Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-137/2024 16.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyininin nümayəndəsi X3, cavabdehin vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X7 və Nümayəndə5 iştirakları ilə, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və ya vurulan zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə2 10 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə, "xxxx" MMC ilə 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra-“Sifarişçi”, iddiaçı) ilə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı (hüquqi varisi – "xxxx" MMC) (bundan sonra – “Podratçı”, cavabdeh) arasında Duzdağ “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına dair 03 aprel 2020-ci il tarixli 05 nömrəli, dəyəri 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) AZN məbləğində (ƏDV-siz) müqavilə bağlanıldığı və həmin məbləğin 15 aprel 2020-ci il tarixdə MMC-nin bank hesabına köçürmə ilə ödənildiyini, müqavilə öhdəliklərinə görə “Podratçı” tərəfindən istehsal gücü 1 saatda 7 ton olan “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi” avadanlıqlarının müqavilə qarşılıqlı imzalandıqdan və “Podratçı”ya “Sifarişçi” tərəfindən ödəniş edildikdən sonra “Podratçı”nın 8 ay müddətində avadanlıqların Naxçıvan Muxtar Respublikasına daşınması üçün hazır vəziyyətə gətirdiyini, avadanlıqların təhlükəsiz daşınmasını və quraşdırılmasını həyata keçirdiyini, avadanlıqların təhvil-təslim ünvanının Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Duzdağ massivində qeydiyyatda olan “X15” MMC-nin istehsal sahəsi olduğunu, müqavilədə alınacaq avadanlıqların keyfiyyət göstəricilərinin tamamilə birinci dərəcəli, duza qarşı aşınmaması üçün AİSİ 316 xrom materialdan olmasına, CE və ya TSE sertifikatlara malik olması, heç bir halda söz mövzusu avadanlıqların Türkiyə Respublikasında mövcud keyfiyyət dəyərlərindən aşağı səviyyədə olmaması haqqında “Podratçı” tərəfindən öhdəliklər götürüldüyünü, müqavilə üzrə öhdəliklərin “Podratçı” şirkət tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində təhviltəslim işlərinin həyata keçirilə bilmədiyini, bunun səbəbinin isə MMC tərəfindən quraşdırılmış avadanlıqların test sınaq prosesində çoxlu sayda nöqsanların aşkar edilməsi olduğunu, belə ki, 31 avqust 2023-cü il tarixində “X15” MMC-nin yeni istifadəyə veriləcək zavodunda texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsi, MMC tərəfindən quraşdırılmış avadanlıqların texniki vəziyyətinin öyrənilməsi üçün Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən keçirilən baxışyoxlama zamanı zavodda qazlaşma layihəsinin işlənmədiyi, avadanlıq və qurğuların texniki pasportları və istismar təlimatlarının olmadığı, təqdim edilən kompressor qurğusunun pasportu və elektrik layihə sənədlərinin Azərbaycan dilində işlənmədiyi, mənşə sertifikatları təqdim edilmədiyindən qurğuların hansı ölkəyə məxsus olmasının müəyyənləşdirilmədiyi və bir sıra digər nöqsanların aşkar edilərək akt tərtib edildiyini, həmçinin zavodda istismar edilən qurğu və avadanlıqlara baxış zamanı havalandırma sisteminin normal işləməməsi, mühərrik nasoslarında texniki nasazlıq, xam duzun gil və digər qarışıqlardan normaya uyğun təmizlənməməsi və keyfiyyətli duz istehsalının mümkün olmamasının müəyyən edildiyini, “X15” MMC-nin yeni istehsal zavodunda “Podratçı”, cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların keyfiyyətinin və texniki göstəricilərinin tədqiq edilməsi məqsədilə Türkiyə Respublikasının“Yigitbaşi makina inş.otom.san. ve diş tic.paz.aş” şirkətindən dəvət olunan mütəxəssislər tərəfindən bir çox nöqsanlar müəyyən olunduğunu, bunun da yeni istismara veriləcək müəssisənin rentabelli işləməsinə maneələr yaratdığını, xüsusilə avadanlıqların düzgün olmayan quraşdırılma yerlərinin seçilməsinin bütövlükdə sistemin sökülərək yenidən qurulmasını tələb etdiyini (müvafiq araşdırma sənədləri, tətbiq olunmuş aktlar, mütəxəssis rəyləri əlavə olunduğunu), bununla əlaqədar olaraq “X15” MMC-nin yeni istehsal zavodunda “Podratçı”, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə uyğun olaraq avadanlıqların alınıb gətirilməsi, quraşdırılması və istismara hazır vəziyyətə gətirilərək təhvil-təslim edilməsi üçün “Sifarişçi”, iddiaçı tərəfindən dəfələrlə edilən yazılı müraciətlərinə baxmayaraq məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsinin mümkün olmadığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.6. maddəsinə əsasən cavabdehə əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyini, danışıqlar, yazışmalar yolu ilə mümkün olmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən məhkəmə qaydasında həll edilməsinə və məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edilməsinə qərar verildiyini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın təmin edildiyini və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı müvafiq arayış təqdim edildiyini, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməsi “Podratçı” tərəfindən təmin edilmədikdə avadanlıqların alınması üçün müəyyən edilmiş ümumi məbləğin, 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manatın qaytarılmasını məhkəmə icraatı qaydasında tələb etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 8.1.5-ci bəndinə əsasən həmin tələb olunan məbləğ üçün 2.140,67 (iki min bir yüz qırx manat altmış yeddi qəpik) manat dövlət rüsumunun müəyyən edildiyinin, “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsi ilə, büdcə təşkilatlarının, bələdiyyələrin məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyinin müəyyən edildiyini, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsinin, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlı olduğunu, Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədinin müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etmək olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin XXİ, XXİİ, XXİİİ fəsillərində öhdəliklərin icrası, öhdəliklərin icra edilməməsi, öhdəliklərin icra edilməməsi üçün məsuliyyət yaradan bütün normalarda müqavilə tərəflərinin öhdəliklərinin yerinə yetirilməsi və öhdəliklərin yerinə yetirilmədiyi halda yaranan hüquqi məsuliyyətin aydın şəkildə ifadə olunduğunu, belə ki, məcəllənin 425-ci maddəsində tərəflər hüquqlarını həyata keçirərkən, vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni müəyyən edilmiş vaxtda, yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə uyğun hərəkət edilməli olduğunun müəyyən edildiyini, həmin Məcəllənin 442-ci maddəsində öhdəliklərin icra edilməməsi, onun pozulması və ya lazımınca yerinə yetirilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) məcəllənin XXİİİ fəslində nəzərdə tutulmuş qaydada məsuliyyətin yaranmasına səbəb olduğunu, Mülki Məcəllənin 443, 443.1, 443.2, 447-ci madələrinə əsasən öhdəliklərin icra edilməməsi nəzərə alınaraq həmin Məcəllənin XXİİİ fəslində müəyyən edilən məsuliyyətə uyğun olaraq XXİV fəslində müəyyən edilmiş öhdəliklərin təmin edilməsi qaydaları əsasında müəyyən edildiyini, eyni zamanda Məcəllənin XXİX fəslinin 581.1, 581.2, 582-ci maddələrinin tələblərinin qarşılıqlı müqavilə öhdəliklərində qorunmalı və təmin edilməli olduğunu, “Podratçı” tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi eyni zamanda duz istehsalı müəssisəsinin uzun müddət ərzində rentabelli fəaliyyətinə mane olmaqla maddi ziyan vurduğunu, yuxarıda qeyd olunan hüquqi normaların tələblərinin pozulmasının qarşısının alınması, müqavilə öhdəliklərinin icrasının razılaşdırılmış şəkildə və keyfiyyətdə təmin edilməsi, vurulmuş zərərin ödənilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq qanunla qorunan hüquq və mənafelərimizin məhkəmə qaydasında qorunması üçün iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə2 10 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə, "xxxx" MMC ilə 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş edildiyi qeyd edilmişdir. Məhkəməyə 29 yanvar 2024-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmuşdur. Cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən 29 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etirazda hal-hazırda icraatda Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra “İddiaçı”) tərəfindən Cavabdeh MMC-yə (bundan sonra “Cavabdeh”) qarşı qaldırılmış iddia tələbi üzrə e-2-2(123)-137/2024 nömrəli mülki iş olduğunu, bu etirazda qeyd edilənlərə əsasən qaldırılmış mülki iddia hüquqi əsasdan tamamilə məhrum olduğu üçün məhkəmə tərəfindən təmin olunmamalı olduğunu hesab etdiklərini, xx.xx.2020-ci il tarixində iddiaçı və cavabdeh arasında “X19 (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına” dair 05 nömrəli müqavilə (bundan sonra “Müqavilə”) bağlanıldığını, müqavilənin adından da, məzmununu təşkil edən müddəalardan da göründüyü kimi müqavilə əslində təchizat, yəni faktiki olaraq malların alğı-satqısı müqaviləsi olduğunu, müqavilədə malların çatdırılması və quraşdırılması cavabdeh tərəfin öhdəliyi olaraq müəyyən edildiyini, bu tənzimləmənin də müqavilədə yer alması bütün alğı-satqı münasibətlərinə xas olan ümumi bir şərt olduğunu, sırf həmin şərtlərin alğı-satqı müqaviləsində yer almasına əsaslanaraq bu müqavilənin podrat müqaviləsi, cavabdehin isə podratçı hesab edilməsi podrat müqaviləsinin hüquqi təbiətinə uyğun olmadığını, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş müqaviləni analiz edərkən məhkəmənin özünə də aydın olacağı kimi müqavilədə qeyd olunan olduqca məhdud şərtlər dairəsi ilə iddiaçı tərəfindən iddia ərizəsində və əlavə olunmuş sənədlərdə qaldırılmış məsələlərin dairəsinin bir-biri ilə uzlaşmadığını, ona görə də, sırf müqavilə ilə tənzimlənmiş məsələlərlə bağlı qarşı tərəfin iddialarına aşağıda münasibət bildirdiklərini, müqavilədə alğısatqı predmeti olan avadanlıqların dəqiq siyahısının müəyyənləşdirilmədiyini və iddiaçının iddia ərizəsində və əlavə olunmuş sənədlərdə qüsur olaraq bildirdiyi keyfiyyət göstəricilərinin ümumiyyətlə müqavilədə əksini tapmadığını, yəni tərəflər arasında məhkəməyə təqdim edilmiş müqavilədən başqa bu müqaviləyə iddiaçının avadanlıqlara dair tələblərini əks elətdirən hər hansı əlavə bağlanmadığını, habelə, qarşı tərəfin müqavilədə xüsusilə tənzimlənməmiş məsələlərlə bağlı iddialarına aşağıda daha geniş şəkildə açıqlama verəcəklərini, hazırda isə sırf müqavilədə əksini tapan keyfiyyət göstəricilərinə dair ittihamlarla bağlı əksarqumentlərini diqqətə çatdırmaq istədiklərini, ilk növbədə, müqavilənin “Əlavə şərtlər” adlı maddəsinin 3-cü abzasının 2-ci cümləsinə əsasən, Avadanlıqlar “CE” VƏ YA “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlarla təmin olunmalı olunduğunu, həmçinin avadanlıqlar Türkiyədəki mövcud standartlardan aşağı olmamalı olduğunu, müqavilənin maddəsindən aydın olduğu kimi, bu sertifikatların hər ikisinin yox, hər hansı birinin təmin edilməsi şərt kimi qoyulduğunu, “CE” (Conformité Européenne) sertifikatı avadanlıqların müvafiq təlimatlar əsasında qiymətləndirildiyini və təhlükəsizlik, sağlamlıq və ətraf mühitin qorunması tələbləri baxımından Avropa İttifaqı tərəfindən tətbiq olunan yeni yanaşma direktivlərinə uyğun olduğunu göstərən sertifikat olduğunu, "xxxx" MMC-nin Naxçıvan Duz zavodunda (bundan sonra “Zavod”) quraşdırılan avadanlıqlarla bağlı təchizatçısı Türkiyə Respublikasının “X21 Sanayi ve Ticaret Ltd” Şirkəti olduğunu ((bundan sonra “Salt Proje”), bu şirkətə məxsus “CE” sertifikatı, yəni “Occupational Health and X12” (“İş sağlığı və güvenliği yönetim sistemi”) İSO 450001/2018 sertifikatının mövcud olduğunu və həmin sertifikatın həm ingilis, həm türk dillərində olmaqla bu etiraza qoşma şəklində əlavə edildiyini, beləliklə, göründüyü kimi avadanlıqların nəinki Türkiyə Respublikasındakı keyfiyyət dəyərlərindən aşağı olmadığı, əksinə hətta Avropa standartlarına uyğun olduğunu, əlavə olaraq, təchizatçı şirkət (“Salt Proje”) tərəfindən istehsal edilmiş duz zavodu avadanlıqlarının yüksək keyfiyyətdə olduğunu göstərən “X10” (“Keyfiyyətin idarə edilməsi”) sertifikatının da mövcud olduğunu, hansı ki, onun da avadanlıqların keyfiyyətsizliyinə dair iddiaların əsassızlığını sübut etmək üçün hazırki etiraza əlavə edildiyini, həmçinin, yuxarıdakı faktiki hallarla bağlı paraqrafda ətraflı şəkildə qeyd etdiyimiz kimi, cavabdeh tərəfindən təchiz olunmuş avadanlıqlar müqavilədə tələb olunduğu kimi tamamilə birinci dərəcəli (AİSİ316) xrom materialdan olduğunu, hazır vəziyyətə gətirilmiş zavodun istehsal gücünün müqavilənin şərtinə uyğun olaraq 1 saatda 7 ton təşkil etdiyini, müqavilədə göstərilən şərtlərə əməl edildiyi üçün cavabdeh tərəfindən öhdəliklərinin pozulması və ya lazımınca yerinə yetirməməsi halı mövcudluğundan söhbət gedə bilməyəcəyini, cavabdeh tərəfindən müqavilənin müddətlə bağlı şərtinə əməl edilməməsi, Naxçıvan Duz zavodu iddiaçıya təhvil verilməsi müddətinin gecikdirilməsi ilə bağlı: Qarşı tərəfin bu iddiasının tərəflər arasında bağlanmış müqavilənin müddəaları ilə uzlaşmadığını, belə ki, “Müqavilənin mövzusu” adlı maddənin 2-ci abzasına əsasən müqavilə qarşılıqlı imzalandığını və cavabdehə iddiaçı tərəfindən ödəniş edildikdən sonra 8 ay müddətində avadanlıqların Naxçıvan Muxtar Respublikasına daşınması üçün hazır vəziyyətə gətirdiyini, avadanlıqların təhlükəsiz daşınmasını və quraşdırılmasını həyata keçirdiyini, bu maddədə iddiaçının 3 öhdəliyinin nəzərdə tutulduğunu: - 8 ay müddətində avadanlıqların təchizat üçün hazırlanması; - Avadanlıqların daşınması; - Avadanlıqların quraşdırılması, maddədən aydın olduğu kimi, qeyd olunmuş 8 aylıq müddət sadəcə avadanlıqların təchizata hazırlıq mərhələsi üçün müəyyənləşdirildiyini, avadanlıqların daşınması və quraşdırılmasının isə ümumiyyətlə müddətlə məhdudlaşdırılmadığını, ümumiyyətlə, müqavilədə təchiz edilmiş avadanlıqların daşınması və zavodda quraşdırılması ilə bağlı konkret bir müddət müəyyən edilmədiyini, bu isə mülki qanunvericiliyin müddəalarına əsasən, cavabdeh mövcud quraşdırma işlərini bu iş üçün ümumi mühəndislik sahəsində nəzərdə tutulan ağlabatan müddət ərzində görə biləcəyini, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə biləcəyini, borclunun isə onu ağlabatan müddətdə icra etməyə borçlu olduğunu, müqavilənin, “Keyfiyyət və zəmanət” adlı maddəsinin sonuncu paraqrafına əsasən, müqavilə ilkin ödəmə podratçının hesabına keçdikdən sonra qüvvəyə mindiyini, iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş xx.xx.2020-ci il tarixində edildiyini, bu tarixdən 8 ay müddətində müqavilədə qeyd edildiyi kimi avadanlıqların təchizat və daşınma üçün cavabdeh tərəfindən hazır vəziyyətə gətirildiyini, mülki qanunvericiliyin tələblərinə əsasən isə zavodda bu avadanlıqların quraşdırılması və müvafiq test və sınaqların həyata keçirilməsi üçün cavabdehə ağlabatan müddətin verilməsinin tələb olunduğunu, layihənin böyüklüyünü və quraşdırma işlərinin real həcmini nəzərə alsaq bu prosesinin əlavə xeyli müddət tələb etdiyini, iddiaçının isə müvafiq test-sınaq işlərinin aparılması üçün nəinki cavabdehə şərait yaratmamış, bunun üçün tələb olunan ağlabatan müddəti də gözləməkdən imtina etdiyini, iddiaçının müqavilədən imtina edərək ödənilmiş pulun tam həcmdə geri qaytarılması tələbinə münasibətdə: qarşı tərəfin iddia ərizəsində təsbit olunmuş tələbinin xarakter etibarilə mülki hüquqdakı müqavilədən imtina institutunun tətbiq edilməsindən ibarət olduğunu, müqavilənin ləğv edilməsi və müqavilədən imtina institutlarının mülki qanunvericilikdə fərqləndirildiyini, qarşı tərəfin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində müqaviləyə xitam verilmə qaydasının Mülki Məcəllənin 421.2-ci maddəsində tənzimləndiyini, 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə biləcəyini, Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğunu, müqavilənin ləğv edilməsinin hüquqi nəticələri ilə bağlı Mülki Məcəlləsini 424-cü maddəsində göstərildiyini: 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklərin dəyişdirilmiş və ya xitam edilmiş sayıldığını, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməyəcəklərini (424.4), əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə biləcəyini (424.5), bu müddəalardan göründüyü kimi, müqavilənin ləğvi instituna xas olan 2 xüsusiyyətdən birincisi ondan ibarətdir ki, ləğvlə bağlı hüquqi nəticələr müqavilədə bağlandığı andan etibarən yox, müqavilənin ləğv edildiyi andan etibarən yarandığını, İkincisi, müqavilə ləğv edildikdə, digər tərəf öhdəlikləri lazımınca icra etməyən tərəfdən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə biləcəyini, iddia ərizəsində isə bunun əksinə olaraq, iddiaçı cavabdeh tərəfindən yerinə yetirilmədiyini iddia etdiyi öhdəliklərlə əlaqədar hissədə ona dəymiş zərər həcmində qismi tələb irəli sürmədiyini, əksinə tam şəkildə müqavilə məbləğinin geri qaytarılmasını, başqa sözlə müqavilənin hüquqi nəticələrinin başdan, yəni bağlandığı andan etibarən aradan qaldırılmasını istədiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında da müqavilədən imtina və müqaviləyə xitam verilməsi institutlarına ətraflı izah verərək onları bir-birindən fərqləndirdiyini, məhkəmə qaydasında müqavilədən imtina olunmasının əsaslarını müəyyən etdiyini, qeyd edilən qərara əsasən, nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva etdiyini, göründüyü kimi, iddiaçının tələbinin müqavilədən imtina institutu üzərində qurulduğuna görə, aşağıda müvafiq qanunvericilik aktlarının müddəaları əsasında bu institutun xüsusiyyətləri, tətbiq olunma şərtlərinə nəzər salmalarını, yuxarıda göstərilən, Konstitusiya Məhkəməsinin qərarına əsasən, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulmasının heç də həmişə şərt kimi çıxış etmədiyini, həmin qərara əsasən, tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququnun verildiyini, AR Mülki Məcəlləsinin 447.1-ci maddəsinin müddəalarına əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə biləcəyini, əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə biləcəyini, lakin maddənin özündə də açıq tələb olaraq qoyulduğu kimi iddiaçı tərəfindən cavabdehə heç vaxt əlavə müddət müəyyən edilmədiyini, bununla bağlı hər hansı yazılı bildiriş göndərilmədiyini və ya hər hansı başqa formada cavabdeh ilə razılığa gəlinmədiyini, ona görə də, müddətə əməl edilməməsinin müqavilədən imtina əsası olacağı ilə bağlı iddiaların əsassız olduğunu, qısacası, iddiaçı müqavilədə müəyyən edilməmiş müddətə riayət edilməməsi üçün cavabdehin hüquqi məsuliyyətinin yaranmasını iddia edə, bu fakta əsaslanıb müqavilədən imtina edərək ödənişin qaytarılmasını tələb edə bilməyəcəyini, zavodda cavabdeh tərəfindən görülmüş işlərin miqyasını və yüksək keyfiyyətini nəzərə alaraq ortaya çıxmış xırda çatışmazlıqlara görə müqavilənin tam şəkildə imtina edilməsinin qanunvericiliyə uyğun olmadığını, AR Mülki Məcəlləsinin 447.3-cü maddəsinə əsasən, öhdəliyin pozuntusu cüzi olduqda müqavilədən imtinanın yolverilməz olduğunu, iddiaçının iddia tələbi ona dəymiş zərərin əvəzinin ödənilməsinə yox, müqavilənin bağlandığı andan etibarən yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq ödənilmiş pulun geri qaytarılmasına yönəlmiş, müqavilədən imtinanın məhkəmə qaydasında təsdiq edilməsi barədə iddia olduğunu, lakin qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəlarına və işin faktiki hallarına əsasən, cavabdeh tərəfindən icranın gecikdirilməsi halı, dolayısıyla öhdəliklərin lazımınca icra edilməməsi halı olmadığı üçün müqavilədən imtina institutunun hazırki mübahisəyə tətbiq edilməsinin mümkün olmadığını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin etibarlılığına münasibətdə: qanunvericiliyimizin tələblərinə əsasən podratçının/təchizatçının öhdəliklərini yerinə yetiribyetirməməsi ilə bağlı mübahisə yarandıqda, xüsusilə tikinti sahəsində bunun müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğu üçün bununla bağlı birmənalı şəkildə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş, fəaliyyətinin həqiqiliyini təsdiq edən icazə sənədlərinə malik olan müvafiq ekspert/mütəxəssis qurumları və ya şəxslər tərəfindən rəy verilə bildiyini, iddia ərizəsində və əlavə edilmiş sənədlərdə verdiyi rəyə istinad edilmiş xarici hüquqi şəxs "xxxx" Şirkətinin duz istehsalı müəssisələrində quraşdırılan avadanlıqlar sahəsində xüsusi mütəxəssis biliyinə malik olduğunu təsdiq edən hər hansı sənədin olmaması, ümumiyyətlə Azərbaycan Respublikasında bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq icazə və səlahiyyətinin olmaması onun tərəfindən verilmiş hər hansı rəyi hüquqi cəhətdən əssasız etməklə, sübuti əhəmiyyətini də sıfıra endirdiyini, zavodda quraşdırılan əsas avadanlıqların alınmasında təchizatçıları olan Türkiyə şirkəti “Salt Proje” ilə adıçəkilən şirkət arasında sahibkarlıq sahəsində ciddi rəqabət mövcud olduğu üçün, bu şirkətin "xxxx" MMC-nin fəaliyyətinə dair öz maraqlarından çıxış edərək, qeyri-obyektiv və reallığı əks etdirməyən rəy verdiyinə hər hansı şübhə yeri qalmadığını, buna görə də, NMR İqtisadiyyat Nazirliyinin həmin rəyə əsaslanan məktubunun sübut əhəmiyyətli sənəd kimi qəbul etmədiklərini və bu hüquqi əhəmiyyəti olmayan rəyin məhkəmənin mövqeyinin formalaşmasına qətiyyən təsir etməməli olduğunu hesab etdiklərini, beləliklə, tərəflərindən yuxarıda iddia ərizəsində irəli sürülmüş, müqavilədə qeyd edilmiş tələblərə münasibətdə geniş izah verildiyini, indi isə, işin faktiki hallarını rəhbər tutaraq aşağıda iddiaçı tərəfindən iddia ərizəsində və onunla bərabər məhkəməyə təqdim edilmiş AR NMR İqtisadiyyat Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış məktubda və FHN aktında Naxçıvan Duz zavodundakı (bundan sonra “Zavod”) avadanlıqlarla bağlı müqavilə ilə tənzimlənmiş şərtlərin çərçivəsindən kənara çıxan tələblərə münasibətdə qısaca əks-arqumentlərlərini bildirmək istədiklərini, irəli sürülmüş iddiaların faktiki hallarla birlikdə əsaslandırılmış təkzibi: "xxxx" MMC Naxçıvanda duz emalı və istehsalı zavodunun təchizatı ilə əlaqədar bu layihəyə iddiaçı tərəfindən ayrılmış büdcə vəsaitinin və maliyyə mənbəyinin hədləri daxilində müəssisəni dünya standartlarına əsasən mümkün ola biləcək ən keyfiyyətli avadanlıqlarla, maşınlarla təchiz etdiyini, duz yuma üçün istifadə olunan sorteks cihazının istifadəyə yararsız olduğuna dair iddiaya cavab olaraq isə həmin cihazlar dünyadakı müxtəlif istehsalçılar tərəfindən müxtəlif iş həcmlərinə və yuyulma sistemi gücünə malik olmaqla fərqli növlərdə və xüsusiyyətlərdə istehsal olunduqlarını qeyd etdklərini, tərəflərindən təmin edilmiş cihazın növünün layihənin maliyyələşdirilmə dəyərinə uyğun şəkildə komitənin onlardan tələb etdiyi standartlara uyğun olduğunu, qeyd olunan formada cihaz testdən keçirilərkən götürülmüş nümunənin saf xammal olması halında duzun yuyulması ilə bağlı cihazdan tamamilə qənaətbəxş nəticə almağın mümkün olduğunu hesab etdiklərini, digər tərəfdən, faktiki olaraq zavodun istismar məqsədilə cavabdeh tərəfindən hazır vəziyyətə gətirilməsi üçün hələ lazımi test və sınaqlar aparılmadığını, daha dəqiq bunun üçün cavabdeh tərəfindən iddiaçıya lazımı şərait yaradılmadığını, sınaqlar və yoxlanışlar aparılmadan, daha əsası isə buna icazə verilmədən cavabdehin müqavilə üzrə öhdəliklərinin lazımınca yerinə yetirməməsinə dair yuxarıda qeyd edildiyi kimi hesabatların hazırlanmasının doğru olmadığını, ümumiyyətlə, test və sınaqların həyata keçirilməsi təchizat mərhələsi başa çatdıqdan sonra, sistemdə baş verə biləcək xırda nasazlıqları aşkar etmək və müdaxilə edərək aradan qaldırmaq məqsədi daşıdığını, halbuki cavabdeh tərəfindən aparılan sınaq işləri, hovuzlardakı su doymuş səviyyəyə çatmadan yarımçıq dayandırıldığını, zavodda quraşdırılmış avadanlıqlarda müşahidə edildiyi iddia edilən nöqsanlar və onlara münasibətdə cavabdehin əks-arqumentləri aşağıdakı kimi olduğunu, zavodun qırıcı və ayırıcı sahəsində avadanlıqlarda iddia edilən qüsurlarla bağlı: a. qırıcı sahədə toz örtüyünün yaranması ilə bağlı: Qırma və ələmə təsisatlarında tozun çıxmasının təbii olduğunu, giriş və çıxışların çoxluğunun bu avadanlıqları tam olaraq qapalı quraşdırmasını mümkünsüz etdiyini, qeyd edilən halın yalnız lokal tozun absorbsiya edilməsi ilə aradan qaldırıla biləcəyini, b. Daşıyıcı kəmərlərdən duzun kənarlara dağılması ilə bağlı: bu avadanlıqlarda nasazlıqdan irəli gələn, dolayısıyla cavabdeh ilə əlaqədar olan ayrıca bir problem olmadığını, qeyd edilən vəziyyət zavodun işçi heyəti tərəfindən sadə tədbirlər vasitəsilə həll edilə biləcəyini, zavodun ilkin istismara verilməsi zamanı belə problemlərin yerində asanlıqla həll edilə biləcəyini, c. Hava filtrinin 583 m2 sahə üzrə duz tozunu sormaması ilə bağlı: 582 kvadratmetr üçün mövcud filtirləmə sisteminin kifayət olmadığını, ümumiyyətlə, filtirləmə sistemi layihə üçün tərəflər arasında razılaşdırılmış ilkin qiymət təklifinə daxil olmadığını, birbaşa NMR İqtisadiyyat Nazirliyinin göstərişi ilə sonradan əlavə olunduğunu, bununla əlaqədar danışıqlar aparılarkən, tərəflərindən ümumən zavodun qırıcı və ayırıcı sahələrini tam şəkildə əhatə edəcək tutuma malik hava filtrinin quraşdırılmasının böyük maliyyə resursu tələb etdiyi üçün ilkin qiymət təklifi çərçivəsində həyata keçirilməsinin mümkün olmayacağı mövcud maliyyə imkanları və şərtlər daxilində zavodda yalnız ümumi filtrləmə aparacaq avadanlıqların quraşdırıla biləcəyi cavabdeh tərəfin və NMR İqtisadiyyat Nazirliyinin nümayəndələrinin diqqətinə çatdırıldığını, bununla əlaqədar, məhkəmənin nəzərinə çatdırmaq istədikləri məsələnin əslində, bazar iqtisadiyyatının əsas idarəedici prinsiplərindən olan “tələb və təklif” qanununun işləmə mexanizmi olduğunu, cavabdeh tərəfindən iddiaçının istəyinə uyğun, zavodun tutumuna uyğun filtirləmə sisteminin daha yüksək qiymətlərlə təklif edildiyini, cavabdehin bu qiymət təklifini qəbul etmədiyini, mövcud maliyyə imkanları daxilində daha aşağı qiymət təklifi ilə ümumi (lokal) filtirləmə aparacaq avadanlığın təchiz edilməsinə razılıq verdiyini, sırf bu məsələ ilə əlaqədar birbaşa Elnur müəllim tərəfindən təsdiq verildiyini göstərən “Whatsapp” şəbəkəsindən götürülmüş ekran şəklinin də qoşma şəklində bu etiraza əlavə edildiyini, başqa sözlə, həmin hava filtrinin təchiz olunmasnın birbaşa cavabdehin mülahizəsindən asılı olaraq baş verdiyini və öz tutumu daxilində işləmə mexanizmində hər hansı qüsur aşkar oluna bilməyəcəyini, 2. istehsalat sahəsindəki avadanlıqlarda iddia edilən qüsurlarla bağlı: a. qırma və ayırma sahəsindən daxil olan duzun ilk dəfə töküldüyü kameralarda duzun qatılaşması səbəbindən tıxanma əmələ gəlməsi ilə bağlı: duz və gilin bir arada olduğu yerlərdə belə halların tam şəkildə aradan qaldırılmasının yalnız sahə işçiləri tərəfindən aparılan daimi yoxlamalar vasitəsilə mümkün ola biləcəyini, işçi heyəti tərəfindən həm proses zamanı, həm də proses dayandıqdan sonra lazımi təmizlik işləri aparılıb sistemin növbəti proses üçün hazır vəziyyətə gətirməli olduğunu, b. Gili duzdan ayırmaq üçün quraşdırılan avadanlığın gil parçasını duzdan ayıra bilməməsi ilə əlaqədar: iddia edildiyi kimi rəng çeşidləyici sensorun burada qeyd edildiyini başa düşdüyünü, rəng sensorunun funksional tələblərə uyğun şəkildə işləməməsinin həqiqətə uyğun olmadığını, avadanlığın standartlara uyğun işlədiyini və parametrləri düzgün şəkildə tənzimlənildiyini, sadəcə avadanılığa xammal kimi gələn məhsul karxana ərazisində ilkin çeşidləmədən keçmədiyindən, nəticədə dəzgaha gələn xammal onun çeşidləmə qabiliyyətini (tutumunu) üstələdiyinin yaranmış problem olduğunu, cihaza daxil olan, tələb olunandan böyük həcmlərdəki xammal dənələrinin çox zaman tam şəkildə və ya onların böyük hissəsi gildən ibarət olduğu üçün cihaza daxil olduqda, bir iri gil dənəsinin minlərlə xırda hissələrə parçalanaraq rəng sensoru tərəfindən çeşidlənə bilməyəcək vəziyyətə gəldiyini, layihə üçün ilkin təqdim etdikləri qiymət təklifində quraşdırılacaq duz zavodunun planlaşdırılan istehsal gücü nəzərə alınaraq qeyd edilən çeşidləmə cihazlarının sayının 3 ədəd olmasının məqbul hesab edilərək, tərəflərindən bu formada təklif irəli sürüldüyünü, lakin cavabdeh tərəfindən son olaraq keçirilən iclaslarda gəlinən qərara əsasən, aşağıda ətraflı şəkildə nəzərə çatdıracaqları səbəblərdən qeyd edilən çeşidləmə cihazından əvvəlcə iki, sonra isə bir ədəd təchiz edilməsinin kifayət olduğunun bildirildiyini və onlardan yalnız 1 ədəd cihaz tələb olunduğunu, bu qərar cavabdehin nümayəndələri tərəfindən aşağıdakı formada 2 səbəblə izah edildiyini, ilk növbədə layihə üçün ayrılmış ilkin büdcənin məhdud olduğunun, qeyd edilən avadanlıqların isə qiymətinin yüksək olduğunun bildirildiyini, bununla əlaqədar, əlavələr edilərsə yeni büdcənin təsdiqlənməsinin isə uzun müddət çəkəcəyini, zavodda aparılan işlərin qısa zaman ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu, ikinci səbəb olaraq isə bu avadanlıqların zavod hazır vəziyyətə gətirildikdən sonra belə əlavə olaraq quraşdırılması mümkün olduğunun göstərildiyini, “X21 Sanayi ve Ticaret Ltd” şirkəti tərəfindən Türkiyə Respublikasında quraşdırılmış duz zavodlarında xam duzun çirklilik səviyyəsinə uyğun olaraq bu avadanlıqlardan 3 və ya 4 ədəd quraşdırıldığı üçün tələb olunan təmizlik səviyyəsinin əldə edildiyini, c. Duz yuyulması üçün quraşdırılmış yivli konveyer kəmərləri paslanmayan poladdan olmasına baxmayaraq aşınmaya məruz qalmasına dair iddia ilə bağlı; qarşı tərəfin bu barədə iddiasını da birmənalı şəkildə rədd etdiyini və spiralvari konveyerlər, müqavilədə razılaşdırıldığı kimi birinci dərəcəli (AİSİ 316) xrom materialdan, yəni paslanmayan poladdan olduğunu bildirdiklərini, iddiaçının iddia etdiyi rəng dəyişmələrinin korroziya yox, sadəcə duzda və bəzi kimyəvi maddələrdə kükürdün miqdarı yüksək olduqda paslanmayan poladın özünü qorumaq üçün əmələ gətirdiyi oksid təbəqəsi olduğunu, paslanmadan fərqli olaraq iddia edilən rəng dəyişmələrinin yuyarkən və ya silərkən dərhal çıxmasının da bunun sübutu olduğunu, ç. ələk bölməsi düzgün işləməməsinə dair iddia ilə bağlı: bu iddia ilə qətiyyən razı olmadıqlarını, tərəflərindən ələk bölməsində bütün yoxlamalar aparıldığı və tam şəkildə standartlara uyğun işlədiyinin təsdiq olunduğu, digər tərəfdən, cavabdehin bu iddialarını təsdiq edəcək heç bir sübutun, dəlilin, əsaslandırmasının olmadığını, d. yuyucu bölməsinin son mərhələsində bunkerlərdə toplanan duz gil qatını ayırmadığı üçün bərkiməyə səbəb olduğunu, bunun da borularda tıxanma yaratdığını, bu hal istismara verilmə mərhələsində böyük duz parçasının nasos ağzını bağlaması səbəbilə bir dəfə baş verdiyini, dərhal da müdaxilə edilərək aradan qaldırıldığını, başqa sözlə, bu hal avadanlığın funksional işləməsini istista edən fakt yox, istismar prosesinə maneələrin yaranmaması üçün zavodun işçi heyəti tərəfindən daimi nəzarətdə saxlanılmalı hal olduğunu, e. yodvuran avadanlığın sınaqdan keçirilməməsinə dair iddia ilə bağlı: bu iddia ilə də razı olmadıqlarını, çünki yodvuran avadanlığın sınaqdan keçirilməsi üçün onlara cavabdehin nümayəndələri tərəfindən müvafiq şərait yaradılmadığı, sınaq prosesində istifadə edilmək üçün iddiaçının yodla təmin edilmədiyini, f. karton qutu paketləyici avadanlığın köhnə olduğu üçün işləməməsi ilə bağlı: bu iddianın qətiyyən həqiqəti əks etdirmədiyini, olduqca ciddi iddia olduğunu, sübutlarla təsdiq olunmadığı halda şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcəyini, sadəcə maşın və avadanlıqların ilk gətirildiyi zaman zavodun hələ də tikinti vəziyyətində olduğu üçün avadanlıqların bir müddət açıq havada qaldığını, daha sonra qapalı əraziyə keçirildiyini, avadanlığın rənginin bu səbəblə aşındığı üçün yenidən bərpa olunduğu, avadanlığın funksionallığına hər hansı dəyişiklik olmadığını, g. kisə doldurma avadanlığının sınaqdan keçirilməsinə baxmayaraq, doldurulan duzun çəkisində uyğunsuzluqların olması ilə bağlı: torba doldurma avadanlıqları ilk dəfə işə salındıqda kalibrasiya parametrlərinin tənzimlənməsinin müəyyən vaxt tələb etdiyini, ilk cəhdlərdə bəzi ölçülərlə əlaqəli kiçik kənarlaşmalar olduğunu, lakin Türkiyədən alınan texniki dəstək ilə kalibrasiya parametrləri tam şəkildə tənzimlənərək problemin aradan qaldırıldığını, kalibrasiya parametrləri ilə bağlı işçi heyətə lazımi təlimatlar verildiyini, ümumiyyətlə, birbaşa münasibət bildirilməyən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə irəli sürülmüş, lakin heç bir dəlil-sübutla, mötəbər təsdiedici sənədlərlə sübuta yetirilməmiş digər bütün iddiaları əsaslandırmadan məhrum olduğu üçün rədd etdiklərini, etiraza əlavə etdikləri mediasiya arayışından göründüyü kimi mediasiya mərhələsində iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin predmetinin “340.380.00 (üç yüz qırx min üç yüz səksən) AZN borc məbləğinin qaytarılması”dan ibarət olduğunu, ilkin mediasiya sessiyasının bu həcmdə və bu iddia üzrə keçirildiyini, məhkəməyə müraciət edərkən isə, qanunvericiliyin tələblərini pozaraq mediasiya prosesinin predmetini təşkil edən tələbdən fərqli olaraq müqavilə dəyərinin hamısını 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) AZN tələb etdiyini, müxtəlif məbləğlərdəki pul tələblərinin eyni mübahisə ilə bağlı olsa belə məbləğin artırılıb-azaldılmasından asılı olaraq fərqli iddia tələbləri kimi çıxış etdiyini, iddiaçı tərəfindən mediasiya mərhələsində qaldırılmış mülki tələblə hazırda məhkəmə mərhələsində qaldırılan tələblərin predmetinin fərqli olduğunu (ilkində müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilmədiyi iddiası ilə öhdəliklərin yerinə yetirilməsi tələbi var, ikincində isə müqavilədən imtina), məhkəmədə irəli sürülmüş 2700.000 AZN məbləğində pul tələbi ilə bağlı iddiaçı tərəfindən kommersiya mübahisələrində məcburi mərhələ hesab edilən mediasiya şərtlərinə əməl olunmadığı, Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsi məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması üçün əsas olduğunu, hansı ki, bu halın məhkəmə tərəfindən öz vəzifəsindən irəli gələrək nəzərə aılınmalı olduğunu, buna görə də cavabdehin iddia ərizəsinin geri qaytarılmalı olduğunu bldirib icraatdakı sözügedən işlə bağlı alternativli olaraq iddia ərizəsinin geri qaytarılmasını, geri qaytarılma ilə bağlı dəlillərlə razılaşılmadığı təqdirdə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 29 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə, "xxxx" MMC ile 03 aprel 2020-ci il tarixdə baglanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada tam olaraq yerine yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehden alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi Nümayəndə1 müdafiə etmədiyindən ərizə nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 19 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehle, "xxxx" MMC ile 03 aprel 2020-ci il tarixdə baglanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiqdan bir ay müddətində tam olaraq yerine yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehden alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 26 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaya “Cavabdeh, "xxxx" MMC ile 03 aprel 2020-ci il tarixdə baglanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiqdan bir ay müddətində tam olaraq yerine yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması” tələb həcmində baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 05 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında onların qarşı tərəflə, yəni şirkətlə komitənin müqaviləsi olduğunu, bunun hüquqi əsaslara dayandığını, müqavilə öhdəlikləri olduğunu və müqavilə qaydalarının qorunduğunu, burada vaxt məsələsi, keyfiyyət məsələsi, mülki məcəllədə nəzərdə tutulan bir çox əsasların qeyd olunduğunu, müqavilə öhdəliklərinin 2020-ci ildə bağlanıldığını və orada tam olaraq olmasa da, təxminən bir il ərzində müqavilənin icrasının, təhvil verilməsinin nəzərdə tutulduğunu, artıq 2024-cü ildə müqavilə öhdəliklərinin yerinə yetirildiyini, ancaq təhvil verilən avadanlıqların işləmədiyini müəyyən edilmiş öhdəliklərə cavab vermədiyini, keyfiyyət göstəricilərinə cavab vermədiyini, ən əsasının da artıq 2 il müddətinə müəssisənin işləməli olduğunu, onun nəinki mütəmadi işləməsi, eyni zamanda onun işləməməsinin də iqtisadi olaraq da ziyanlara səbəb olduğunu, onlar ötən müddət ərzində qarşılıqlı razılaşmalar əsasında bu işin icrasına nail ola bilmədikləri üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etdiklərini və müqavilə öhdəliklərinin ötən müddəti nəzərə alınmadan yerinə yetirilməli olduğunu, yerinə yetirilmirsə, tam həcmdə müqavilənin dəyərinində ödənməli olduğunu, başda müqavilə öhdəliklərinin yerinə yetirilməsini qoyduqlarını, axırda da müqavilə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə dəyərinin məbləğinin ödənilməsini qoyduqlarını, hər birinə razı olduqlarını, aktın dövlət aktı olduğunu, dövlət aktında qarşı tərəfə aid olmayanı və olanı yazdığını, bu aktı dövlət orqanın tərtib etdiyini, dövlət orqanının burada gördüklərini yazdığını, burada gördüklərinin birinin kimə aid olduğunun, o birinin kimə aid olduğunun yazılmadığını, biri onlara aiddirsə, onların cavabdeh olduğu, biri qarşı tərəfə aiddirsə, qarşı tərəfin cavabdeh olduğu, aktda yazılan məsələlərin hamısını onların şikayət etmədiklərini, aktı onlar sənəd kimi verdiklərini, onlar iddia ərizələrində avadanlıq orada işləmir dediklərini, hakimin də texniki baxışda müəssisə işləmədiyini görəcəyini, avadanlıq düzgün işləmirsə, duzun keyfiyyəti olmayacağını, avadanlıqların qırıq olduğunu, qırıq avadanlığın duzu yaxşı istehsal etməyəcəyini, texniki baxışda düz quraşdırıldığını gördüklərini, sifarişçinin onu təyin edə bilməyəcəyini, istehsal müəssisəsində sifarişçinin onu təyin edə biləcəyini, 20 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında onlarda təhvil-təslimə getməyə hazırlıq mərhələsi olduğunu, həmin mərhələdə, hələ avdanlıqlar işə başlamamışdan onlarda paslanma müşahidə olunduğunu, dövlət orqanı sənəd qəbul edib, bu avadanlıqların sertifikatı olmadığını aktlaşdırdıqlarını, avdanlıqların texniki tələblərə cavab vermədiyini, həmin müəssisə işləyən vaxtı orada toza görə durmaq olmadığını, çünki havlandırma sisteminin quraşdırılmadığını, qarşı tərəfin “Siz o vaxtı deyərdiniz biz hazırlayardıq” dediyini, müəssisə tikilirsə o hansı standartlara cavab verirsə mülki məcəllənin onu göstərdiyini, onlar onu nəzərdə tutmasa da mövcud vəziyyətə uyğun olmalı olduğunu, sertifikat olmadığından avadanlıqların sertifikatı olmadığını, FHN-nin təqdim etdiyi sənədə əsasən sertifikatın olmadığını, sertifikatı ona görə tələb etdiyini, FHN-nin müəyyən edilmiş cavabını dediklərini, duz istehsalı qaydalara, normalara uyğun olmadığından onların burada danışıqlarının sübut olunduğunu, çünki xammalla istehsalın uyğunsuz olduğunu, yəni həmin duz xammalının bu avdanlıqlarla istehsalda standartlara cavab vermədiyini, bunun da açıq aydın görsəndiyini, avadanlıqların müqavilədə ən azı Türkiyə Respublikasında olan keyfiyyət qədər keyfiyyətli olmasının nəzərdə tutulduğunu, həmin müəssisənin fəaliyyəti üçün hovuza ehtiyac vardırsa onun orada qurulmalı olduğunu, bunun artıq Mülki Məcəllənin tələbi olduğunu, bütün əsasların müqavilədə göstərilməsinin əsas olmadığını, 04 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında mülki məcəllənin müvafiq maddələrində avadanlıqlar keyfiyyət göstəricilərinə cavab vermirsə və ya öhdəlik vaxtında yerinə yetirilmirsə bunun öhdəliyin pozulması olduğunun göstərildiyini, avadanlıqlar müqavilədə nəzərdə tutulan keyfiyyətə cavab verərsə və keyfiyyətli məhsul alına bilərsə onların nəticəyə gələ biləcəyini, onlarda avadanlıqların işləməməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin sənədi olduğunu, duzun keyfiyyətindən əvvəl ilkin olaraq avadanlıqların texniki nasazlığı, keyfiyyət göstəriciləri və az bir müddətdə paslanması faktının ortaya qoyduqlarını, qarşı tərəfin duz məsələsini bəhanə edərək müəssisə işləmədiyi halda onun işlək vəziyyətdə olduğunu ifadə etdiyini, duzun təmin olunmasını xahiş etdiyini, duzun təmin olunaraq müəssisənin işləyib-işləmədiyi müəyyən edilməsini, duzun bir bəhanə olduğunu bildiriərək əks halda tələb olunan məbləğin dövlət büdcəsinə qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 26 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “İşlər görülməyib, ya işləri görsünlər, ya da ki, pul məbləğini geri qaytarsınlar” deyə qarşı tərəfin iddia etdiyini, onların da işlər görülüb deyə bildirdiyini, xammalların istehsal olunduğunu və laboratoriyaya göndərildiyini, bununla bağlı cavablar çıxdıqdan sonra nəticələrini məhkəməyə təqdim etmək istədiklərini bildirmişdir. İş üzrə 02 may 2024-cü il tarixdə Naxçıvan Sement zavodu ilə üzbəüz yerləşən X20ndan (Müəssisəsində) yerində müayinə keçirilmiş, yerində müayinə keçirilərkən müvafiq suallar cavablandırılaraq, həmin müəssisənin işçisi tərəfindən avadanlıqlara dair izahlar vermişdir. İş üzrə 02 may 2024-cü il tarixdə Naxçıvan Sement zavodu ilə üzbəüz yerləşən X20ndan (Müəssisəsində) yerində müayinə keçirilən zaman müəssisənin işçisi duzun giriş nöqtəsi Qrım sexindən o başda olduğunu, Lap girişin isə, bayırda olduğunu, bunkerin təqribi 13-15 ton arası tutduğunu, hesablamadığını, seçmə avadanlığın həm yad cisimləri seçdiyini, həm də gili seçdiyini, xam duzun bunkerdə duzu topladığını, elevatordan vurub yuduğunu, 1 nömrəli yuma olduğunu, ikinci aparatın duzu yuduğunu, suların birinci hovuzdan keçib ikinci hovuza getdiyini, yuyulandan sonra iri qalan duzları üçüncü aparatda qırdığını, mikserə buraxdığını, mikserdən boru vasitəsilə yuma siklonlarına getdiyini, işləməyən avadanlığın olmadığını, yuma siklonundan gəlib, üçüncü yuma siklonuna keçdiyini, burdan da dördüncü yuma siklonuna keçdiyini, duzun gəlib bura yığışdığını, digərinin yodlaşdırma aparatı olduğunu, burdan artıq qurutmaya gəldiyini, qurutduğunu, qurutmadan çıxan duzun da beşinci aparata yığışdığını, buradan da hazır məhsulun, xammalın paketləndiyini, suyun duz doyğunluğu artdıqca yuyulanda duzu əritməyəcəyini, istehsalın çoxalacağını, suyun duzluluq dərəcəsinin almalı olduğunu, “Bu zavoddakı duzu da salaq suya, ən köhnə zavoddakı duzu da salaq suya, suyun rəngindən bəlli olacaq ki, hansı duz təmizdir” deyə bildirdiyini, həmçinin X20nun (Müəssisəsinin) həyətində yerləşən duz hovuzlarına dair müəssisənin işçisi məlumat verərək 2 hovuz olduğunu, içəridən gələn duzlu suyun gili bura çökürtdüyünü, təmiz suyun gedib o başdan bu başa hovuzlarla debitə ayrıldığını, hovuzdakı suların duzluluq dərəcəsin almaq üçün olduğunu, bu suyun duzluluq dərəcəsinə görə doymalı olduğunu, ən son mart ayında işləyib, 100 ton duz aldıqlarını, suyun duzluluq faizinin 20 dən aşağı düşməməli olduğunu, aşağı düşsə verdikləri xammalın tamamını almadıqlarını bildirmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 17 may 2024-cü il tarixdə “İzahat” ünvanlayaraq “İzahat” da xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsinin sözügedən işə ərizə təqdim edərək iddia tələbini dəyişdirdiyini, tələbin “təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehden alınması” şəklində dəyişdirilməsini xahiş etdiyini, tələb dəyişdirildiyi üçün aşağıdakı izahatı təqdim etmək ehtiyacının hasil olduğunu, iş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Cavabdeh MMC arasında “X19 (Qırma, Yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına” dair 05 nömrəli müqavilə (bundan sonra “Müqavilə”) bağlanıldığını, həmin müqaviləyə əsasən müqavilə predmeti avadanlıqların çatdırılma yeri, başqa sözlə, icraçının müqavilə üzrə öhdəliyini icra yerinin Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Böyükdüz ərazisindəki “X20” MMC-nin istehsal sahəsi olaraq müəyyənləşdirildiyini, müqavilə üzrə nəzərdə tutulmuş avadanlıqların təchizatı və quraşdırılması xx.xx.2021 –ci il tarixində müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyin icrası yeri olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonu Böyükdüz ərazisindəki “X20” MMC-nin istehsal sahəsinə çatdırıldığı və xx.xx.2022-ci il tarixinə qədər (iki ay ərzində) quraşdırıldığını, beləliklə, həmin tarixdən etibarən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra olunduğunu bundan sonra iddiaçı qurumda yoxlamaların başladığını, struktur və rəhbər dəyişikliyi olduğunu, keçmiş rəhbərlik barədə cinayət işi açıldığını, bu proses əsnasında kontragent avadanlıqların işləmə qaydası barədə təlimlərdə iştirak edəcək şəxsləri təmin edə bilmədiyini, təlimdə iştirak edənlər (“X20” MMC-nin əməkdaşları) yalnız 2023-cü ilin avqust ayı üçün təmin edildiyini, həmin tarixdə də dəvətləri ilə avadanlıqların istehsalçı firması “Sait Project’in təlimçilərinin Naxçıvan Muxtar Respublikasına səfər etdiyini, avadanlıqları işə saldığını və “X20” MMC-nin əməkdaşlarına istehsal prosesinin hər mərhələsi haqqında praktiki təlimlər verdiyini, təlimçilərin yazışmasından anladıqları qədəri ilə açılışda hətta keçmiş İqtisadiyyat Nazirinın də iştirak etdiyini, lakin daha sonra “X20” MMC-nin təlimə cəlb edilən əməkdaşlarının qeyri-professional davrandığını, təlim başa çatdıqdan sonra iştiraklarına dair protokolu imzalamadığını və zavod işə düşdükdən sonra oranı tərk etdiklərini, bundan başqa, xx.xx.2024-cü ildə “X20” MMC-nin istehsalat sahəsində məhkəmə tərəfindən yerində müayinə edildiyini və sözügedən avadanlıqların müqavilə üzrə icra yerinə gətirildiyi və quraşdırıldığı bir daha təsdiqini tapdığını, daha sonra tərəflərindən xx.xx.2024-cü ilə iddiaçıya təqdim edilən avadanlıqların siyahısı olan təhvil-təslim aktı göndərildiyini və imzalanaraq geri qaytarılmasının xahiş edildiyini, indi isə bu faktiki hallar kontekstində bəzi hüquqi məsələlərə aydınlıq gətirmək lazım olduğu qənaətində olduqlarını, belə ki, öhdəliklər hüququnda “İcra yeri” və “İcra məqamı” institutlarını tədqiqi cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini tam icra etdiyini göstərdiyini, qanunvericiliyimizə görə öhdəliklərin icra yeri ilə bağlı qaydaların tamamlayıcı (in subsidium) mahiyyətdə olduğunu (MM 426.2), başqa sözlə, tərəflər müqavilənin icra yerini öz aralarında müəyyənləşdirməyiblərsə “İcra yeri” ilə bağlı müvafiq qanunvericilikdə müəyyən edilən qaydaların tətbiq edildiyini, onların işində isə cavabdehin, yəni onların öhdəliklərinin icra yerinin müqaviləyə əsasən “Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonu Böyükdüz ərazisindəki “X20” MMC-nin istehsal sahəsi” olaraq müəyyənləşdirildiyini, müqavilə üzrə malların da həmin icra yerinə çatdırıldığına görə öhdəliyin razılaşdırılan icra yerində həyata keçirildiyini, “Təhviltəslim aktı”nın maddi hüquq yox, prosessual hüquq aləti olduğunu, başqa bir ifadə ilə, “təhvil-təslim aktı” hüquq/öhdəlik yaradan, xitam edən iradə ifadəsi olmayıb maddi hüquq baxımından heç bir əhəmiyyətinin olmadığını, “Təhvil-təslim aktı”nın yalnız prosessual hüquq baxımından sübut vasitəsi ola biləcəyini, onların işində isə iddiaçının etirafı, yerində müayinə və təqdim edilən digər dəlilləri malların çatdırıldığını işin mübahisəsiz halına çevirdiyini, qanunverici öhdəliklərin icrası zamanı vicdanlılığı təmin etmək və hüquqlardan sui-istifadənin qarşısını almaq məqsədi ilə alqı-satqı müqavilələri üçün “icra məqamı”nı xüsusi olaraq tənzimləndiyini, buna görə əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşyanın alıcının ixtiyarına verilmiş sayıldığını, avadanlıqların xx.xx.2021-ci il tarixindən etibarən iddiaçının müqavilə üzrə təhvil verilməsini istədiyi hüquqi şəxsin hakimiyyət sahəsinə girdiyini və ixtiyarına verildiyini qeyd edərək dolayısıyla yuxarıda sadalanan faktiki və hüquqi əsaslara görə iddiaçının tələbi əsassız olduğu üçün iddianın rədd edilməsini və bu izahatın MTT barədə e-16(123)-2/2024 nömrəli işdəki cavabdehin əmlaklarına qoyulmuş qadağanın aradan qaldırılması barədə ərizələrinə baxılarkən də nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən 17 may 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış “İzahat” qarşı 20 may 2024-cü il tarixdə məhkəməyə “Etiraz” ünvanlayaraq “İzahat”ın 1-ci,2-ci bəndlərinə münasibətdə: iddia tələbində iddia obyektində dəyişiklik edilsə də ümumilikdə iddianın predmeti və əsası dəyişmədiyi üçün bu amilin əsas ola bilməyəcəyini, 2-ci hissədə isə müqavilə üzrə məlum olan məlumatların təkrarlandığını, “İzahat”ın 3-5-ci bəndlərində təqdim olunan sübutlara münasibətdə: cavabdehin nümayəndəsi və vəkilinin müqavilə üzrə görülən işləri, o cümlədən avadanlıqların çatdırılması, quraşdırılması, işə salınması və bu məqsədlə aparılan təlim işlərinə dair təqdim edilən fotoları, video görüntüləri və digər sənədləri (gömrük bəyannaməsi, fayl, video və s.) sübut olaraq təqdim etdiyini, Mülki Məcəllənin 76-cı maddəsi ilə müəyyən edildiyi kimi sübutların tərəflərin tələb və etirazlarını əsaslandıran halların müəyyən edilməsinə yönəldilməli olduğunu, iddia tələblərinin cavabdehin nümayəndəsi və vəkili tərəfindən qeyd olunduğu üzrə görülən işlər barədə deyil, görülən işlərin keyfiyyətsiz görülməsi, quraşdırılan avadanlıqların müqavilə əsasında müəyyən edilmiş göstəricilərə, sertifikatlara malik olmaması, istehsal mühitinin havalandırma sisteminin qurulmaması səbəbindən əlverişsiz olması və nəticə etibarilə nəzərdə tutulmuş duz istehsalının mümkün olmaması əsasında mövcud çatışmamazlıqların aradan qaldırılmasının cavabdeh tərəfindən təmin edilməsi olduğunu, “İzahat”ın 6-8-ci bəndlərinə münasibətdə: izahatın 6-cı hissəsində 02 may 2024-cü il tarixində “X20” MMC-nin istehsalat sahəsində məhkəmə tərəfindən yerində müayinə edildiyinin və sözügedən avadanlıqların gətirildiyinin, quraşdırıldığının bir daha təsdiq edildiyinin, bu əsasda 14 may 2024-cü il tarixində iddiaçıya məktub ünvanlandığının, təsdiq edilməsi üçün təqdim edilən avadanlıqların siyahısı olan təhvil-təslim aktının göndərildiyinin bildirildiyini, 7-ci hissədə müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icrası ilə əlaqədar görülmüş işlərin yenidən sübut kimi təqdim olunduğu, 8-ci hissədə isə avadanlıqların 27 dekabr 2021-ci il tarixindən etibarən iddiaçının müqavilə üzrə təhvil verilməsini istədiyi hüquqi şəxsin hakimiyyət sahəsinə girdiyinin və ixtiyarına verildiyinin qeyd edildiyini, iddia tələbi nümayəndə və vəkilin bildirdiyi məlumatlar və sübutlar olmadığı üçün qeyd olunanların hüquqi əsasının olmadığını, 7-ci hissədə müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icrası ilə əlaqədar görülmüş işlərin yenidən sübut kimi təqdim olunduğunu, 8-ci hissədə avadanlıqların 27 dekabr 2021-ci il tarixindən etibarən iddiaçının müqavilə üzrə təhvil verilməsini istədiyi hüquqi şəxsin hakimiyyət sahəsinə girdiyinin və ixtiyarına verildiğinin qeyd edildiyini, halbuki, “İzahat”ın 2-ci hissəsində göstərildiyi kimi iddiaçıya ünvanlanmış məktubun 3-cü, 4-cü abzaslarında zavodun təhlükəsizliyi üçün cəlb edilmiş işçilərə əmək haqqı ödənildiyi və bu əsasla həmin xərclərə və bununla əlaqədar digər xərclərə görə sifarişçinin, iddiaçının üzərinə məsuliyyət düşdüyünün bildirildiyini, həmin hissədə nümayəndə və vəkil ümumi ifadələrlə işin mübahisəssiz halına çevirilməsində digər hüquqsuz səbəblərlə yanaşı bir də iddiaçının etirafını əsas gətirdiyini, bu etirafın nə olduğunu aydınlaşdıra bilməsə də tərəflərindən bu mübahisənin həll edilməsinə cavabdehin və ya onun nümayəndəsi və vəkilinin qeyri-ciddi yanaşması kimi qiymətləndirildiyini, “İzahat”ın 9-cu bəndində yuxarıda sadalanan (izahatda yazılanlar nəzərdə tutulur) faktiki və hüquqi əsaslara görə iddiaçının tələbi əsassız olduğu üçün iddianın rədd edilməli, cavabdehin əmlakına qoyulmuş qadağanın aradan qaldırılmalı olduğunun bildirildiyini, “İzahat”da cavabdehin haqqlı olduğunu və ya iddiaçının iddiasının əksini sübut edən dəlillərin olduğunu göstərən hər hansı hüquqi akt göstərilmədiyini, sübut kimi göstərilən dəlillərin iddia tələbinə ünvanlanmadığını, cavabdehin nümayəndəsi və vəkilinin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olmayan, sübut kimi qəbul edilməyən, iddia tələbinin əksini sübut etməyən, eyni zamanda izahatda açıq aşkar eyni məlumatların təkrarlanmasının borçlunun cavabdehin icranın keçişdirilməsi (MM 445) kimi qiymətləndirilməklə iddiaçının tələblərinin yerinə yetiriliməsində maraqlı olmadığını bir daha sübut etdiyini bildirmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyininin nümayəndəsi X8 04 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında müqavilənin iddiaçı və cavabdeh arasında bağlanıldığını qeyd edərək izahat olmadığını bildirmiş, lakin sədrlik edənin suallarını cavablayaraq Arkoz İnşaat Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə 04 sentyabr 2023-cü il tarixdə on bir min əlli səkkiz manatlıq xörək duzu verdiklərini, anbarların silinməsi üçün verdiklərini, ondan sonra xammal verdiklərini, onların orada deposunun olduğunu, xörək duzu ilə onların silinəcəyini, ondan sonra daş duz veriləcəyini, həmin daş duzdan məhsul istehsal olunacağını, Arkoz İnşaat Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin iyirmi altı min üç yüz altı manat müəssisəyə borcları olduğunu, müəssisənin imkanın hazırda buna imkan vermədiyini, 4 dəfə duz verdiklərini, 2024-cü ilin mart ayında da Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə duz verdiklərini, Arkoz İnşaat Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin hələ də müəssisələrinə borcu olduğunu, müəssisələrinin maliyyə imkanın yaxşı olmadığını, duzu dəyəri ödənilməsi şərti ilə verə biləcəklərini qeyd etmişdir. Cavabdehin nümayəndəsi X14 04 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında bu işin İqtisadi İnkişaf Nazirliyi ilə başladığını, İqtisadi İnkişaf Nazirliyinin avandalığı özünün alacağını, İtalyada qiymətlərin araşdırıldığını, İtalyadakı qiymətlərin bağlandığını, sonra “Gəmiqaya da araşdırsın” dediklərini, onların da Türkiyədə duz zavodlarında araşdırma apardıqlarını, axırda “Salt makina”nın qiymətlərinin uyğun olduğunu, onun qiymətlərini və texniki tələblərini aparıb İqtisadi İnkişaf Nazirliyinə verdiklərini, İqtisadi İnkişaf Nazirliyinin onlarla iclaslar keçirdiyini, Hakan müəllimin Naxçıvana dəfələrlə gəlib-getdiyini, avadanlıqların siyahısının hazırlandığını, əllərindəki iki səhfəlik müqavilənin bu edilən işi izah etmək şansının olmadığını, İqtisadi İnkişaf Nazirliyinin “Salt makina” ilə özünün müqavilə bağlayacağını, sonra “Gəmiqaya üzərindən müqavilə bağlansın” dediklərini, onların İqtisadi İnkişaf Nazirliyi ilə müqavilə bağlayacaqlarını, sonra “Müqavilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlansın” deyildiyini, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də iki səhfəlik müqavilə hazırladığını, bu müqavilənin sürətli bir şəkildə komitədə hazırlandığını, o vaxtı müqavilə hazırlanması və müqaviləli işlərlə bağlı təcrübələrinin olmadığını, onlara iki dəfə duz verdiklərini, onların da iki dəfə işlətdiklərini, hətta onlar avadanlığı quraşdıranda təkliflərinin də olduğunu, onların Naxçıvanda daha mürəkkəb işlərinin də olduğunu, son gün duz alıb oranı işlətdiklərini, öz fikirlərincə oranı təhvil verdiklərini düşündüklərini, amma bu təhvil alanın kağız üzərində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin olmalı olduğunu, komitənin işçilərinin oranı təhvil almaq şansının olmadığını, çünki o biliyə malik olmadıqlarını, duz zavodunun mexanik X20 olduğunu, yəni alınmış olan duzun yuyulub, qırılıb və ələndiyini, bir də saflaşdırılmış duz olduğunu, onun prosesinin də tam fərqli olduğunu, Hakan müəllimin ilk dəfə gələndə onu da başa saldığını, Hakan müəllimin “Siz belə bir şey istəyirsinizsə bu qiymətə onsuz bu olmaz” dediyini, əsasən istənilən duzun mineralı çox olan qaya duzu olduğunu, tunelin yeni açıldığını, tuneli də onların açdıqlarını, əsas damara hələ çatmadıqlarını, 20 sm duz təbəqəsi olduğunu, altında 10 sm gil təbəqəsi olduğunu, bunu olduğu kimi onu qıran avdanlığın içinə atıldıqda gilin bir paçaykən min parça olduğunu, yəni gələn xammal yaxşıdırsa mexanik istehsal zavodundan çıxan malın da yaxşı olduğunu, əsas olanın xammal olduğunu, xammal nə qədər təmiz olarsa malın da o qədər təmiz olacağını, onların işlətmə ilə bağlı bir problemləri olmadığını, bütün texnikalarının standartlara cavab verdiyini, əsas şeylərdən birinin avdanlığın paslanmaz polad olması olduğunu, bir də orada optik oxuyucuların olduğunu, Hakan müəllim gəlib “Bunu sayını artıraq” dediyini, orada bir dənə optik oxuyucu olduğunu, əsas problemlərinin hazırda olan mədənlərinin hələ işin əvvəlində olduğunu, ana damara hələ çatmadıqları, onlara genetik duz verilməsini, buranı təhvil verməyə hazır olduqlarını, Hakan müəllimi çağırdığını, çünki onun adamlarının vacib olduğunu, onlara desələr ki, oturub oranı işlədin, işlədə bilməyəcəklərini, Hakan müəllimi 3 və ya 4 dəfə dəvət edib oranı işlətdiklərini, təhvil vermə ərəfəsində təhvil alan olmadığını, birazda Naxçıvanda bəzi hadisələr olduğunu, beləliklə bu günlərə gəldiklərini, bu zavodun işləməsini istədiklərini, işləməsi üçün də əllərindən gələni etməyə hazır olduqlarını, Hakan müəllimi də nə qədər duz lazım olduğunu və nə vaxt gəlib işlədə biləcəklərini deməsi üçün çağırdığını, hovuzlarda günəş altında buxarlaşma olduğunu, buraxlaşma olduqda da su səviyyəsinin düşdüyünü, ora təmiz su verməklərinin lazım olduğunu, o təmiz suyun da duza doyması üçün onlara duz lazım olduğunu, onlara duzu onların qazdıqları mədəndən verdiklərini, duzu köhnə mədəndən versələr, içində gil qatı olmasa təmiz çıxacağını,quraşdırılan avadanlıqların bütün göstəriciləri istənilən standartda olsa da ora gilli duzu tökülərsə bunun bir nəticə verməyəcəyini, gələn xammal düzgün olmazsa düzgün məhsul çıxarıla bilməyəcəyini, “Salt makinə”nin avadanlıqlarına seçilmiş qaya duzunu verdiklərini, bu da onu götürdüyünü, testini etdiyini, “Mən bunu bunla ələyə bilərəm” dediyini, onun ətrafında heç gil olmadığını bəlkə ətrafında çatlarda ola biləcəyini, paslanma deyə bir şeyin olmadığını, oksidasiyonun pas kimi göründüyünü, amma təmizləndiyini, paslansa onun təmizlənə bilməyəcəyini, mexanik X20na düzgün avadanlıq seçildiyini, sadəcə olaraq hələ ana damara çatmadıqlarını, altında gil olan duzun olduğunu, onu partladıqda hamısı bir-birinə qarışdığını, ana damara girdikdə isə o gil qatının sıfıra endiyini, gələn xammalı təmizləmək məcburiyyətində olduqlarını, ən böyük problemin bu olduğunu, Türkiyədə 1-ci növ qaya duzu olduğunu, onun içində heç gilin olmadığını, birdə ikinci növ duz olduğunu, onun içində gil olduğunu, təmizlənib, təkrar qırıldığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə5 04 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında müəssisədə yerində müayinə keçirilən vaxta da izahat verdiyini, orada hovuzların olduğunu, hovuzlardakı suyun duza doyması lazım olduğunu, hovuzdakı suyun duzluluq dərəcəsinin minimum iyirmi beş faiz olmalı olduğunu, oranın 3 və ya 4 ton duzla doyurula bilməyəcəyini, üçüncü şəxsin nümayəndəsinin xörək duzu verdikllərini dediyini, o xörək duzunu suyun duzluluq dərəcəsinin artması üçün hovuzlara tökdüklərini, orada suyun duzluluq dərəcəsini ölçən aparatların olduğunu, suyun duzluluq dərəcəsini həmin aparatlarla ölçdüklərini, ən son aldıqları duzu işlədəndə orada duz zavodunun iki əməkdaşı olduğunu, birinin adının Sadıq olduğunu, digərini tanımadığını, onu ilk dəfə gördüyünü bildirmişdir. X1 04 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünə aid duz avadanlıqlar istehsalı edən firmasının olduğunu, 24 ildir ki, bu işi gördüyünü, belə bir sərvətin hələ də Naxçıvan iqtisadiyyatına qazandırılmamasının sıxıntısı içində olduğunu, 2 və ya 3 ildir ki, etdikləri ən yaxşı və gözəl layihə olduğunu, dünyada 24 və ya 25 dənə ölkədə obyektlər qurduğunu, indi 4 dənə ölkəyə obyekt qurduğunu, gəldikləri vəziyyətdə bu obyektlərin Naxçıvan iqtisadiyyatına qazandırılmamasının sıxıntısını yaşadığını, onun alacağının qalmadığını, pulunu aldığını, işini buraxıb bura gəldiyini, bu problemi həll etmək üçün gəldiyini, bir il əvvəl X13 ilə görüşdüyünü, vəziyyəti izah etdiyini, nazirin ona haqq verdiyini, sənədləri də gətirdiyini, bu günə qədər olan yazışmalar, orada aparılan işlərlə bağlı videoların olduğunu, bura bəlkə də 6-cı və ya 7-ci gəlişi olduğunu, hər dəfə gələndə müsbət bir nəticəyə gəldiklərini, amma o Türkiyə qayıtdıqdan sonra burada bir şeylər olduğunu və nəticə ala bilmədiklərini, onun və komandasının bu işi həll etmək üçün Naxçıvana dəfələrlə gəldiklərini, Naxçıvan ən son gəlişindən 7 ay keçdiyini, 7 aydan əvvəl gəldiyini, orada bir saatda yeddi ton təmiz duz istehsal edilə biləcəyini, indi onların orada istifadə etdikləri avadanlıqların verdikləri təkliflərdən çox olduğunu, indi on ton duz istehsal edilə biləcəyini amma rəsmi təkliflərinin yeddi ton olduğunu, orada optik oxuyucunun bir dənə olduğunu, layihəyə başladıqlarında onların təkliflərini 3 və ya 4 dənə olduğunu, amma onlara göstərilən xammalın çox təmiz bir xammal olduğunu, ilk verdikləri qiymətin yüksək görüldüyünü, sayını azaltdıqlarını,bir dənə optik oxuyucunun qiymətinin yüz iyirmi min dollar ilə yüz əlli min dollar arasında olduğunu, müəssisədə olan optik oxuyucunun qiymətinin yüz iyirmi min dollar ilə yüz əlli min dollar arasında olduğunu, indi oraya iki dənə optik oxuyucu da əlavə edilə biləcəyini, amma problemin çox pis xammalın gəlməsi olduğunu, hətta onlara ilk işlətmələrində gələn xammal kömür kimi olduğunu, dünya standartlarında qaya duzlarında çirklilik səviyyəsinin beş faizi keçməməli olduğunu, ancaq çirklilik səviyyəsinin beş faizdən daha çox olduğunu, paslanmaz poladın canlı kimi olduğunu, onun üzərində özünü qoruyan oksid təbəqəsi yarandığını, sistem çox dayandığı vaxt və ya toz yolu ilə yarandığını, bu vaxt paslanmaz çelik özünü qorusun deyə oksid təbəqəsinin yarandığını amma bu oksid təbəqəsinin pas olmadığını, qabları yumaq üçün istifadə olunan simlə silindiyi vaxt oranın tamamilə təmizləndiyini, bu gün zavoda günortadan əvvəl getdiyini, öz işçilərini göndərdiyini, gedib baxdıqlarını və lazımi təmizliyi etdiklərini, deyəsən zavodun aylardı eləcə də durduğunu, ona baxmayaraq hələ də ilk günkü təmizliyində qaldığını, hər hansı bir pas və ya ləkə olmadığını, onların lazımi icazələri olmadan oraya mütəxəssis gəldiyini gördüklərini, mütəxəssisin də müxtəlif şərhlər verdiyi hesabatının onlara gəldiyini, mütəxəssisin onların səviyyəsində olmadığına dair və dediyi bütün maddələrə cavab olaraq bura bir cavab göndərdiklərini, mütəxəssisi yəni “Yiğitbaşı Makina” şirkətini Türkiyədə məhkəməyə verdiklərini, onu haqqsız rəqabətə və avadanlıqları ilə bağlı əsassız hesabatlar yazdığına görə məhkəməyə verdiklərini, məhkəməyə İzmir şəhərində verdiklərini, öz olduqları yerin məhkəməsinə verdiklərini, hələ də məhkəmələrinin davam etdiyini, təbiki məsələnin həll yolunun olduğunu, problemlərinin xammal olduğunu, xammalın çirkli gəldiyini, ən əsası təmiz xammalın lazım olduğunu, ikincisi isə əgər daha təmiz mal istəyirlərsə sistemə 2 və ya 3 dənə də optik oxuyucu yəni ayırıcı aparat əlavə etməyin lazım olduğunu, sistemi qurarkən optik oxuyucu əlavə edə biləcəkləri şəkildə qurduqlarını, əslində əvvəlcə olduğunu, sonra dövlətin büdcəsi buna kifayət etmədiyi üçün ləğv etdiklərini, bu barədə yəni bir dənə optik oxuyucu istənildiyinə dair rəsmi yazışmaların olduğunu, avadanlıqlara və onların oraya gətirilib qurulmasına görə bir milyon üç yüz min dollardan biraz yuxarı pul aldıqlarını, bu müəssisəni ona versəydilər bir milyon və ya bir milyon yüz min dollara alacağını, əgər müəssisəni 2 və ya 3 saat işlətmək istəsələr təqribən 100 tona yaxın duz lazım olacağını, bunun səbəbinin hovuzda buxarlanma ilə bağlı olaraq suyun bitməsi olduğunu, oranı su ilə doldurmaq məcburiyyətində olduqlarını, oradakı suyu duzlamalı olduqlarını, alacaqları duzun bəlkə də 40 tonunu hovuzları duzlandırmaq üçün istifadə edəcəklərini bildirmişdir. Məhkəmə duzlu suyun buxarlanması zamanı duzunun faizinin aşağı düşmədiyini, duzun su ilə birlikdə buxarlanmadığını və su əlavə etdikdə duzluluq faizinin əvvəlki faizinə qayıtdığnı şahidə bildirmiş şahid isə bunun doğru olduğunu təsdiq etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə çıxışında əvvəlki iclasda duzun təmin olunması məsələsinin ortaya qoyulduğunu, onlardan yuxarı orqanlara məlumat verdiklərini, eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparıldığını, qarşı tərəfin fikrinin “Əvvəl ödənilmiş məbləğ ödənilməlidi və yaxud yenidən müqavilə bağlayaraq duz əldə edə bilərlər” olduğunu, tərəflər arasında müqavilə bağlanıldığını, sifarişçi tərəfin öz öhdəliyini yerinə yetirdiyini, nəzərdə tutulan məbləğin qarşı tərəfin bank hesabına ödənildiyini, müqavilədə öhdəliyin bir il müddətində başa çatdırılmasının nəzərdə tutulduğunu, qarşı tərəf müqavilə öhdəliklərini tam yerinə yetirmədiyini, yəni müqavilə öhdəliklərində avadanlıqların keyfiyyətinin, sertifikatının eyni zamanda istehsal olunan məhsulun keyfiyyətinin müəyyənləşdirildiyini, müqavilədə birbaşa müəyyənləşdirilməsə də mülki məcəllədə müqavilə öhdəlikləri ilə bağlı olan müvafiq maddələr əsasında onların bu nəticəyə gəlmiş olduqlarını, avadanlıqların işlək vəziyyətdə təhvil verilməsi üçün 2023-cü ilin avqust ayında sınaq istehsal prosesi keçirildiyini, sınaq istehsal prosesi zaman Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin mütəxəsissləri tərəfində hazırlanmış sənədlərdə avadanlıqların düzgün işləməməsinin qeyd edildiyini, avadanlıqlarda paslanma olmasının, havalandırma sisteminin olmaması ilə əlaqədar içəridə toz dumanın olmasının və.s halların nəzərdə tutulduğunu, avdanlıqlarla bağlı nöqsanların qaldırılması üçün qarşı tərəfə müraciətləri olduğunu, həmin müraciətlərin iş materiallarında da mövcud olduğunu, qarşı tərəfin yenidən duz tələb etməklə texnikasının işlək vəziyyətdə olduğunu sübut etmək istədiyini, duzla təmin olunmama qarşı tərəfin haqqlı olması kimi bir ehtimalı formalaşdırdığını, ancaq orada heç bir işin aparılmamasının aydın formada müəyyən olunduğunu, iddia tələblərinin üzərində durduqlarını, müqavilə öhdəliklərinin tam olaraq yerinə yetirilməsi və yaxud da müqavilə üzrə sifarişçi tərəfindən ödənilmiş məbləğin geri qaytarılması iddiasında qaldıqlarını, eyni zamanda mülki məcəlləyə uyğun olaraq həmin zavodun 3 il ərzində işləməməsinin vurulan zərərin ödənilməsi ilə bağlı iddia tələbinin yaranması əsası ola biləcəyini qeyd etmiş, həmçinin replika hüququnda istifadə edərək qarşı tərəfin müqavilənin alqı-satqı müqaviləsi olduğunu dediyini, lakin müqavilədən də bunun podrat müqaviləsi olduğunun göründüyünü, avdanlıqların quraşdırılaraq təhvil verilməsinin nəzərdə tutulduğunu, avdanlıqların quraşdırılaraq təhvil verilməsi podrat müqaviləsi deyilsə onda bir il zəmanətin nəyə əsasən verildiyini, iddia tələblərinin əsaslı olduğunu, İqtisadi İnkişaf Nazirliyinin məktubuna münasibətdə isə Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi İcra Hakimiyyəti tərəfindən qəbul olunan inzibati aktların normativ hüquqi akt sayıldığını, cavabdeh tərəfin qeyd etdiyi yerin onların hakimiyyət yeri olmadığını, Türkiyə Respublikasındakı mütəxəssis ilə bağlı olan sənədin bilgi olduğunu, sübut olaraq İqtisadi İnkişaf Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin sənədlərini təqdim etdiklərini bildirmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyininin nümayəndəsi X8 məhkəmə çıxışında mübahisləndirilən müqavilə üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin hər hansı bir öhdəliyi olmadığını, onların bu iş üzrə cəlb olunmaqlarının səbəbinin xammalla bağlı olduğunu, müəssisənin imkanı olmadığını, vəsait ödənildikdən sonra xammal verə biləcəklərini bildirmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə çıxışında iddiaçının üç dənə sənəd təqdim edərək iddia ərizəsi verdiyini, birinin müqavilə, birinin Fövqəladə hallar Nazirliyinin tərtib etdiyi akt, digərinin isə Türkiyədən dəvət olmuş bir şirkətin yazdığı qiymətləndirmə olduğunu, iddiaçının uzun müddət, yəni yanvar ayından bu tərəfə onların resuslarını istismar etdiyini, yəni vaxtlarını və enerjilərini aldığını, haqqsız yerə MTT-nin qoyulduğunu, iddiaçı tərəfin verdiyi iddianın tamamilə boş olduğunu, təqdim olunan müqavilədə onların münasibətlərindən alqı-satqı müqaviləsi olduğunun göründüyünü, onların şirkət olaraq iki milyon yeddi yüz min dəyərində mexaniki duz zavodu üçün lazım olan avadanlığı təqdim etməli olduqlarını və bunlar qarşılıqlı razılaşma əsasında olduğunu, təhvil verilən avadanlıqlara bir il zəmanət verildiyini, komitənin bir il zəmanət müddəti keçdikdən sonra məktublar yazmağa başladığını, iddia ərizəsini də zəmanət müdəti keçdikdən sonra verdiyini, burada icra məqamına və icra yerinə baxmalı olduqlarını, müqaviləyə baxanda həmin avadanlıqların səkkiz ay müddətində hazır ediləcəyi və komitənin müəyyən etdiyi Duz İstehsalı MMC-nin istehsal sahəsinə təhvil veriləcəyinin göründüyünü, müqavilədən tərəflərin icra yerini müəyyənləşdirdiyinin aydın olduğunu, icra məqamına gəldikdə isə burada uzun müddətdi danışılan məsələnin təhvil-təslim edilməyib olduğunu, təhvil-təslim aktının mülki məcəllə üçün heç bir əhəmiyyəti olmayan sənəd olduğunu, çünki təhvil-təslim aktının öhdəliklərin icra edilib-edilməməsini göstərmədiyini, sadəcə olaraq prosessual hüquq baxımından sübut əhəmiyyəti ola biləcəyini, yerində müayinə və qarşı tərəfin etirafı ilə 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlindən etibarən malların təhvil verildiyini gördüklərini, mülki məcəllədə “Əgər malların təhvil yeri müəyyən olunubsa, təhvil veriləcək mal həmin şəxsin hakimiyyət sahəsinə girdiyi andan etibarən öhdəlik icra olunmuş sayılır” deyildiyini, dolayısı ilə öhdəliklərini 2022-ci ilin yanvar ayından etibarən yerinə yetirmiş saydıqlarını, İqtisadiyyat Nazirliyinin sənədinə “Hal-hazırda isə quraşdırılmış avadanlıqların ilkin test sınaq prosesi zamanı nöqsanlar müşahidə olunmuşdur” yazıldığını, İqtisadiyyat Nazirliyinin də komitəyə yazdığı məktubda bu avadanlıqlar artıq təslim edildiyini etiraf etdiyini, bütün avadanlıqların hamısını qarşı tərəfə təhvil verdiklərini, burada hər hansı bir təhvilin yerinə yetirilməməsindən və ya öhdəliyin yerinə yetirilməməsindən söhbət gedə bilməyəcəyini, iddiaçı tərəfin nöqsanlı şəkildə təhvil verildiyini idda etdiyini, iddianın əsasını yəni iddianın əsaslandığı sənədin iki dənə məktub olduğunu, birinci məktubun Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş məktub olduğunu, qarşı tərəfin buna istinad edərək iddia qaldırdığını, həmin aktda Fövqəladə Hallar Nazirliyinin “Qazlaşma layihəsi yoxdu, Havalandırma sisteminin normal vəziyyətə gətirilməsi təmin edilməldi, duzun gil və digər qarışıqlardan təmizlənməsi üçün tədbirlər görülməlidi” dediyinin göründüyünü, qarşı tərəfin müqavilənin predmetinin nə olduğunu bilmədiyi üçün bu iddianı verdiyini, yəni alqı-satqı müqaviləsində onların mübahisə predmetlərinin sadəcə avadanlıqlar olduğunu, oranın havalandırılması və ya qazlaşdırma layihəsinin onların öhdəliklərinə aid olmadığını, buradan da qarşı tərəfin nə iddia verdiyindən xəbəri olmadığını gördüklərini, bu sənəd haqqında mülahizə irəli sürməyə də biləcəyini, hər hansı bir şirkət olduğunu, burada hansı səlahiyyəti olduğunu, həmin sənədi tərtib edən şirkətin onların şirkətinin rəqibi olduğunu, Türkiyə Respublikasında məhkəməyə verildiyini, “Sistemdə mövcud olan bir ədəd uzaq şərq mənşəli sorteks cihazı işləmir, İtalya mənşəli sorteks avadanlığı istifadə olunmalı idi” yazıldığını, məhkəməyə sübut qismində təqdim olunmuş bu sənədin nə dərəcədə gülməli olduğunun göründüyünü, tərəflərin İtalya mənşəli olmasına dair hər hansı bir razılaşması olmadığını, nəyə istinad edirlər bilinmədiyini, həmin məktubda yuma hovuzlarının üstünün açıq olduğunun deyildiyini, alqı-satqı müqaviləsində yuma hovuzlarının üstünün açıq olmasını iddia etməyin gülməli olduğunu, bu avadanlıqlar icra yeri olaraq müəyyən olunan yerdə və icra məqamında qarşı tərəfə təhvil verildiyini tam şəkildə sübut etdiklərini, həm qarşı tərəfin etirafı, həm də işdəki sübutların onların öhdəliklərinin yerinə yetirilməsi, yəni avadanlıqların təhvil verilməsinin işin mübahisələndirilməyən halı olduğunu tam olaraq göstərdiyini, qarşı tərəfin təhvil verilən avadanlıqlarla bağlı hər hansı nöqsan olduğunu sübut edəcək mötəbər heç bir sübutu olmadığını bildirmiş, həmçinin replika hüquqdan istifadə edərək qarşı tərəfin sözləri ilə onun proses müddətincə dediyi məsələlərin hamısının öz təsdiqini tapdığını, qarşı tərəfin müqavilənin adında yazılıb podrat müqavilsəsidi sizin deməyinizlə bu alqı-satqı müqaviləsi olmur dediyini, amma mülki məcəllədə hakimin, məhkəmənin yalnızca müqavilədə yazılan sözləri deyil, tərəflərin həqiqi iradəsini müəyyən etdiyini və müqaviləni elə qiymətləndirildiyinin göstərildiyini, qarşı tərəfin avadanlıqların bizim hakimiyyət sahəmizə girməyib dediyini, qarşı tərəfin məhkəməyə təqdim etdiyi müqavilədən xəbəri yoxdur göründüyünü, həmin müqavilənin 2-ci səhfəsində avadanlıqların təhvil-təslim ünvanın göstərildiyini, İqtisadiyyat Nazirliyinin daxili olaraq komitəyə yazdığı məktuba inzibati akt adı verdiyini, inzibati aktın hansı formada qəbul edildiyinin inzibati icraat haqqında qanunda öz əksini tapdığını, qeyd edilən məktub inzibati akt olmadığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi X14 məhkəmə çıxışında harada bir istehsal varsa xammalının heç vaxt onu gətirən şirkətə ödətilməyəcəyini, bunun üçün müəyyən bir miqdar əlbətdəki duz istifadə ediləcəyini, oranı ilk işlətdikləri vaxt komitədən heç kimin olmadığını, İqtisadi İnkişaf Nazirliyindən adamın olduğunu, bir də duz zavodundan bir neçə adamın olduğunu, təbiki ilk dəfə işlətdiklərinə görə bəzi müəyyən problemlər ola biləcəyini, ilkin qəbul olduğunu, o vaxt orada olan nöqsanlar deyildiyini və düzəldildiyini, ondan sonra son olaraq qəbul olduğunu, ilkin qəbul olduğunu, nöqsanların bildirildiyini, onları da aradan qaldırdıqlarını, ora duz zavodu qurulduğunu, ilkin sınaqların həyata keçirilməsi üçün xammal verilməsinin lazım olduğunu, orada nöqsanları aradan qaldırdıqlarını, heç kimə sübut edə bilmədiklərini, orada qurduqları duz zavodunun nümunə göstəriləcək zavodlardan bir dənəsi olduğunu, tək problemin xammalın təmiz olmaması olduğunu, qalan problemlərin hamısının aradan qaldırıla biləcəyini, avdanlıqların təhvil verildiyini, hal-hazırda da işlək vəziyyətdə olduğunu, heç bir problemi olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə5 məhkəmə çıxışında zavodun düzgün işləməsi üçün xammalın düzgün olmasının lazım olduğunu, xammalı təmin etməyin lazım olduğunu, xammal düzgün olarsa məhsulun da düzgün ola biləcəyini, avadanlıqların hamısının da işlək vəziyyətdə olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: 18 sentyabr 2023-cü il tarixli, 1972/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən 31 avqust 2023cü il tarixində “X15” MMC-nin yeni istifadəyə veriləcək zavodunda texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinin vəziyyətini müəyyən etmək üçün baxış-yoxlama keçirilmiş, baxış zamanı yeni istifadəyə verilməsi nəzərdə tutulan zavoda qazlaşma layihəsinin işlənmədiyi, avadanlıq və qurğuların texniki pasportları və istismar təlimatlarının olmadığı, təqdim edilən kompressor qurğusunun pasportu və elektrik layihə sənədləri Azərbaycan dilində işlənmədiyi, mənşə sertifikatları təqdim edilmədiyindən qurğuların hansı ölkəyə məxsus olmasının müəyyənləşdirilmədiyinə dair akt tərtib edilmiş, həmçinin zavodda istismar ediləcək qurğu və avadanlıqlara baxış keçirilərkən və orada aparılan söhbətlər əsasında havalandırma sisteminin normal işləməməsi (yaranan tozların işçi sahədən kənarlaşmaması), mühərrik nasoslarının salniklərindən su sızmaları və paslanmalar, xam duzun gil və digər qarışıqlardan normaya uyğun təmizlənməməsi və nəticədə keyfiyyətli duz istehsalının mümkün olmaması akta qeyd edilmiş, nəticədə yeni istifadəyə veriləcək zavodda olan çatışmazlıqların aradan qaldırılmadan istismara buraxılmasının mümkünsüzlüyü bildirilmişdir. 31 avqust 2023-cü il tarixli “X15” MMC-nin yeni istifadəyə veriləcək zavodunda və hal-hazırda istismar olunan zavodunda texniki təhlükəsizlik vəziyyəti haqqında “Akt”dan görünür ki, yeni istifadəyə verilməsi nəzərdə tutulan zavod qazlaşma layihəsi işlənməyib, avadanlıq və qurğuların texniki pasportları və istismar təlimatları yoxdur, təqdim edilən kompressor qurğusunun pasportu və elektrik layihə sənədləri Azərbaycan dilində işlənməyib, mənşə sertifikatları təqdim edilmədiyindən qurğuların hansı ölkəyə məxsus olmasının müəyyən etmək mümkün olmamışdır. Zavodda istismar ediləcək qurğu və avadanlıqlara baxış keçirilərkən və orada aparılan söhbətlər əsasında havalandırma sisteminin normal işləməməsi (yaranan tozların işçi sahədən kənarlaşmaması), mühərrik nasoslarının salniklərindən su sızmaları və paslanmalar, xam duzun gil və digər qarışıqlardan normaya uyğun təmizlənməməsi və nəticədə keyfiyyətli duz istehsalının mümkün olmaması müəyyən edilmişdir. “X15” MMC-nin yeni istifadəyə veriləcək zavodunda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan istismara buraxılması qeyri-mümkünlüyü qeyd edilmişdir. 13 oktyabr 2023-cü il tarixli, 2324/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, “X15” MMC-nin yeni istehsal binasının tikintisinə 2020-ci ilin may ayında başlanılmış, zavodda tikinti quraşdırma işlərinin görülməsinə, avadanlıqların alınması və quraşdırılmasına sifarişçi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, icraçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin qurulmasına başlanmasına 3 ildən artıq müddətin keçməsinə baxmayaraq müəssisə fəaliyyətə başlaya bilməmiş və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə təhvil verilməmişdir. Bunun başlıca səbəbi müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyətinin tələb olunan səviyyədə olmamasıdır. Müəssisədə quraşdırılan avadanlıqlar hələ istifadəyə verilməsə də artıq bəzilərində paslanma və aşınma müşahidə olunduğu qeyd edilmişdir. 1704/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “X15” MMC-nin istehsal həcminin artırılması, məhsulların daxili bazarda satışının yüksəldilməsi, keyfiyyətinin artırılması və nəticədə məhsulun ixracına nail olunması, həmçinin işçilərin iş şəraitinin asanlaşdırılması məqsədilə 2020-ci ildə yeni inzibati və istehsal təyinatlı binanın tikintisinə başlanılmış, mədəndən çıxarılan daş duzun qırılması, yuyulması və saflaşdırılmasını əhatə edən mexaniki emal duz istehsalı sisteminin alınması, quraşdırılması və istismara hazır vəziyyətə gətirilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “X6 İttifaqı (hazırda Arkoz Holding) arasında podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən avadanlıqların duza qarşı aşınmaması üçün AİSİ 316 xrom materiallarından olması, CE və ya TSE sertifikatlara malik olması və müəssisənin 8 ay müddətində başa çatdırılması nəzərdə tutulmuş, müqavilə üzrə müəssisənin təhvil verilməsi müddətinin başa çatmasına baxmayaraq təhvil-təslim prosesi həyata keçirilməmiş, quraşdırılmış avadanlıqların ilkin test sınaq prosesi zamanı nöqsanlar müşahidə edilmiş, aşkar olunmuş nöqsanların 01 sentybar 2023-cü il tarixə qədər aradan qaldırılması və müəssisənin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi arasında Duzdağ “Mexaniki emal (qırılma, yuyulma, saflaşdırma) X20nun cavabdeh tərəfindən təhvil-təslim etməsi barədə digər yazışmalarıda öz əksini tapmaqdadır. 03 aprel 2020-ci il tarixli 05 saylı Duzdağ “Mexaniki emal (qırılma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına dair “Müqavilə”dən görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmış, “Sifarişçi” qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Podratçı” qismində "xxxx" MMC iştirak etmişdir. 03 aprel 2020-ci il tarixli 05 saylı “Müqavilə”nin “Müqavilənin mövzusu” hissəsindən görünür ki, “Podratçı” tərəfindən istehsal gücü 1 saatda 7 ton olan “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsal sistemi” avadanlıqlarının “Sifarişçi”yə satışını təşkil edir. Bu müqavilə qarşılıqlı imzalandığı və “Podratçı”ya “Sifarişçi” tərəfindən ödəniş edildikdən sonra “Podratçı” 8 ay müddətində avadanlıqların Naxçıvan Muxtar Respublikasına daşınması üçün hazır vəziyyətə gətirir, avadanlıqların təhlükəsiz daşınmasını və quraşdırılmasını həyata keçirir. 03 aprel 2020-ci il tarixli 05 saylı “Müqavilə”nin “Keyfiyyət və Zəmanət” hissəsindən görünür ki, “Podratçı” tərəfindən avadanlıqların quraşdırılması tam olaraq həyata keçirilir və təhvil-təslim edildiyi gündən etibarən 1 il zəmanət verilir. Avadanlıqların duza qarşı aşınması nəzərə alınmaqla quraşdırılacaq avadanlıqlarda istifadə olunan materialın keyfiyyət göstəricilərinin tamamilə birinci dərəcəli (AİSİ316) xrom material olmasına “Podratçı” tərəfindən zəmanət verilir. Avadanlıqlar “CE” və ya “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlarla təmin olunur. 03 aprel 2020-ci il tarixli 05 saylı “Müqavilə”nin “Qiymət və ödənişlər” hissəsindən görünür ki, avadanlıqların dəyəri ƏDV-siz 2 700 534 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manatdır. İşin İ cildinin 39-cu səifəsində olan 15 aprel 2020-ci il tarixli, ”A” formalı ğdəniş tapşırığı № 55 saylı ödəniş qəbzindən görünür ki, 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat, ödəniş təyinatı və əsas: Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, Naxçıvan MR Nazirlər Kabinetinin 09 aprel 2020-ci il tarixli, 42 s saylı sərancamına əsasən X19 duz istehsalı sisteminin avadanlıqlarının alınması, qurulması, istismara hazır vəziyyətə gətirilməsi üçün vəsait köçürülür. İşin İ cildinin 88-ci səifəsində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil e-2-2(123)-137/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinə etirazının c bəndində duz yuyulması üçün quraşdırılmış yivli konveyer kəmərləri paslanmayan poladdan olmasına baxmayaraq aşınmaya məruz qalmasına dair iddia ilə bağlı; qarşı tərəfin bu barədə iddiasını da birmənalı şəkildə rədd etdiyini və spiralvari konveyerlər, müqavilədə razılaşdırıldığı kimi birinci dərəcəli (AİSİ 316) xrom materialdan, yəni paslanmayan poladdan olduğunu bildirdiklərini, iddiaçının iddia etdiyi rəng dəyişmələrinin korroziya yox, sadəcə duzda və bəzi kimyəvi maddələrdə kükürdün miqdarı yüksək olduqda paslanmayan poladın özünü qorumaq üçün əmələ gətirdiyi oksid təbəqəsi olduğunu, paslanmadan fərqli olaraq iddia edilən rəng dəyişmələrinin yuyarkən və ya silərkən dərhal çıxmasının da bunun sübutu olduğunu bildirilsədə, işin İ cildinin 223, 224, 225 və 226-cı vərəqələrində olan yerində müainə zamanı qeydə alınmış foto şəkillərdən yivli mexanikanın pas tutması və bu səbəbdən də bir tərəfi ilə digər tərəfi arasında rəng fərqinin olduğu aşkar göründüyündən paslanmayan poladdan olmadığı kimi qiymətləndirilməkdədir. İşin İ cildinin 89-cu səifəsində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil e-2-2(123)-137/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinə etirazının d bəndində yuyucu bölməsinin son mərhələsində bunkerlərdə toplanan duz gil qatını ayırmadığı üçün bərkiməyə səbəb olduğunu, bunun da borularda tıxanma yaratdığını, bu hal istismara verilmə mərhələsində böyük duz parçasının nasos ağzını bağlaması səbəbilə bir dəfə baş verdiyini, dərhal da müdaxilə edilərək aradan qaldırıldığını, başqa sözlə, bu hal avadanlığın funksional işləməsini istisna edən fakt yox, istismar prosesinə maneələrin yaranmaması üçün zavodun işçi heyəti tərəfindən daimi nəzarətdə saxlanılmalı hal olduğunu bildirsədə öz etrazında son yuyulma mərhələsinə belə gil qatının gəlib çıxması məsələsinin özünün yuyulma mərhələsinin düzgün tənzimlənmədiyinin sübutu olaraq qiymətləndirilməkdədir. İşin İ cildinin 89-cu səifəsində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil e-2-2(123)-137/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinə etirazının e bəndində yodvuran avadanlığın sınaqdan keçirilməməsinə dair iddia ilə bağlı: bu iddia ilə də razı olmadıqlarını, çünki yodvuran avadanlığın sınaqdan keçirilməsi üçün onlara cavabdehin nümayəndələri tərəfindən müvafiq şərait yaradılmadığı, sınaq prosesində istifadə edilmək üçün iddiaçının yodla təmin edilmədiyini qeyd etsədə iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 aprel 2020-ci il tarixli, 05 saylı müqavilədə belə bir bəndin yəni istehsalın başlanması üçün xammala təmin etmənin iş üzrə iddaçının vəzifəsi olmadığı müəyyən olunmaqdadır. İşin İ cildinin 91, 92, 93, 94 və 97-ci səifələrində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil e-2- 2(123)-137/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinə etirazına əlavə edilmiş sənədlər Azərbaycan dilində olmadığından və cavabdeh tərəfə dəfələrlə bu sənədlərin tərcümə və təsdiq olunmuş surətlərinin verilməsini bildirilməsinə baxmayarq, həmin sənədlərin tərcümə edilmiş və təsdiq olunmuş surətləri verilmədiyindən Məhkəmə həmin sənədləri sübut kimi qiymətləndirmir. İşin İ cildinin 205, 206 və 207-ci vərəqələrində olan yerində müainə zamanı qeydə alınmış foto şəkillərdən xammal olan duz kütlələrinin gil qarışığı olmadığı görünməkdədir. İşin İ cildinin 223, 224, 225 və 226-cı vərəqələrində olan yerində müainə zamanı qeydə alınmış foto şəkillərdən yivli mexanikanın pas tutması və bu səbəbdən də bir tərəfi ilə digər tərəfi arasında rəng fərqinin olduğu aşkar görünməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli, 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X9 Agentliyi haqqında Əsasnaməsinin 7-ci maddəsinə əsasən; 7.1. öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 7.2. Agentliyin səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyalarını həyata keçirir. 7.5. Agentlik qanunvericilik ilə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir. Həmin Əsasnamənin 8-ci maddəsinə əsasən;
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirilir: 8.1. təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahəsində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək; 8.2. təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından sertifikatlaşdırılmasını təşkil etmək və təhlükəsiz istismarı müddətinin məhdudlaşdırılması və ya uzadılması qaydalarını təyin etmək; 8.3. təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısını təsdiq etmək; 8.6. istismar olunan təhlükə potensiallı obyektlər üçün təhlükəsizlik tələblərini müəyyən etmək; 8.8. təhlükə potensiallı obyektlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilmiş texniki təhlükəsizlik ekspertizasının nəticəsi barədə rəyi təsdiq etmək; 8.9. təhlükə potensiallı obyektlər üçün texniki təhlükəsizlik bəyannaməsini və onların tərtib olunma qaydalarını hazırlamaq; 8.13. istismar zamanı texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin diaqnostikasını və texniki baxışını həyata keçirmək; 8.24. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq təbii resursların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, tullantıların təkrar emalı və basdırılması ərazilərinin yerləşdirilməsinin limitlərinin və kvotalarının müəyyən edilməsinə rəy vermək, bu işin aparılması üçün öz nümayəndəsini təyin etmək; 8.31. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək və mübahisələrin həllində texniki araşdırmalar aparmaq və rəy vermək; 8.32. faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar yerin təkindən istifadə ilə bağlı işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək, faydalı qazıntıların hasilatı və bununla əlaqədar olan digər işlərin texniki layihəsinin müəyyən olunmuş qaydada dövlət ekspertizasını aparmaq; 8.33. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla dağ-mədən sahələrinin ayrılmasına razılıq vermək; 8.34. faydalı qazıntı yataqlarının istismarı layihələrini və dağ-mədən işlərinin inkişafı planlarını, yerin təkinin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun müəyyən olunmuş qaydada razılaşdırmaq; 8.35. öz səlahiyyətləri daxilində yer təkinin istifadəsi ilə əlaqədar X4 üçün müəyyən edilmiş standartların, normativlərin və qaydaların tələblərinin yerinə yetirilməsinə rəy vermək; 8.36. öz səlahiyyətləri daxilində faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələndirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də yeraltı qurğuların yerləşdirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə vermək; 8.37. yer təkinin istifadəsi ilə əlaqədar aparılan markşeyder işlərinə nəzarət etmək; 8.51. Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı şikayət və ərizələrə baxmaq, qanunvericiliyə və Nazirliyin müvafiq təlimatlarına uyğun tədbirlər görmək; 8.52. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə cavabdeh "xxxx" MMC (indiki Cavabdeh MMC) arasında podrat Duzdağ “Mexaniki emal duz istehsal sistemi”nin avadanlıqlarının alınmasına dair müqaviləsi bağlanmış, iddiaçı yəni sifarişçi, cavabdeh yəni podratçı olaraq tərəflərin hər biri üzərlərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Tələb olunan avadanlıqların keyfiyyət göstəriciləri haqqında müqavilədə bəndlər müəyyən edilmişdir. Cavabdeh, yəni podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avadanlıqlar “X20” MMC-də quraşdırılmışdır. Lakin iddiaçı həmin avadanlıqların keyfiyyətsiz olduğunu iddia edir. Bu səbəbdən məhkəməyə müraciət edərək müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, 18 sentyabr 2023-cü il tarixli, 1972/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, 31 avqust 2023-cü il tarixli “X15” MMC-nin yeni istifadəyə veriləcək zavodunda və hal-hazırda istismar olunan zavodunda texniki təhlükəsizlik vəziyyəti haqqında “Akt”dan, 13 oktyabr 2023-cü il tarixli, 2324/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, 1704/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri cənab Nümayəndə2 ünvanladığı məktubdan, iş üzrə müainə zamanı qeydə alınmış fotoşəkillərdən və hakimin daxili inamına əsasən iddiaçının tələbi dəyişdirərək duz zavodunun ilkin olaraq təhvil-təslim edilməsini istəməsinə baxmayaraq cavabdehin bu yöndə hərəkətlilik göstərməməsi ilə müəyyən olunur ki, həqiqətəndə müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyəti tələb olunan səviyyədə deyildir. Məhkəmə həmçinin onu da qeyd etməyi mütləq hesab edir ki, bağlanmış müqaviləyə qiymət verərkən müqavilənin əsasını avadanlıqların alınb, daşınıb gətirilərək müvafiq yerdə quraşdırılması və müqavilədə göstərilən standartlarada olması, həmin avadanlıqların işlədilməsi və duz istehsal etməsi halında, təhvil alınmasını və təhvil alındıqdan sonra bir il ərzində cavabdehin avadanlıqlara zəmanət verməsinin qeyd edilməsi, cavabdehin israrla müqavilənin alqı satqı müqaviləsi olması üstündə durmasının təkzib edilməsi və avadanlıqların işlədlərək təvil verilməsi vəzifəsindən yayınması kimi qiymətləndirilir. Həmçinin məhkəmənin dəfələrlə barışıq üçün tərəflərə hüquqlarının bildirilməsi və bu yöndə tərəfləri yönləndirməsi cavabdeh tərəfin hərəkətsizliyi ilə nəticə əldə edilməməsinə gətirib çıxarmışdır. Verilmiş izahatlarınada cavabdehin nümayəndəsi X14 məhkəmə çıxışında təbiki ilk dəfə işlətdiklərinə görə bəzi müəyyən problemlər ola biləcəyini, ilkin qəbul olduğunu o vaxt orada olan nöqsanlar deyildiyini və düzəldildiyini bildirsəsə düzəldilməsinə dair sübutlar təqdim etməmiş və bu halda sübut etmə yükü cavabdeh tərəfin üzərində qalmışdır. Həmçinin iş materiallarında görünür ki, müəssisə iddiaçı tərəf çağırılaraq və iddiaçı tərəfin gözü önündə istehsal müəsisəsi işlədilərək onlara təhvil verilməmiş və bu barədə hər hansı akt tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vicdanlılıq nümayiş etdirərək tələbini dəyişdirərək ilkin olaraq istehsal müəssisəsinin təhvil verilməsini, təhvil verilmədiyi təqdirdə ödənilmiş məbləği tələb etsə də cavabdeh bu barədə heç bir hərəkətlilik göstərməmiş və bu yöndə olacaq hərəkətlərə cəhd etməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, 20 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilib, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə e-2-2(123)-137/2024 saylı qərardad qəbul edilərək iş ekspertizaya göndərilmişdir. 20 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 11 iyun 2024-cü il tarixli məktubdan görünmüşdür ki, qoyulmuş suallar ekspertin zəruri biliyindən kənara çıxdığından rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin, MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, iddiaçı qanunverciliyə uyğun olaraq dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edilməli olduğundan dövlət büdcəsinə ödənilməli olan 2140,27 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı tələbi təmin edilməli və 2140,27 manat məbləğində dövlət rüsumu Cavabdehnən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) Cavabdehnə (VÖEN- **********) qarşı 03 aprel 2020-ci il tarixdə baglanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 2140.27 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.