Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-1/2024 09.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə 06 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan X7” MMC ilə Cavabdeh arasında imzalanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumunun olmaqla, ümumilikdə 20600,96 (iyirmi min altı yüz manat, doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində iddiaçı “Azərbaycan X7” MMC ilə Cavabdeh arasında 16 Aprel 2013-cu il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsinin bağlandığını, həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı (“Azərbaycan X7” MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının (Cavabdeh) mülkiyyətinə verməyi, Alıcının isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürdüyünü, müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcının faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməli olduğunu, “Malların Alqı-Satqısı haqqında” Müqavilənin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilənin bir tərəfli ləğv edildiyini, malların dəyərinin ödənilməsinin qanuna müvafiq təmin edildiyini, həmin Müqavilənin 6.3-ci bəndinə görə X2 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 (sıfır tam, onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən güb üçün 0.2 (sıfır tam, onda iki) % miqdarında dəbbə pulu ödənilməli olduğunu, iddiaçı “Azərbaycan X7” MMC tərəfindən Cavabdeh xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə malların təhvil-qəbul aktları (ZAF49743746; ZAF49745626; ZAF49891214; ZAF49890539; ZAF49886842; ZAF49891180; ZAF********) əsasında ümumilikdə 125177, 01 (yüz iyirmi beş min yüz yetmiş yeddi manat bir qəpik) manat məbləğində spirtsiz içkilər təhvil verildiyini, həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, hazırki vəziyyətdə cavabdehin “Azərbaycan X7” MMC-yə 17740,96 (on yeddi min yeddi yüz qırx manat doxsan altı qəpik) manat ödənilməmiş pul məbləği borcu və 2660 (ikimin altı yüz altmış) manat cərimə borcu qaldığını, “Azərbaycan X7” MMC ilə Cavabdeh arasında imzalanmış 08 May 2013- cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq isə, dəyəri 1200 (min iki yüz) dollar olan 1 (bir) ədəd D/D tipli, dəyəri 800 (səkkiz yüz) dollar olan 1 (bir) ədəd V/K tipli, hər birinin dəyəri 1000 (min) dollar olan 5 (beş) ədəd D/D tipli soyuducunun “Azərbaycan X7” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verildiyini, istifadəyə verilmiş əmlak üçün istifadə haqqının tələb edilmədiyini, müqavilənin 5.1ci bəndinə əsasən göstərilən əmlakın müqavilə imzalandığı andan təhvil verilmiş hesab edildiyini, müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, onun, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməli olduğunu, Müqavilənin 2.2.8-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməli olduğunu, həmin müqavilənin 3.1-ci bəndində müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədə olduğunun göstərildiyini, qeyd olunan soyuducunun uzun müddət cavabdehin əvəzsiz istifadəsində olduğunu, lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmadığını, bununla bağlı (həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı) olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunduğunu, 08 May 2013-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyini və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunduğunu, soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyinin cavabdehin diqqətinə çatdırıldığını, Pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyini, bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X11” MMC-nin pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıdığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürdüyünü, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürdüyünü, özü də bu öhdəlikləri iştirakçıların əvəzsiz icra etməli olduqlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 736.1-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borclu olduğunu, Azərbaycan Respublikası Mülki Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verənin əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarılmasını istənilən vaxt tələb edə biləcəyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrinin baxdığını qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 09 fevral 2024-cü il tarixdə iddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, məhkəmənin icraatıdada olan 41/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, tərəflərindən hazırlıq iclasında bütün sübutların təqdim edildiyini, təqdim etdikləri sübutlar əsasında məhkəmə baxışını keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 05 may 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinin əsaslandırıcı hissəsində soyuducunun tələb edilməsinin də göstərilməsinə baxmayaraq “Xahiş etdi” hissədə ancaq pul tələb etdiklərini qeyd etmişdir. 07 noyabr 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh nə xətt, nə də imzaların heç birinin ona aidiyyəti olmadığını, mağazada bir atasının, bir də özünün olduğunu, başına belə bir iş gəldiyini, gedib tutulub qayıtdığını, satış müdiri İlham adlı şəxsin onların başına belə oyun açdığını ki, “borc var”, əslində onların borcunun olmadığını bildirmişdir. İş materiallarında olan: 20 may 2022-ci il tarixli, T-325 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, 20 may 2022-ci il tarixdə, saat 16-da iddiaçının vəkil-nümayəndəsi X1 iştirakı ilə ZOM formatında keçirilən mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. 20 may 2022-ci il tarixli, 180008 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının vəkilnümayəndəsi X5 tərəfindən 200 AZN məbləğində mediasiya xərci ödənilmişdir. 21 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 125177,01 AZN məbləğində mal verilmiş, 107.436,05 AZN məbləğində malın dəyəri ödənilmiş, nəticədə İddiaçı MMC-nin müəssisədaxili maliyyə uçotuna əsasən Cavabdeh “Azərbaycan X7“ MMC-yə 21 yanvar 2020-ci il tarixinə olan fakturalar üzrə cəmi borc məbləği 17740,96 AZN (On yeddi min yeddi yüz qırx manat 96 qəpik) manat təşkil etmişdir. 16 aprel 2013-cü il tarixli məhsulların alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən satıcı Azərbaycan Coca-Cola Bottlers LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasında hərəkət edən Tayfun Ötkəm şəxsində, digər tərəfdən alıcı Cavabdeh şəxsində müvafiq şərtlər əsasında bağlanmışdır. Həmin Müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqaviləyə görə satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndindən görünür ki, bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir. 3.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri ƏDV daxil olmaqla faktura ilə müəyyən olunur. 3.2-ci bəndindən görünür ki, Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər Satıcıya ödənilməsinə təmin etməlidir. 4.1-ci bəndindən görünür ki, bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının müraciəti əsasında onun sifarişini (və ya tələbatını) və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir. 4.4-cü bəndindən görünür ki, faktura ilə məhsulları alıcı özü və ya etibarnamə əsasında səlahiyyət verdiyi şəxs qəbul edir. 6.3-cü bəndindən görünür ki, alıcı məhsulların faktura dəyərini və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılmasını gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 (sıfır tam onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam onda iki) % miqdarında dəbbə pulu ödəməlidir. 9.3-cü bəndindən görünür ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilə şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir. 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032298 nömrəli malların təhvil-qəbul aktından görünür ki, Muxtarov Qüdrət adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Mirməmməd Seyidov adlı şəxsə təhvil verilmişdir. 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 nömrəli malların təhvil-qəbul aktından görünür ki, R.Elşən adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Cavabdeh adlı şəxsə təhvil verilmişdir. 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032222 nömrəli malların təhvil-qəbul aktından görünür ki, K.Süleyman adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Cavabdeh adlı şəxsə təhvil verilmişdir. 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032260 nömrəli malların təhvil-qəbul aktından görünür ki, Neymət adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Səlim adlı şəxsə təhvil verilmişdir. 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032295 nömrəli malların təhvil-qəbul aktından görünür ki, kril əlifbası ilə qeyd olunmuş Yusubov Kərim adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Cavabdeh adlı şəxsə təhvil verilmişdir. 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892938 nömrəli malların təhvil-qəbul aktından görünür ki, Mehdi Əlicanov adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar kril əlifbası ilə qeyd olunmuş Seyidov M.M adlı şəxsə təhvil verilmişdir. 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 nömrəli malların təhvil-qəbul aktından görünür ki, Süleyman adlı şəxs tərəfindən həmin aktda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan mallar Səlim Abasov adlı şəxsə təhvil verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-41/2023 saylı qərardadı ilə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində 28 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 654 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinin şərtlərində cərimə bəndinin və miqdarının hansı qaydada hesablanması göstərilməsinə baxmayaraq, kommersiya işinin 79-85-ci vərəqlərində malların axırıncı ödəmə müddətini göstərən (son ödəmə tarixi yazıları) yazıların qarşısında göstərilən tarixlərdə seriya, nömrə və tarix yazıları üst-üsdə düşmüş həmin tarixləri müəyyən etmək mümkün olmamış, eyni zamanda 21 yanvar 2021-ci il tarixli maliyyə arayışı məlumatlarında da cavabdehə hansı tarixə və hansı miqdarlarda cərimə hesablanması öz əksini tapmamış, yuxarıda göstərilənləri nəzərə aldıqda cavabdehə cərimə hesablamaq mümkün olmamışdır. İş üzrə cərimənin hesablanmasına mane olan hallar aradan qaldırıldıqdan sonra cərimə borcundan əlavə əsas borcla bağlı da sualın qoyulmasına zərurət yarandığından məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-41/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 22 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023cü il tarixli, 870 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinin şərtlərində, kommersiya işinin 79-85-ci vərəqələrində malların axırıncı ödəmə müddətini göstərən (son ödəmə tarixi yazısı) aktlarında qələmlə yazılmış tarixlərin düzgünlüyü nəzərə alındıqda Cavabdeh İddiaçı MMC-yə cərimə borcu 2554,25 (iki min beş yüz əlli dörd manat iyirmi beş qəpik) manat təşkil edir. 06 noyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Azərbaycan Koka-Kola Bottlers Limited MMC ona qarşı Naxçıvan MR Kommersiya Məhkəməsində iddia tələbi ilə müraciət edərək 20600,96 azn pulun alınaraq ona (iddiaçıya) ödənilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsinə xx.xx.2019-cu il tarixli, HBN/2 Seriyalı, 032298 nömrəli, xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 nömrəli, xx.xx.2019-cu il tarixli HBN/2 Seriyalı, 032222 nömrəli, xx.xx.2019-cu il tarixli HBN/2 Seriyalı, 032260 nömrəli, xx.xx.2019-cu il tarixli, HBN/2 Seriyalı 032295 nömrəli, xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 892938 nömrəli, 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 nömrəli qaimələri əlavə edərək işlədiyi mağazaya qeyd olunan qaimələrlə şirkətin məhsulunu verildiyini və həmin qaimələrdən verilmiş məhsulların pulunu ödəmədiyindən cavabdehin borcunun yarandığını bildirmiş, qeyd olunanlara əsasən Koka-Kola MMC tərəfindən təqdim olunmuş qaimələrin ona məxsus olub-olmaması məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında 16 aprel 2013cü il tarixdə məhsulların alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər məhsulların alqı-satqısı müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişlər. Nəticədə isə məhkəmə tərəfindən müəyyən edilmiş hala əsasən tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə satılan məhsulların hər birinin miqdarının faktura ilə müəyyən edildiyi, məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyərinin ƏDV daxil olmaqla faktura ilə müəyyən olunduğu, alıcının faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər Satıcıya ödənilməsini təmin etməli olduğu qeyd olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmələrin ən məsuliyyətli vəzifəsi işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Bu mövqedən yanaşaraq məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olmasını, məhkəmənin işə tam, hərtərəfli və obyektiv yanaşıb-yanaşmadığını da həmin haldan asılı etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, HBN/2 Seriyalı, 032298 nömrəli; xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 nömrəli; xx.xx.2019-cu il tarixli, HBN/2 Seriyalı, 032222 nömrəli; xx.xx.2019-cu il tarixli, HBN/2 Seriyalı, 032260 nömrəli; xx.xx.2019cu il tarixli, HBN/2 Seriyalı 032295 nömrəli; xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 892938 nömrəli; 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 nömrəli fakturalarda adı, ölçü vahidi, miqdarı və qiyməti qeyd olunan malların həqiqətən Cavabdeh tərəfindən imzalanaraq təhvil alınıb-alınmamasının aydınlaşdırılması məqsədilə cavabdehin 06 noyabr 2023-cü il tarixli ərizəsinə müvafiq olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-41/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 08 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 1153 nömrəli ekspert rəyinin nəticə hissəsində Ekspertizaya göndərilmiş e-2-2(123)-41/2023 №-li kommersiya işinin 80-ci vərəqəsində olan, 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 №-li Malların Təhvil- Qəbul Aktın aşağısında “Təhvil aldım” sırasında “Cavabdeh” əlyazmalarının Cavabdeh tərəfindən icra olunduğu, ekspertizaya göndərilmiş e-2-2(123)-41/2023 №-li kommersiya işinin 79-cu vərəqəsində olan, 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032298 №-li Malların Təhvil-Qəbul Aktının aşağısında “Təhvil aldım” sözlərinin önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imzanın, 80-ci vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş imzanın, 81-ci vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032222 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imzanın, 82-ci vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032260 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sırasının aşağısında əks olunmuş əlyazmalar və həmin sıranın sonunda ikinci “(imza və tarix)” sözlərinin üzərində əks olunmuş imzanın, 83-cü vərəqəsində olan 28 avqust 2019-cu HBN/2 seriyalı 032295 nömrəli malların Təhvil-Qəbul Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imzanın, 84-cü vərəqəsində olan 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892938 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imzanın, 85-ci vərəqəsində olan 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sırasının aşağısında əks olunmuş əlyazmalar və həmin sıranın sonunda ikinci “(imza və tarix)” sözlərinin aşağısında əks olunmuş imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, iş materiallarına nəzər saldıqda malların təhvil-qəbul aktlarının hər birində icra olunmuş imzaların fərqliliyini görmək mümkündür. Odur ki, məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 1153 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə 28 dekabr 2023-cü il tarixli, 1153 nömrəli ekspert rəyinə nəzərən qeyd edir ki, 16 aprel 2013-cü il tarixli məhsulların alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən məhsulların faktura əsasında verilməsi nəzərdə tutulduğu halda iş materiallarının 79-cu vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032298 №-li Malların Təhvil- Qəbul Aktının aşağısında “Təhvil aldım” sözlərinin önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imza, 81-ci vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032222 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imza, 82-ci vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032260 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sırasının aşağısında əks olunmuş əlyazmalar və həmin sıranın sonunda ikinci “(imza və tarix)” sözlərinin üzərində əks olunmuş imza, 83-cü vərəqəsində olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı 032295 nömrəli malların Təhvil-Qəbul Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imza, 84-cü vərəqəsində olan 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892938 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sözləri önündə əks olunmuş əlyazmalar və həmin sıranın sonunda “(imza və tarix)” sözlərinin arasında əks olunmuş imza, 85-ci vərəqəsində olan 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 №-li X9 Aktının aşağısında “Təhvil aldım” sırasının aşağısında əks olunmuş əlyazmalar və həmin sıranın sonunda ikinci “(imza və tarix)” sözlərinin aşağısında əks olunmuş imza alıcı Cavabdeh iradə ifadəsi olmadan başqa şəxslər tərəfindən icra olunduğundan müqaviləyə əsasən yuxarıda sadalanan təhvil-qəbul aktları (fakturalar) əsasında Cavabdeh tərəfindən malların qəbul edilməsi həqiqətə uyğun deyildir. Qeyd edilən hal isə onu deməyə əsas verir ki, alıcı tərəfindən təhvil-təslim aktı əsasında mallar qəbul edilmədiyindən həmin malların dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, o cümlədən, həmin fakturalarda qeyd olunan son ödəmə tarixlərinə qədər öhdəliyin icra edilmədiyi təqdirdə müqavilənin 6.3-cü bəndinə uyğun olaraq dəbbə pulunun hesablanması da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsində də qeyd edildiyi kimi Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlardan isə aydın olur ki, cavabdeh iş materiallarının 80-ci vərəqini əhatə edən təhvil-qəbul aktı istisna olmaqla digər aktlar üzrə hər hansı məhsul əldə etmədiyindən, həmin məhsulların dəyərinin ödənilməsi ilə də bağlı öhdəliyi yaranmamış, ümumiyyətlə cavabdehə münasibətdə həmin aktlardan irəli gələn öhdəlik hüquq münasibəti mövcud olmadığından alıcı Cavabdeh da öz öhdəliklərinin pozulmasına dair məsuliyyətinin yaranması əsassız hal olaraq müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Nəticədə isə, iş materiallarının 79-cu, 81-ci, 82-ci, 83-cü, 84-cü və 85-ci vərəqələrini əhatə edən malların təhvil-qəbul aktında qeyd olunan imzalar və digər əlyazmalar Cavabdeh tərəfindən icra edilməməsi ilə yanaşı iş materiallarında olan 28 avqust 2019-cu il tarixli, HBN/2 seriyalı, 032298 nömrəli malların təhvil-qəbul aktında və 20 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 892710 nömrəli malların təhvil-qəbul aktında təhvil aldım hissədə ümumiyyətlə Cavabdeh deyil, Seyidov Mirməmməd və Abasov Səlim adlı şəxslərin adlarının qeyd olunduğunu görmək mümkündür. Doğrudur, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən faktura ilə məhsulları alıcının özünün və ya etibarnamə əsasında səlahiyyət verdiyi şəxs qəbul edə biləcəyi qeyd olunmuşdur. Lakin, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hal ilə əlaqədar olaraq malların etibarnamə əsasında qəbul edilməsinə dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. O cümlədən, məhkəmə tərəfindən müəyyən edilmiş hallar iddiaçı tərəfindən iş materiallarına əlavə edilən 21 yanvar 2020-ci il tarixli maliyyə arayışı əsasında müəyyən edilmiş müvafiq borc məbləğlərini təkzib etdiyindən məhkəmə hesab edir ki, işin araşdırılması nəticəsində 21 yanvar 2020-ci il tarixli maliyyə arayışının həqiqiliyi təsdiq olunmamışdır. Bundan əlavə iddia ərizəsinin əsaslandırıcı hissəsində iddiaçı “Azərbaycan X7” MMC tərəfindən Cavabdeh ümumilikdə 125177, 01 (yüz iyirmi beş min yüz yetmiş yeddi manat bir qəpik) manat məbləğində spirtsiz içkilərin təhvil verildiyini təsdiq edən xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli malların təhvil-qəbul aktları (ZAF49743746; ZAF49745626; ZAF49891214; ZAF49890539; ZAF49886842; ZAF49891180; ZAF********) ilə məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktları arasında fərqliliklər müəyyən edilsə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.5ci maddəsinin tələbinə əsasən öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmağı, habelə hazırkı iş üzrə iş materiallarında olan sübutlar əsasında işə baxılmasını qanunauyğun hesab etmişdir. Bununla yanaşı 28 dekabr 2023-cü il tarixli, 1153 nömrəli ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarının 80-ci vərəqini əhatə edən 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 nömrəli Malların Təhvil-Qəbul Aktının aşağısında qeyd olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmasa da “Təhvil aldım” sırasında “Cavabdeh” əlyazmaları Cavabdeh tərəfindən icra olunduğu təsdiq edilmişdir. Belə ki, 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 nömrəli Malların Təhvil-Qəbul Aktından müəyyən edilir ki, cavabdeh öz iradə ifadəsi əsasında fakturada ad, soyadını qeyd etməklə malların ona verildiyini qismən də olsa qəbul etmiş və həmin akta əsasən xx.xx.2019cu il tarixə qədər adları, ölçü vahidi, miqdarı və qiyməti göstərilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, 4.271,11 (dörd min iki yüz yetmiş bir manat 11 qəpik) manat məbləğində müəyyən edilmiş malların dəyərini ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndindən görünür ki, Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər Satıcıya ödənilməsinə təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Belə ki, yaranmış borcun müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən mühasibatlıq ekspertizaları təyin edilsə də ekspert tərəfindən məhkəmənin sualları tam cavablandırılmayaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 870 nömrəli ekspert rəyində Cavabdeh İddiaçı MMC-yə 2554, 25 (iki min beş yüz əlli dörd manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu hesablamış, əsas borca dair isə hər hansı məlumat qeyd olunmamışdır. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsində iş materiallarının 79, 81, 82, 83, 84 və 85-ci vərəqlərində olar malların təhvil-qəbul aktlarının Cavabdeh tərəfindən imzalanmadığı və əlyazmaların onun tərəfindən icra olunmadığı müəyyən edildikdən sonra məhkəmə əsas borcun hesablanmasına dair əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tələb edilən 17740,96 (on yeddi min yeddi yüz qırx manat 96 qəpik) manat əsas borc məbləğinin 4.271,11 (dörd min iki yüz yetmiş bir manat 11 qəpik) manat hissədə təmin edilməli olduğu qənaətindədir. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə borclunun öhdəliyi icra etməməsi nəticəsində yaranmış cərimə borcuna münasibətdə bildirir ki, qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq dəbbə pulunun müqavilə üzrə təmin edilmiş əsas borc məbləğinin 5%-indən artıq olmamalı olduğunu nəzərə aldıqda, 16 aprel 2013-cü il tarixli məhsulların alğı-satqısı müqaviləsi üzrə hesablanmış 2660 (iki min altı yüz altmış) manat cərimə borcu azaldılıb 213 (iki yüz on üç) manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3–cü maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti 20400,96 (iyirmi min dörd yüz manat 96 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 151,20 (bir yüz əlli bir manat 20 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, 20 may 2022-ci il tarixli, T-325 nömrəli X3 iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçının vəkil-nümayəndəsi X1 iştirakı ilə ZOM formatında keçirilən mediasiya prosesində Cavabdeh iştirak etməmiş, iddiaçının vəkil-nümayəndəsi X5 tərəfindən 200 AZN məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, X6 ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli 151,20 (bir yüz əlli bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən müddəanı rəhbər tutaraq məhkəmə belə qərara gəlir ki, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci bütünlükdə Cavabdeh tutularaq iddiaçı Azərbaycan Koka- Kola Bottlers Limited MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 21,98% əsaslı olduğundan qismən təmin edilməli, 16 aprel 2013-cü il tarixli müqaviləyə və 28 avqust 2019-cu il tarixli, HBN/1 seriyalı, 953844 mömrəli malların təhvil-qəbul aktına əsasən 4271.11 (dörd min iki yüz yetmiş bir manat 11 qəpik) manat əsas borc, 213 (iki yüz on üç) manat cərimə borcu olmaqla, cəmi 4484,11 (dörd min dörd yüz səksən dörd manat 11 qəpik) manat Cavabdeh alınıb iddiaçı Azərbaycan Koka-Kola Bottlers Limited MMC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci bütünlüklə Cavabdeh alınıb iddiaçı Azərbaycan Koka-Kola Bottlers Limited MMC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 151,20 (bir yüz əlli bir manat 20 qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş 21,98% hissəsinə münasibətdə 33,23 (otuz üç manat 23 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməli, qalan hissədə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun qalan məbləği iddianın təmin edilməmiş hissəsinə aid edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh 4271.11 (dörd min iki yüz yetmiş bir manat 11 qəpik) manat əsas borc, 213 (iki yüz on üç) manat cərimə borcu olmaqla, cəmi 4484,11 (dörd min dörd yüz səksən dörd manat 11 qəpik) manat alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci bütünlüklə Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 151,20 (bir yüz əlli bir manat 20 qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş 21,98% hissəsinə münasibətdə 33,23 (otuz üç manat 23 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-1/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-1/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver