Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-163/2025 08.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 04 aprel 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43.96 (qırx üç üç manat doxsan altı qəpik) pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2019-cu il tarixli, 01611 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, 01611 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMCyə olan qalıq borcu 2395.25 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. AR Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsində isə göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təqdim edilmiş cavabdehə məxsus şəxsiyyət vəsiqəsi və vergi şəhadətnaməsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qaydada qeydiyyata alınmışdır. AR Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq, istifadə etmək hüququna malikdirlər göstərməklə Cavabdeh 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43.96 (qırx üç üç manat doxsan altı qəpik) pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borcunun tutulması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilədən görünür ki, İddiaçı MMC-i ilə Cavabdeh arasında müqavilə bağlanmaqla satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli EBAX seriyalı 467834 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 412.82 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 060096 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 480.00 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 232421 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 486.67 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 983949 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 420.00 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 499619 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 303.84 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 018686 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 352.54 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 454966 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 277.00 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 615156 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 122.080 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 615157 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 108.80 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 615158 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 174.20 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 615159 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 160 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 615160 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 32 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 664802 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 480 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 678625 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 204.21 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121950 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 82.55 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121949 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 190 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 172979 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 480 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 172978 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 381.25 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 172980 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 103.78 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 198708 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 420 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121944 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 120.80 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121945 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 401.84 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121947 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 130.40 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 592021 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 95.70 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 690365 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 50.40 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 690366 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 21 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 690367 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 98.08 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 662835 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 160 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 662834 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 16 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 078481 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 233.21 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 078482 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 333.60 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 622428 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 252.0 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/4 seriyalı 622427 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 350.63 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 089759 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 545.60 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 089760 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 218.37 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 121456 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 129 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 078480 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 783.82 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 448857 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 182.04 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 448858 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 19.88 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 539509 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 90.458 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 960985 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 240.22 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 199625 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 232.83 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 199626 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 136.92 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327880 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 281.24 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327881 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 236.52 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327882 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 190.28 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327885 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 151.86 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327879 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 260.42 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327883 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 131.42 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 311757 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 235.62 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 311758 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 46.24 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/8 seriyalı 327878 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 499.11 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli HDP/5 seriyalı 178902 nömrəli Malların təhvil-qəbul edilməsi barədə eloktron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-i Cavabdeh 486.67 manat dəyərində mallar təhvil verilmişdir. Maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-ə qalıq borc məbləği 2395.25 manatdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Bağlanmış müqavilə əsasında İddiaçı MMC-i Cavabdeh müxtəlif vaxtlarda malla təmin etmiş, cavabdeh isə müqavilə əsasında öhdəliyi tam olaraq yerinə yetirməməklə qalıq borcu yaratmışdır. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında ticarət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən malların borcluya təhvil verilməsi ilə İddiaçı MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanmışdır. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən iddiaçının öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-163/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 2395.25 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 43,96 manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 43.96 AZN məbləğində dövlət rüsumunun cavabdеhdən tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı MMC-in Cavabdeh qarşı 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43.96 (qırx üç üç manat doxsan altı qəpik) pul vəsaitinin tutulması tələbi barədə ərizəsi təmin edilərək, Cavabdeh 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43.96 (qırx üç üç manat doxsan altı qəpik) pul vəsaitinin İddiaçı MMC-in хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2395.25 (iki min üç yüz doxsan beş manat iyirmi beş qəpik) manat əsas borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43.96 (qırx üç üç manat doxsan altı qəpik) pul vəsaiti tutularaq İddiaçı MMC-in хеyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: QabilMəmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-163/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-163/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver