Məhkəmə qərarları › İş №e-2-2(123)-22/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-22/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-22/2021 04.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC xx xxxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, borclu Şərur rayon, Çomaxtur kənd sakini Cavabdeh 1 ədəd taxılbiçən kombayn üçün 2020-ci ilin ödəniş haqqına uyğun olaraq 1416 (bir min dörd yüz on altı) manat borcun və məhkəmə xərci üçün ödənmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb “xxxx” ASC-nin Aqrarkredit SKT-də açılmış AZ98ACJT******************** hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsini və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli, 77 saylı qərarını rəhbər tutaraq, xx xxxxxx 2018ci il tarixdə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin tələblərinə uyğun olaraq, Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh xüsusi komissiyanın 27 saylı protokolu əsasında ümumi dəyəri 17700 (on yeddi min yeddi yüz) manat olan 1 ədəd 4 LZ-3-3588 markalı taxılbiçən kombaynın dəyərinin 20 faizini, yəni 3540 (üç min beş yüz qırx) manatını ilkin olaraq ödədiyindən, 40 faizini, yəni 7080 (yeddi min səksən) manat dövlət büdcəsi hesabından ödənmək şərti ilə güzəşt tətbiq edildiyindən yerdə qalan ödənməyən 7080 (yeddi min səksən) manat hər ilinə 1416 (bir min dörd yüz on altı) manat olmaqla, 5 il müddətinə ödəmək şərti ilə saz və komplekt vəziyyətdə təhvil verildiyini və ödəniş qrafikinə uyğun olaraq 2019-cu ildə 1416 (bir min dörd yüz on altı) manat vəsait ödənildiyini, bunun isə ilkin ödənişlə birlikdə 4956 (dörd min doqquz yüz əlli altı) manat təşkil etdiyini, bağlanmış lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq tərtib edilmiş 2020-ci ilin ödəniş cədvəlinə əsasən Cavabdeh kombayn üçün “xxxx” ASC-nin hesabına 1416 (bir min dörd yüz on altı) manat ödəməli olduğunu, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh aldığı kombaynın qüsurlu vəziyyətdə təhvil aldığını bəhanə edərək 1416 (bir min dörd yüz on altı) manatın ödənilməsindən imtina etdiyini, göstərilən vəsaitin bu günə qədər ödənmədiyini nəzərə alaraq yaranmış mübahsəni araşdırıb xx xxxxxx 2018-ci il tarixdə bağlamış müqavilənin 1.2.9-cu bəndinə əsasən borclu Şərur rayon, Çomaxtur kənd sakini Cavabdeh 1 ədəd taxılbiçən kombayn üçün 2020-ci ilin ödəniş haqqına uyğun olaraq 1416 (bir min dörd yüz on altı) manat borcun və məhkəmə xərci üçün ödənmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb “xxxx” ASC-nin Aqrarkredit SKT-də açılmış AZ98ACJT******************** hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx xxxxxx 2018-ci il tarixli Təhvil aktının surətindən görünür ki, “xxxx” ASC-nin hesabına Muxtar Respublikaya gətirilmiş dəyəri 17700 manat olan 1 (bir) ədəd 4LZ- 3(3588) markalı taxılbiçən kombayn ümumi dəyərinə dövlət tərəfindən 40% güzəşt tətbiq olunması şərtilə saz və komplekt vəziyyətdə N.N.Babayevdən alınaraq Cavabdeh təhvil verilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “xxxx ASC-nin hesabına alınan kənd təsərrüfat texnikalarının lizinqə verilməsi barədə”xxxx“xxxx ASC-nin xx xxxxxx 2018-ci il tarixli 48 saylı məktubuna və 27 nömrəli protokoluna əsasən dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə dəyəri 17700 manat olan 1 (bir) ədəd 4LZ-3(3588) markalı taxılbiçən kombayn lizinq qaydasında 6 (altı) il müddətinə lizinqə verilmişdir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən lizinq alan təqdim etdiyi və lizinq verənlə razılaşdırılmış biznes planına uyğun icarə haqqını texnikanı icarəyə götürdüyü ildən 6 (altı) il müddətində “Aqrarkredit” X1 Naxçıvan filialında bu məqsəd üçün açılmış xüsusi hesaba nəğd və köçürmə yolu ilə müqavilənin tərkib hissəsi olan, əlavə olunmuş ödəniş qrafikinə uyğun ödəyir. Daxil olmuş ərizə üzrə məhkəmə tərəfindən prosessual qaydalara uyğun olaraq xx xxxxxx 2021-ci il tarixdə 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi üçün cavabdehə rəsmi qaydada bildiriş ünvanlanmış, lakin cavabdeh tərəfindən həmin sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilə əsasında yaranmış borcu “xxxx” ASC-yə qaytarmamışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Kiçik mübahisələr üzrə iddia ərizəsini işin faktiki halları ilə əlaqəli araşdırıb, işdə olan sübutları tədqiq edərək məhkəmə aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.4-cü maddəsinə əsasən, lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı) Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qanun maddəsinin mənasına görə lizinq müqaviləsi hüquqi təbiətinə görə müstəqil müqavilə növü olmaqla, xüsusən sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan vasitədir. Lizinq müqaviləsinə əsasən, lizinq verən öz maliyyə və maddi imkanları hesabına lizinq alana müəyyən əşyaları verməklə onun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş və onun fəaliyyət göstərdiyi iqtisadi sahəyə investisiya yatırmış olur. Bunun nəticəsində lizinq alan sahibkarlıq fəaliyyətini genişləndirir və bütün bunlar iqtisadiyyatın inkişafına xidmət etmiş olur. İşin hallarından görünür ki, lizinq verən” iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, lizinq obyektini “lizinq alan” cavabdehə vermiş, lakin cavabdeh ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləğin müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməsini təmin etməmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb isə cavabdehin mübahisə edilməyən vəzifələrinə və yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləlikə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216.1, 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh taxılbiçən kombayn üçün 2020-ci ilin ödəniş haqqına uyğun olaraq 1416 (bir min dörd yüz on altı) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq “xxxx” ASC-nin Aqrarkredit SKT-də açılmış AZ98ACJT******************** nömrəli hesabına ödənilsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar