Məhkəmə qərarları › İş №e-2-2(123)-176/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-176/2023

07.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-176/2023 07.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi və Maraqlı şəxs iştirakları ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə 28 avqust 2023-cü il tarixdə elektron qaydada xüsusi icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfındən dövlət büdcəsinə olan ümumilikdə 55.065,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 2000-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR; Naxçıvan, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizəsini, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8607,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 6344,14 manat, faizlər üzrə 2163,74 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 13640,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 10096,7 manat, faizlər üzrə 3443,7 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 10774,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 8276,2 manat, faizlər üzrə 2397,81 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 13317,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 9856,16 manat, faizlər üzrə 3361,65 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8725,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 6722,84 manat, faizlər üzrə 1902,78 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə vergi borclarının olduğunu, yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********261400, xx.xx.2019-cu il tarixli **********143900, xx.xx.2019-cu il tarixli **********144600, xx.xx.2019-cu il tarixli **********146000, xx.xx.2019-cu il tarixli **********093700 nömrəli bildirişlər göndərildiyini, lakin vergi ödəyicilərinin yaranmış borc məbləğlərini ödəmədiyini, Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanlarının rəhbəri olan Maraqlı şəxs Naxçıvan Mr, Naxçıvan Şəh., V.Qasımov, ev.27 ünvanında yaşadığını qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasi Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77-1, 77-3, 78.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 25.3, 26.1, 26.2, 305.1.12, 355.1.12, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-176/2023 saylı qərardadı ilə xüsusi icraat üzrə ərizəsi məhkəmənin icraatına qəbul edimişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:35-də keçirilən məhkəmə baxışı iclasında Maraqlı şəxs iştirak etmiş, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Xüsusi icraat üzrə ərizə ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kiçik vergi xidməti müşaviri Ağalarov İsmayıl tərəfindən verilmiş “Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi” barədə ərizədə, ərizəni tam müdafiə etdikləri, iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasında verdiyi izahatında, onun adına VÖEN açıldığını, lakin tanımadığı birinin açdığını, bununla bağlı etibarnamə vermədiyini, qrup yoldaşının güdazına getdiyini, onunla birgə ASAN Xidmətə getdiyini, hər ikisindən ASAN İmza götürüldüyünü, ona 150 manat pul veriləcəyinin bildirildiyini, onun aldadıldığını, bu barədə sübutunun olduğunu, Çingiz adlı şəxsin və onun qardaşı ilə birgə yüklülük haqqında arayış, daşınmaz əmlak haqqında arayışı alandan sonra notariusa getdiyini, həmin şəxslərin onun əvəzindən pul ödəyərək, adına qeydiyyatda olan şirkətləri onun adından çıxararaq qardaşın adına saldığını, həmin şirkətlərin onun açmadığını, adına açdıqlarını bildirərək, payın alqı-satqı müqaviləsi barədə sənədləri məhkəməyə təqdim etdi. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tropik və X1 sahəsində xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tropik və X1 sahəsində xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN ilə İqitsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tropik və X1 sahəsində xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tropik və X1 sahəsində xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN ilə İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tropik və X1 sahəsində xx.xx.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda, hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdə, **********261400 nömrəli borc bildirişi, "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, **********093700 nömrəli borc bildirişi, "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, **********148900 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında, "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, **********144600 nömrəli borc bildirişi, "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, **********146000 nömrəli borc bildirişi, "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, **********143900 nömrəli borc bildirişi ünvanlanmışdır. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə tərəfindən müəyyən edilmiş digər bir hal ondan ibarətdir ki, məhkəməyə təqdim edilən xüsusi icraat üzrə ərizənin məzmununda dövlət büdcəsinə vergi borcu olan digər hüquqi şəxslərlə yanaşı “ORBİTA-2018" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 10774,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 8276,2 manat, faizlər üzrə 2397,81 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 13317,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 9856,16 manat, faizlər üzrə 3361,65 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 13640,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 10096,7 manat, faizlər üzrə 3443,7 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olduğu da qeyd edilmişdir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan hüquqi şəxslər haqqında məlumatların olduğu sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizə ilə məhkəməyə müraciət edən təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi olduğu halda "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxslər olduqları yer üzrə vergi orqanlarında uçota alınır. Məhkəmə hesab edir ki, xüsusi icraat üzrə ərizə ilə məhkəməyə müraciət edən təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi olduğundan, həmin idarədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin icra orqanının rəhbəri barəsində ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması tətbiq olunmalıdır. Belə ki, qeyd edilənlərə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilir ki, vergi ödəyicisi olan "xxxx"xxxx" MMC-nin vergilər, faizlər və maliyyə sanksiyası üzrə dövlət büdcəsinə borcunun olması iş materiallarında olan şəxsi hesab vərəqələrində öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə baxışı iclasında maraqlı şəxs tərəfindən verilən izahat və onun tərəfindən təqdim edilən sənədlər vergi borcunun ödənilməsini təsdiq edən məlumat və sənəd hesab edilmədiyindən, məhkəmə göstərilən halların ərizənin rədd edilməsinə əsas olmamasının qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrin məzmunundan belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Belə ki, Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir”.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 17 mart 2016-cı il tarixli Plenumunun qərarı). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi TRNOM-2018"xxxx" MMC hüquqi şəxslərinə münasibətdə təmin olunmalı, vergi və digər öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan TRNOM-2018"xxxx" MMC-nin dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə, maliyyə sanksiyası üzrə) olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin cra orqanının rəhbəri olan Maraqlı şəxs borclar ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı olduğuna və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi xüsusi icraat üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Vergi ödəyicisi olan “TRNOM-2018"xxxx" MMC-nin Dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə, maliyyə sanksiyası üzrə) olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ sözügedən hüquqi şəxslərə münasibətdə borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qanuni qüvvəyə minmiş qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar