Məhkəmə qərarları › İş №e-2-2(123)-23/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-23/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-23/2021 02.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı soyuducu və pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC xx xxxxxx 2021-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20430,96 (iyirmin min dörd yüz otuz manat, doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyinə görə aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixli (1 il əvvəllə aid) poçt zərflərinin surəti və poçt göndərişlərinin çatdırılmaması barədə qəbzlər ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd edilən qanun normasının imperativ mənasına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələb isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin (və ya “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tərtib edilmiş elektron sənədlərin) ərizəyə əlavə edilməsini nəzərdə tutur. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə uyğun olaraq, pretenziya qaydalarına əməl edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərzədə göstərilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli İddiaçı MMC-nin nümayəndə qismində məhkəmədə təmsil etməsi ilə bağlı X1 verilmiş etibarnamədə nümayəndənin məhkəmədə səlahiyyəti ilə bağlı hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə uyğun olaraq nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilməlidir. Başqa sözlə tələb iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə aktı qəbul edilə bilər. Belə ki, ərizəyə yazılı sübut kimi əlavə edilmiş HBN/1seriyalı, 89293 nömrəli və HBN/2 seriyalı, 032298 nömrəli malların təhvil-qəbul aktı cavabdeh şəxs Cavabdeh tərəfindən deyil, Mirməmməd Seyidov tərəfindən imzalanmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə tam formada ərizəyə əlavə edilməmiş, “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” isə oxunaqsız vəziyyətdə elektron ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə onu da iddiaçının diqqətinə çatdırır ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(123)-75/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı soyuducu və pul tələbi barədə kommersiya mübahisəsinə dair ərizəsi geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadla ərizə təqdim edilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin dövlət rüsumunun odənilməsi barədə qəbzi təkrar hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemində ********* nömrəli qəbzlə ödənilmiş dövlət rüsumu həmin iddia ərizəsi təqdim edilərkən istifadə olunmuş kimi görünür. Ona görə də məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış dövlət rüsumu hazırkı ərizəyə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda sadalanan nöqsanlarla məhkəməyə təqdim edildiyinə görə geri qaytarılmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə uyğun olaraq qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cümaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı soyuducu və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar