Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-225/2025 30.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh X3 qarşı öhdəliklərin icra edilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 20 may 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 xx.xx.2021-ci il tarixli C9790198/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1558 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1658 manat; xx.xx.2021-ci il tarixli C9790145/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1383 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1483 manat; xx.xx.2021-ci il tarixli C9790146/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 360 manat əsas borc və 30 manat cərimə borcu olmaqla cəmi 390 manat; xx.xx.2021-ci il tarixli C9790173/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1089 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1189 manat; xx.xx.2021-ci il tarixli C9790199/21nömrəli müqavilə üzrə ödənilməmiş borc 440 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 460 manat; xx.xx.2021-ci il tarixli C9790210/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 260 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 280 manat; xx.xx.2021-ci il tarixli C9790223/21nömrəli müqavilə üzrə ödənilməmiş borc 151 manat əsas borc və 10 manat cərimə borcu olmaqla cəmi 161 manat; xx.xx.2021-ci il tarixli C9790228/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 32 manat əsas borc və 3 manat cərimə borcu olmaqla cəmi 35 manat; xx.xx.2021-ci il tarixli C9790230/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 59 manat əsas borc və 5 manat cərimə borcu olmaqla cəmi 64 manat; xx.xx.2021-ci il tarixli C9790240/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 370 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 390 manat; xx.xx.2022-ci il tarixli C9790188/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 480 manat əsas borc və 20 manat cərimə borcu olmaqla cəmi 500 manat; xx.xx.2022-ci il tarixli C9790047/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 626 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 676 manat; xx.xx.2022-ci il tarixli C9790084/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1218 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1318 manat; xx.xx.2022-ci il tarixli C9790103/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 927 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 977 manat; xx.xx.2022-ci il tarixli C9790117/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 82 manat əsas borc və 8 manat cərimə borcu olmaqla cəmi 90 manat; ümumilikdə 9671 (doqquz min altı yüz yetmiş bir) manat, habelə dövlət rüsumu əvəzi ödənilmiş 117.64 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3276 manat dəyərində, ilkin ödənişsiz, Samsung, Tefal və digər məhsulların 12 ay müddətinə, hər ay 273 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 1558 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3444 manat dəyərində, ilkin ödənişsiz, Samsung, Tefal, Zimmer markalı məhsulların 12 ay müddətinə, hər ay 287 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 1383 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790146/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3132 manat dəyərində, ilkin ödənişsiz, 4 ədəd Samsung ve 1 ədəd Xiaomi markalı məhsulların 12 ay müddətinə, hər ay 261 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 360 manat təşkil etdiyini, bundan başqa, satıc/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790173/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 4812 manat dəyərində, ilkin ödənişsiz, Samsung, Tefal, Xiaomi ve Panasonic markalı məhsulların 12 ay müddətinə, hər ay 401 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli C9790173/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 1089 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790199/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 540 manat dəyərində, ilkin ödənişsiz, Xiaomi Redmi 9t 128GB markalı məhsulun 12 ay müddətinə, hər ay 45 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli C9790199/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 440 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790210/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 540 manat dəyərində, ilkin ödənişsiz, Xiaomi Redmi 9t 128GB markalı məhsulun 12 ay müddətinə, hər ay 45 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 260 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790223/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 4284 manat dəyərində, ilkin ödənişsiz, Samsung, Xiaomi, Asus, Tefal və Sonash markalı məhsulların 12 ay müddətinə, hər ay 357 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 151 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790228/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 384 manat dəyərində, ilkin ödənişsiz, Samsung markalı SC4520 tozsoran məhsulunun 12 ay müddətinə, hər ay 32 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 32 manat təşkil etdiyini, bundan başqa, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790230/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 708 manat dəyərində, ilkin ödənişsiz, Samsung markalı A22 mobil cihazının 12 ay müddətinə, hər ay 59 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli C9790230/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 59 manat təşkil etdiyini, bundan başqa, satıc/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, C9790240/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 370 manat dəyərində, ilkin ödənişsiz, Samsung va Tefal markalı məhsulların 12 ay müddətinə, hər ay 56 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2021-ci il tarixli C9790240/21 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 370 manat təşkil etdiyini, bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C9790188/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1212 manat dəyərində, ilkin ödənişsiz, Xiaomi Redmi 10A 128GB modelli məhsulun 12 ay müddətinə, hər ay 101 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmdəiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2022-ci il tarixli, C9790188/22 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 480 manat təşkil etdiyini, bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C9790047/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1260 manat dəyərində, ilkin ödənişsiz, Samsung A32 modelli məhsulun 12 ay müddətinə, hər ay 105 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2022-ci il tarixli, C9790047/22 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 626 manat təşkil etdiyini, bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C9790084/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 2088 manat dəyərində, ilkin ödənişsiz, 3 ədəd Xiaomi Mi11 modelli məhsulun 12 ay müddətinə, hər ay 174 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2022-ci il tarixli, C9790084/22 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 1218 manat təşkil etdiyini, bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C9790103/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1236 manat dəyərində, ilkin ödənişsiz, 2 ədəd Xiaomi modelli Redmi 10C və Note 11 4/128 məhsulun 12 ay müddətinə, hər ay 103 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2022-ci il tarixli, C9790103/22 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 927 manat təşkil etdiyini, bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli C9790117/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 132 manat dəyərində, ilkin ödənişsiz, Samsung PC ve A4Tech KK3330S modelli məhsulların 12 ay müddətinə, hər ay 11 manat ödənilməklə nisyə satıldığını, həmin müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında borcu yarandığını, hazırda xx.xx.2022-ci il tarixli C9790117/22 nömrəli müqavilə üzrə ödənilməmiş borcunun 82 manat təşkil etdiyini, sözügedən Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, "Alıcının" razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinə götürdüyünü, hər bir müqavilə üzrə hesablanan cərimə məbləğinin gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etdiyini, hazırda, cavabdehdən sadalanan müqavilələr üzrə qalıq əsas borcun 5-10 faizi nisbətində cərimə məbləğlərini tələb etdiyini qeyd edərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 449.4-cü, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 428.4-cü maddələrinə, o cümlədən Mülki Prosessual Məcəllənin 284-1-ci və 284-5-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı cavabdeh X3 qarşı öhdəliklərin icra edilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli, e-2-2(123)-225/2025 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790173/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790199/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli; xx.xx.2021-ci il tarixli, 9790240/21 nömrəli; Nisyə Satış müqavilələrindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikası qanunvericiliyi ilə fəaliyyət göstərən “Fiziki şəxs” İddiaçı ilə (bundan sonra “Satıcı” adlandırılacaq) digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı X4 arasında bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya siyahısı Təhvil-Təslim aktında (Əlavə 3) göstərilən Mal(lar)ı (bundan sonra “Mal”) satır “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. 2.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək “Satıcı”nın hüququdur. 2.4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş qaydada ödəmə cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam olaraq ödəmək, ödəyə bilmədiyi halda müqavilə üzrə hesablanmış cərimə məbləğinə istənilən halda etiraz etməmək və Alıcı ilə Satıcı arasında olan bütün müqavilələrin dəyəri tam ödənilənədək nisyə aldığı bütün telefonların İMEİ kodlarının deaktiv olunmasına etiraz etməmək “Alıcı”nın vəzifəsidir. 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə(dəbbə) pulu ödəməyi öhdəsinə götürür. “Satıcı” “Alıcı”nın borcunu vaxtında ödəmədiyi halda məhkəməyə müraciət edilə bilər. xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 261,00 manat ödənişlə, ümumilikdə 3132 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 287,00 manat ödənişlə, ümumilikdə 3444 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790173/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 401,00 manat ödənişlə, ümumilikdə 4812 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 273,00 manat ödənişlə, ümumilikdə 3276 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790199/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 45,00 manat ödənişlə, ümumilikdə 540 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 45,00 manat ödənişlə, ümumilikdə 540 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 357,00 manat ödənişlə, ümumilikdə 4284 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 32,00 manat ödənişlə, ümumilikdə 384 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 59,00 manat ödənişlə, ümumilikdə 708 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 9790240/21 nömrəli Nisyə Satış müqaviləsinə Əlavə 2-dən (Nisyə satılmış məhsulun qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə Ödəniş Cədvəlindən) görünür ki, 12 ay müddətinə, aylıq 56,00 manat ödənişlə, ümumilikdə 672 manat məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. Həmçinin qeyd edilən Nisyə satış müqavilələrinə Əlavə 3-dən (Satılmış məhsulların təhviltəslim olunması haqqında aktdan) görünür ki, müqavilə üzrə qeyd edilən məhsulların cavabdeh X3 təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli, LC0131/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790145/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 100 (yüz) manat olmaqla, cəmi məbləğ 1483 (min dörd yüz səksən üç) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0133/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790146/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 30 (otuz) manat olmaqla, cəmi məbləğ 390 (üz yüz doxsan) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0134/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790173/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 100 (yüz) manat olmaqla, cəmi məbləğ 1189 (min yüz səksən doqquz) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0137/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790199/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 20 (iyirmi) manat olmaqla, cəmi məbləğ 460 (dörd yüz altmış) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0127/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790210/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 20 (iyirmi) manat olmaqla, cəmi məbləğ 280 (iki yüz səksən) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0132/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790223/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 10 (on) manat olmaqla, cəmi məbləğ 161 (yüz altmış bir) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0126/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790228/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 3 (üç) manat olmaqla, cəmi məbləğ 35 (otuz beş) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0129/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790230/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 5 (beş) manat olmaqla, cəmi məbləğ 64 (altmış dörd) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, LC0130/24 nömrəli maliyyə arayışına əsasən cavabdeh X2 xx.xx.2021ci il tarixli, C9790240/21 nömrəli müqavilə üzrə İddiaçı olan borcu, cərimə məbləği 20 (iyirmi) manat olmaqla, cəmi məbləğ 390 (üç yüz doxsan) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790173/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790199/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli və xx.xx.2021-ci il tarixli, C9790240/21 nömrəli Nisyə satış müqavilələri imzalanaraq İddiaçı (Satıcı) tərəfindən müqaviləyə əsasən dəyəri müvafiq məbləğdə olan məhsulun (telefonu və s.) X3 (Alıcıya) nisyə satılması X2 isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmis müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürməsi razılaşdırılmışdır. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilələr tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə alğı-satqı münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, İddiaçı tərəfindən cavabdeh X3 xx.xx.2024cü il tarixdə poçt vasitəsilə bildiriş ünvanlanaraq sözügedən Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, "Alıcının” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürdüyü, hazırda yuxarıda sadalanan Nisyə satış müqavilələri üzrə cəmi borcunun 47.776 (qırx yeddi min yeddi yüz yetmiş altı) manat əsas borc və ödənilməyən məbləğə günlük 1% hesablanmış 67249 (altmış yeddi min iki yüz qırx doqquz) manat cərimə borcu daxil olmaqla 115.025 (bir yüz on beş min iyirmi beş) manat təşkil etdiyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsinin (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyü, Nisyə satış müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə əsas borc məbləğinin bu müddətə qədər hesablanmış cərimə (dəbbə) məbləği ilə birlikdə qaytarılmasının Borcalandan tələb edə biləcəyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 450.1-ci maddəsinə görə, öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsinin borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmədiyi, Nisyə satış müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam verərək girov predmeti olan məhsulu geri tələb edə biləcəyi və ya verdiyi kredit məbləğinin bu müddətə qədər hesablanmış cərimə məbləği ilə birlikdə qaytarılmasını Borcalandan tələb edə biləcəyi, bununla əlaqədar, ondan hazırki müqavilə üzrə yaranmış borcu 5 (beş) gün müddətində ödənilməsini tələb etdikləri, əks təqdirdə, nisyə satış müqaviləsi üzrə yaranmış borcun cərimə məbləği ilə birlikdə cavabdehdən tutulması barədə aidiyyatı məhkəmə orqanına müraciət olunacağı qeyd edilmişdir. Beləliklə, məhkəmə cavabdehin öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən iddiaçının öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh X4 İddiaçı xəbərdarlığından sonra da öhdəliyi icra etmədiyindən xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790173/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790199/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790223/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790240/21 nömrəli Nisyə Satış müqavilələri üzrə xx.xx.2024-cü il tarixli, LC0131/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0133/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0134/24 nömrəli; xx.xx.2024cü il tarixli, LC0137/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0127/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0132/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0126/24 nömrəli; xx.xx.2024-cü il tarixli, LC0129/24 nömrəli və xx.xx.2024-cü il tarixli, LC0130/24 nömrəli maliyyə arayışlarına əsasən cavabdeh X2 İddiaçı olan əsas borcu 9035 (doqquz min otuz beş) manat, cərimə borcu 636 (altı yüz otuz altı) manat olmaqla cəmi borc məbləği 9671 (doqquz min altı yüz yetmiş bir) manat təşkil etmişdir. Məhkəmə həmin maliyyə arayışının cərimə borcuna dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bundan əlavə Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorun icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu (cərimə) dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən alğı-satqı münasibətlərində də dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cərimənin (dəbbə pulunun) 636 (altı yüz otuz altı) manat məbləğində tələb edilməsi dəymiş zərərə münasibətdə tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməklə cərimənin məbləği azaldılaraq, 483,55 (dörd yüz səksən üç manat 55 qəpik) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti ümumilikdə 9671 (doqquz min altı yüz yetmiş bir) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 116,71 (yüz on altı manat 71 qəpik) manat olaraq müəyyən edilir. Həmçinin iddia ərizəsinin xahiş etdi hissəsində iddiaçı dövlət rüsumu olaraq ödənilmiş 117.64 manat məbləğin tutulmasını qeyd etsədə ödənilən məbləğin 116,71 (yüz on altı manat 71 qəpik) məbləğində olduğu qəbz çıxarışından iddia ərizəsinin sonunda rüsum məbləğindən aydın görünməkdədir. Nəticədə iddia tələbi qismən təmin ediləcəyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 116,71 (yüz on altı manat 71 qəpik) məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 98,42% hissəsinə mütənasib olaraq 114,87 (yüz on dörd manat 87 qəpik) manat məbləği cavabdeh X1 alınıb İddiaçı ödənilməli, 1.84 (bir manat 84 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, C9790198/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790145/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790146/21 nömrəli; xx.xx.2021-ci il tarixli C9790173/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790199/21nömrəli; xx.xx.2021-ci il tarixli, C9790210/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790223/21nömrəli; xx.xx.2021-ci il tarixli, C9790228/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790230/21 nömrəli; xx.xx.2021-ci il tarixli, C9790240/21 nömrəli; xx.xx.2022-ci il tarixli, C9790188/22 nömrəli; xx.xx.2022-ci il tarixli, C9790047/22 nömrəli; xx.xx.2022-ci il tarixli, C9790084/22 nömrəli; xx.xx.2022-ci il tarixli, C9790103/22 nömrəli və xx.xx.2022-ci il tarixli, C9790117/22 nömrəli Nisyə satış müqavilələrinə əsasən cavabdeh X1 9035 (doqquz min otuz beş) manat məbləğində əsas borc və 483,55 (dörd yüz səksən üç manat 55 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9518,55 (doqquz min beş yüz on səkkiz manat 55 qəpik) manat məbləğində borc alınaraq İddiaçı ödənilməli, həmçinin iddia ərizəsinin verilməsinə görə 116,71 (yüz on altı manat 71 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 98,42% hissəsinə mütənasib olaraq 114,87 (yüz on dörd manat 87 qəpik) manat məbləği cavabdeh X1 tutularaq İddiaçı ödənilməli; 1.84 (bir manat 84 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh X1 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA2938513; FİN kodu: 5759HBM; VÖEN:**********) 9035 (doqquz min otuz beş) manat məbləğində əsas borc və 483,55 (dörd yüz səksən üç manat 55 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9518,55 (doqquz min beş yüz on səkkiz manat 55 qəpik) manat tutularaq İddiaçı (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE ********; FİN kodu: xxxxxxx; VÖEN: **********)ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 116,71 (yüz on altı manat 71 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 98,42% hissəsinə mütənasib olaraq 114,87 (yüz on dörd manat 87 qəpik) manat məbləği cavabdeh X1 tutularaq İddiaçı ödənilsin və 1.84 (bir manat 84 qəpik) manat məbləğində qalan dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-225/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-225/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver