Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-191/2024 15.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X4 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 05 fevral 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3519,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 232,52 manat, İcbari Tibbi Sığorta Fonduna olan 35,01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X4 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 0UXUK1U, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2496070) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan X2 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 35,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 232,52 manat, dövlət büdcəsinə 3519,25 manat məbləğində (o cümlədən, vergilər üzrə 3248,26 manat, faizlər üzrə 270,99 manat) olmaqla, ümumilikdə 3786,78 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********405700, xx.xx.2022-ci il tarixli **********038100, xx.xx.2022-ci il tarixli **********834400 nömrəli bildirişlər göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu X2 Naxçivan Muxtar Respublikas, Naxçıvan Şəhəri, X5 Küçəsi, Dön -5, Ev-18 ünvanında yaşadığını qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-191/2024 saylı qərardadı ilə xüsusi icraat üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 14:35-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və maraqlı şəxs X4 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən “Məhkəmə iclasında iştirak” haqqında ərizədə vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi, iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxs X2 iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, X4 (şəxsin FİN kodu: 0UXUK1U, seriya və nömrəsi: AA2496070) xx.xx.1977-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan şəhər, X6 küçəsində) qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, X4 oğlu xx.xx.2005-ci il tarixdə əsas fəaliyyət növü “Qaz məhsullarının satışı” olmaqla ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, X2 Dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna müvafiq məbləğlərdə borcu vardır. Maraqlı şəxs X4 tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Borc məlumatları” adlı sənəddən görünür ki, ödənilməmiş vergilər üzrə borc məbləği, ödənilməmiş inzibati cərimə məbləği, hökmlə təmin edilmiş borc məbləği, əmlaka yönəldilmiş vərəqə üzrə borc məbləği mövcud deyildir. Maraqlı şəxs X4 tərəfindən məhkəməyə ünvanlanmış şəxsi hesab vərəqəsindən görünür ki, X2 vergilər üzrə, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə və icbari tibbi sığorta üzrə borcu mövcud deyildir. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə təmin olunmamalıdır. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Borc məlumatları” adlı sənədə və şəxsi hessab vərəqəsinə əsasən müəyyən olunur ki, maraqlı şəxs X2 vergilər ürə borcu yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçi 15 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq X4 tərəfindən dövlət büdcəsinə və müvafiq fonda olan borcların tam ödənildiyini, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq əsaslar aradan qalxıdığı üçün icraatda olan 15 sentyabr 2022-ci il tarixli, **********158300 nömrəli ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Belə ki ərizəçi də X4 tərəfindən dövlət büdcəsinə və müvafiq fonda olan borcların tam ödənildiyini və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq əsasların aradan qalxıdığı bildirmişdir. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Belə ki, qeyd edilənlərə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilir ki, maraqlı şəxs X2 dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcunun olmaması maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Borc məlumatları” adlı sənədlə və şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır. Beləliklə məhkəmə maraqlı şəxs X2 borcunun olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə ki, ərizə təmin edilməməli olduğundan ərizə üzrə ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aiddir. Lakin ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olduqlarından məhkəmə bu məsələyə toxunmur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X4 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs X4 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 0UXUK1U, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2496070, qeydiyyatda olduğu yer - Naxçıvan şəhər, X6 küçəsi) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-191/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-191/2024
15.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver