Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-170/2025 02.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "X2 Company" MMC-nin Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizə-vəsatəti və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqram-vəsatəti nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "X2 Company" Məhdud Məhsuliyyətli Cəmiyyəti 14 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-cü il tarixli, S157/22 saylı Təchizat Müqaviləsi əsasında 889.13 manat əsas, 88.91 manat dəbbə pulu və 30 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1008.04 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, 14 aprel 2025-ci il tarixdə məhkəməyə elektron qaydada daxil olan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxıb, iddia ərizəsinin icraata qəbul edilməsinə mane olan hər hansı bir hal olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsaslanaraq xx.xx.2025-ci il tarixli, e-2-2(123)- 170/2025 saylı qərardadla məhkəmənin icraatına qəbul etmiş və şifahi icraat qaydasında hazırlıq iclası 12 may 2025-ci il tarixə, saat 0905-ə təyin etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, həmin ərizədə e-2-2(123)-170/2025 saylı iddia ərizəsi üzrə iddialarını müdafiə etdiklərini, Məhkəmədən xx.xx.2025-ci il tarixə təyin olunmuş hazırlıq iclasına iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmişdir. Məhkəmə, tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizəvəsatət ünvanlayaraq, həmin ərizə-vəsatətində Cavabdeh Bakı şəhərində yaşadığını nəzərə alaraq icraatda olan hazırki işi Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, həmçinin Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram-vəsatət ünvanlayaraq, həmin vəsatətində ünvan ı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:, Həmin Məcəllənin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizə-vəsatəti və Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı teleqram-vəsatəti nəzərə alaraq və MPM-in 44.2.5 -ci maddəsinə dayanaraq hər iki tərəfin eyni fikirdə olmasını əsas götürərək iddiaçı "X2 Company" MMC-nin Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbi barədə e-2-2(123)-170/2025 saylı işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini qanuni və tərəflərəmavafiqdir saymaqdadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "X2 Company" MMC-nin Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbi barədə e-2-2(123)-170/2025 saylı işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-170/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-170/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver