Məhkəmə qərarları › İş №e-2-2(123)-106/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-106/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-106/2025 18.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə iddiaçı "Az X6" MMC-nin cavabdeh X4 qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Az X6" MMC-ti 04 fevral 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-cü il tarixli, S68/22 saylı Təchizat Müqaviləsi əsasında 940,78 manat əsas, 1665,18 manat dəbbə pulu və 46,60 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 2652,56 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində xx.xx.2022-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S68/22 saylı “Təchizat” müqaviləsinin bağlandığını, müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcının isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürdüyünü, qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirildiyini, “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı”nın satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməli olduğunu, lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddətinin hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalı olduğunu, “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyərinin bu “Müqavilə”yə əsasən onun dəyərinə daxil olduğunu, “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”ların ödənilmiş hesab olunduğunu, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişinin mümkün olduğunu, lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında malların təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 940.78 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni "xxxx" MMC-yə ödənilmədiyini, mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunduğunu, müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərildiyini, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülmədiyini, alıcının “Təchizat” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan normalarını pozduğunu, müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı”nın “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödədiyini, 4.2ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı”nın “Satıcı” tərəfindən təhvil verilmiş bütün “Mal”lara görə penya hesablaması barədə razılaşdığını, hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı”nın “Satıcı”nın bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablaması və onu satılmış hesab edilməsi ilə razılaşdığını, cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmədiyini, həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 940.78 manatın cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməli olduğunu, tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən hazırkı “Müqavilə”nin icrasından yaranan “Tərəflər” arasında bütün mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunduğunu, aralarında bağlanılan A03/23 saylı, xx.xx.2023-cü il tarixli Təchizat Müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı”nın “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödədiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü, 445.2.1-ci, 464.1-ci, 567-ci, 597.1-ci, 598.3-cü və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinə istinad etmişdir. İddiaçı "Az X6" MMC-ti 11 iyun 2025-ci il tarixdə məhkəməyə elektron qaydada “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək 16 may 2025-ci il tarixli 461 nömrəli Məhkəmə ekspertizasının rəyini nəzərə almaqla iddia tələbinin həcmini azaldaraq (dəbbə pulu hissəsində) xx.xx.2022-cü il tarixli, S68/22 saylı Təchizat Müqaviləsi əsasında 940.78 manat əsas, 94.08 manat dəbbə pulu və 46,60 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1081.46 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 12 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmə yerində müşavirə edərək iddia tələbinə xx.xx.2022-cü il tarixli, S68/22 saylı Təchizat Müqaviləsi əsasında 940.78 manat əsas, 94.08 manat dəbbə pulu və 46,60 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1081.46 manatın alınması həcmində baxılması barədə qərar vermişdir. Cavabdeh X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onların həmin şirkət ilə müqavilələri var və o həmin müqaviləni 2022-ci ilin dekabr ayında imzalamışdır. Ondan sonra X10 idarəsindən verildiyinə görə onlara kassa aparatı və sistem qoşulmamışdır. Onların Vöenlərini ləğv ediblər, onlar nə kassa aparatından, nə də elektron sistemdən istifadə edə bildiklərinə görə mağaza bağlanmışdır. Müqavilə bağladıqdan sonra həmin şirkət gətirib malları vermiş, həmin mallar da satılıb nağd qaydada ödənilmişdir, yəni hər hansı elektron vasitə ilə ödəniş olmamışdır. Ekspeditor malı alıb qəbul etmiş, qarşılığında da pulunu almışdır. İddiaçı MMC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qaimə fakturarlarda qeyd olunan imzalar ona aid deyil. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, 23 dekabr 2022-ci ildə, 28 dekabr 2022-ci ildə və 19 yanvar 2023-cü ildə qaimələr daxil olmuşdur. Əgər iddiaçıya pul qaytarılmayıbsa, iddiaçı tərəfindən mal verilməzdi. Onlar pulu ödədikdə nə çek, nə də ödəniş edildiyini təsdiq edən hər hansısa bir sənəd almamışlar. O, ödənişin edildiyini təsdiq edən hər hansısa bir sənədi məhkəməyə təqdim edə bilmir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 18 iyul 2025-ci il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və cavabdeh X8 iştirak etməmişdir. İddiaçının qanuni təmsilçisi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək həmin ərizədə e-2-2(123)-106/2025 saylı iddia ərizəsi üzrə iddialarını müdafiə etdiklərini və Məhkəmədən xx.xx.2025-ci il tarixə təyin olunmuş Baxış iclasına iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmişlər. Məhkəmə tərəfləri qanunvericiliklə müəyyən olunmuş qayadada xəbərdar edilməsini əsas götürərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: S68/22 saylı, xx.xx.2022-cü il tarixli Təchizat müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Təchizatçı” adlandırılacaq İddiaçı MMC-nin direktoru X5 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq X3 şəxsində aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “Təchizatçı” “Alıcı”ya “Mal” satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. 1.2-ci bəndindən görünür ki, “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəf”lərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur. 73 nömrəli, xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 285,26 manat məbləğində olan spirtli məhsullar İddiaçı MMC tərəfindən X4 təhvil verilmişdir. 195 nömrəli, xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 94,8 manat məbləğində olan spirtli məhsullar İddiaçı MMC tərəfindən X4 təhvil verilmişdir. 372 nömrəli, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 810,12 manat məbləğində olan spirtli məhsullar İddiaçı MMC tərəfindən X4 təhvil verilmişdir. 421290 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X8 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 141,6 manat məbləğindədir. 303944 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X8 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 94,8 manat məbləğindədir. 300966 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X8 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 285,26 manat məbləğindədir. 407216 nömrəli, xx.xx.2023-cü tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X8 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 810,12 manat məbləğindədir. **********16 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X8 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 141,6 manat məbləğindədir. 38/24 nömrəli, xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə kimi X4 yazılan qaimələrin məbləği 1331,78 manatdır. X8 tərəfindən ödənilmiş məbləğin miqdarı 391 manatdır. xx.xx.2024-cü il tarixinə fiziki şəxs X3 “Tural Market” iaşə obyekti üzrə İddiaçı MMC-yə 2605,96 manat məbləğində qalıq borcu mövcuddur. Qalıq borcun 1665,18 manat məbləğini dəbbə pulu təşkil edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli, 461 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş e-2- 2(123)-106/2025 nömrəli kommersiya işinin 58-ci vərəqəsində olan 23 dekabr 2022-ci il tarixli, 73 nömrəli İddiaçı şirkətinə aid olan sənədin aşağı sağ hissəsində “Qəbul etdim: Qurbanov R” əlyazmalarının aşağısında “055800-30-15” rəqəmlərinin önündəki imza, 59-cu vərəqəsində olan 28 dekabr 2022-ci il tarixli, 195 nömrəli İddiaçı şirkətinə aid olan sənədin aşağı sağ hissəsində “***-***-**-**” rəqəmlərinin yuxarısındakı imza, 60-cı vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli, 372 nömrəli İddiaçı şirkətinə aid olan sənədin aşağı sağ hissəsində “Bт.ч.ндс (18%):” yazılarının aşağısındakı imza X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş e-2-2(123)- 106/2025 nömrəli kommersiya işinin 61-ci vərəqəsində olan 19 iyul 2023-cü il tarixli qaimə-faktura nömrəsi 0000-006016 olan İddiaçı şirkətinə aid olan sənədin aşağı sağ hissəsində “Aqil özüm apardım” əlyazmalarının aşağısındakı imza X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "Az X6" MMC-ti ilə cavabdeh X8 arasında S68/22 saylı, xx.xx.2022-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı "Az X6" MMC ümumilikdə dəyəri 1190,18 manat olan spirtli məhsulları cavabdeh X4 təhvil vermişdir. Spirtli məhsulların təhvil verilməsi işdə olan 73 nömrəli, xx.xx.2022-ci il tarixli, 195 nömrəli, xx.xx.2022-ci il tarixli, 372 nömrəli, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Cavabdeh X8 məhkəmə iclasında Təhvil-təslim aktlarında olan imzaların ona məxsus olmadığını bildirsə də, bu hal 14 mart 2025-ci il tarixli, e-2-2(123)-106/2025 nömrəli qərardadla məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının tərtib etdiyi 16 may 2025-ci il tarixli, 461 saylı ekspert rəyi ilə qismən təkzib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı “X16” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək S68/22 saylı, xx.xx.2022cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini, cavabdeh tərəfindən elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 940.78 manat malın dəyərinin "Az X6" MMC-yə ödənilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, iddiaçı ödənişin icra edilmədiyini görərək qarşı tərəfə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2025-ci il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X8 məhkəmə iclasında iddiaçı "Az X6" MMC tərəfindən təhvil verilmiş məhsulların dəyərinin ödənildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən əsas borc üzrə 940.78 manatın "Az X6" MMC-yə ödənilməli olduğunu bildirsə də, işdə olan 73 nömrəli, xx.xx.2022-ci il tarixli, 195 nömrəli, xx.xx.2022-ci il tarixli, 372 nömrəli, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktlarından iddiaçı "Az X6" MMC tərəfindən cavabdeh X4 ümumilikdə dəyəri 1190,18 manat olan spirtli məhsulların təhvil verilməsi görünür. İşdə olan 38/24 nömrəli, xx.xx.2024-cü il tarixli Maliyyə arayışından cavabdehin təhvil aldığı məhsullara görə 391 manat ödəniş etməsi görünür. Qeyd olunanlara əsasən iddiaçı cavabdehdən 940.78 manat məbləğində əsas borcun ödənilməsini tələb etsə də, iddia tələbi əsas borca münasibətdə 799,18 manat məbləğində təmin olunması qənaətindədir. Həmçinin iddiaçı "Az X6" MMC elektron qaimə-fakturaları məhkəməyə sübut kimi təqdim etsə də, məhkəmə elektron qaimə-fakturaların ayrılıqda heç bir sübut əhəmiyyəti daşımadığını qeyd etməkdədir. İddiaçı 851 nömrəli, xx.xx.2024-cü il tarixli Qarşılıqlı üzləşmə aktını sübut kimi təqdim etsə də, cavabdehin imzası aktda olmadığından akt sübut əhəmiyyəti daşımır. Penya (dəbbə pulu, cərimə) üzrə ödənilməli olan 94,08 manat məbləğinə münasibətdə məhkəmə bildirir ki, A03/23 saylı, xx.xx.2023-cü il tarixli Təchizat Müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı”nın “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəməli olduğunun qeyd edildiyini, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 94,08 manat məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 39,96 manat məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədə müvafiq hesab etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 81,09% əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1034,86 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30,35 (otuz manat 35 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan **********93 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 46 (qırx altı manat) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia qismən təmin ediləcəyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30,35 (otuz manat 35 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 81,09% hissəsinə mütənasib olaraq 24,61 (iyirmi dörd manat 61 qəpik) manat məbləği cavabdeh X2 tutularaq iddiaçı "Az X6" MMC-yə ödənilməli, qalan 5,74 (beş manat 74 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 15,65 (on beş manat 65 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə məhkəmənin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-106/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsində, 20 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli, 461 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 73 (yetmiş üç) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 81,09%-nə uyğun olaraq 59,2 (əlli doqquz manat 20 qəpik) manat məbləği cavabdeh X2, qalan 13,8 (on üç manat 80 qəpik) manat məbləği isə iddiaçı "Az X6" MMC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X13 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdеh X2 799,18 (yeddi yüz doxsan doqquz manat 18 qəpik) manat məbləğində əsas bоrc, 39,96 (otuz doqquz manat 96 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 839,14 (səkkiz yüz otuz doqquz manat 14 qəpik) manat məbləğində bоrc alınaraq iddiaçı "Az X6" MMC-yə ödənilməli; 30,35 (otuz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 81,09% hissəsinə mütənasib olaraq 24,61 (iyirmi dörd manat 61 qəpik) manat məbləği cavabdеh X2 tutularaq iddiaçı "Az X6" MMC-yə ödənilməli; 5,74 (beş manat 74 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli; iddiaçı tərəfindən artıq ödənilmiş 15,65 (on beş manat 65 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı; məhkəmənin 14 mart 2025-ci il tarixli, e-2-2(123)- 106/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 73 (yetmiş üç) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 81,09%-nə uyğun olaraq 59,2 (əlli doqquz manat 20 qəpik) manat məbləği cavabdeh X2, qalan 13,8 (on üç manat 80 qəpik) manat məbləği isə iddiaçı "Az X6" MMC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X13 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеh X2 (AA3350506; FİN: 1ZCYFAV; VÖEN:**********) 799,18 (yeddi yüz doxsan doqquz manat 18 qəpik) manat məbləğində əsas bоrc, 39,96 (otuz doqquz manat 96 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 839,14 (səkkiz yüz otuz doqquz manat 14 qəpik) manat məbləğində bоrc alınaraq iddiaçı "Az X6" MMC-yə (VÖEN:**********) ödənilsin. 30,35 (otuz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 81,09% hissəsinə mütənasib olaraq 24,61 (iyirmi dörd manat 61 qəpik) manat məbləği cavabdеh X2 tutularaq iddiaçı "Az X6" MMC-yə ödənilsin və 5,74 (beş manat 74 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 15,65 (on beş manat 65 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Məhkəmənin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-106/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 73 (yetmiş üç) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 81,09%-nə uyğun olaraq 59,2 (əlli doqquz manat 20 qəpik) manat məbləği cavabdeh X2, qalan 13,8 (on üç manat 80 qəpik) manat məbləği isə iddiaçı "Az X6" MMC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X13 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar