Məhkəmə qərarları › İş №e-2-2(123)-147/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-147/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-147/2024 16.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı yük daşınması müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32581.25 (otuz iki min beş yüz səksən bir manat iyirmi beş qəpik) manat daşıma borcunun və 200 (iki yüz) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 32.781,25 (otuz iki min yeddi yüz səksən bir manat iyirmi beş qəpik) manat borcun cavabdehdən tutularaq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 17000.25 (on yeddi min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alınaraq, iddiaya “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 17000.25 (on yeddi min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” həcmində baxılmasına qərar vermişdir. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 14000.25 (on dörd min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alınaraq, iddiaya “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 14000.25 (on dörd min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” həcmində baxılmasına qərar vermişdir. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 10000.25 (on min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaya “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə 10000.25 (on min manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” həcmində baxılmasına qərar vermişdir. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaya “Cavabdehndən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli yük daşıma müqavilələri üzrə ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi” həcmində baxılmasına qərar vermişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2024-cü il tarixdə məhkəməyə “İş üzrə icraata xitam verilməsi” barədə ərizə ünvanlayaraq iddia tələbi tam edildiyindən e-2-2(123)- 147/2024 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş “İş üzrə icraata xitam verilməsi” barədə ərizəyə nəzər yetirərək qeyd edir ki, iddiaçı tərəfin ərizədə iddia tələbinin tam təmin edildiyini və icraata xitam verilməsini xahiş etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı yük daşınması müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı yük daşınması müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar