Məhkəmə qərarları › İş №e-2-2(123)-236/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-236/2024

05.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-236/2024 05.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs iştirakları olmadan, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 26 fevral 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2.289,13 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1989-cu il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Naxçıvan, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsini, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 2289,13 manat məbləğində (o cümlədən, vergilər üzrə 1670,65 manat, faizlər üzrə 518,48 manat, maliyyə sanksiyası üzrə 100 manat) manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********402800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicilərinin yaranmış borc məbləğini ödəmədiyini, AR Konstitusiyasının 60 və 73-cü maddəsinə, Vergilər Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 23.1.15-3-cü, MPM-in 4.1-ci, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5.2-ci, 355- 6-cı, 355-7-ci, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələrinə istinad etdiyini, reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşadığını bildirərək əsaslandırmışdır. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirakını təmin etməmişlər. Ərizəçinin xüsusi icraat üzrə iddia ərizəsinə əlavə etdiyi “məhkəmə iclasında iştirak haqqında” ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Orxan Qafarzadə vergi ödhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs və ya fiziki şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq olaraq onun icra orqanının rəhbərinin və ya fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini, iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasına ərizəçinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçinin nümayəndəsinin və "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs 28 fevral 2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə ünvanlayaraq e-2-2(123)-236/2024 saylı material üzrə məhkəmə iclasına dəvət olunmağı barədə e-2-2(123)-236/2024-017 nömrəli bildirişi xx.xx.2024-cü il tarixdə aldığını, ərizədə ********** saylı VÖEN əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin torpaq vergisi borcu olaraq qeyd olunan 2289,13 (iki min iki yüz səksən doqquz manat 13 qəpik) AZN məbləği xx.xx.2024-cü il tarixdə tam formada ödədiyini və ödənişi təsdiq edən sənədləri (ödəniş qəbzi: Əməliyyat nömrəsi – 410837087; Qəbz nömrəsi – 29015) aidiyyəti üzrə məhkəməyə göndərdiyini, iddia ərizəsində göstərilən məbləği tam formada ödədiyini nəzərə alaraq icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən 28 fevral 2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına ünvanlanmış ərizənin mahiyyəti ilə bağlı məhkəmə qanunvericiliyin tətbiqi təcrübəsinə əsaslanaraq qeyd edir ki, maraqlı şəxs tərəfindən iş üzrə icraata xitam verilməsi xahiş edilsə də, maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan borcu tam ödənildiyindən və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq əsaslar aradan qalxdığından ərizəçi tərəfindən verilmiş xüsusi icraat üzrə iddia ərizəsi rədd edilməlidir. Məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi əsasları mülki prosessual qanunvericiliklə müəyyənləşdirilir ki, hazırki iş üzrə mövcud olan hal icraata xitam verilməsi üçün müəyyən edilmiş əsaslar arasında deyildir. Məhkəmə maraqlı şəxsin ərizəsini və işin faktiki hallarını araşdırıb, iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verdikdən sonra hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Qeyd edilən hallarla əlaqədar olaraq "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəməyə vergi borcunun ödənilməsi ilə bağlı Əməliyyat nömrəsi – 410837087, Qəbz nömrəsi – 29015 olan sübut əhəmiyyətli ödəniş qəbzini təqdim etdiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etdiyindən, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu sənədlərə əsasən məhkəmə "xxxx" MMCnin icra orqanının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənildiyi qənaətinə gəlir. Belə ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Əməliyyat nömrəsi – 410837087; Qəbz nömrəsi – 29015 olan ödəniş qəbzindən məlum olur ki, maraqlı şəxs dövlət büdcəsinə olan 2289,13 (iki min iki yüz səksən doqquz manat 13 qəpik) manat məbləğində vergi borcunu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu ödədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355- 7.3, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, onun, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar