ikinci vərəqi imzaladıqdan və möhürlədikdən bir neçə ay sonra iddiaçı tərəfdən, yəni Dövlət Dövlətovdan aldığını və birinci vərəqin də olduğunu o vaxt bildiyini, X7 Mənsimovun müavini olduğunu və X8 Dövlətova “Faiqin məsələləri ilə maraqlan” deməsilə onu tapşırdığını, bundan sonra onun da müəyyən sənədləri Dövlət Dövlətova təqdim etdiyini, Dövlət Dövlətovun da agent müqaviləsinə 1 saylı əlavənin birinci vərəqini tikilməmiş formada ona təqdim etdiyini, həmin sənədi sübut kimi saxladığını, əgər birinci vərəqi ikinci vərəqlə birlikdə olsa idi onu da onun möhürləyəcəyini, ona birinci vərəqi imzalama vaxtında göstərmədiklərini, 1-ci vərəqi möhürləmədiyindən həmin vaxt onu ortaya çıxarmadıqlarının elə sübut olduğunu, agent müqaviləsinə 1 saylı əlavənin birinci vərəqindən onun xəbərinin olmadığını, həmin sənədin birinci vərəqinin onda olmadığı üçün imzalamadığını və möhür vurmadığını, amma şirkətin möhürlədiyini, agent müqaviləsinə 1 saylı əlavəni İddiaçı MMC-nin baş icraçı direktoru Gunnar Pahnke ilə birlikdə imzalamadığını, həmin vaxt otaqda altı-yeddi nəfər adamın olduğunu və onların hamısının bunu bildiyini, ödənişləri “Naxçıvanbank”a etdiyini və “Naxçıvanbank”ın möhürü və imzası ilə təsdiq olunmuş bütün ödənişlərin sənədlərini saxladığını, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kartların verilməsini və ödənişlərin edilməsini əhatə edən cədvələ görə hesablarına ödənilən xidmət haqlarının məbləğinin 571,618.30 manat (beş yüz yetmiş bir min altı yüz on səkkiz manat, otuz qəpik) təşkil etdiyinin göründüyünü, həmin pul məbləğinin hesablarına ödənildiyini təsdiq edən ödəniş tapşırıqları olduğu halda, onu təqdim etmələrini, çünki “Naxçıvanbank”dan aldıqları sənədlərə əsasən iddiaçı tərəfindən onlara ödənilən məbləğin 478,130.11 manat (dörd yüz yetmiş səkkiz min yüz otuz manat, on bir qəpik) təşkil etdiyini, eyni zamanda, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kartların verilməsini və ödənişlərin edilməsini əhatə edən cədvəldə qeyd olunmuş, götürülən kartlara görə olan 22,480.95 manat (iyirmi iki min dörd yüz səksən manat, doxsan beş qəpik) məbləğində borcu qəbul etdiyini, lakin həmin cədvəldə qeyd olunmuş 20,820.32 manat (iyirmi min səkkiz yüz iyirmi manat, otuz iki qəpik) məbləğində əvvələ olan borcu qəbul etmədiyini, onda olan çıxarışa görə, 2016-cı ilin dekabr ayında noyabr ayı üçün bir dəfə 1,710 manat (bir min yeddi yüz on) məbləğində, bir dəfə də 19,832 manat (on doqquz min səkkiz yüz otuz iki) məbləğində bonusun iddiaçı tərəfindən ona verildiyini, həmin vaxt 398,734 manatlıq (üç yüz doxsan səkkiz min yeddi yüz otuz dörd) kartın götürüldüyünü, 376,190 manatlıq (üç yüz yetmiş altı min yüz doxsan) ödəniş olduğunu və aralarındakı fərqin 22,544 manat (iyirmi iki min beş yüz qırx dörd) olduğunu, həmin məbləğdən də 1,710 manatı (bir min yeddi yüz on) və 1,982 manatı (bir min doqquz yüz səksən iki) çıxdıqda 20,834 manat (iyirmi min səkkiz yüz otuz dörd) məbləğ qaldığını, noyabr ayında iddiaçı tərəf üçün iş gördüyündən, dekabr ayında iddiaçı tərəfin ona 19,832 manat (on doqquz min səkkiz yüz otuz iki) məbləğində bonus verdiyini və növbəti ay həmin məbləği ona borc kimi yazdıqlarını, “Naxçıvanbank”dan başqa heç bir bankda hesabının olmadığını 30 iyun 2022-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında dəfələrlə iddiaçı tərəfə müraciət etdiklərini və yüz altı min manatlıq ƏDV ödənişi ilə bağlı Vergilər İdarəsinin rəisinin imzası və möhrü ilə təsdiq edilmiş arayışı da məhkəməyə təqdim etdiklərini, ƏDV üçün ödənilməli olan məbləğin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyini, özlərinə heç bir ödəniş edilmədiyini, iddiaçının əvvəllər komissiyon haqqını yeddi faiz azaldaraq ona verdiyini, sonra beş faiz, axır vaxtlar da dörd onda üç faiz verdiyini, yəni iddiaçının faizləri, vergiləri onun hesabına ödəmədiyini, özü komissiyon haqqından tutaraq ödədiyini, həmçinin yüz altı minlik ƏDV məbləğinin təqribi beş yüz yetmiş səkkiz min manat geri dönüşünün olmalı olduğunu, iddiaçı tərəfdən məhkəməyə təqdim olunmuş iki ədəd cədvəlin var olduğunu, həmin cədvəllərdən birinci təqdim etdiklərində o məbləğin beş yüz yetmiş səkkiz min manat olduğunu və onun düz olduğunu, lakin ikinci təqdim etdikləri cədvəldə dörd yüz yetmiş yeddi min manat qeyd olunduğunu, bunun da düzgün olmadığını, yəni əslində yüz altı min manatın beş yüz yetmiş səkkiz min manatın vergisi olduğunu, dörd yüz yetmiş yeddi manatın olmadığını, ona görə də, həmin məsələnin onun üçün qaranlıq qaldığını, iddiaçı tərəfindən ikinci dəfə məhkəməyə təqdim olunmuş cədvəldə qeyd olunmuş 2,672.41 manat (iki min altı yüz yetmiş iki manat, qırx bir qəpik) və 3,025,07 manatın (üç min iyirmi beş manat, yeddi qəpik) vergiyə ödənildiyini, lakin bu məbləğlərin dəyərinin onlara ödənilmədiyini və altı yüz altmış bir min manatın üstünə gəlinmədiyini, bundan əlavə, iddiaçı tərəfin onu 2016-cı ilin noyabr ayı işlədib, dekabr ayının beşində noyabr ayının bonusunu ona verib, dekabr ayında həmin bonusu, yəni 19,838 manatı (on doqquz min səkkiz yüz otuz səkkiz) onun üstünə yazdıqlarını, həmçinin 1,710 manat (bir min yeddi yüz on) məbləğində başqa bir bonusun da onun üstünə yazıldığını və iddiaçının ondan tələb etdiyi iyirmi min manatlıq borcun əslində bu iki bonus olduğunu, onun da ondan tələb edilə bilməyəcəyini, çünki onların ona bonus kimi verildiyini bildirmiş, əlavə olaraq isə iddiaçı tərəfindən təqdim edilən cədvəldə qeyd olunmuş şirkətə ödənilməli olan 661,014.77 manat (altı yüz altmış bir min on dörd manat yetmiş yeddi qəpik) pulun şirkətə tam şəkildə ödənilmədiyini, iddiaçı tərəfindən cavabdeh şirkətə 477,768.25 manat (dörd yüz yetmiş yeddi min yeddi yüz altmış səkkiz manat iyirmi beş qəpik) ödənildiyini qeyd etmişdir. Cavabdehin və cavabdehin nümayəndəsi Nümayəndə1 vəkili, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 nümayəndəsi Nümayəndə2 29 aprel 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında 20 aprel 2016-cı il tarixli, “AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsinə 05 sentyabr 2019-cu il tarixli, 1 saylı əlavənin əsli ilə bağlı bildirərək, adətən belə sənədlərin bu qaydada tərtib olunarkən həmin sənədlərin vərəqlərinin sayı dəqiq göstərilməklə təsdiq edilib tikilməli olduğunu, həmçinin sənədin ikinci vərəqində "xxxx" MMC-nin də, İddiaçı MMCnin də möhrü və imzasının, lakin birinci vərəqində yalnız İddiaçı MMC-nin möhrünün olduğunu, "xxxx" MMC-nin möhrünün isə olmadığından, həmin sənədin birinci vərəqinin həqiqiliyinə onda şübhə yaratdığını, 2017-ci ilin oktyabr ayından sonrakı dövr üçün İddiaçı MMC ilə "xxxx" MMC arasında kart götürülməsi və satılıb pulunun qaytarılması məsələsini araşdırdığını və ilkin olaraq bir oktyabr 2017-ci ildə qarşılıqlı üzləşmə aktının olduğunu və bu aktın yuxarı hissəsində bir oktyabr 2017-ci ildə 12,578.18 manat (on iki min beş yüz yetmiş səkkiz manat, on səkkiz qəpik) məbləğində "xxxx" MMC-nin həmin aya qalıq borcunun göstərildiyini, həmçinin aktın aşağı hissəsində həmin ay üçün götürülən kartların məbləğinin 395,110 manat (üç yüz doxsan beş min bir yüz on manat) təşkil edildiyinin qeyd olunduğunu və həmin aktın ən aşağı hissəsində "xxxx" MMC tərəfindən ödənilən məbləğin 355,300 manat (üç yüz əlli beş min üç yüz manat) olduğunun göstərildiyini, onlarda olan sənədlərə görə həmin ay üzrə doqquz dəfə kart götürüdüyünü, doqquz dəfə də ödəmə aparıldığını, həmin məbləğin toplanılan zaman 355,300 manat (üç yüz əlli beş min üç yüz manat) deyil, 375,900 manat (üç yüz yetmiş beş min doqquz yüz manat) təşkil etdiyini, 03 iyun 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında iddiaçının nümayəndəsi və vəkilinin ərizədə cavabdeh tərəfin 18 may 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında müəyyən məbləğləri etiraf etdiyinin qeyd olunduğunu, lakin həmin iyirmi iki min manatlıq məbləği etiraf etmədiklərini, sadəcə olaraq, belə bir fərq aşkar olunduğunu bildirdiyini, 19 iyun 2023-cü il tarixli məhkəmə baxışı iclasında, çıxışında keçən ilin aprel ayından, bu məsələ gündəmə gələndən, cavabdeh Nümayəndə1 dəfələrlə Bakı şəhərinə getdiyini bildirmiş, onlarla əlaqə saxlayaraq məsələni və kimin kimə nə qədər borcu olduğunun aydınlaşdırılması məqsədilə görüşmələrini təklif etmiş, iddiaçı tərəfin üz-üzə gəlib müzakirə etməkdən həmişə yayındıqlarını, elə bir təşəbbüsləri olmadıqlarını, Nümayəndə1 da belə bir ciddi söhbətin gedib haradasa, kabinetdə və ya ofisdə oturub, sənədləri təqdim edərək, həmin sənədlər əsasında araşdırma əsasında kimin kiməsə borcu və ya götürdüyü malın dəyərini ödəmədiyi aydınlaşdırılarsa, ondan sonra məsələni yoldaşcasına həll etməyi bildirdiyini, lakin iddiaçı tərəfin həmişə təkliflərdən yayındığını, Nümayəndə1 əvvəldən onlara borcu olmadığını bildirdiyini, hər şeyi əvvəlcədən vaxtında naxçıvanbank vasitəsilə ödədiyini, bunla bağlı sənədlərin olduğunu, nəticədə iddia tələbi ilə razılaşmadıqlarını, məhkəmədən iddianın rədd edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasına gəlməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə tərəflərin izahatlarını, mülahizələrini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında olan: AZF-AG-LLE/xx-xx-2016/2 saylı Agent müqaviləsindən görünür ki, hazırkı müqavilə 20 aprel 2016-cı il tarixdə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və fəaliyyət göstərən, hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153 olan İddiaçı MMC-nin Baş İcraçı direktoru cənab Kent McNeley simasında digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və fəaliyyət göstərən, hüquqi ünvanı Azərbaycan Respublikası ünvan 2ktoru cənab Nümayəndə1 arasında imzalanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu müqavilədə müəyyən olunmuş şərt və müddəalar əsasında Azerfon, Agenti Məhsullar (qoşulma dəstləri, ödəmə kartları və s) ilə təmin edir, Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin Məhsulların yayılmasını təşkil edir. 3.1.4-cü bəndindən görünür ki, Agent öz fəaliyyətində Azerfonun bu müqavilədə müəyyən olunan, eləcə də əlavə olaraq Agentə təqdim olunan bütün tələblərinə qeyd-şərtsiz əməl etməlidir. 3.1.9-cu bəndindən görünür ki, Agent ciddi şəkildə Azerfonun qiymət Cədvəlinə əməl etməlidir və Məhsulların yayılmasını yalnız Azerfon tərəfindən müəyyən olunmuş qiymətlər əsasında təmin etməlidir. 3.1.17-ci bəndindən görünür ki, X9-Faktura əsasında aldığı Məhsulları Azerfonun yazılı razılığı və ya həmin Məhsulların qüsurlu olması halında Azerfona geri qaytara bilər. 4.2-ci bəndindən görünür ki, tərəflər hər hesabat ayının sonunda həmin hesabat ayının sonunda həmin hesabat ayı üçün üzləşdirmə aktı imzalamalıdırlar. 4.4.-cü bəndindən görünür ki, Azerfon, Agentin ona ödəməli olduğu istənilən məbləğləri Azerfonun Agentə ödəməli olduğu hər hansı məbləğlərdən birtərəfli qaydada tuta bilər. 4.5-ci bəndindən görünür ki, Agent, hazırkı müqavilə üzrə yaranan vergi öhdəliklərinin tam və layiqincə yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır. Agent tərəfindən vergi öhdəliklərinin tam və ya layiqincə yerinə yetirilməməsinə görə Azerfona dəyə biləcək hər hansı maddi zərərin əvəzi Agent tərəfindən dərhal təmin ediləcək və ya Agentə ödəniləcək hər hansı məbləğdən tutulacaq. 4.6-cı bəndindən görünür ki, Azerfonun qərarına əsasən bu müqavilə üzrə Agentə hesablanan hər hansı komisyon və ya xidmət haqları tərəflərin müvafiq bank hesablarına köçürmə yolu ilə həyata keçirilir və ya Azerfonun təqdim etdiyi müvafiq Məhsulların dəyərində əvəzləşdirilir. 8.1-ci bəndindən görünür ki, hazırkı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilib və tənzimlənir. 10.3-cü bəndindən görünür ki, bu müqavilənin bütün qoşmaları prosedurları, instruksiyaları və digər qoşmalar müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 10.4-cü bəndindən görünür ki, hazırkı müqaviləyə hər-hansı əlavə və ya dəyişiklik yalnız tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş və səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış yazılı formada tərtib edildikdə etibarlı hesab edilir. Agent müqaviləsinə 2 saylı qoşmadan görünür ki, komisyon və xidmət haqlarına 18% ƏDV daxildir. 8.1-ci bəndindən görünür ki, hər aktivləşmiş Data Məhsulunun ümumi dəyərinin 20 % həcmində xidmət haqqı ilkin olaraq Agentin xeyrinə hesablanacaqdır. 10-cu bəndindən görünür ki, ödəmə kartlarının dəyəri (ƏDV daxil) 1,2,5,10,20,50 azn, agentin komisyon haqlarının %-i (ƏDV daxil) 5,5% təşkil edir. 2 səhifədən ibarət AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsinə 1 saylı əlavədən görünür ki, 05 sentyabr 2019-cu il tarixli bu əlavə İddiaçı MMC və "xxxx" MMC arasındadır və AZF- AG-LLE/xx-xx-2016/2 saylı 20 aprel 2016-cı il tarixli agent müqaviləsinə əlavəyə əsasən Agentin Azerfona ƏDV xaric olmaqla 135,737.00 (bir yüz otuz beş min yeddi yüz otuz yeddi) manat məbləğində borcu yaranmışdır. Belə ki, 1 saylı əlavənin: 1-ci bəndindən görünür ki, tərəflər, Agent tərəfindən borc məbləğinin həmin 1 saylı əlavədə qeyd olunan cədvələ əsasən, yəni 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər 22.622,00 AZN məbləğində borcun Azerfona ödənilməsi barədə razılaşmışdırlar. 2-ci bəndindən görünür ki, Agent qeyd olunan ödəniş cədvəlinə əsasən ödəniş etməzsə Azerfon Agentdən hər gecikdirilmiş günə görə vaxtında ödənilməmiş məbləğin 0,1 faizi məbləğində cərimənin ödənilməsini tələb edə bilər. Agent Azerfondan müvafiq tələbi aldığı tarixdən sonra 10 (on) gün müddətində cəriməni ödəməlidir. Üzləşmə məqsədləri üçün 2017-ci ildən 2019-cu il tarixə qədər dövrü əhatə edən qarşılıqlı üzləşmə aktlarından görünür ki, "xxxx" MMC-nin Azerfon şirkətinin xeyrinə xx.xx.2016-cı il tarixinə 20,820,32 AZN, xx.xx.2017-ci il tarixinə 160,099,86 AZN, xx.xx.2017-ci il tarixinə 32,037.66 AZN, xx.xx.2017-ci il tarixinə 24,321.58 AZN, xx.xx.2017-ci il tarixinə, 112,644.46 AZN, xx.xx.2017-ci il tarixinə 24,564.07 AZN, xx.xx.2017-ci il tarixinə 23,241.72 AZN, xx.xx.2017-ci il tarixinə 26,123.00 AZN, xx.xx.2017-ci il tarixinə 70,583.49 AZN, xx.xx.2017-ci il tarixinə 17,849.30 AZN, xx.xx.2017-ci il tarixinə 12,578.18 AZN, xx.xx.2017-ci il tarixinə 60,950.39 AZN, xx.xx.2017-ci il tarixinə 203,672.62 AZN, xx.xx.2018-ci il tarixinə 72,954.98 AZN, xx.xx.2018-ci il tarixinə 55,136.40 AZN, xx.xx.2018-ci il tarixinə 69,430.27 AZN, xx.xx.2018-ci il tarixinə 18,823.66 AZN, xx.xx.2018-ci il tarixinə 17,322.20 AZN, xx.xx.2018-ci il tarixinə 80,509.40 AZN, xx.xx.2018-ci il tarixinə 36,816.90 AZN, xx.xx.2018-ci il tarixinə 28,630.29 AZN, xx.xx.2018-ci il tarixinə 40,557.03 AZN, xx.xx.2018-ci il tarixinə 47,000.73 AZN, xx.xx.2018-ci il tarixinə 101,128.03 AZN, xx.xx.2018-ci il tarixinə 89,942.33 AZN, xx.xx.2019-cu il tarixinə 108,665.86 AZN, xx.xx.2019-cu il tarixinə 97,085.56 AZN, xx.xx.2019-cu il tarixinə 118,108.28 AZN, xx.xx.2019-cu il tarixinə 106,172.32 AZN, xx.xx.2019-cu il tarixinə 118,611.07 AZN, xx.xx.2019-cu il tarixinə 135,035.57 AZN, xx.xx.2019-cu il tarixinə 113,187.60 AZN, xx.xx.2019-cu il tarixinə 135,737.70 AZN, xx.xx.2019-cu il tarixinə 135,737.70 AZN, xx.xx.2019-cu il tarixinə 137,237.70 AZN qalıq borcu yaranmışdır. xx.xx.2017-ci il tarixli, 077 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 20,600 AZN, xx.xx.2017-ci il tarixli, 079 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 19,207 AZN məbləğində bonus hesablanmaqla 72,208 AZN, xx.xx.2017-ci il tarixli, 078 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 26,202 AZN, xx.xx.2017-ci il tarixli, 081 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 43,996 AZN, xx.xx.2017-ci il tarixli, 082 nömrəli, maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 32,002 AZN, xx.xx.2017-ci il tarixli, 083 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 49,398 AZN məbləğində kartlar satış kanalları üzrə X2 tərəfindən təhvil verilmiş, İLKİN MMC-nin Direktoru Nümayəndə1 tərəfindən təhvil alınmışdır. xx.xx.2017-ci il tarixli, 080 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 50,198 AZN, xx.xx.2017-ci il tarixli, 084 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 46,504 AZN, xx.xx.2017-ci il tarixli, 085 nömrəli maddi-qiymətlilərin buraxılış vərəqəsindən görünür ki, 54,002 AZN məbləğində kartlar Satış Kanalları üzrə X2 tərəfindən təhvil verilmişdir. 02 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 20600 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 06 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 26.200.00 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 09 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 53.000 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 13 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 50.200 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 16 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 44.000. AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 20 oktyabr 2017-ci il tarixli, 37 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 32.000 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 23 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 49.400 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 27 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 46.500 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. 30 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvanbank ASC vasitəsilə İddiaçı MMC-nin Beynəlxalq SKB-nin Mərkəzi Filialında olan hesabına 54.000 AZN məbləğində satılmış kartların dəyəri ödənilmişdir. Kartların verilməsi və ödənişlərin edilməsini əhatə edən cədvəlin təqdim olunmuş əslindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 11,064,063.85 manat məbləğində kart verilmiş, cavabdeh tərəfindən 11,041,582.90 AZN məbləğində ödəniş həyata keçirilərək, əsas borc üzrə 22,480.95 AZN məbləğində fərq olmaqla borcu yaranmış, AZERFON tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməli olan 651,461.77 AZN komissiya haqqından cavabdehə 571,618.30 AZN məbləğində komissiya haqqı ödənilmiş, qalan hissədə isə 160,797.00 AZN məbləğində kartla əvəzləşdirilməklə, yekun hissədə hesablanan və ödənilən məbləğ 80,953.53 AZN, kartların və ödənişlərin fərqinin 22,480.95, AZERFON-un xeyrinə ödənilməli olan əvvəlki borc 20,820.32 AZN olmaqla ümumi borc 124,254.80 AZN təşkil edir. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən Naxçıvanbank ASC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, 2016-ci ilin noyabr ayı ərzində verilmiş kartların dəyəri "xxxx" MMC tərəfindən 389,955 manat, 2016-cı ilin dekabr ayı ərzində 376,749 manat hesablanmaqla pul vəsaiti ödənilmişdir ƏDV sub-uçot hesabından çıxarış məlumatlarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hesablanmış komisssiya haqları üzrə ƏDV-dən ümumilikdə 95.320.54 manat "xxxx" MMC-yə ödənilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 20 aprel 2016-cı il tarixdə İddiaçı MMC-nin Baş İcraçı direktoru Kent McNeley ilə İLKİN” MMC-nin Direktoru Nümayəndə1 arasında AZF-AG-LLE/xx-xx-2016/2 saylı Agent müqaviləsi və ona əlavə sayılan 2, 3, 4, 5, saylı qoşmalar imzalanmış, müqavilədə müəyyən olunmuş şərt və müddəalar əsasında Azerfon, Agenti Məhsullar ilə təmin etməyi, Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin Məhsulların yayılmasını təşkil etməyi, o cümlədən, öz fəaliyyətində Azerfonun bu müqavilədə müəyyən olunan, eləcə də əlavə olaraq Agentə təqdim olunan bütün tələblərinə qeyd-şərtsiz əməl etməyi, Azerfonun qiymət Cədvəlinə əməl etməyi və Məhsulların yayılmasını yalnız Azerfon tərəfindən müəyyən olunmuş qiymətlər əsasında təmin etməyi öz öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən hər hesabat ayının sonunda həmin hesabat ayı üçün üzləşdirmə aktının imzalanmağı, o cümlədən, Azerfonun, Agentin ona ödəməli olduğu istənilən məbləğləri Azerfonun Agentə ödəməli olduğu hər hansı məbləğlərdən birtərəfli qaydada tuta biləcəyi tərəflər arasında razılaşdırılmış, cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər lazımi qaydada icra edilmədiyindən, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və onun barəsində mülki hüquqi məsuliyyət yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında agent müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Yuxarıda qeyd olunanlarla əlaqəli şəkildə məhkəmənin müəyyən etdiyi digər hal ondan ibarətdir ki, iddia tələbində agent müqaviləsinə 05 sentyabr 2019-cu il tarixli 1 saylı əlavənin 1 ci bəndinə istinad edilərək, agentin öhdəliyin icrasını həyata keçirmək məqsədilə öhdəliyini həmin əlavədə göstərilən cədvələ uyğun olaraq hissə-hissə, yəni 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayı daxil olmaqla 6 ay ərzində hər ay 22,622.00 AZN hesablanmaqla borc məbləğinin AZERFON-a ödənilməsi qeyd olunmuş, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil 29 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında Agent müqaviləsinə 1 saylı əlavə imzalanan zaman həmin vaxta qalıq borcun 135,737 manat (bir yüz otuz beş min yeddi yüz otuz yeddi manat) təşkil etdiyini qeyd etsə də, sonradan maliyyə şöbəsi tərəfindən dəqiqləşdirilmələrin aparıldığını və tərəflərindən cavabdehə ödənilməli olan xidmət haqları da çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan yekun borc məbləğinin 124,254.80 manat təşkil etdiyini, 03 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada “iddia ərizəsinin dəyişdirilməsi barədə” ərizəsini ünvanlayaraq həmin ərizədə, müəyyən məbləğlərin dəyişdirilməsinin səbəbini izah edərək cavabdeh "xxxx" MMC-dən 127,345.26 manat (yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, 18 may 2022-ci il tarixli məhkəmə iclasında cavabdehi nümayəndəsi Nümayəndə1 agent müqaviləsinə 1 saylı əlavənin birinci vərəqindən onun xəbərinin olmadığını, həmin sənədin birinci vərəqinin onda olmadığı üçün imzalamadığını və möhür vurmadığını, habelə Cavabdehin və cavabdehin nümayəndəsi Nümayəndə1 vəkili, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 nümayəndəsi Nümayəndə2 29 aprel 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında sənədin ikinci vərəqində "xxxx" MMC-nin də, İddiaçı MMC-nin də möhrü və imzasının, lakin birinci vərəqində yalnız İddiaçı MMC-nin möhrünün olduğunu, "xxxx" MMC-nin möhrünün isə olmadığından, həmin sənədin birinci vərəqinin həqiqiliyinə onda şübhə yaratdığını bildirmiş, nəticədə, cavabdeh tərəfin izahatları ilə qeyd edilən hal öz təsdiqini taparaq, iş materiallarına əlavə edilən 1 saylı əlavənin 1-ci vərəqi iddiaçı təşkilatın möhürü ilə təsdiq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin möhürü və onun direktoru Nümayəndə1 imzası olmadan tərtib edilərək Mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi pozulduğundan, habelə müqaviləyə 1 saylı əlavənin şərtləri müəyyən edilərkən agentin iradə ifadəsi müəyyənləşdirilmədiyindən həmin sənədin məhkəmə tərəfindən mötəbərliliyi mümkün hesab edilməmiş, o cümlədən, qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla bağlandığından 1 saylı əlavə etibarsız hesab edilmişdir. Belə olduğu halda, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallarla bağlı müəyyən edilənlərə aşağıdakı hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb onları qarşılıqlı şəkildə əlaqələndirərək hüquqi qiymət verərkən, müəyyən etmişdir ki, iddiaçının vəkili-nümayəndəsi Vəkil 03 iyun 2022-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında borcun üç hissədən ibarət olduğunu bildirərək, birinci hissəsinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 2016-cı il tarixli üzləşmə aktına əsasən 01 dekabr 2016-cı ilə qədər mövcud olan 20,820.32 manat (iyirmi min səkkiz yüz iyirmi manat, otuz iki qəpik) məbləğində borcun təşkil etdiyini qeyd etmişdir. Belə ki, 2016-cı ilin dekabr ayında yaranmış qalıq borc məbləği daxil olmaqla təqdim edilən xx.xx.2017-ci il tarixli üzləşmə aktı imzasız və möhürsüz olduğundan, o cümlədən, xx.xx.2017-ci il tarixə qədər borc məbləğinin yaranmasını əks etdirən üzləşmə aktları olmadığından, qeyd edilən sənədlərə münasibətdə 2016-cı ilin dekabr ayında yaranmış 20,820.32 manat məbləğində borcun mövcud olmadığı müəyyən edilsə də, cavabdeh tərəfindən təqdim edilmiş kommersiya mübahisəsinə dair işin 2-ci cildinin 3-38-ci vərəqələrində əks olunan, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən Naxçıvanbank ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən hesab nömrəsi **********0037000 olan "xxxx" MMC tərəfindən, 2016-cı ilin noyabr ayında 389,955 manat və həmin ilin dekabr ayında 376,190 manat məbləğində pul vəsaitinin hesab nömrəsi **********0001000 olan AZERFON MMC-yə ödənilməsi, azerfon tərəfindən müqavilə ilə nəzərdə tutulmuş kartların xx.xx.2016-cı il tarixdən etibarən agentə satılmağını özlüyündə təsdiq etmiş, eyni zamanda qarşılıqlı üzləşmə aktlarında, o cümlədən “kartların verilməsi və ödənişlərin edilməsini əhatə edən” cədvəldə göstərilən dekabr ayında yaranan 20,820.32 AZN məbləğində borc təqdim edilən sübutlarla, iddiaçının vəkili-nümayəndəsi Vəkil izahatı və Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyi ilə təsdiq edilmiş, nəticədə iddiaçının cavabdehdən 20,820.32 AZN məbləğində borcunun ödənilməsi hissəsində iddia tələbinin əsaslı olduğu məhkəmə tərəfindən müəyyən edimişdir. Azərbaycan Respublikası Mülki Prosessualk Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə məhkəmənin müəyyən etdiyi digər hal ondan ibarətdir ki, iş materiallarında olan 2017-ci ilin oktyabr ayı üzrə hesabatı əks etdirən qarşılıqlı üzləşmə akt ilə, təqdim edilmiş maddi qiymətlilərin buraxılış vərəqəsi, habelə Naxçıvanbank ASC Hesabdan Çıxarışında və ABB-nin hesabdan çıxarışında aparılan hesablamalar eynilik təşkil etməmiş, belə ki, xx.xx.2017-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən "xxxx" MMC tərəfindən 377,798.05 AZN məbləğində ödəniş aparıldığı qeyd olunsa da, ABB hesabdan çıxarışda olan məlumatlara əsasən AZERFON tərəfindən agentə 2017-ci ilin oktyabr ayı ərzində 375,900 AZN məbləğində kartın verildiyi, qarşılığında isə Naxçıvanbank ASC-nin Hesabdan Çıxarışına, o cümlədən ödəniş tapşırığına əsasən agent tərəfindən 375,900 AZN məbləğində ödənişin həyata keçirildiyi müəyyən edilsə də, iddiaçının vəkilinümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatı ilə bu məsələyə aydınlıq gətirilmişdir. Qeyd edilənlərdən əlavə, 04 iyul 2022-ci il tarixli məhkəmə baxışı iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlamış olduğu 01 iyul 2022-ci il tarixli və cavabdehin nümayəndəsi Nümayəndə1 və onun vəkili, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlamış olduğu 01 iyul 2022-ci il tarixli vəsatəti əsasında məhkəmənin 04 iyul 2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək, 16 sentyabr 2022-ci i tarixli, 186 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, nəticədə, 26 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil təklifi əsasında məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar və 16 sentyabr 2022-ci il tarixli, 186 nömrəli ekspert rəyinin nəticə hissəsindəki suallara cavablar bir-bir elan edilərək hər bir sualın cavabı ekspert tərəfindən izah edilmiş, lakin sədrlik edən, ekspert tərəfindən 16 sentyabr 2022-ci il tarixli, 186 saylı ekspert rəyinin hazırki iş üzrə ilkin tələb nəzərə alınaraq, yəni iddiaçı tərəfindən sonradan dəqiqləşdirilən tələb nəzərə alınmadan tərtib edilib məhkəməyə təqdim edildiyindən, o cümlədən, iddiaçının nümayəndəsi və vəkili Vəkil işlə bağlı aydınlaşmayan və yarımçıq qalan məsələlərin aydınlaşdırılması, həmçinin əlavə yaranan sualların cavablandırılması məqsədi ilə əlavə olaraq təqdim edəcəyi sualların ekspert qarşısında qoyulmasını məhkəmədən xahiş etdiyindən, məhkəmə 16 sentyabr 2022-ci il tarixli, 186 saylı ekspert rəyində qoyulmuş suallara verilmiş cavabların tam olmadığını, ekspert rəyi ilə tanış olduqdan sonra məhkəmədə və tərəflərdə yeni suallar yarandığını bildirərək, Mülki Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. 16 yanvar 2023-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 325 saylı rəyi məhkəməyə daxil olmuş, lakin 16 yanvar 2023cü il tarixli məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil sözügedən ekspert rəyi ilə razı olmadığını qeyd edərək, xx.xx.2023-cü il tarixli, “Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” haqqında yazılı vəsatətini məhkəməyə təqdim etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini, ekspert qarşısında əlavə sualların qoyulmasını məhkəmədən xahiş etdiyindən, həmçinin ekspert qarşısında qoyulan suallar tam şəkildə cavablandırılmadığından, məhkəmə vəsatətdə göstərilmiş sualların əvvəlki, yəni əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərardadda əks etdirilmiş suallara əlavə edilərək təkrar məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində 19 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyi ilkin iddia tələbi üzrə tədqiqat aparılsa da, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verildikdən sonra tələb olunan məbləğ çərçivəsində və həmin tələbə uyğun sübutlar əsasında suallar əhatəli, aydın və tam şəkildə cavablandırıldığından məhkəmə sonuncu, yəni 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyini əsas götürərək, ekspert tərəfindən ilkin iddia tələbi üzrə tədqiqat aparılmasını texniki səhvlik olaraq dəyərləndirmişdir. Belə olduğu təqdirdə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyində birinci-beşinci, yeddinci, səkkizinci, doqquzuncu suallar üzrə cavablandırılmış hissəni əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçının ərizədə irəli sürdüyü tələb xx.xx.2019-cu il tarixədək dövrü əhatə etdiyindən və ekspert qarşısında həmin tarix üzrə suallar qoyularaq onun tərəfindən cavablandırıldığından, məhkəmə İddiaçı MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli AZF-AG-LLE/xx-xx- 2016/2 nömrəli agent müqaviləsi üzrə İddiaçı MMC tərəfindən təqdim edilmiş malların, kartların dəyərinin 11,240,181,2 manat, "xxxx" MMC tərəfindən aparılmış ödənişin 11.035.582,9 manat, hesablanmış komisyon haqqının 651,461,77 manat (ƏDV məbləği 98.535,04), "xxxx" MMC-yə AZERFON MMC tərəfindən 95,320,54 manat məbləğində ƏDV-nin, 470,034,18 manat məbləğində komissiya haqqının ödənildiyi nəzərə alınmaqla, "xxxx" MMC-nin AZERFON MMC-yə malların, kartların alışından borcunun 204.598,3 manat AZERFON MMC-nin "xxxx" MMC-yə komissiya haqqı üzrə ödəməli olduğu vəsaitin ƏDV üzrə 3214,49 manat, komissiya haqından əsas borc üzrə 82.892,58 manat təşkil etməsi, o cümlədən, qeyd olunanlara əsasən "xxxx" MMC-nin İddiaçı MMCyə olan borcunun 118.491,23 (204.598,3-3214,49-82892,58) manat təşkil edilməsinin müəyyən edilməsi ilə bağlı hissədə ekspert rəyi ilə razılaşaraq, iddiaçının tələbinin qismən təmin edilməsini əsaslı hesab etməkdədir. Bundan əlavə məhkəmə bildirir ki, 26 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən ekspertizaya təqdim edilmək üçün elektron qaydada məhkəməyə göndərilmiş “sübutların iş materiallarına əlavə edilməsi barədə” vəsatət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilməsilə yanaşı iş üzrə icraat dayandırıldığından həmin sənədlərin sübut qismində dəyərləndirilərək ekspertizaya təqdim edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara müvafiq olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.1-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd edilənlərdən əlavə, cavabdeh tərəfindən tərəflə arasında bağlanmış müqavilədən əmələ gələm öhdəliklər lazımi qaydada icra olunmadığından, iddia tələbinin dəyişdirilməsi barədə ərizədə cavabdehdən 75.187,04 manat məbləğində cərimənin ödənilməsini tələb etmiş, qeyd edilən cəriməyə münasibətdə məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini rəhbər tutumaqla, işin hallarını, o cümlədən, kreditorun əmlak mənafeləri nəzərə alınmaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyindən tələb olunan cərimənin 7.500 manat məbləğində ödənilməsi hissədə tələbin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyərək, ekspert rəyini və iş materiallarında olan digər sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, İddiaçı MMC-nin "xxxx" MMC-dən 127,345.26 manat (yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) pul vəsaitinin, 75,187.04 (yetmiş beş min yüz səksən yeddi manat dörd qəpik) manat cərimə olmaqla ümumilikdə 202.532,3 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edildiyindən qismən, yəni 62% olmaqla təmin edilməli, belə ki, tələb olunan 127,345.26 manat (yüz iyirmi yeddi min üç yüz qırx beş manat, iyirmi altı qəpik) pul vəsaitinin 118.491,23 manat məbləğində təmin olunması hissəsinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/812 saylı ekspert rəyi ilə razılaşdığından, 118.491,23 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməli, eyni zamanda tələb olunan 75.187,04 manat məbləğində cərimə iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla məhkəmə tərəfindən azaldılaraq, 7.500 manat məbləğində cərimə, ümumilikdə isə 125.991,23 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməli, ödənilmiş 92,53 manat məbləğində dövlət rüsumu, X3 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 115.0 və 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 115.0 və 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2-ci maddəsinə əsasən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti ümumilikdə 202.532,3 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 492,53 manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5nda üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı vəziyyətdə, İddiaçı MMC-nin nümayəndəsi Vəkil və "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə1 iştirakları ilə ZOM üzərindən video formatda X5 keçirilmiş, lakin tərəflər İMS-dən sonra prosesi davam etdirmək barədə tərəflər qərar qəbul etmədiyindən, mediator tərəfindən 04 fevral 2022-ci il tarixli, -1/13727 nömrəli “X1 sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmiş, o cümlədən, iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən İMS-nin keçirilməsi üçün 400 AZN məbləğində mediasiyaya dair xərcinin ödənilməsi nəzərə alınaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, hər iki tərəf X5nda iştirak etdiyindən, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülməli olduğundan, X3 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 400 AZN məbləğində mediasiya xərcinin 50%-nə mütənasib olaraq 200 AZN məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan 492,53 manat məbləğində dövlət rüsumu, iddianın təmin olunmuş hissəsinə, 62%-ə münasibətdə 305,36 manat məbləğində hissəsi cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməli, eyni zamanda iddiaçı tərəfindən mediasiya xərcindən əlavə 92,53 manat dövlət rüsumu ödənildiyindən, sözügedən rüsumun da iddianın 62 faiz təmin olunmuş hissəsinə müvafiq olaraq hesablanan 57,36 manat məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərdən əlavə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid olduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində aparılmış tədqiqatın 250 (iki yüz əlli) AZN məbləğində dəyəri qanunvericiliyə uyğun olaraq iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdə alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı heabına ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-cü maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 20 aprel 2016-cı il tarixli, AZF-AG-LLE/xx-xx-2016/2 saylı agent müqaviləsi üzrə 118.491,23 manat məbləğində pul vəsaiti, 7.500 manat məbləğində cərimə, ümumilikdə 125.991,23 manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan 492,53 manat məbləğin iddianın 62% təmin olunmuş hissəsinə mütənasib surətdə, 305,36 manat məbləğin cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. X3 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 400 AZN məbləğində mediasiya xərci, hər iki tərəf İMS-də iştirak etdiyindən, lakin davam etdirilməsi barədə qərara gəlinmədiyindən “Mediasiya haqqında” qanuna uyğun olaraq çəkilmiş mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək 50%-i, yəni 200 manat məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 92,53 manat dövlət rüsumu iddianın təmin edilmiş 62% hissəsinə uyğun olaraq 57,36 manat məbləği cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı MMC-yə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində aparılmış tədqiqatın 250 (iki yüz əlli) AZN məbləğində dəyəri qanunvericiliyə uyğun olaraq iddia tələblərinin təmin edilmiş 62% hissəsinə mütənasib olaraq 155 manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən, 95 manat məbləğində ekspertiza xərci İddiaçı MMC-dən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, kodu-210005, vöen- **********, müxbir hesabı AZ34CTRE******************** saylı heabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-1/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-1/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver